Azərbaycan t a r ġ X ġ



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə48/231
tarix28.11.2017
ölçüsü4,67 Mb.
#12994
1   ...   44   45   46   47   48   49   50   51   ...   231

100 

 

daha  geniĢ  idi.  Soyurqal  sahibi  vergi  tədbirlərində  və  məhkəmə-in zibati 



fəaliyyətində  müstəqil  olmuĢdur.  Verg i  to xunulmazlığı  hüququ soyurqal  sahibinin 

zənginləĢ mə  vasitəsi  idi;  əvvəllər  dövlət  xəzinəsinə  daxil  o lan  vergilər  mü lk 

sahibinin  ixtiyarına  keçmiĢdi.  Soyurqal  sahibinin  öz  torpaq  sahəsində  vəzifəyə 

təyin etdiyi Ģəxslər yaln ız onun qarĢısında hesabat verirdilər. 

Soyurqal  institutunun  geniĢ  yayılması  mərkəzi  hakimiyyətin  maddi  əsasını 

məhdudlaĢdırır,  onun  gəlirlərin i  xeyli  dərəcədə  azald ırdı.  Soyurqalın  irsiliyi 

soyurqal  sahibini  mərkəzi  hakimiyyət  üçün  təhlükəli  ünsürə  çevirməkdə  idi.  Ġri 

soyurqal sahibləri artıq özlərindən asılı olan Ģəxslərə  xırda s oyurqallar bağıĢlamağa 

baĢlamıĢdılar.  Feodalların  siyasi  təsiri  torpaq  sahələrinin  kəmiyyəti  və 

məhsuldarlığı  ilə  deyil,  onların  sahib  olduğu  nökərlərin  (soyurqal  almıĢ  xırda 

feodalların) sayı ilə  müəyyən edilirdi. XV əsrin  ikinci yarısından mərkəzi höku mət 

soyurqal  sistemin i  sarsıt maq  üçün  mübarizəyə  baĢladı.  Əgər  XV  əsrin   birinci 

yarısında  (Qaraqoyunlu  hakimiyyəti  illərində)  soyurqallar  əsasən  hərbi-köçəri 

əyanların  nü mayəndələrinə  verilirdisə,  Ağqoyunlu  hakimiyyəti  dövründə  bu 

mü lklər  baĢlıca  olaraq  ruhanilərə  və  mülki  bürokratiya  nümayəndələrinə 

bağıĢlanırdı.  Ağqoyunlu  Yaqub  və  Əh məd  güclən miĢ  soyurqal  sahiblərinə  qarĢı 

qəti mübarizəyə baĢlamağa cəhd etdilər.  Lakin  mərkəzi höku mətin bu əməli  feodal 

qiyamlarına  səbəb  oldu  və  XV  əsrin  sonlarında  Ağqoyunlu  dövlətinin  süqutu  ilə 

nəticələndi.  

Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərində  hakim  sinif  tərkib  baxımından 

mü xtəlif id i. Bu sinif əsasən aĢağıdakı qruplardan ibarət olmuĢdur: 

a)  padĢah  (sultan)  baĢda  olmaqla  hakim  sülalə;  b)  Barani,  Sədli,  Baharlı, 

Bayandur,  Pörnak,  Mosullu  və  Qacar  tayfaların ın  hərbi-köçəri  əyanlar  kütləsi;  c) 

yerli,  oturaq  əyanlar  (məliklər);  ç)  ali  mü lki  bürokratiya  nümayəndələri;  d)  ali 

müsəlman  (sünni)  ruhaniləri.  Ali  xristian  ruhaniləri  təbəqəsi  Azərb aycanın  bəzi 

vilayətlərində  torpaq sahələrinin  mülkiyyətçisi  idi.  A zərbaycan  tayfaların ın  hərbi-

feodal əyanları göstərilən qruplar arasında aparıcı yer tutmurdular. 

ġirvanĢahlar dövlətində feodal sinfinin strukturu problemi az öyrən ilmiĢdir. 

Lakin   qeyd  etmək  lazımd ır  ki,  yerli  oturaq  feodalla rın   nümayəndələri  ġirvanın 

hakim sinfin in aparıc ı qüvvəsi idi. 

XV  əsrin  rəsmi  sənədlərindən  məlu m  olur  ki,  bu  dövrdə otuzdan  çox  adda 

vergi və mükəlləfiyyət mövcud idi və bu ağır vergi sistemi əhalin i əzird i.  Malcəhət 

(və  yaxud  bəhrə)  əsas  vergi  olmuĢ dur.  Uzun  Həsənin  "Qanunnamə"sinə  əsasən 

bəhrə əldə edilən məhsulun 1/5 hissəsini təĢkil etmiĢdir. Kəndlilər  istifadə olunmuĢ 

suyun  müqabilində  də  bəhrə  vergisi  ödəyirdilər.  Hərbçilərin,  mü lki  və  ruhani 

vəzifələr  tutan  Ģəxslərin  xeyrinə  toplanan  vergilərin  məc musu  ixracat  adı  ilə 




101 

 

tanınmıĢdı.  Qeyri-qanuni  surətdə,  özbaĢına  Ģəkildə  toplanan  vergilər  şiltaqat 



adlanırdı.  Kəndlilər  feodal  ziyafətlərinin  təĢkilin in  ağırlığ ını  da  çəkməli  o lurdular 

(şilənbəha,  süfrəbəha  və  baĢqa  mükəlləfiyyətlər).  Yerli  in zibati-polis  məmurunun 

(dəruğəki),  vergiyığan  məmurların  (mü may izane),  ruhani  baĢçıların  (rəsm  əl-

vüzarə)  xeyrinə  toplanan  vergilər  mövcud  idi.  Feodallar  mü xtəlif  təyinatlı 

tələbatların ı  ödəmək  üçün  mürəkkəb  vergi  sistemi  yaratmıĢdılar.  Maldarlardan 

çobanbəyi vergisi alın mırd ı. 

Azərbaycan feodalları, adətən, Ģəhərlərdə yaĢayır, vergiləri  xüsusi məmu rlar 

vasitəsilə  toplayır,  əldə  olunan  nemətləri  israfçılıq la  istehlak  edirdilər.  Bir  ço x 

hallarda  feodalla r  vergilərin  toplan ması  hüququnu  icarəyə  verird ilər  (müqatiə). 

Ġcarədarlar  mülkiyyət  sahibinin  mənimsəyəcəyi  vergilərin  bütün  məbləğini 

əvvəlcədən  ödəyir,  kəndlilərin  dilənçi  halına  düĢməsi,  müflisləĢ məsi  prosesini 

sürətləndirird ilər. 

ġəhərlər. Sənətkarlıq və ticarət. Pul dövriyyəsi. XIV əsrin 70-ci illərindən 

XV  əsrin  30-cu  illərinədək  Azərbaycanda  Ģəhər  həyatının,  ticarətin   və  xüsusilə 

sənətkarlığın  tədricən  tənəzzü l  etməsi  prosesi  baĢ  vermiĢdir.  Sosial-iqtisadi,  hərbi, 

siyasi,  ideoloji  hadisələrin  zənginliyi  baxımından  bu  dövr  Azərbaycan  tarixin in 

əlamətdar  gerçəkliklərindən  biri  olmuĢdur.  Ən  əhəmiyyətli  Ģəhərlərin  iqtisadi 

səviyyəsinin  enməsi,  həmin  mərkəzlərin  xırdalaĢ ması,  onların  kənd  təsərrüfatı 

təmayülündə tərəqqisi, bəzən bir sıra orta və kiçik  miqyaslı Ģəhərlərin  məhv olması 

bu dövrün səciyyəvi əlamətlərindəndir. Bu proseslər Tey murun yürüĢlərinədək o lan 

tarixi  mərhələdə  baĢlanmıĢdı.  A zərbaycan  ərazisində  baĢ  vermiĢ  hərbi-siyasi 

səciyyəli  proseslər  Ģəhərlərin  dağılmasına,  əhalinin  kütləvi  Ģəkildə  miq rasiyasına 

səbəb  olurdu.  Bu  dövrdə  ġirvan  daha  əlveriĢli  sosial-iqtisadi  və  siyasi  Ģəraitdə 

inkiĢaf edirdi.  Lakin 1434-cü ildə Ġskəndər Qaraqoyunlunun qoĢunu ġirvana hücum 

etdi,  ipək  istehsalı  üçün  zəruri  olan  tut bağları  amansızlıq la  məhv  olundu.  ġamaxı 

Ģəhəri  qarət,  dağıntı  və  talanlara  məru z  qaldı.  Bu,  monqol  yürüĢlərindən  sonra  ən 

viranedici basqın olmuĢdur. 

XV  əsrin  30-80-ci  illəri  ö lkənin  nisbətən  sabit  siyasi  Ģ əraitdə  inkiĢaf 

etməsi  ilə  əlamətdardır.  CahanĢah  Qaraqoyunlunun,  Uzun  Həsən  Ağqoyunlunun 

və  Sultan  Yaqubun  hakimiyyətləri  dövründə  Ģəhər  həyatı  daha  yüksək  inkiĢaf 

səviyyəsində olmuĢdur. Uzun Həsənin islahatı (vergi və mükəlləfıyyətlərin qeydə 

alın ması) Ģəhərlərin yüksəliĢini təmin edən rəsmi tədbir id i. ġirvan,  xüsusilə onun 

paytaxtı ġa ma xı Ģəhər təsərrüfatının in kiĢaf prosesində yeni mə rhələyə da xil oldu.  

XV  əsrin  sonları  -  XVI  əsrin  baĢlanğıcında  Azərbaycanda  feodal 

müharibələri yenidən gücləndi və bunun nəticəsində Ģəhərlərin in kiĢafı prosesi də 

ləngidi. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə