64
Qara dəniz sahillərinə çatdırılırd ı. BaĢqa birbaĢa yol - Araz sahili boyunca keçərək
Ermənistana, Suriyaya (ġam) və Beyn əl-Nəhreynə gedən qədim yol hələ də öz
əhəmiyyətini itirməmiĢdi. ġimaldan HəĢtərxan vasitəsilə Qızıl Ordanın ərazisinə,
Çinə istiqamətlən miĢ xüsusi karvan yolu da mövcud idi.
Çini Orta Asiya vasitəsilə Yaxın ġərq, Qara dəniz, Xəzər dənizi və Aralıq
dənizi ilə birləĢdirən karvan yolu qədimdən Ġpək yolu adı ilə məĢhur olmuĢdur. Bu
yolun əhəmiyyəti yalnız beynəlxalq ticarətlə məhdudlaĢmırd ı. Asiyanı Avropa ilə
əlaqələndirən Ġpək yolu mü xtəlif xalqların siyasi-diplo matik və mədəni
münasibətlərinin inkiĢafında müstəsna rol oynamıĢdır. Azərbaycan bu yolda ġərqlə
Qərb arasında sanki körpü id i.
XIII əsrin 30-cu illərindən etibarən "gümüĢ böhranı" tədricən aradan qalxd ı,
Azərbaycanda yenidən gümüĢ sikkələr zərb edilməyə baĢlandı. Gü müĢ pul sistemi
bərpa edildi. Qızıl pula n isbətən gümüĢ pul daha çox buraxılırdı. Ən yüksək pul
vahidi tümən, qızıl və gümüĢ balıĢ hesab olunurdu. Dinar, fəls, gümüĢ dirhəm daha
az dəyərə malik idi. XIII əsrin ikinci yarısında dövriyyədə yalnız qızıl tü mən və
qızıl balıĢ qalmıĢdı. Bu dövrdə gümüĢ dinar da buraxılmağa baĢlanmıĢdı.
Azərbaycanın pul dövriyyəsində xarici ölkələrin qızıl sikkələrindən də istifadə
olunurdu. Elxani hökmdarı Əh məd in hakimiyyəti dövründə (1282-1284) sikkələrin
dəyərinin aĢağı en məsi prosesi baĢlandı və bu proses XIII əsrin sonlarına doğru
daha da gücləndi. Elxanilər dövləti ma liyyə böhranına məruz qaldı və dövlətin
xəzinəsi boĢaldı. Bununla əlaqədar olaraq 1294-cü ildə Key xatu xanın əmri ilə
Təbrizdə kağız pulçao buraxılmasına baĢlanıldı. Çao daxili pul dövriyyəsi üçün
nəzərdə tutulmuĢdu. KeçirilmiĢ islahatın məqsədi dövriyyədə olan qızıl və gümüĢ
pulları icbari yolla dövlət xəzinəsində cəmləĢdirmək, onların xarici ölkələrə
axın ının qarĢısını almaqdan ibarət idi. Əhali kağız pulu qəbul et məkdən imtina
edirdi. Kağız pulların buraxılması yolu ilə böhranı aradan qaldırmaq təĢəbbüsü baĢ
tutmadı. Bu islahat dövlətin ma liyyə vəziyyətini nəinki ya xĢılaĢdırdı, əksinə, onu
daha da pisləĢdirdi.
Qazan xan (1295-1304) bir sıra iqtisadi, sosial tədbirlər həyata keçirməyə, o
cümlədən sikkə zərbi iĢini sabitləĢdirməyə baĢladı və bütün Hülaku dö vləti üçün
vahid pul sistemi yaratdı. Su i-istifadə hallarına yol verməmək məqsədilə Qazan xan
vahid sikkə nümunəsi müəyyən etdi. Sikkən in üzərində səciyyəvi hərflərlə icra
olunmuĢ üç gizli hərf iĢarəsi qeyd olunurdu. Qazan xanın pul islahatı t icarət
əməliyyatının geniĢlən məsinə yardım etdi.
Qazan xan ın islahatı nəticəsində ticarət əməliyyatları normal pul hesabı ilə
aparılmağa baĢlandı. Bu isə dövlətin ümu mi mədaxilinin artmasına səbəb oldu.
Ticarətin canlan ması və pula olan tələbat yeni zərb xanaların açılmasını zəruri etdi.
65
Bu zaman Hü laku lar dövlətinin ərazisində 75 zərb xana var idi. Səlmas, Urmiya və
Sarayi-Mənsuriyyədə yeni zərb xanalar açıldı. Bə rdə, Gəncə, Təbriz, Marağa,
Naxçıvan, Beyləqan, Qazaniyyə (ġənbi-Qazan) zərb xanaları ö z fəaliyyətlərini
bərpa etdilər.
Ulcaytu xanın (1304-1316) hakimiyyəti dövründə vəziyyət yenidən dəyiĢdi.
Müxtəlif tipli pullar buraxılır, sikkələrin çəkisi və dəyəri aĢağı düĢür, zərb xanaların
sayı azalırdı. Su ltan Əbu Səidin hakimiyyəti illərində (1316 -1335) pu lun yüksək
əyarlığ ı nisbətən saxlanılırd ı, lakin sikkənin çəkisi tədricən və ardıcıl Ģəkildə aĢağı
enirdi. Bununla əlaqədar olaraq sikkələrin alıcılıq qabiliyyəti və real dəyəri
nisbətən aĢağı düĢmüĢdü.
ġəhərlər. Monqol qoĢunlarının baĢlıca hücum obyektləri Ģəhərlər olmuĢdur.
Təbriz Ģəhəri, digər iri ticarət-sənətkarlıq mərkəzlərinin b ir qis mi kü lli miqdarda
qiymətli məhsulu düĢmənlərə güzəĢt etməklə talan və qarətlərdən xilas ola bilmiĢdi.
Ġri məskənlərin tarmar edilməsi, əhalin in kütləv i Ģəkildə məhv olunması
strategiyasını həyata keçirən monqol iĢğalçıları Ərdəbil, Beyləqan, Gəncə, Marağa,
Naxçıvan, ġamaxı, Xoy, Səlmas , Sərab, ġəmkir, Bərdə və Ucan Ģəhərlərini
dağıntılara məru z qoydular. Yaln ız Ərdəbil və bəzi Ģəhərlərdəki əhalinin b ir q ismi
ölümdən qurtara bilmiĢdi. 1231-ci ildə monqolların ikinci yürüĢü zamanı Gəncə
Ģəhəri tamamilə dağıdıldı. ġəhər 4 il ərzində əhalisi olmayan viran edilmiĢ
məntəqə kimi qalmıĢdı. XIII əsrin 20-ci illərində Xarəzm sultanı Cəlaləddinin
divan baĢçısı olmuĢ ġərif əl-Mülkün Beyləqanda və Ərdəbildə həyata keçird iyi
bərpa tədbirləri də ölkədə hökm sürən siyasi sabitsizliyi, ü midsizlik Ģəraitini, Ģəhər
iqtisadiyyatının ümu mi tənə zzül meylini a radan qaldırmadı.
1257-c i ildə Hüla ku xan 3 ay çəkmiĢ mühasirədən sonra Beyləqan Ģəhərinin
qala divarlarını darmadağın etməyə müvəffəq oldu və Ģəhəri ələ keçird i. Beyləqan
dəhĢətli dağıntılara, talan və qarətlərə məru z qalaraq tənəzzül etdi.
Monqol iĢğalı dövründə tətbiq edilmiĢ soyğunçu vergi siyasəti, Qızıl Orda
xanlarının XIII əsrin 60-cı illərindən baĢlamıĢ yürüĢləri A zərbaycanda Ģəhər
həyatına mənfi təsir göstərmiĢ əsas amillər idi. Hü laku lar dövlətin in paytaxtına
çevrilmiĢ Təbriz istisna olunmaqla bütün Ģəhərlərin əhalisi b ir neçə dəfə azalmıĢdı.
ġəhərlərin kəndlərə çevrilməsi təmayülü güclənmiĢdi. Beyləqan, Kağəzkonan, ġiz,
Bərzənd, Ucan, ġəmkir, UĢnu, Bəcirəvan və s. yaĢayıĢ məntəqələri artıq sənətkarlıq
və ticarət mərkəzləri deyildi.
Monqol iĢğalının ağır nəticələrinə baxmayaraq, Ģəhər iqtisadiyyatı əsaslı
iflasa uğramadı. Təbriz, Bakı və s. Ģəhərlər monqol qoĢunların m dağıdıcı
yürüĢlərinə məru z qalmamıĢdı. Yeni məkanda yeni dövlət qurmuĢ Elxanilər
Hülaku xandan (1256-1265) baĢlayaraq saray, mədrəsə, rəsədxana, Ģəhər və