Azərbaycan Tarixi


Böyük Britaniya ilə münasibətlər



Yüklə 5,99 Mb.
səhifə2/3
tarix19.12.2023
ölçüsü5,99 Mb.
#152733
1   2   3
axc xarici siyasət

Böyük Britaniya ilə münasibətlər

  • Mudros sülhünə əsasən 1918-cil noyabrın 17-də general Tomsonun başçılığı ilə ingilis qoşunu Bakıya daxil oldu. Nəticədə AXC höküməti Qərb meyilli siyasi xətti yeritməyə məcbur oldu.

Britaniya qoşunları 1918-ci ildə AXC ərazisinə iki dəfə daxil olmuşdular:

  • Birinci dəfə 1918-ci ilin avqustunda Denstervilin başçılığı ilə gəlmiş ingilis qüvvələrinin komandanlığı AXC-nin hakimiyyətini tanımadı.
  • İkinci dəfə 1918-ci ilin noyabrında Tomsonun başçılığı ilə gəlmiş ingilis qüvvələrinin komandanlığı əvvəlcə AXC hökümətini tanımasa da, parlamentin və III hökümətin demokratik prinsiplər əsasında təşkilini gördükdən sonra onu ölkədə yeganə səlahiyyətli hakimiyyət kimi qəbul etdi.

1919-cu ilin avqustunda ingilis qoşunları Azərbaycanı tərk etdi. AXC höküməti ingilis qoşunlarının ölkədə qalmasını milli dövlətin müdafiəsində mühüm amil hesab etdiyi üçün Azərbaycanı tərk etmələrini narahatlıqla qarşıladı. Azərbaycanı tərk edərkən ingilis hərbi korpusu bütün ləvazimatını və Xəzər hərbi donanmasını sovet hökümətinə qarşı mübarizə adı altında ağqvardiyaçılara verdi.

Bu zaman AXC-nin ingilis komandanlığından yardım müraciətləri qismən təmin olundu:


Bakı şəhərinin liman idarəçiliyi, hərbi ləvazimatın və sursatın bir hissəsi, bir neçə hərbi gəmi AXC hökümətinə verildi.
Bunların əsasında AXC höküməti Xəzərdə hərbi donanma yaratdı. Bu donanma üçün xaricdən hərbi kater və sualtı qayıqlar alındı.

1920-ci ilin fevralında Bakıya gəlmiş İtaliya hökümətinin nümayəndələrinin AXC höküməti ilə imzaladığı sazişə əsasən:

  • AXC-nin ordusu və hərbi donanması üçün hərbi ləvazimat, hərbi texnika və geyim alınması nəzərdə tutulurdu.
  • Bunun əvəzində İtaliyaya neft və neft məhsulları veriləcəkdi.

AXC ilə Gürcüstan arasında sərhəd problemi aşağıdakı kimi həll olundu:

  • Rəy sorğusu ilə Zaqatala dairəsi Azərbaycanın tərkibində qaldı.
  • Borçalı qəzası ilə bağlı ərazi mübahisəsi tənzimləndi.

Yüklə 5,99 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə