Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə74/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   70   71   72   73   74   75   76   77   ...   129

201 
 
salmışdır.  Onun  musiqi  istedadı  çıxış  yolu  axtarır  və  getdikcə  aydın  olurdu  ki, 
M.Maqomayev musiqisiz yaşaya bilmir, musiqi onun bütün fikrini məşğul edirdi. 
1911-ci  ildə  Bakıya  köçən  Muslüm  Maqomayev  bir  ara  Sabunçuda 
müəllim  işlədikdən  sonra  Azərbaycan  Opera  Teatrına  skripkaçı  qəbul  edilmişdir. 
Bu  teatr  o  dövrdə  Azərbaycan  peşəkar  musiqi  sənətinin  qərargahı,  düşünən  beyni 
kimi  qəbul  edilirdi.  Burada  çalışan  sənət  ustaları  öz  sahələri  üzrə  fəaliyyət 
göstərməklə  kifayətlənmir,  Azərbaycanda  klassik  musiqinin  inkişafı,  onun  milli 
musiqi  ilə  sintezi  yollarını  düşünürdülər.  Teatrda  M.Maqomayev  Üzeyir 
Hacıbəylinin  on  yaxın  silahdaşlarından  biri  kimi  Azərbaycan  musiqili  teatrının 
təşəkkülü və inkişafı istiqamətində işləməyə başlamışdır. Həmçinin o, Hüseynqulu 
Sarabski,  Hənəfi  Terequlov  və  başqa  musiqi  xadimlərimizlə  birgə  fəaliyyət 
göstərmişdir.  1912-ci ildən başlayaraq ömrünün axırınadək Müslüm Maqomayev 
opera tamaşalarına dirijorluq etmişdir. 
1916-cı  ildə  Müslüm  Maqomayev  özünün  ilk  operası  olan  "Şah  İsmayıl" 
operasını  yazmışdır.  Operanın  musiqisinin  çox  hissəsini  muğamlar  təşkil  edirdi. 
Əsərin 1924 və 1936-cı illərdəki formalarında müəllif muğam improvizasiyalarını 
azaltmış,  əsərə  reçitativ,  rəqslər  daxil  etmiş,  çoxsəsli  xor  nömrələrini  artırmışdır. 
Onun "Şah İsmayıl" operası XX əsrin 20-ci illərinədək Azərbaycan operalarına xas 
improvizasiya prinsipindən kamil opera formasına keçid mərhələsi hesab edilir və 
bununla Azərbaycan opera sənətinin inkişafı tarixində əhəmiyyətli yer tutur. 
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Müslüm Maqomayev 
Azərbaycan  musiqi  sənətinin  inkişafı  sahəsində  gərgin  işləmişdir.  O,  20-ci  illərdə 
Azərbaycan  SSR  Xalq  Maarif  Komissarlığı  incəsənət  şöbəsinin  və  Azərbaycan 
Radio Verilişləri İdarəsində  musiqi şöbəsinin müdiri işləmişdir. Bu vəzifələrdə o, 
geniş  xalq  kütlələrinin  musiqi  təhsili  məsələlərinə  böyük  diqqət  yetirmişdir. 
İnzibati  vəzifələrdə  çalışması  onun  bəstəkarlıq  fəaliyyətinə  xələl  gətirirdi,  lakin 
bununla  belə,  işlədiyi  illərdə  o,  klassik  musiqinin  xalq  arasında  sevilməsində, 
kütləvi mahnıların klassik musiqi ilə milli musiqinin sintezi əsasında yazılmasında 
böyük işlər görmüşdür. 
XX  əsrin  30-cu  illərində  bəstəkar  Azərbaycan  Opera  və  Balet  Teatrının 
direktoru,  bədii  rəhbəri  və  baş  dirijoru  vəzifələrində  çalışmışdır.  Müslüm 
Maqomayev  bir  çox  görkəmli  Azərbaycan  mədəniyyət  xadimləri  ilə  birlikdə 
incəsənətdə realist ənənələrin,  yeni  mövzuların bərqərar olmasına,  Avropa klassik 
musiqi janrları və formalarından istifadə edilməsinə səy göstərmişdir. 
Müslüm  Maqomayevin  bəstəkarlıq  üslubunun  formalaşmasında  xalq 
mahnılarını  toplayıb  işləməsinin  əhəmiyyətli  rolu  olmuşdur.  1927-ci  ildə  onun 
ümumi  redaktəsi  ilə  "Azərbaycan  türk  el  nəğmələri"  məcmuəsi  nəşr  edilmişdir. 
Bununla  o,  bir  çox  nadir  Azərbaycan  mahnılarının  qorunmasını,  nəsildən-nəslə 
ötürülməsini  təmin  etmişdir.  Hal-hazırda  ermənilərin  özününküləşdirmə  yə 


202 
 
çalışdığı  musiqi  və  mahnıların  bir  çox  artıq  o  dövrdə  bu  məcmuədə  Azərbayca 
musiqi nümunələri kimi göstərilmiş və tanımışdır. 
Azərbaycan  kütləvi  mahnı  janrının  yaradıcılarından  olan  bəstəkar  "Yaz", 
"Tarla"  "Bizim  kənd",  "Yarış"  və  s.  mahnılar  bəstləmişdir.  Onun  kiçikhəcmli 
orkestr əsərlə (rapsodiya, rəqs, marş, fantaziyalar) Azərbaycan proqramlı simfonik 
musiqinin  ilk  nümunələrindəndir.      Belə      əsərlər      arasında  1928-ci  ildə  yazdığı 
"Azərbaycan çöllərində",  1930-cu ildə yazdığı "Azad olunmuş Azərbaycan qızının 
rəqsi",  "Dərviş",  "Pişdə  ramədi-çahargah"  fantaziyalarını,  1933-cü  ildə  yazdığı 
"Pionerlər marşı", "Azərbaycan radiosu marşı" ("RV-8" adı ilə də tanınır) "Şəlalə" 
simfonik pyesini və s. əsərləri göstərmək olar. 
1935-ci  ildə  Müslüm  Maqomayevin  böyük  yaradıcılıq  müvəffəqiyyəti 
olan "Nərgiz" operası ictimaiyyətin diqqətini cəlb etmiş,  musiqi  mütəxəssislərinin 
yüksək  qiymətinə  layiq  görülmüşdür.  Bu  əsər  Azərbaycan  musiqili  teatrının 
inkişafında  mühüm  mərhələ  təşkil  edir.  Ölkəmizdə  Sovet  hakimiyyəti  uğrunda 
kəndlilərin  mübarizəsini  əks  etdirən  bu  əsər  inqilabi  mövzulu  ilk  sovet 
operalarındandır.  Doğrudur,  opera  siyasi  sifariş  əsasında  yazılıb,  lakin  bu  onun 
musiqi  dəyərinə  xələl  gətirmir.  Klassik  opera  ənənələri  əsasında  bəstələnmiş 
"Nərgiz"  operasının  musiqi  dili  Azərbaycan  xalq  musiqisi  intonasiyaları  ilə 
aşılanmışdır. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti 
dekadasında  "Nərgiz"  böyük  müvəffəqiyyət  qazanmışdır.  Müəllif  1936-cı  ildə 
Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 
Müslüm  Maqomayev  həmçinin  "Ölülər",  "  1905-ci  ildə"  dram 
tamaşalarına, "Azərbaycan incəsənəti", "Bizim raport" və s. sənədli filmlərə musiqi 
bəstələmişdir.  O  həmçinin  300-dən  artıq  xalq  mahnı  və  rəqslərini  nota  salmışdır. 
Onun son əsəri "Xoruz bəy" musiqili komediyasına yazmağa başladığı musiqi idi, 
lakin bu iş tamamlanmamış qalmışdır. 
Müslüm  Maqomayev  1937-ci  ildə  Nalçikdə  qastrol  zamanı  vəfat  edib, 
Bakıda dəfn olunub. 


203 
 
Azərbaycan  təsviri  sənəti  tarixində  Bəhruz 
Kəngərli  xüsusi  yer  tutur.  Rəssam,  boyakar  və  qrafik 
kimi  tanınan  B.Kəngərli  xüsusi  rəssamlıq  təhsili  almış 
ilk azərbaycanlıdır. 
Rəssamlığa  karikatura  və  satirik  rəsmlər 
çəkməklə  başlayan  Bəhruz  Kəngərli  sonralar  tədricən 
mənzərələr,  portretlər,  natürmortlar,  çoxkompozisiyalı 
və  süjetli  əsərlər  yaratmağa  üstünlük  vermişdir.  Onun 
çəkdiyi portretlər yaratdığı personajların daxili-psixoloji 
aləmini açıb göstərməklə bərabər, mövzu aktuallığına və 
ideya  məzmununa  görə  bu  günün  ictimai-siyasi 
hadisələri ilə də səsləşirlər. 
Uşaqlıqdan  fiziki  xəstəliyi  olsa  da,  Bəhruz 
Kəngərli  məhsuldar  işləmiş,  7  illik  rəssam  ömründə 
2000-dən artıq rəsm əsəri yaratmışdır. 
Bəhruz  Kəngərlinin  adı  Azərbaycan  təsviri 
sənət  tarixində  xüsusi  rəssamlıq  təhsili  almış  ilk 
azərbaycanlı,  Azərbaycan  təsviri  sənətində  realist  
dəzgah boyakarlığının təşəkkülündə, portret və mənzərə 
janrlarının  formalaşmasında  xüsusi  rolu  olan  rəssam, 
teatr  rəssamlığının  banilərindən  biri  kimi  daim  hörmət 
və ehtiramla xatırlanacaqdır. 
 
 
Bəhruz Kəngərli 
   (1892-1922) 
Bəhruz  (Şamil) 
Şirəli  bəy  oğlu  Kəngərli 
1892-ci  ildə  Naxçıvanda 
zadəgan  ailəsində  anadan 
olub.  Uşaqlıqda  ciddi 
xəstəlik  keçirən  Kəngərli 
ağır  eşitdiyindən  ümumtəhsil  məktəbinə  gedə  bilməmişdir.  Bəhruzu  yüksək  əl 
qabiliyyətinə  görə  Tiflisdə  yerləşən  Qafqaz  İncəsənəti  Təşviq  Cəmiyyətinin 
nəzdindəki  Boyakarlıq  və  Heykəltəraşlıq  Məktəbinə  qəbul  etmişlər.  1910-1915-ci 
illərdə  o  burada  təhsil  almış,  rəssamlığın  bir  çox  istiqamətlərində  gücünü 
sınamışdır. 
Bəhruz 
Kəngərlinin 
rəssam 
kimi 
püxtələşməsində 
Cəlil 
Məmmədquluzadənin  və  "Molla  Nəsrəddin"  jurnalının  böyük  rolu  olmuşdur. 
Yaradıcılığının  ilk  dövründə  mollanəsrəddinçi  rəssam  O.Şmerlinqdən  dərs  alan 
Bəhruz  hər  hansısa  bir  hadisənin  və  ya  obyektin  mahiyyətini  bir  baxışla  anlamaq 
və onu təsvir etmək vərdişlərinə yiyələnmişdi. 
Karikatura  və  satirik  rəsmlər  çəkməyə  başlayan  rəssam  çox  keçmir  ki, 
rəssamlığın digər janrlarında da işləməyə başlayır. Onun akvarel və yağlı boyalarla 
işlədiyi mənzərələr rənglərin əlvanlığı, boyaların rəngarəngliyi, təsvirin reallığı ilə 
insanı  valeh  edir.  Gücünü  portret  janrında  sınamaq  istəyən  Bəhruz  dostlarının  bir 
neçə  uğurlu  təsvirini  yaratmışdır.  Onun  çəkdiyi  ilk  portretlər  sırasında  müəllimi 
rəssam  O.Şmerlinqin  və  tələbə  yoldaşı  -  L.Qudiaşvilinin  portretləri  on 
mükəmməlləridir.  O,  eyni  zamanda  təsadüfi,  sadə  insanların  portretlərini  də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə