54
Ordu hissələrinin, hərb i məmu rların, elçilərin ərzaqla, heyvanla, ələflə
təchizini ehtiva edən mü xtəlif verg i və mü kəlləfiyyətlər sistemi də mövcud idi.
Sabit olmayan ictimai-siyasi, iqtisadi Ģəraitdə bu cür vergi və mükəlləfiyyətlər
sistemi zəhmətkeĢləri xüsusilə incidirdi. Müxtəlif təyinatlı, təcili xərcləri ödəmək
məqsədilə dövlət və feodallar tərəfindən alınan avariz də əhalini müflisləĢdirən
vergilərdən biri idi.
Poçt xidmətinin ehtiyaclarını ödəmək üçün kəndlilər xüsusi mükəlləfiyyət
daĢıyırdılar: onlar rabitə məntəqələrini at, ulaq, qatır və digər nəqliyyat vasitələri ilə
təmin etməli idi. Kəndlilər, Ģəhər əhalisi hərbi məmurları, elçiləri, əmirləri və digər
yüksək rütbəli Ģəxsləri (onları müĢayiət edənlərlə birlikdə) qonaq saxlamağa məcbur
edilird ilər.
Qazan xan dövründə poçtla əlaqədar olan mükəlləfiyyətlər ləğv edildi və bu
tədbir Azərbaycanda, eləcə də qonĢu ölkələrdə iqtisadi inkiĢafa müəyyən təkan verdi.
Lakin XIV əsrin 40-cı illərində bu mükəlləfiyyət yenidən adi gerçəkliyə çevrild i.
Bağlardan xüsusi xərac alınırdı. Bu xərac bağbaĢı (farsdilli mənbələrdə
"bağĢomare") adlanırdı. Hökmdara, hakimlərə, əyanlara verilməli peĢkəĢ və hədiyyələrin
müəyyən toplusu da mövcud olmuĢ dur. Həmin peĢkəĢ və hədiyyələr ali Ģəxslərə onların
müəyyən məkana gəliĢi, mü xtəlif dini və mülki bayramlarda iĢtirakı münasibətilə
təqdim ed ilirdi.
Tərx adlanan mükəlləfiyyət əhali üçün ağır idi. Bu mükəlləfiyyətə əsasən əhali
dövlət anbarlarında yığılıb qalmıĢ izafı kənd təsərrüfatı məhsullarını bazar
qiymətlərindən yüksək qiymətə almalı o lurdu. Tərx mükəlləfiyyəti dövlətə və
feodallara kənd təsərrüfatı məhsullarını, sənətkarlıq məmulatını bazar qiy mətlərindən
aĢağı qiymətə almaq imkanı da yaratmıĢdı.
XIIl-XIV əsrlərdə Azərbaycan əhalisi vergi və mükəlləfiyyətlərin dəhĢətli
ağırlığı altında əziyyət çəkmiĢdir. Vergilərin yığılması prosesində mövcud olan
özbaĢınalıqlar bu zülmü daha dözülməz edirdi. Həyat Ģəraitinin ağırlaĢması
zəhmətkeĢlərin kütləvi Ģəkildə yaĢayıĢ yerlərini tərk etməsinə səbəb oldu. Qazan xan
dövründə vergi ağırlığının nisbətən azaldılması, iqtisadiyyatın müəyyən qədər
yüksəliĢi ümumi tənəzzül təmayülünü aradan qaldırmadı. Məsələn, Naxçıvan, Mərənd
və Sərab əhalisi Ģikayət edərək bildirmiĢdi ki, vergiyığanlar və məmurlar Qazan xanın
fərmanına əməl etmir, istədikləri məhsulları ələ keçirir, tələb olunandan artıq məbləğdə
vergilər alır, "bir dinar əvə zinə 20 d inar tələb edirlər".
Dözü lməz zülm nəticəsində Naxçıvanda mövcud olan evlərin 5/6 hiss əsi
boĢalmıĢdı. BaĢ verən mü xtəlif yolu xucu xəstəliklər, məhsulsuzluq əhalinin həyat
Ģəraitini xeyli ağ ırlaĢdırmıĢdı.
55
Qazan xanın islahatları. XIII əsrin 80-90-cı illərində Hülakular dövlətində
baĢ verən siyasi və ictimai-iqtisadi böhran ən yüksək səviyyəyə çatdı. ĠĢğal
altındakı ölkələrin müdhiĢ dağıntılara məru z qalması, arası kəsilməyən feodal
çəkiĢ mələri, zəh mətkeĢ əhalinin amansız Ģəkildə talan olunması nəticəsində öz
yerlərini tərk etməsi və digər amillər kənd təsərrüfatı istehsalının kəskin s urətdə
azalmasına, Ģəhərlərin iqtisadi həyatının ölgünləĢməsinə gətirib ç ıxa r-mıĢdı.
Dövlət xəzinəsinin, feodalların gəlirinin azalması Elxan i hökmdarı Qazan
xanı (1295-1304) daxili siyasət istiqamətin i əsaslı surətdə dəyiĢməyə, bir sıra
mühü m islahatlar keçirməyə məcbur etdi. Qazan xan dövlətin mərkəzləĢdirilməsi
prosesinə maneçilik törədən monqol mənĢəli hərbi-köçəri əyanlara qarĢı
mübarizədə yerli əyanlara, müsəlman ruhanilərinə, hakim sülalə ilə əlaqədar olan,
hakimiyyətin mə rkə zləĢdirilməsinə tərəfdar çıxan monqol-türk mənĢəli köçəri
əyanların bir q isminə arxalanırd ı. Qazan xan, onun ardınca isə monqol hərbçilərinin
əksəriyyəti fəth olunmuĢ ərazidə öz mövqelərin i möhkəmləndirmək üçün islamı
qəbul etdilər. Ġslam yenidən dövlət dini səviyyəsinə yüksəldi. Müsəlman
müqəddəslərinə məxsus olan vəqflərə, din i təĢkilatlara, ruhanilərə geniĢ torpaq
sahələri bağıĢlandı.
Qazan xan ın həyata keçirdiyi islahatların əsas təĢəbbüskarı və həyata
keçirəni baĢ vəzir, təbib, dövrün məĢhur tarixçisi Fəzlullah RəĢidəddin idi. Ġslahat
vergi sistemin in sabitləĢdirilməsi, verg i zülmünün yumĢaldılması, vergilərin
yığılması prosesində mövcud olan sui-istifadə hallarının aradan qaldırılması
vasitəsilə əkinçiliy in və Ģəhər iqtisadiyyatının yüksəliĢin i təmin etmək məqsədi
güdürdü.
Tədbiri həyata keçirən Ģəxslərin qənaətinə görə, bu islahat dövlət
xəzinəsinin sabit Ģəkildə gəlirlərlə təchiz o lunmasın ı təmin et məli idi.
Ġslahatların əsas hissəsi 1297-1304-cü illər ərzində həyata keçirild i və
inzibati aparatın təqribən bütün sahələrini əhatə etdi. BaĢ verə biləcək mü xtəlif
qeyri-qanuni əmə llərin aradan qaldırılması üçün Qazan xan Elxanilər dövlətinin
bütün maliyyə verg i sisteminin yenidən qurulması siyasətini yeritməyə baĢladı.
Vergi verməli olan əhalinin siyahısı tərtib o lundu, vergilərin növləri, məbləği və
vaxtı dəqiq müəyyən edildi. Verg ilə rin növləri, ödənilmə vaxtı taxta, metal, daĢ
lövhələr üzərində həkk o lundu və müxtəlif yaĢayıĢ məntəqələrinin nəzərəçarpan
yerlərində qoyuldu. Tərtib olunmuĢ dövlət sənədlərinə düzəliĢlərə imkan
vermə mək məqsədilə həmin sənədlərin əsli ġənbi-Qa zanda yerləĢmiĢ xüsusi yerə
təhvil verilməli idi.
Həyata keçirilən islahata əsasən xərac və qopçur vergilərinin məb ləği,
ödənilmə vaxtı, qaydası müəyyən edilmiĢdi. Dövlət torpaqlarından alınan xərac