Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   28   29   30   31   32   33   34   35   ...   129

85 
 
dekorativlik  Azərbaycan  miniatürləri  üçün  səciyyəvi  üslub  xüsusiyyətlərindən 
olub,  onları  başqa  rəssamlıq  məktəblərinin  əsərlərindən  fərqləndirir.  Elmi 
ədəbiyyatda  "Səfəvi  məktəbi",  "Təhmasib  məktəbi",  çox  zaman  isə  "Sultan 
Məhəmməd  məktəbi"  adlandırılan  bu  üslubun  inkişafında  dövrünün  ən  görkəmli 
ustad  sənətkarı  olan  Sultan  Məhəmmədin  yaradıcılığının  müstəsna  əhəmiyyəti 
olmuşdur.  Sultan  Məhəmmədin  davamçıları  -  oğlu  Mirzə  Əli  Təbrizi,  şagirdləri 
Müzəffər Əli, Mir Seyidəli və digər miniatür ustalarımızın yaratdığı əsərlər Yaxın 
və  Orta  Şərqdə,  Hindistandan  Misirə  qədər  olan  ərazilərdə  fəaliyyət  göstərən 
rəssamların yaradıcılığına müsbət təsir göstərmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


86 
 
Azərbaycan  tarixində  I  Şah 
İsmayıl 
Xətai 
xüsusi 
yer 
tutur. 
Azərbaycan    Səfəvilər  dövlətinin  banisi, 
görkəmli  dövlət    xadimi  və  sərkərdə, 
həmçinin 
gözəl 
şair 
olan 
Xətai 
Azərbaycan  ədəbi  dilinin  inkişafında 
mühüm rol oynamışdır. O, şeirimizin ana 
dilində yazılmasına  müstəsna  əhəmiyyət  
vermiş,  onun  hakimiyyəti  dövründə  
Azərbaycan  dili  nəinki  hakim  ədəbi  dilə 
çevrilmiş,  eyni  zamanda  dövlət  dili 
səviyyəsinə 
yüksəlmişdir: 
ondan 
diplomatik 
yazışmalarda 
istifadə 
olunmuşdur.
 
Şah İsmayıl Xətai 
      (1487-1524) 
Ərdəbilin 
hakimləri, 
Səfəvi  şeyxləri  XV  əsrin  sonlarında  dünyəvi  hakimiyyət  uğrunda  mübarizəyə 
qatılırlar.  Azərbaycanda  və  ondan  kənarlarda  böyük  nüfuz  sahibi  olan  Səfəvi 
şeyxləri  dərin  bilikləri,  müdrik  məsləhətləri  və  sadə  həyat  tərzləri  ilə  seçilirdilər. 
XI-II  əsrdən  başlayaraq  şiəliyi  qəbul  etmiş  Səfəvilər  o  dövrdə  Azərbaycanda 
hakimiyyətdə olan sülalələrin haqsızlıqlarından danışır, onların aradan qaldırılması 
yollarını  təklif  edirdilər.  Səfəvi  şeyxlərinin  elə  böyük  nüfuzu  olmuşdur  ki,  XIV 
əsrin  sonlarında  Azərbaycana  yürüş  etmiş  Əmir  Teymur  onların  mülklərinə 
toxunmamış,  hətta  şeyxlə  görüşə  piyada  yollanmışdır.  XV  əsrdə  Ağqoyunlu 
dövlətinin banisi Uzun Həsənlə qohumluq əlaqəsi yaradan, onun bütün tədbirlərini 
dəstəkləyən  Səfəvi  şeyxləri  Uzun  Həsənin  ölümündən  sonra  öz  dövlətlərinin 
qurulması  barəsində  fikirləşməyə  başlamışlar.  Onlar  Şirvanı  zəbt  edib,  burada  öz 
dövlətlərini  yaratmaq  arzusunu  gizlətməmişlər.  Lakin  təriqətin  başçısı  Şeyx 
Cüneydin,  sonra  isə  onun  oğlu  Şeyx  Heydərin  Şirvan  yürüşləri  məğlubiyyətlə 
nəticələnmişdi.  Şirvanşahları  öz  vassalı  hesab  edən  və  Şirvanda  Səfəvi  dövlətinin 
qurulmasını  istəməyən  Ağqoyunlu  padşahları  şirvanşahlara  hərbi  yardım 
göstərmiş,  nəticədə  Cüneyd  və  Heydər  öldürülmüşlər.  Şeyx  Heydər  1488-ci  ildə 
həlak olanda təriqətin başında onun böyük oğlu Sultanəli dayanır. 


87 
 
1487-ci  ildə  Şeyx  Heydərin  ailəsində  anadan  olan  oğlana  İsmayıl  adı 
qoyurlar.  Onun  anası  Uzun  Həsənin  qızı,  Şeyx  Heydərin  arvadı  Aləmşah  Bəyim 
idi. 
Şeyx  Heydərin  ölümündən  sonra  onun  hərəkətlərindən  qəzəblənən 
Ağqoyunlu  Sultan  Yaqub  1488-ci  ildə  kiçikyaşlı  İsmayılı  anası  və  qardaşları 
Sultanəli  və  İbrahimlə  birlikdə  həbs  etmək  əmrini  verir.  Sultan  Yaqubun 
ölümündən  sonra  hakimiyyətə  gələn  Rüstəm  Mirzənin  əmri  ilə  Şeyx  Heydərin 
ailəsi  1492-ci  ildə  həbsdən  azad  olunur.  Rüstəm  Mirzə  hakimiyyətdə 
möhkəmləndikdən sonra Səfəvi şahzadələrini aradan götürməyə çalışır, çünki onun 
tərəfdaşı  olan  Sultanəli  böyük  nüfuza  sahib  olmaqdan  başqa,  istedadlı  sərkərdə 
kimi  də  özünü  göstərmişdi.  Böyük  qardaşı  Şeyx  Sultanəli  İsmayılı  özünün  varisi 
təyin edərək Ərdəbilə göndərir, özü isə cüzi qüvvə ilə Rüstəm Mirzənin göndərdiyi 
qoşunlarla  döyüşə  atılaraq həlak olur. Bir müddət Ərdəbildə  və  Rəştdə  gizlədilən 
İsmayıl  sonralar  Lahicanda  Gilan  hakimi  Mirzə  Əlinin  sarayına  aparılır.  Vaxtilə 
onun atası  və  böyük qardaşına  xidmət etmiş Səfəvi sərkərdələri  və  üləmaları ona 
dərs deməyə başlayırlar. Qısa müddət ərzində hərb işinin xüsusiyyətlərini öyrənən, 
silah işlətməkdə məharət göstərən İsmayıl həm də dövrün elmləri ilə məşğul olur, 
üstəlik,  ona  siyasət  və  beynəlxalq  əlaqələrin  prinsiplərindən  də  məlumatlar 
verilirdi. 
Bu dövrdə Ağqoyunlu dövlətində daxili müharibələr ara vermirdi. Vaxtilə 
möhtəşəm  Azərbaycan  dövləti  kimi  tanınan  Ağqoyunlu  dövləti  bir  sülalənin 
nümayəndələrinin bir-birləri ilə apardığı çəkişmələrdən tənəzzül keçirir və 1499-cu 
ildə  iki  hissəyə  parçalanır.  Onların  birinin  başında  Əlvənd  (paytaxtı  -  Təbriz), 
digərinin başında Murad (paytaxtı - İsfahan) dayanırdı. Bu şəraitdə hamının diqqəti 
Səfəvilər  təriqətinə  yönəlmişdi.  Hələ  Şeyx  Heydərin  dövründən  onlar  qırmızı 
zolaqlı papaqlar geydiyindən onlara "qızılbaşlar" deyilirdi. 
1499-cu  ilin  avqust  ayında  Şeyx  İsmayıl  özünün  yaxın  tərbiyəçi  və 
məsləhətçisi  olan  bir  neçə  qızılbaş  əmiri,  həmçinin  onların  tərəfini  saxlayan  tayfa 
başçıları ilə birlikdə qoşun toplamaq üçün Ərdəbilə yollanır. Lakin Ərdəbil hakimi 
onları  qəbul  etmir.  Qışı  Ərcivanda  (indiki  Azərbaycan  Respublikasının  Astara 
rayonu) keçirən İsmayıl 1500-cü ilin yazında şamlı və rumlu tayfalarından, habelə 
Qaradağ  və  Talış  əhalisindən  ona  qoşulmuş  2  minə  yaxın  qızılbaşla  Qarabağ, 
Çuxursəd,  Şuragil,  Kağızman,  Tərcan  yolu  ilə  Ərzincana  gəlir.  Burada  qızılbaş 
tayfalarından,  habelə  Qaradağ  sufilərindən  təqribən  7  min  tərəfdaş  toplayan 
İsmayıl 1500-cü ilin axırlarında Şirvana hücum edir və Şirvan qoşunlarını Cabani 
döyüşündə  məğlub  edir.  Döyüşdə  şirvanşah  Fərrux  Yasar  öldürülür.  Qızılbaşlar 
1501-ci  ilin  yazında  uzunsürən  mühasirədən  sonra  Bakını  tuturlar.  Daha  sonra 
Şamaxı  yaxınlığında  yerləşən  Gülüstan  qalasında  möhkəmlənmiş  Şirvan 
qoşunlarının  qalıqlarını  mühasirəyə  alırlar.  Lakin  Ağqoyunlu  Əlvənd  Mirzənin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə