304
zaman ların bədii üslubu kimi uzun müddət davam edə bilmədi. XVII əsrin
sonlarından baĢlayaraq bir ço x tarixi səbəblərlə əlaqədar in kiĢaf etməkdə olan yeni
üslub qarĢısında əski üslub aciz qaldı və əhəmiyyətini itirməyə baĢladı.
ġiəliy in dövlət dini o lması və ruhanilərin, eləcə də bəzi Səfəv i
hökmdarların ın, o cümlədən ġah Təhmasib, ġah Sultan Hüseynin musiqinin
qadağan olunmasına dair fərman larına baxmayaraq, musiqi mədəniyyəti inkiĢaf
edirdi. Musiqi təkcə dini mərasimlərdə deyil, sarayda və xalqın Ģənlik məclislərində
də səslənirdi. Bu dövrdə xalq mahnıları, aĢıq mahnıları geniĢ yayılırdı.
Azərbaycanın Gəncə, ġamaxı, Bakı, Ərdəbil, Təbriz, Marağa və s.
Ģəhərlərində (xüsusilə Ģah sarayında və Ģəhər hakimlərin in ziyafət məclislərində)
musiqiçilər dəstəsi fəaliyyət göstərirdi. Musiqiçilər və xanəndələrə rəis təyin
edilməsi haqqında 1526-cı ildə verilmiĢ fərmandan aydın olur ki, artıq bu zaman
musiqiçilər, xanəndələri b ir təĢkilatda birləĢdirilir, onların fəaliyyəti dövlət nəzarəti
altına alınır. Musiqiçi və xanəndələr hətta dövlətə vergi də verməli id ilər. Onlara
çalğıçıbaĢı adlanan baĢçılar da təyin edilirdi.
1521-c i ilin fevra lında I ġah Ġsmay ıhn Təbrizin ―HəĢtbehiĢt‖ adlanan məĢhur
sarayında təĢkil etdiy i Ģənlik məclisində müğənnilər o xuyur, musiqiçilər ud və ney
çalırdılar. 1 ġah Ġsmayıl və yüksək rütbəli əmirlər Təbriz meydanında musiqi sədası
altında qopuq oyunu keçirird ilər. Lakin ġah Təhmasib iki dəfə - 1526 və 1556-cı
illərdə musiqi çalın masın ı qadağan edən fərmanlar vermiĢdi. 1526-cı il fərmanına
əsasən saqqal qırxmaq, göyərçinbazlıq, nərd oynamaqla yanaĢı, tənbur çalmaq da
qadağan edilmiĢdi. 1556-cı ildə verilmiĢ fərmanda deyilirdi: "Müğənni Ģərə xilaf
mahnı o xusa, cəzalan malıdır. Çəngi hər kimdə görsələr, b oğazını kəssinlər, ney Ģəri
mahnılarla həmahəng olmasa, nəfəs çıxarmağa qoymasınlar, musiqiçi digəri ilə
həmnəfəs olduqda boğazına qurğuĢun töksünlər". Həmin fərman lardan aydın olur
ki, musiqi yalnız din i mərasimlər zamanı çalına bilərdi. Ġsgəndər bəy MünĢ i
üstüörtülü də olsa, bu barədə belə yazmıĢdı: "ġəriət musiqi əhlini saya qoymur.
Hökmdarın xid mətində olan musiqiçilər iĢdən qovulmuĢlar. Onlardan yalnız ikisi -
Hüseyn ġüĢtəri Bəyani və Ustad Əsəd Sornai (zurnaçalan. - məsul red.) qalmıĢdır.
Əsəd Sornai baĢqa məclislərə gedib musiqi çald ığı üçün bir müddət zindana
salın mıĢdı. Sonra ona and vermiĢdilər ki, saray nağaraxanasından baĢqa heç yerdə
zurna çalmasın".
Ġsgəndər bəy MünĢinin yazdığından və əldə olan məlu matdan aydın olur ki,
o dövrdə musiqi ifasının qadağan edilməsi din i mərasimlərə və saray musiqiçilərin
aid deyild i. Məsələn, ġah Təh masib özü istədiyi vaxt musiqiçiləri yanına dəvət
edirdi. 1544-cü ildə Təbrizə gəlmiĢ Hindistan hökmdarı Hü mayunun Ģərəfinə ġah
Təhmasibin əmri ilə təĢkil ed ilmiĢ Ģənlik məclisində Hafız Sad ıq Bərtaq, Mövlana
305
Qasım Qanoni (qanonçalan), Ustad ġahməhəmməd Sornai, Ustad Yusif Mövdud və
digər məĢhur xanəndə və sazəndələr çalıb-o xuyurdular.
Beləliklə, aydındır ki, musiq inin qadağan edilməsi haqqındakı fərman
(müasirin yazd ığı kimi, "hər kəs saz çalırdı, onun əlini kəsird ilər") heç də saray
adamlarına aid deyild i. Din i mərasimlərdə də nıusiqidən istifadə olunması qadağan
edilməmiĢdi. Əslində bu fərman və cəzalar geniĢ xalq kütləsini musiq idən məhru m
etmək demək idi. Bundan əlavə, həmin fərmanda müharibə vaxtı musiqi
alətlərindən istifadə edilməsinə icazə verilirdi. Belə ki, ġah Təhmasib Gürcüstana
yürüĢ təĢkil edərkən "döyüĢ təbilinin sədası və vuruĢ neyinin naləsi hər tərəfə səs
salmıĢdı".
II ġah Ġsmay ıl hakimiyyətə keçdikdən sonra ġah Təhmasibin musiq i
çalın masını qadağan edən fərmanı öz qüvvəsini itirdi. Həmin dövrdə kamança, ud,
çəng, tənbur və çahartar yenidən səslənir, musiqiçilər və xanəndələr azad çalıb -
oxuya bilird ilər.
I ġah Abbasın hakimiyyəti dövründə Azərbaycan Ģəhərlərində musiqi xeyli
inkiĢaf etmiĢdi. ġahın özü həm bəstəkar, həm də musiqi çalan id i. Ġsgəndər bəy
MünĢi onu musiqiĢünaslıqda və musiqi çalmaqda dövrün görkəmli adamı
adlandırmıĢdı. ġahın bəstələdiyi bəzi təsniflər musiqiçalanlar arasında geniĢ
yayılmıĢdı.
XVII əsrdə Azərbaycan Ģəhərlərində rəs mi qonaqları musiqi sədası altında
qarĢılayırd ılar. Alman səyyahı Adam Oleari Ərdəbilə çatarkən təbil və tütək çalınır.
ġamaxıda da səyyahı gərranay, tütək və təbil çala-çala qarĢılayırlar. Orada ziyafət
məclislərində də səntur, kamança, dəf çala -çala mahnılar o xuyurdular.
ġah öz ordusu ilə bir yerdən digər yerə gedərkən onu musiqiçilər və
xanəndələr müĢayiət edird i. 1586-cı ildə Səfəvi hökmdarı Su ltan Məhəmməd in oğlu
Həmzə Mirzə Kürəkçayda (Gəncə yaxın lığ ında) olarkən məclisdə xeyli musiqiçi və
xanəndə iĢtirak etmiĢdi. Əyalətlərin mərkəzi Ģəhərləri olan Təbrizdə, Gəncədə,
ġamaxıda bəylərbəyilərin saraylarında həmiĢə musiqiçilər dəstəsi olardı.
Bəylərbəyinin göstəriĢi ilə onlar Ģənlik məclislərində çalıb -o xuyur və rəqs edirdilər.
Hətta bu Ģəhərlərdə xan saraylarında teatr ko llektiv i də fəaliyyət göstərirdi. ġarden
XVII əsrin ortalarında Ġrəvanda olarkən Ģah sarayında üçpərdəli tamaĢaya baxmıĢ
və onu "ġərqin operası" adlandırmıĢdır. ġarden yazır ki, belə teatrlara
bəylərbəyilərin iqamətgahı olan əyalətlərin mərkəzi Ģəhərlərində də təsadüf edilird i.
XVI-XVII əsrlərdə Azərbaycan Ģəhərlərində aĢıq musiqisi də geniĢ
yayılmıĢdı. AĢıq mahnıları geniĢ xalq kütləsin in real həyat tərzin i və vəziyyətini
tərənnüm etdirird i.