Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   45   46   47   48   49   50   51   52   ...   129

132 
 
Bakıxanovun  "Əsrar  ül-məlaküt"  əsərində  dövrün  astronomiya  ilə  bağlı 
bilikləri əksini tapmış, dünyanın heliosentirk sistemi təlimi açıqlanmışdır. 
Abbasqulu  ağa  Bakıxanovun  coğrafiya  əsərləri  də  kifayət  qədər 
maraqlıdır. Vəzifəsi ilə əlaqədar olaraq bütün Qafqazı qarış-qarış gəzən Bakıxanov 
hər yerdə tarixi məlumatları, tarixi sənədləri toplamaqla bərabər, gördüyü yerlərin 
coğrafi təsvirini də  verirdi.    "Gülüstani-İrəm"    əsərinin girişində  o, Azərbaycanın 
və Dağıstanın coğrafiyasından söhbət açır. 1828-ci ildə qədim Azərbaycan torpağı 
olan    Qarabağı    öyrənən  komissiyanın  tərkibində  olan  Bakıxanov  burada  tarixi-
etnoqrafik və coğrafi araşdırmalar aparmışdır. O həmçinin Rusiya  - İran sərhədini 
müəyyənləşdirən  komissiyanın  tərkibində  də  olmuş,  Arazboyu  abidələr  haqqında 
məlumatlar  vermişdir.  1833-cü  ildə  Polşa,  Ukrayna,  Baltikyanı  ərazilərdə  olan 
Bakıxanov  onlar  barədə  maraqlı  məlumatlar  yazmışdır.  Ömrünün  sonunda  o, 
müsəlman  Şərqinə  aid  olan  ölkələri,  o  cümlədən  Misir  və  Ərəbistanı  gəzmişdir. 
Onun  "Ümumi  coğrafiya"  əsərində  coğrafiya  bir  elm  kimi  qəbul  edilmiş,  Yer 
haqqında  ümumi  coğrafi  məlumatlarla  bərabər,  coğrafi  terminlərin  şərhləri  də 
verilmişdir.  Bakıxanovun  "Kəşf  ül-qəraib"  əsərində  sadə  dillə  XV  əsrdə 
Amerikanın  X.Kolumb  tərəfindən  kəşf  edilməsi  və  Amerikanın  coğrafiyası  əksini 
tapmışdır. 
Bakıxanovun 1828-ci ildə yazdığı "Qanuni Qüdsi" əsəri Rusiya ərazisində 
fars dilinin qrammatikasına həsr edilən ilk əsərdir. 
Bakıxanov  jurnalistika  sahəsində  də  fəaliyyət  göstərmişdir.  O,  1828  - 
1832-ci  illərdə  "Tiflisskiye  vedomosti"  qəzetinin  əməkdaşı,  onun  fars  dilində 
buraxılan variantının redaktoru, həmçinin Qafqaz  xalqlarının tarix  və  mədəniyyət 
məsələlərinə dair məsləhətçisi olmuşdur. 
İstedadlı  şair  Abbasqulu  ağa  Bakıxanov  XIX  əsr  Azərbaycan 
ədəbiyyatının  görkəmli  nümayəndələrindəndir.  Onun  bədii  irsi  lirik  və  epik 
əsərlərdən  ibarətdir.  Bakıxanovun  lirik  şeirlərində  dünyəvi  məhəbbət  tərərmüm 
olunur.  Onun  şeirlərinin  qəhrəmanı  vəfalı  aşiqdir.  Maraqlıdır  ki,  lirik  şeirlərini  o 
təkcə  Azərbaycan  və  fars  dillərində  deyil,  Avropa  dillərində  də  yazmışdır. 
Məsələn, "Fatma tar çalır" şeirini alman dilində, "Tatar nəğməsi"ni isə rus dilində 
qələmə  almışdır.  Onun  "Tiflis"  müxəmməsi  və  "Gürcülər  arasında"  mənzum 
məktubu xalqlar arasında dostluğu tərənnüm edir. "Təbriz əhlinə xitab" şeri özünün 
sosial yönümü ilə seçilir. Belə ki, XIX əsr Azərbaycan poeziyasında ilk dəfə məhz 
bu  şeirdə  inkişafın  qarşısını  almağa  çalışan  mürtəce  zadəgan  və  ruhanilərə  qarşı 
kəskin tənqid səslənir. Faktik olaraq bu şeir ictimai satira nümunəsi hesab olunur. 


133 
 
Rusiyada  şərqşünaslıq  sahəsində  ali  təhsilin 
təşkilində, 
dərs 
vəsaitlərinin 
yazılmasında, 
müəllim-professor  kadrlarının  yetişdirilməsində 
iki  görkəmli  Azərbaycan  ziyalısının  Mirzə  Cəfər 
bəy  Topçubaşovun  və  Mirzə  Məhəmməd  Əli 
Kazım bəyin xüsusi rolu olmuşdur. Maraqlıdır ki, 
hər  iki  ziyalımızın  ali  təhsili  olmasa  da,  onlar 
çalışqanlıqları  və  yüksək  zəkaları  sayəsində 
Rusiya  və  Avropanın  ən  görkəmli  alimləri 
sırasında  ən  yüksək  yerləri  tuta  bilmişlər.  M.C. 
Topçubaşov  Rusiya  Xarici  İşlər  Nazirliyinin 
Asiya departamentində işləyərkən XIX əsrdə Şərq 
ölkələrinə  göndərilən  bütün  rus  diplomatlarına 
dərs  demiş,  Peterburq  Universitetindəki  fəaliyyəti 
ilə 
Rusiyada 
Şərq 
filologiyası 
və 
numizmatikasının  əsasını  qoymuşdur.  Kazım  bəy 
isə Rusiya və Avropa ölkələrində Şərq xalqlarının 
tarixini,  onların  adət-ənənələrini,  qanunlarını 
təbliğ 
etməyə  çalışmışdır.  Onlarca  tarixi 
əlyazmaları  tapıb  tərcümə  edən,  bir  çox  qaranlıq 
tarixi  səhifələrə  aydınlıq  gətirən,  türk-müsəlman 
xalqlarının ünvanına söylənilən bir  çox şayiələrin 
qarşısını  alan  Kazım  bəy,  əslində,  Rusiya 
şərqşünaslıq elminin banisidir.
 
A.Bakıxanov  çoxlu  təmsil  və  avtobioqrafik  xarakterli  əsərlər  də 
yazmışdır.  Onun  ərəb  və  fars  dilində  lirik  şeirlərdən  ibarət  divanı  da  vardır  ki, 
indiyənədək  araşdırılmamış  qalır  və  hal-hazırda  Təbriz  Milli  kitabxanasında 
qorunur. 
Bakıxanovun  "Kitabi-Əsgəriyyə"  hekayəsi  Azərbaycan  nəsrinin  ilk 
nümunələrindəndir. 
Abbasqulu ağa Bakıxanov 1847-ci ildə Məkkə ziyarəti zamanı vəfat etmiş 
və Məkkə yaxınlığında dəfn olunmuşdur. 
 
Mirzə Məhəmməd Əli Kazım bəy 
 (1802-1870) 
Mirzə  Məhəmməd  Əli 
Kazım  bəy  1802-ci  ildə  İranın 
Rəşt 
şəhərində 
azərbaycanlı 
ailəsində  anadan  olmuşdur.  Onun 
atası  Hacı  Qasım  1810-cu  ildə 
ailəsi 
ilə 
birlikdə 
Dərbənd 
şəhərinə 
köçmüşdür. 
Rusiya 
hakim dairələri Hacı Qasımı daim 
təqib  edir,  onun  Rusiya  əleyhinə 
təbliğat 
aparmasından 
şübhələnirdilər. 1821-ci ildə Hacı 
Qasım həbs edilir və Həştərxan şəhərinə sürgünə göndərilir. 


134 
 
1822-ci  ildə  Kazım  bəy  atasını  tək  qoymamaq  məqsədi  ilə  Həştərxana 
köçür.  Həştərxanda  o,  şotland  missionerləri  ilə  yaxından  tanış  olur,  onların  bir 
neçəsinə  ərəb  dilini  öyrədir,  onlar  isə  öz  növbəsində  ona  ingilis  dilini  öyrədirlər. 
Maraqlıdır  ki,  gənc  Kazım  bəy  dərs  prosesini  kortəbii  qurmamış,  ərəb  dili 
qrammatikasına  həsr  olunmuş  "Ərəb  dilinin  müxtəsər  qrammatikası"  adlı  kitabça 
tərtib etmişdir. 
Zəkası, biliyi və istedadı ilə fərqlənən Kazım bəy Omsk Asiya məktəbində 
Şərq  dilləri  kafedrasında  işə  düzəlir.  1826-cı  ildə  onu  Rusiyanın  aparıcı 
universitetlərindən  biri  sayılan  Kazan  Universitetinə  mühazirə  oxumağa  dəvət 
edirlər.  Artıq  1828-ci  ildə  Kazım  bəy  universitetin  türk-tatar  dilləri  kafedrasına 
müdir  təyin  edilir.  Bu  vəzifədə  olduğu  dövrdə  o,  arxiv  və  fondlarda  nadir  Şərq 
əlyazmaları aşkar edib, tərcümə edir və şərhlər verir. Bu fəaliyyətinə görə o, 1829-
cu  ildə  Britaniya  Kral  Cəmiyyətinin  həqiqi  üzvü  seçilir.  1829-cu  ildə  Kazım  bəy 
Sədinin "Gülüstan" əsərini tərcümə edir. Geniş elmi araşdırmalarını davam etdirən 
Kazım  bəy  1831-ci  ildə  Kazan  Universitetinin  adyunkt-professoru,  sonra 
ekstraordinar-professoru,  1837-ci  ildə  isə  ordinar-professoru  seçilir.  Elmi 
fəaliyyətinə görə, həmçinin Rusiyada şərqşünaslıq sahəsində ali təhsilin təşkilində 
fəal  iştirakına  görə  Kazım  bəyi  1835-ci  ildə  Peterburq  Elmlər  Akademiyasının 
müxbir üzvü seçirlər. 1846-cı ildə o, ərəb-fars dilləri kafedrasının müdiri vəzifəsinə 
təyin edilir. 
Kazım  bəy  müsəlman  hüququnun  Rusiyada  ilk  tədqiqatçısı  olmuş,  islam 
dini, şəriət qanunları, cihad məsələləri ilə bağlı Rusiyada bəzi mürtəce qüvvələrin 
yaydığı  şayiələrə  son  qoymağa  çalışmış,  islam  və  onun  ehkamlarına  elmi 
yanaşmanı tələb etmişdir. Kazım bəy Azərbaycan dilinin elmi qrammatikasının ilk 
yaradıcısı hesab edilir. 
M.Kazım bəy İrandakı babilər hərəkatının, Qafqazdakı Şamil hərəkatının 
ilk tədqiqatçılarındandır. İranda, o cümlədən də Cənubi  Azərbaycanda baş vermiş 
babilər  hərəkatının  səbəblərindən  biri,  Kazım  bəyin  fikrincə,  rus  və  ingilis 
imperialistlərinin apardıqları siyasət idi. O həmçinin sübut etmişdir ki, Şərqdə baş 
verən  proseslərin  öz  qanuna  uyğunluqları  var,  bu  proseslərin  gedişi  və 
formalaşmasında  dini  və  sosial  amillər  böyük  rol  oynayır.  "Müridçilik  və  Şamil" 
əsəri  ilə  rəsmi  Rusiya  tarixşünaslığına  qarşı  çıxış  edən  Kazım  bəy  Qafqaz 
xalqlarının uzun illər apardığı azadlıq mübarizəsinin lideri Şeyx Şamilin ünvanına 
söylənilən  şayiələrə  son  qoymuş,  onun  xalq-azadlıq  hərəkatına  başçılıq  etməsini 
sübut  etmişdir.  Kazım  bəyin  elmi  araşdırmaları  Şərq  xalqlarının  yüksək 
sivilizasiyaya  malik  olmasından  xəbər  verir,  türk-müsəlman  aləminin 
nailiyyətlərinin  təbliğ  edilməsinə  xidmət  edirdi.  O,  Şərq  mütəfəkkirlərindən 
Nizaminin,  Xaqaninin,  Firdovsinin,  Sədinin  yaradıcılığına  yüksək  qiymət  vermiş, 
onların bəzi əsərlərini rus dilinə çevirərək təbliğ etməyə çalışmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə