Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   29   30   31   32   33   34   35   36   ...   129

88 
 
hücuma  keçdiyini  eşidən  qızılbaşlar  mühasirədən  əl  çəkərək  Naxçıvan 
istiqamətində hərəkət edirlər. Şərur düzündə baş vermiş döyüşdə 7 minlik qızılbaş 
qoşunu  30  minlik  Ağqoyunlu  ordusunu  məğlubiyyətə  uğradır.  Bu  qələbəni 
qazanmağa əsasən döyüşçülərin İsmayıla olan böyük inamı, Səfəvi sərkərdələrinin 
bilik və bacarıqları imkan verir. 
1501-ci  ilin  payızında  Təbrizə  daxil  olan  İsmayıl  özünü  şah  elan  edir. 
Bununla  da  paytaxtı  Təbriz  olan  Azərbaycan  Səfəvilər  dövlətinin  əsası  qoyulur. 
İsmayılın  tabe  olmaq  təklifini  rədd  edən  Ağqoyunlu  hökmdarı  Muradla  1503-cü 
ildə  Həmədan  yaxınlığındakı  döyüş  qızılbaşların  qələbəsi  ilə  nəticələnir.  I  Şah 
İsmayıl Ağqoyunlu dövlətini ləğv edib, sonrakı illərdə bütün İranı, Xorasanı, İraqı 
öz dövlətinə qatır. 
Beləliklə,  I  Şah  İsmayılın  dövründə  Səfəvilər  dövləti  Yaxın  Şərqin  ən 
qüdrətli  dövlətlərindən  birinə  çevrilir.  İsmayıl  kənd  təsərrüfatını  dirçəltmək, 
şəhərlərdə sənətkarlıq və ticarəti inkişaf etdirmək, xarici ölkələrlə iqtisadi əlaqələri 
genişləndirmək  siyasəti  yürüdürdü.  O,  mərkəzi  hakimiyyəti  möhkəmləndirmək 
məqsədi  ilə  soyurqal  torpaq  sahibliyini  tiyulla  əvəz  etməyə  çalışırdı.  Çünki 
soyurqal  almış  feodal  onun  tam  sahibinə  çevrilir  və  separatizmə  meyilli  olurdu. 
Şiəliyi  rəsmi  dövlət  dini  mövqeyinə  qaldıran  İsmayıl  geniş  ərazidə  yaşayan 
müxtəlif  xalqları  vahid  ideologiya  ətrafında  birləşdirməkdə  Səfəvi  dövlətini 
daxildən  möhkəmləndirmək  məqsədi  güdürdü.  O,  şiəliyi  həm  də  sünni  olan 
Ağqoyunlulara,  Şirvanşahlara,  Şeybanilərə  və  osmanlılara  qarşı  mübarizə 
bayrağına çevirmişdi. 
Avropaya  gedən  ticarət  yollarının  osmanlılar  tərəfindən  bağlanması 
əvvəllər  xarici  ticarətdən  böyük  gəlirlər  əldə  edən  Səfəviləri  narahat  edirdi. 
Tərəflər arasında danışıqlar uğursuz olduğu üçün müharibə ilə nəticələnir. 1514-cü 
ildə  sultan  I  Səlimin  başçılıq  etdiyi  osmanlı  ordusu  ilə  Çaldıran  düzündə  baş 
vermiş  döyüşdə  (Çaldıran  vuruşması)  qızılbaşlar  məğlubiyyətə  uğrayır.  Osmanlı 
imperiyasına  qarşı  mübarizə  aparmaq  məqsədi  ilə  hərbi  ittifaq  yaratmağa  çalışan 
İsmayıl Venesiya, Macarıstan, Almaniya, Roma papalığı və s. Avropa ölkələri ilə 
diplomatik  danışıqlar  aparır.  Lakin  onun  səyləri  nəticəsiz  qalır.  Sonrakı  illərdə 
İsmayıl Şəki hakimliyini, Şirvanşahları, Gürcüstan çarlıqlarını asılı vəziyyətə salır. 
I Şah İsmayıl "Xətai" təxəllüsü ilə Azərbaycan, fars, ərəb dillərində şeirlər 
yazan  görkəmli  şair  olmuşdur.  Əsərlərinin  çox  hissəsini  ana  dilində  yazmış 
İsmayılın yaradıcılığı Azərbaycan poeziyası tarixində  mühüm mərhələ təşkil edir. 
O,  Azərbaycan  və  İran  ədəbiyyatı  klassiklərinin  əsərlərindən  bəhrələnsə  də, 
yaradıcılığının  təşəkkülü  və  inkişafında  Nəsiminin  şeirləri  daha  əsas  rol 
oynamışdır. Nəsiminin bir çox şeirlərinə o, nəzirələr yazmışdır. 
Xətainin  əruz  və  heca  vəznlərində  həm  klassik,  həm  də  xalq  şeirləri 
formalarında  epik  və  gözəl  lirik  əsərləri  vardır.  1506-cı  ildə  yazdığı  "Dəhnamə" 


89 
 
poeması,  daha  sonra  yazdığı  əxlaqi-didaktik  və  fəlsəfi  "Nəsihətnamə"  məsnəvisi 
anadilli  Azərbaycan  epik  şerinin  ilk  nümunələrindəndir.  "Dəhnamə"də  sufilik 
görüşlərinin müəyyən təsirinə baxmayaraq şair əsasən insani məhəbbəti vəsf edir. 
Onun əsərlərində təbiət gözəllikləri olduqca real təsvir olunub. Təbiəti təsvir edən 
şairlər  arasında  Xətainin  əsərləri  ən  mükəmməlləri  hesab  olunur.  Poemadakı 
qəzəllər əsərin lirizmini daha da artırır. Xətainin lirikasında şairin siyasi baxışları, 
qəhrəmanlığa,  mübarizəyə  çağırış,  həyat  eşqi,  gözəllik,  mənəvi  saflıq,  eləcə  də 
vüsal  sevinci,  ayrılıq  iztirabları  tərənnüm  olunur.  "Nəsihətnamə"də  şairin  öyüd-
nəsihətləri dərin insanpərvərliyi ilə seçilir. 
Xətainin əsərləri poetik dilinin sadəliyi, təbiliyi, orijinal üslubu ilə diqqəti 
cəlb edir; bu səbəbdən sadə xalq arasında da geniş yayılmışdır. Azərbaycan ədəbi 
dilinin  inkişafında  Şah  İsmayılın  mühüm  xidmətləri  olmuşdur.  O,  anadilli 
poeziyanın  inkişafına  müstəsna  əhəmiyyət  vermiş,  Azərbaycan  dilində  yazan 
şairlərə  hamilik  etmiş,  sarayında  şairlər  məclisi  yaratmışdır.  Onun  hakimiyyəti 
dövründə Azərbaycan dili nəinki hakim ədəbi dilə çevrilmiş, eyni zamanda dövlət 
dili  səviyyəsinə  yüksəlmiş,  ondan  diplomatik  yazışmalarda  belə  istifadə 
olunmuşdur. İsmayılın əsərləri Yaxın Şərqin bir sıra ölkələrində yayılmışdır. Hal-
hazırda  İsmayılın  əsərlərinin  əlyazmaları  dünyanın  məşhur  əlyazma  fondları  və 
kitabxanalarında saxlanılır. 
I Şah İsmayıl Xətai 1524-cü ildə Şəkidən qayıdarkən vəfat edib, cənazəsi 
gətirilib Ərdəbildə dəfn olunub. 


90 
 
I Şah  İsmayılın vəfatından sonra Səfəvilər dövləti 
parçalanmaq    təhlükəsi  ilə  üzləşdi:  I  İsmayılın  taxta 
oturdulmuş  qulu  –  I  Təhmasibin  cəmi  10  uşağı  var    idi  və 
bundan  istifadə  edən  iri  feodallar    özbaşınalıqlar  edir,  daxili 
münaqişələr yaradır, aralarında  apardıqları ədavətlə vətəndaş 
müharibəsi  üçün  zəmin  yaradırdılar.  Tarixdə  hökmdarın 
azyaşlı olması ucbatından dağılan  dövlətlər  çox  olmuşdur, 
lakin  xoşbəxtlikdən  Səfəvilər  bu  aqibət  gözləmirdi.  Atasının 
istedad   və  bacarığını  özündə cəmləşdirən  I  Təhmasib həddi-
büluğa  çatdıqda  ölkəni  parçalayan    qüvvələri  məhv  etmiş, 
mərkəzləşmiş  dövlət  yaratmış,  iqtisadiyyatı  bərpa  etmiş, 
Səfəvilər dövlətini dünya  dövlətləri sırasına  çxarmışlar. 
I Şah Təhmasib Azərbaycan tarixinə mərkəzləşmiş 
dövlət  yaratmış  hökmdar,  hərbi  islahatlar  keçirmiş  görkəmli 
sərkərdə,  iqtisadiyyatı  bərpa  edən,  elm  və  mədəniyyətin 
inkişafına  daim  diqqət  yetirən  dövlət  başçısı  kimi 
düşümüşdür. 
 
I Şah Təhmasib 
    (1513-1576) 
Səfəvi hökmdarı I Şah İsmayılın 1513-cü 
ildə  anadan  olan  oğlu  -  I  Təhmasib  Azərbaycan 
tarixinə  qızıl  səhifələr  yazmaqla  atasının  və 
nəslinin şöhrətini daha da artırmışdır. Onun hakimiyyət illəri - 1524 - 1576-cı illər 
Səfəvilər dövləti üçün sınaq illəri olmuşdur. Uşaqlığında mükəmməl təhsil almış I 
Təhmasib atası kimi böyük sərkərdə və müdrik dövlət başçısı olmaq arzusunda idi. 
On  yaşında  şah  elan  edilən  I  Təhmasib  hakimiyyət  uğrunda  mübarizə 
aparan qızılbaş tayfa  əmirlərinin əlində oyuncağa çevrilmişdi. Şah tədricən feodal 
pərakəndəliyinin  ölkə  üçün  nə  qədər  təhlükəli  olmasını  anlayır  və  mərkəzləşmiş 
dövlət  qurmaq  fikrinə  gəlirdi.  O,  sadiq  tərəfdaşlarına  arxalanaraq  ayrı-ayrı  tayfa 
başçılarını itaətə gətirir, müqavimət göstərənləri məhv edirdi. İllər keçdikcə daimi 
qoşunların gücünə əmirlərin müqavimətini qıran I Təhmasib mərkəzi  hakimiyyəti 
xeyli möhkəmlədə bildi. 
Hakimiyyətə  gəldiyi  zaman  I  Təhmasibin  qarşısındakı  problemlər 
sırasında  osmanlıların  qərbdən,  onların  müttəfiqi  Krım  tatarlarının  şimaldan, 
özbəklərin  şərqdən  hücumlarının  qarşısını  almaq,  dağılmış  iqtisadiyyatı  bərpa 
etmək, mədəniyyətin inkişafı üçün zəmin yaratmaq dururdu. 
Osmanlı dövləti ilə aparılan müharibə göstərmişdi ki, mərkəzləşmiş dövlət 
qurmadan və hərbi islahatlar keçirmədən qələbə qazanmaq mümkün deyil. Odur ki 
I  Təhmasib  müstəqil  siyasət  yürütməyə  can  atan  Şirvanşahlar  dövləti  və  Şəki 
hakimliyini ləğv etmək qərarına gəldi. Daxili ixtilaflar Şirvanşahlar dövlətini xeyli 
zəiflətmişdi. Bundan istifadə edən I Təhmasib 1538-ci ildə qardaşı Əlqas Mirzənin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə