Azərbaycan t a r ġ X ġ



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə41/231
tarix28.11.2017
ölçüsü4,67 Mb.
#12994
1   ...   37   38   39   40   41   42   43   44   ...   231

86 

 

Uzun  Həsənin  osmanlılara  qarĢı  apardığı  mübarizən in  tarixi  əhəmiyyəti 



bundan  ibarətdir  ki,  Osman lı  qoĢunlarına  ağır  zərbə  vu ruldu,  onların  Ģərqə  doğru 

yürüĢlərinin qarĢısı alındı. 

1471-c i  ildə  Ġosafat  Ba rbaronun  baĢçılığ ı  ilə  A zərbaycana  yola  düĢmüĢ 

Venetsiya səfarəti  (elçilik  heyəti)  üç  ildən sonra  (1474-cü  ilin  əvvəllərində)  Uzun 

Həsənin  qərargahına  gəlib   çatdı.  Lakin  Uzun  Həsən  onu  hörmətlə  qarĢılamadı. 

Katerino  Zeno  vas itəsilə  bağlanmıĢ  müqavilə  əsasında  Venesiya  Respublikası  öz 

vədinə  əməl  etməmiĢdi  və  buna  görə  də  Uzun  Həsən  Ġosafat  Barbaro  ilə  y eni 

danıĢığa  girmək  istəməd i.  Barbaronun  nəticə  əldə  edə  bilməd iyini  anlayan 

Venetsiya senatı  Ambroco  Kontarinini  fövqəladə  səfir  kimi  Uzun  Həsənin  yanına 

yola  saldı.  Kontarinin  heyəti  Alman iya,  PolĢa,  Moskva  dövlətləri  və  Krımdan 

keçərək beĢ ay yol qət etdikdən sonra, 1474-cü  il avqustun 4-də Təbrizə çatdı. O, 

Təbrizə  yetiĢərkən  Uzun  Həsənin  oğlu  Uğurlu  Məhəmməd  Ağqoyunlu  dövlətinə 

qarĢı qiyam qaldırmıĢdı.  Kontarini özünün "Səyahətnamə"sində yazmıĢdı: "Təbrizə 

yetiĢdikdən  sonra  bir  karvansaraya  düĢdük.  Küçələrdə  bərk  çaxnaĢma  vardı. 

Məlu m  oldu  ki,  Uzun  Həsənin  oğlu  Məhəmməd  ġirazı  tutub  öz  qayınanasına 

vermiĢ,  Uzun  Həsən  də  onu  dəf  etmək  üçün  ġiraz  səmtinə  qoĢun  göndərmiĢdir. 

Uğurlu  Məhəmməd in  tərəfdarlarından  biri  ö z  dəstəsi  ilə  Təbrizə  qədər  gələ 

bilmiĢdi.  Təbrizdən  hərəkət  edib  padĢah ordusu  olan  yerə  getmək  istədim.  Lakin 

gördüm  ki,  bu  ço x  çətind ir.  Ona  görə  də  həmin  karvansarada  qalmağa  məcbur 

oldum.  Karvansara  sahibi  də  müvəqqəti  olaraq  çıxmağımı  məsləhət  görmədi.  Bu 

zaman  Uzun  Həsənin  oğlanlarından  biri  (Maqsud  bəy)  min  nəfər  atlı  ilə  Təbrizə, 

atasının  köməyinə  gəldi.  Mən  də  xeyli  zəh mətdən  sonra onunla  görüĢə  bildim  və 

gətirdiyim  hədiyyələri  verdim.  Uzun  Həsənin  yanına  getmək  üçün  məni  min ik 

vasitəsi ilə təmin etməsini ondan  xahiĢ etdim. Maqsud bəy hədiyyələri qəbul etdi, 

lakin  baĢqa sözlərimə  əhəmiyyət  vermədi.  ġəhərin  vəziy yəti  çox  p is  idi.  Maqsud 

bəy  qoĢun  hazırlamaq  üçün  camaatdan  pul  tələb  edirdi.  Lakin  camaat  onun  bu 

tələbini rədd etdi və dükan-bazarı bağladı. Çö rək, su tapılmadı". 

1474-cü  il  sentyabrın  5-də  Venesiya  Respublikası  tə rəf indən  Azərbaycana 

müəyyən tapĢırıqla göndərilmiĢ Bartolo meo Lio mpardo da Təbrizə gəldi. Kontarini 

Təbrizdə  rast  gəldiyi  ağır  vəziyyət  haqqında  topladığı  mə lu matı  Lio mpardo 

vasitəsilə  Venesiyaya  göndərdi.  Sonra  o,  Uzun  Həsənin  olduğu  Ġsfahan  Ģəhərinə 

tərəf  yollandı  və  ay  yarımdan  sonra  oraya  çatdı.  O  vaxtlar  Barbaro  da  Ġsfahana 

gəlmiĢdi. Uzun  Həsən 1474-cü il noyabrın  4-də  Venesiya elçilərin in hər  ikisini öz 

sarayına çağırdı və onları qəbul etdi. 




87 

 

Uzun  Həsən  Ağqoyunlu  dövlətinə  tabe  edilmiĢ  ucqar  yerlərdə,  xüsusilə 



Ġsfahanda yaranmıĢ qarıĢıqlığı aradan qaldırdıqdan sonra 1474-cü il noyabrın 25-də 

Azərbaycana qayıtdı. Venesiya səfirləri də onunla bərabər yola düĢdülər. 

1475-c i  il  mayın 30-da Təbriz ya xınlığında boloniyalı Fiqaro  Lodoviko adlı 

bir  katolik  rahibi  Uzun  Həsənin  sarayına  gəldi.  Rah ib  özünün  Antioxiya  baĢ 

ruhanisi  olduğunu  və  Burqundiya  hersoqluğu  tərəfindən  səfir  kimi  gəld iyini 

söylədi.  Ertəsi gün Uzun  Həsən Lodo-vikonu Kontarini və Barbaro  ilə birlikdə öz 

yanına  çağırdı.  O,  ö z  məqsədini  təfsilatı  ilə  Uzun  Həsənə  bildirdi  və  iki  tərəf 

arasında baĢlanmıĢ danıĢıqlar müəyyən razılaĢ ma ilə bitdi.  

1475-c i  il  iyunun  11-də  Uzun  Həsən  Təbrizə  gəldi.  O,  b ir  neçə  dəfə 

Venesiya və Burqundiya səfirlərin i qəbul etdi. Uzun Həsən osmanlılara qarĢı çıxıĢ 

etmək  barədə  onlarla  danıĢıq  apardı  və  baĢ  verə  biləcək  Os manlı  basqınlarından 

müdafiə üçün hazırlıq iĢləri görməyə baĢladı. Kontarin i yazır: "PadĢah səfir-rahibə 

Fransaya  qayıtmasım  təklif  etdi.  Qeyd  etdi  ki,  mən  ö z  vədimə  vəfa lıyam, 

osmanlılara qarĢı  müharibə edəcəyəm və hazırda  müharibə tədarükü ilə  məĢğula m. 

Sonra isə mən i də öz yanına çağırıb dedi: " Venesiyaya qayıt və bu rahiblə birlikdə 

öz  padĢahının  nəzərinə  çatdır  ki,  mən  müharibəyə  hazırlıq  iĢləri  ilə  məĢğulam.  O, 

müharibəni  baĢlasın  və  bu  haqda  bütün  xristian  hakimlərinə  xəbər  versin..."  Yola 

düĢməzdən  bir  gün  əvvəl  yenə  də  Uzun  Həsənin  sarayına  getmiĢdik.  Moskva 

dövləti tərəfindən də Uzun Həsənin yanına Marko Rosso adlı səfir gəlmiĢdi. Həmin  

gün padĢahın yanında iki nəfər yerli əyan var id i.  PadĢah onların birini Moskvaya, 

digərini  isə  Bur-qundiyaya  səfir  göndərmək  istəyirdi.  PadĢah  Burqundiya s əfirinə 

və mənə sözlərini xristian hakimlərinə yetirməyi tapĢırdı".  

Uzun Həsən Ağqoyunlu dövlətinin qərb sərhədlərində böyük  müvəffəqiyyət 

əldə edə bilmədi, lakin Ģərq tərəfdə vəziyyəti yaxĢ ılaĢdırmağa nail oldu.  O,  Ġranda 

gedən feodal müharibəsindən məharətlə istifadə edərək, əvvəlcə CahanĢaha (1467), 

sonra  isə  Muğanda  Teymuri  Əbu  Səidə  (1469)  qalib  gəlmiĢ,  nəticədə  Xorasan, 

Gilan və Ma zandarandan baĢqa bütün Ġranı öz hakimiyyəti a ltında saxlaya bilmiĢdi. 

Sultan Əbu Səidin ölü mündən sonra Teymuri Ģahzadələri arasında taxt -tac uğrunda 

baĢlamıĢ  mübarizədə  Uzun  Həsən  ġahruxun  varisi  olan  Yadigar  Məhəmmədi 

müdafiə edirdi. O  zaman Tey-murilərin əsas qüvvələri Xo rasanda idi, buna görə də 

Uzun  Həsən  buraya  zərbə  endirə  bilmədi  və  Xorasan  vilayəti  Teymurilərin  əlində 

qaldı. 


Xorasanda  Sultan  Hüseyn  Bayqara  tərəfindən  məğlub  edilmiĢ  Yadigar 

Məhəmməd  Uzun  Həsənə  müraciət  etdi  və  ondan  kömək  istədi.  Bu  xahiĢ 

müqabilində Uzun Həsən Xorasana böyük qüvvə göndərərək, onu yenidən Heratda 

taxta  çıxardı.  Lakin  Ağqoyunlu  qoĢunu  Xorasandan qayıdan  kimi  Sultan  Hüseyn 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə