52
hökmdarları vergilərin yığılmasında istifadə olunan üsulların, zorakı tədbirlərin
faydasızlığına əmin olduqdan sonra vergi sistemində müəyyən qayda yaratmağa
cəhd etdilər. 1254-cü ildə Munke xanın sərəncamı ilə bütün Monqol imperiyası
hüdudlarında əhalin in ümu mi siyahıyaalın ması keçirild i. Gəncəli Kirakos yazırdı:
"Qadınlar istisna olunmaqla, on yaĢına çatmıĢ bütün adamları siyahıya alırdılar.
Əhalidən müəyyən olunmuĢ həddən artıq olan vergiləri amansızlıq la tələb ed irdilər,
xalq dilənçi vəziyyətinə düĢ müĢdü. Verg i yığanlar əhaliyə görünmə miĢ əzab və
iĢgəncələr verirdilər".
XIII əsrin 50-ci illərin in sonlarında təĢəkkül tap mıĢ Hülakular (Elxanilər)
dövlətində monqol caniĢin lərinin hakimiyyəti dövründəki vergi sistemin in qaydaya
salın ması, mərkəzləĢdirilməsi və təkmilləĢdirilməsi üçün bir sıra tədbirlər həyata
keçirildi. Elxanilər yerli in zibati vergi sisteminin ənənələrin i əsasən saxlamağa, bu
sistemi Çingiz xan dövründən miras qalmıĢ "Ulu Yasa"nın geridə qalmıĢ feodal-
patriarxa l qaydaları ilə u zlaĢdırmağa çalıĢırdıla r.
XIII-XIV əsrlərin mənbələrindən məlu m olur ki, bu dövrdə zəhmətkeĢ
əhalidən dövlət və feodalların mənafeyinə 45 adda mü xtəlif vergi və mükəlləfiyyət
tələb edilird i.
Ġstifadə olunan torpağın müqabilində alınan baĢlıca vergi xərac idi.
Atabəylər dövləti dövründə bu vergini ödəmək əhali üçün həllo lunmaz problem
deyildi: " xərac vergisi becərilən əkin sahələrin in, bağların müqabilində ödənilməli
idi. Məhsulsuzluq Ģəraitində bu vergi tələb olun murdu. Alınan xərac məhsuldar
mü lk torpaqlarından əldə olunan məhsulun 10 və ya xud 5 fa izini təĢkil ed ird i".
Monqol hökmdarlığı dövrü (XIV əs rin əvvəlləri istisna olunmaqla)
vergilərin (habelə xəracın) a rtımı təmayülü ilə səciyyəvi olmuĢdur. Hətta rəsmi
sənədlərdə qeydə alınmıĢ məlu matlardan aydın olur ki, xərac vergisi məhsulun 60-
70 faizini, əlavələrlə isə 70-80 faizini təĢkil etməyə baĢlamıĢdı. Lakin vergiyığanlar
və vergilərin yığılması iĢini icarəyə götürmüĢ Ģəxslər əhalidən müəyyən edilmiĢ
həddən artıq məhsul qoparmağa can atırdılar. Xərac ildə iki dəfə y ığılırdı: ilin
əvvəlində (Novruzda) bu vergi əsasən pulla, məhsul yığımı dövründə isə pul və
məhsulla ödənilirdi.
Vergin in kəmiyyəti becərilən torpağın sahəsinə müvafiq idi. Divan
torpaqlarından xə racın yığ ılması iĢi ayrı-ayrı feodalların ica rəsinə verilird i. Yığ ılan
xəracın 1/3 hissəsi xəzinəyə daxil edilir, 1/3 isə icarədarın xeyrinə gedird i.
Monqol iĢğalçılarının tətbiq etdiyi ağır vergilərdən biri də qopçur (monqol
dilində "otlaq" mənasına gəlir) idi. Bu vergini əvvəllər köçəri maldarlar ödəyirdilər
(hər 100 baĢ mal-qaradan 1 baĢ heyvan alınırdı). Tədricən qopçur can vergisinə
çevrilərək Ģəhər və kəndlərin oturaq əhalisinə də Ģamil ed ild i. Qopçurun tətbiq
53
edilməsi müsəlman hüququna (Ģəriətə) zidd idi. ġəriətə görə, can vergisi yalnız
müsəlman olmayan əhalidən alına bilərd i. Qazan xan ın hakimiyyəti dövründəki
qopçurun nə dərəcədə ağır vergi olduğunu Fəzlu llah RəĢidəddinin bu
məlu matından anlamaq mü mkündür: "Bu vilayətləri hakimlərin icarəsinə verirdilər,
həmin hakimlərə yardım etmək üçün zəruri sayda xid mətçilər verilirdi... Bu cür
hakimlər hər il rə iyyətdən 10, bəzi hallarda isə 20-30 qopçur məbləğ ində vergi
yığırd ılar, toplanmıĢ verginin xeyli hissəsi hakimlərin, vergiyığanların əlində
cəmlənirdi".
Qazan xanın islahatı qopçur vergisinin yığ ılmasında müəyyən dönüĢ yaratdı,
vergi məbləğ inin özbaĢına artırılması qadağan olundu. Lakin bu islahata
baxmayaraq, qopçur ağır verg i olaraq qalmaqda idi.
Çingiz xanın dövründən etibarən Ģəhər sənətkarlarından, ticarətdən alınan
vergilər tamğa istilahı ilə qeyd edilirdi. Tamğa vergisi pulla ödənilirdi və onun
məb ləği ço x yüksək idi. Tamğan ın iki növü mövcud olmuĢdu: böyük və kiç ik
tamğa. Böyük tamğa Ģəhər darvazalarında, gömrü kxanalarda, məhsulların Ģəhərlərə
gətirildiy i zaman alın ırdı. Verg iyığanlar böyük məbləğ təĢkil edən bu verginin
ədalətliliyini təsdiq etmək üçün iri tərəzilərdən istifadə edirdilər. Kiçik tamğa
vergisi isə bazarlarda, məhsulların satıĢı zamanı ödənilirdi. Ta mğa Elxanilər
xəzinəsinin zənginliyin i təmin etmiĢ ən sabit vergi olmuĢdur. XIII əsrin sonlarında
yalnız Təbriz Ģəhərindən əldə olunan tamğanın məbləği 80 tü mənə çatmıĢdı və
Hülaku dövləti xəzinəsinin gəlirlərinin 5 faizin i təĢkil edird i. XIV əsrin
əvvəllərində də, Qazan xan ın islahatlarına uyğun surətdə, Ģəhər həyatının
dirçəld ilməsi məqsədilə bəzi Ģəhərlərdə tamğa vergisi müvəqqəti olaraq ləğv
edilmiĢ, digər Ģəhərlərdə isə 50 faiz azaldılmıĢdı. Lakin ticarətin və sənətkarlığ ın
inkiĢafı sayəsində tamğanın ümumi həcmi nəinki azaldı, əksinə, bu məbləğ artmağa
baĢladı. Məsələn, 1340-cı ildə Təbrizdə yığ ılmıĢ tamğa verg isinin ü mu mi məbləği
87 tümən 5000 d inar olmuĢdur.
Əvvəllər olduğu kimi, bu dövrdə də ticarət karvanlarından yol haqqı - bac
alın ırd ı. Bac Ģəhər darvazalarının yanında, körpülərdə ödənilird i. Bu iĢlə xüsusi
gömrükxana məmu rlanrı məĢğul olurdular. Bac əsasən baĢqa Ģəhərlərdə satılmaq
üçün nəzərdə tutulmuĢ məhsulların müqabilində alınırdı. Əgər əmtəə Ģəhər
bazarına satıĢ üçün gətirilirdisə, onun əvəzində tamğa vergisi ödənilməli idi. Bac
yığımının ən iri gömrük məntəqələrindən biri Araz çayı ü zərində olan Xudafərin
körpüsü olmuĢdur.
Dövlət aparatının ayrı-ay rı zü mrələrinin maddi cəhətdən təmin o lunması
üçün Ģəhər və kənd əhalisindən mü xtəlif vergilər alınırdı. Orta əsr mənbələrində bu
vergilərin məcmusu ixracat istilah ı ilə qeyd edilmiĢdir.