Azərbaycan t a r ġ X ġ



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə49/231
tarix28.11.2017
ölçüsü4,67 Mb.
#12994
1   ...   45   46   47   48   49   50   51   52   ...   231

102 

 

Bütövlükdə  XV  əsr  (əsrin  əvvəli  və  sonu  istisna  olunmaqla)  Azərbaycanda 



Ģəhər  həyatının  nəzərəçarpacaq  dərəcədə  canlanması,  Ģəhərlərin  ticarət -sənətkarlıq 

əhəmiyyətinin  artması  dövrü  kimi  q iy mətləndirilə  bilər.  ġəhərlərin  inkiĢafı  həm 

daxili,  həm  də  xarici  bazarda  əmtəələrə  olan  tələbatın  artması  ilə  əlaqədar  idi. 

Kapitalın  ilkin yığımı prosesinin  xeyli sürətləndiyi Avropa ölkələ rində və Asiyada 

əmtəə-pul  münasibətlərin in  inkiĢafı  hər  iki  qitə  arasında  tranzit  ticarətin 

geniĢlənməsinə  Ģərait  yaratmıĢdı.  Azərbaycan  Ģəhərləri  (xüsusilə  Təbriz)  bu 

inteqrasiya prosesində mühüm rol oynamıĢdı. 

1395-c i ildə HəĢtərxanın və 1400-cü  ildə  Bağdad Ģəhərinin Əmir Tey murun 

ordusu tərəfindən dağıdılması Təbrizin ticarət-sənətkarlıq əhəmiyyətinin artmasına 

Ģərait yaratmıĢdı.  1404-cü ildə Təbrizdə olmuĢ ispan taciri  Klavixo qeyd edird i ki, 

Ģəhərdə 200  minədək ailə vardır. Onun məlu matı əsasında belə bir nəticəyə gəlmək 

olar  ki,  XV  əsrin  baĢlanğıcında  Təbrizdə  1  milyonadək  əhali  yaĢamıĢdır.  Lakin 

ispan səyyahının  məlu matı  gerçəklikdən  uzaqdır.  Ehtimal  edilə  bilər  ki,  o  dövrdə 

Təbriz  əhalisinin  sayı  300  min  nəfərdən  çox  olmamıĢdır.  I  ġah  Ġsmay ılın  anonim 

salnaməçisi göstərirdi ki, 1500-cü ildə Təbrizdə 200-300 min nəfər yaĢamıĢdır. 

Alman səyyahı ġiltberger qeyd edirdi ki, Tey muri hakimi M iranĢahın yalnız 

Təbriz Ģəhərindən əldə etdiyi gəlir həmin dövrün ən güclü Avropa hökmdarlarının 

gəlirindən ço x idi. 

Bakı  XV  əsrin  ikinci  yarısında  Xəzərdə  baĢlıca  limana  çevrilmiĢdi.  ġəhər 

HəĢtərxan ı,  Orta  Asiyanı,  Moskva  dövlətini  ticarət  əlaqələri  ilə  bağlayan  mühü m 

mərkəz  o lmuĢdu.  Burada  neft  hasil  olunur,  sənətkarlıq  və  ticarət  inkiĢ af  edirdi. 

Bakıda sikkəxana fəaliyyət göstərirdi. ġəhər daĢdan tikilmiĢ ikiqat qala divarları ilə 

əhatə  olunmuĢdu.  XV  əsrdə  Bakı  Ģəhəri  ġirvanĢahlar  dövlətinin  siyasi,  iqtisadi 

mərkəzi olmuĢ, bu gerçəklik isə öz ifadəsini ġirvanĢahlar sarayının gözəl memarlıq 

ansamblında  tapmıĢdır.  Bakının  ictimai-iqtisadi,  siyasi,  ticarət  əhəmiyyətinin 

artması  ilə  Dərbənd  Ģəhəri  özünün  keçmiĢdəki  təsərrüfat  əhəmiyyətini  itirməyə 

baĢlamıĢdı. 

ġamaxı  bu  dövrdə  də  Azərbaycanın  mühüm  Ģəhərlərindən  biri  olmuĢdur. 

Barbaronun  verdiyi  məlu matlara  əsasən  belə  nəticəyə  gəlmək  olar  ki,  XV  əsrdə 

ġamaxıda  30-60  min  nəfər  yaĢamıĢdır.  Bu  Ģəhər  Azərbaycan  miqyasında  ən  iri, 

Yaxın ġərq  miqyasında isə orta səviyyəli  iqtisadi  mərkəz id i.  Kontarin i Təbriz və 

ġamaxını  müqayisə  edərək  belə  qənaətə  gəlmiĢdi  ki,  ġamaxı  həyat  üçün  əlveriĢli 

məhsulların ço xluğu baxımından Təbrizdən üstün olmuĢdur. 

Marağa, Ərdəbil,  Gəncə və Xoy Ģəhərləri  XV əsrdə də iri ticarət-sənətkarlıq  

mərkəzləri  id i.  Klav ixo  qeyd  edir  ki,  "Xoy  ətrafında  xey li  bağ  və  bostan  vardı. 

ġəhərə ço xlu kəhriz çəkilmiĢdi". 




103 

 

XV  əsrdə  Su ltaniyyə  Ģəhəri  özünün  çiçəklən mə  mərhələsin i  yaĢamıĢdır. 



Klav ixo Su ltaniyyəni iri t icarət  mərkə zi kimi təqdim edir və göstərirdi ki, bu Ģəhər 

ticarət  əməliyyatlarından  xeyli  gəlir  əldə  edir  və  dövlətin  xəzinəsini 

zənginləĢdirird i.  Coğrafi  cəhətdən  bir-birinə  yaxın  olan  Təbriz  və  Sultaniyyə 

Ģəhərləri  XIV-XV  əsrlərdə  rəqabət  aparmıĢlar.  XIV  əsrin  sonu  -  XV  əsrin 

əvvəllərində  Sultaniyyə  hərbi-siyasi  çəkiĢmələrdən  xey li  zərər  çəkmiĢdi.  Qara 

Yusif  Qaraqoyunlu  ara  müharibələrində  Sultaniyyəni  müdafiə  edəcəyinə  inamın ı 

itirdi,  əhalinin  bir  hissəsini  Təbrizə  və  Marağaya  köçü rməli  oldu.  Bu  dövrdən 

etibarən  Təbriz  yenidən  Azərbaycan  və  qonĢu  ərazilərdə  yaranan  dövlətlərin 

paytaxtına çevrild i.  XV əsrin  70-ci  illərində Su ltaniyyədə olmuĢ Kontarini Ģəhərin 

ticarət-iqtisadi əhəmiyyətindən könülsüz danıĢmıĢdır. Venesiya səyyahı qeyd  edirdi 

ki,  "  Ģəhərdə  Ulcaytu  türbəsindən  baĢqa  diqqətəlayiq  olan  bir  Ģey  yoxdur". 

Kontarini  Təbriz haqqında daha həvəslə söhbət açmıĢ, Ģəhər əhalisinin ço xluğunu, 

ərzaq  bolluğunu, Ģəhərin  abadlığını,  ticarət  fəaliyyətinin  geniĢliy ini  xüsusilə  qeyd 

etmiĢdir. 

XV  əsrdə  Azərbaycanın  digər  Ģəhərləri  haqqında  mənbə  məlu matları 

səthidir.  Bəzi  hallarda  Ģəhərlərin  yalnız  adları  çəkilir:  ġabran,  Mah mudabad, 

Beyləqan, Ucan, Səidabad, Cavad, M iyanə və s. 

XV  əsrin  əvvəllərində  Tey murilər  Beyləqan  Ģəhərini  bərpa  etməyə 

baĢladılar.  Əbdürrəzaq  Səmərqəndinin  məlu matlarından  aydın  olur  ki,  "Əmir 

Teymur  Bey ləqanı  abadlaĢdırmıĢ,  orada  hamam,  ibtidai  ruhani  məktəb   (dəbistan) 

tikdirmiĢ,  Beyləqanın  kəhriz  Ģəbəkəsinin  bərpa  olun masına  sərəncam  vermiĢdi". 

Klav ixo da bu barədə məlu mat verir.  Lakin onun məlu matları dəqiq deyildir.  Əmir 

Teymur Beyləqanın dirçəld ilməsinin qeyri-mü mkün olduğunu anladı və bərpa iĢlə ri 

dayandırıldı.  Tey muri  hökmdarı  ġahru xun  dövründə  Beyləqanda  zəlzələ  baĢ  verdi 

və  hökmdar  dağılmıĢ  Ģəhəri  tərk  etməli  oldu.  Bu  baxımdan  ƏbdürrəĢid  Bakuvin in 

Beyləqanı əhə miyyətli, iri Ģəhər kimi təqdim etməsi gerçəklikdən uzaqdır.  

Ucan  Ģəhərinin  də  taleyi  Beyləqan  Ģəhərinin  taleyinə  bənzəyir.  XIV  əsrin 

sonu və XV əsrin əvvəllərində Ucan Ģəhəri adi kəndlərdən birinə çevrildi.  Halbuki 

Elxan i  hökmdarı  Qazan  xanın  dövründə  bu  Ģəhər  ölkənin  iqtisadi  həyatında 

əhəmiyyətli ro l oynamıĢdır. 1489-cu  ildə  Yaqub Ağqoyunlu Qazan xanın "zaman ın 

zərbələri  altında  viran  qalmıĢ"  sarayın,  Ucan  Ģəhərinin  digər  mü lklərin i  bərpa 

etmək haqqında əmr verdi.  Bərpa  iĢləri qısa  müddətdə baĢa çatdı və Sultan Yaqub 

sarayı  ziyarət  etdi.  Lakin  Ģəhərdə  bərpa  iĢləri  davam  etdirilməd i.  Ucan  əhalisin in 

əksəriyyəti Təbrizə köçdü. 

Bu  dövrdə  Miyanə  xırda  Ģəhər  kimi  tanın ırd ı.  Klav ixo  öz  qeydlərində  ço x 

zaman M iyanə adlanan yaĢayıĢ məntəqəsini kənd kimi təqdim edir.  




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə