300
Ģücaəti əks etdirən qılınc, qalxan, at, qoç, qartal; hörmətli və qoca bir Ģəxsin və ya
ruhaninin məzar daĢında isə təsbeh, rəhil, qadın məzar daĢı ü zərində iynə, sap,
qayçı, güzgü və s. təsvirlərə təsadüf olunur. Məzar daĢları üzərində bir çox rəmzi
mah iyyət daĢıyan rəsmlər də vardır. Ġslamın rəmzi olan Ay və ulduz təsvirləri,
GünəĢin rəmzi olan svastika və ya zo laqlı dairə, d igər rəs mlər bu qəbildəndir.
Məzarüstü daĢlarda vəfat etmiĢ Ģəxsin fəlsəfı məna daĢıyan kəlamları, görkəmli Ģair
və aĢıqların sətirləri, dua, Ģifahi ədəbiyyat nümunələri də həkk ed ilirdi. Ep itafıya
(mezar kitabəsi) Ģəklində geniĢ yayılmıĢ bu cür yazılar görkəmli Ģəxslərin
məzarüstü daĢlarında təkrar olunur.
XVI-XVII əsrlərdə yaradılmıĢ mə zarüstü daĢların bəzəyin in əksəriyyətini
nəbati ornamentlər təĢkil edir. AraĢdırmalar təsdiq edir ki, nəbati ornament
motiv ləri və cürbəcür gözəl xətlə yazılmıĢ kitabələrlə bəzəd ilmiĢ ən nəfıs məzar
daĢları bu əsrlərdə ġirvan-AbĢeron ərazisində olmuĢdur. Asanlıqla oyulan, əsasən
əhəngdaĢından hazırlan mıĢ ġirvan-AbĢeron məzar daĢları ço x da böyük olmayan
sənduqə Ģəklindədir. Bu sənduqələrin əsas bəzək elementlərin i simmetrik
yerləĢdirilmiĢ nəbati motivlər, nəs x xətli kitabə, "səlcuq zənciri" adlanan həndəs i
ornament növü və bəzi məiĢət əĢyalarının (gülabdan, rəh il və s.) təsviri təĢkil ed ir.
Ko mpozisiya baxımından nəbati motivlər, adətən, sənduqənin yan tərəfındəki geniĢ
sahədə, yazılar daĢın yan haĢiyəsindəki nazik qurĢaq arasında, "səlcuq zənciri" və s.
həndəsi naxıĢlar isə pyedestalda təsvir edilirdi. Qəbələ bölgəsinin Hə zrə və
AbĢeronun Buzovna kəndlərində aĢkar olunan, tariximizin Səfəvi dövrünə aid
məzarüstü daĢlar oyma sənətinin klassik nü munələrindəndir. Məzar daĢlarında rast
gəlinən süjet xarakterli ko mpozisiyaların əksəriyyəti dəfn olunmuĢ Ģəxsin xey irli
əməllərini əks etdirən mövzulardır. Bu mövzu lar içərisində kiĢi məzarlarında
baĢlıca olaraq ov səhnələri, qadın məzarlarında isə xalçaçılıq sənəti ilə bağlı
təsvirlər əsas yer tutur.
Süjetli oyma ko mpozisiyaları içərisində Sisyan (keçmiĢ Zəngəzur)
rayonunun Urud kənd qəbiristanlığında yerləĢən sənduqələr xüsusilə maraq lıd ır.
Burada biz qədim türk tayfaların ın əski inamları ilə bağlı olan təsviri sənətə
gətirilmiĢ bir ço x orijinal motivlərə təsadüf edirik. Bu motivlər nəin ki Azərbaycan
el sənətlərinin uzaq keçmiĢdə Sibir və Altayda yaĢamıĢ digər türk tayfaları ilə
əlaqəsini hətta islam fəlsəfəsinə uyğun gəlməyən möv zuların da təsvir olunduğunu
göstərir. Bunlardan Ģamanların din i mərasimi, qədim türk xalq larında zoo morf
anlayıĢlarla bağlı meydana çıxmıĢ onqon - quĢ toteminin təsvirini və s. göstərmək
olar. Ümu miyyətlə, qeyd etmək lazımd ır ki, A zərbaycan sənətkarlığına, onun bədii
xüsusiyyətlərinə və məzmununa islamın təsiri hər yerdə eyni olmamıĢdır. Bu təsir
Ģəhərlərdə nisbətən güclü olmuĢ, ucqar və dağlıq bölgələrdə isə əsasən, hiss
301
edilməmiĢdir. Dağlıq yerlərdə yaĢayan feodal təbəqəsinin məiĢəti Ģəhər
feodallarının həyat tərzindən fərqləndiyi kimi, onların etiqadında da kəskin fərq
vardı. Ucqarlarda yaĢayan feodallar islamı qeyd-Ģərtsiz qəbul etmədikləri üçün bu
dinin yo xsul təbəqələr arasında yayılmasına da kəskin ehtiyac yox id i.
Azərbaycanda daĢ qoç fiqurları xüsusilə geniĢ yayılmıĢdır. Biz onlara
vətənimizin cənub sərhədlərindən tutmuĢ Ģimal-qərb inədə bir ço x yerlərdə rast
gəlirik. Ermənistanın və Gürcüstanın azərbaycanlılar yaĢayan ərazilərində də bu cür
fıqurlara təsadüf olunur. Təbiid ir ki, belə geniĢ ərazidə daĢdan yonulmuĢ qoç
fiqurlarının yayılması təsadüfi deyild i. Dadlı ətinə, məiĢətdə mü xtəl if ləvazimat və
geyim məqsədilə istifadə olunan əvəzsiz dərisinə, gözəl xalçaların ipi olan yununa
görə qoç əski zamanlardan ulu babalarımız üçün bolluq və qələbə rəmzinə
çevrilmiĢdi. DaĢ qoç fiqurlarımız haqqında ilk məlu matlara biz hələ XIX əsrin
əvvəllərində rast gəlirik. 1834-cü ildə Azərbaycanda olmuĢ fransız səyyahı Dübua
de Monpere Qarabağda çoxlu daĢ heyvan fiquru gördüyünü və yerli əhalin in onlara
xüsusi hörmət bəslədiyini qeyd etmiĢdir. XX əsrin əvvəllərində Azərbaycanda
olmuĢ rus alimi V.M.Sısoyev qeyd edilir ki, yerli əhali hətta bu cür fiqurları bəzən
qədim qəbiristanlıq xarabalağ ından, dağlardan taparaq gətirir, hörmət əlaməti
olaraq öz qohumlarının qəbri üzərinə qoyur. Respublikamızın cənubunda, xüsusilə
Lerik bölgəsində təsadüf olunan qoç fiqurları həcmin in iriliyi və Ģərti dekorativliyi
ilə fərq lənir. Gəncə, Qazax, Ağdam, Laçın bölgələrində təsadüf olunan daĢ qoç
fiqurlarının da bir ço x bənzərsiz xüsusiyyətləri vardır. Bu ərazin in daĢ qoç fiqurları
daha çox uzaq keçmiĢlərin arxaik sənət nümunələrini xatırladır. Uzunluğu 80-90
santimetr, hündürlüyü 50-60 santimetrdən artıq o lmayan bu abidələr
monu mentallığı, formaların ın ümu miləĢdirilmiĢ bir üslubda icrası ilə diqqəti cəlb
edir. Naxçıvan, Gədəbəy və Ermənistanın azərbaycanlılar yaĢamıĢ ərazilərində rast
gəlinən daĢ qoç fiqurlan ölçü baxımından mü xtəlifd ir. Onlardan ən böyüyünün
uzunluğu 150, hündürlüyü 110 santimetr, ən kiçiyinin u zunluğu 45, hündürlüyü isə
30 santimetrd ir.
Qeyd etdiyimiz daĢ qoç fiqurlarının dekorativ bəzəklərini nəbati həndə si
ornament motiv ləri, ep iqrafik yazılar, bəzi hallarda isə süjet səciyyəli
ko mpozisiyalar təĢkil edir.
Azərbaycanda daĢ qoç fiqurlu məzar daĢlarından sonra ən çox yayılmıĢ fıqur
at olmuĢdur. Xalq ımızın dünyagörüĢündə, inamlarında at insanın Ģərəfı,
qəhrəmanlığı
və
qələbəsinin
rəmzi
olub,
müqəddəs
heyvan
kimi
qiymətləndirilmiĢdir. XVI-XVII əsrlərdə hazırlan mıĢ at fiqurlarının ən bədii və
orijinal nümunələrinə Laçın bölgəsinin Zabux kəndi yaxınlığındakı qəbiristanlıqda,
Gəncənin Göy imam qəbiristanlığında rast gəlirik. Yerli bərk boz daĢlardan