155
Mirzə
Fətəli
Axundzadə
(Axundov)
Azərbaycan xalqının tarixi taleyində həlledici rol
oynayan mürəkkəb və ziddiyyətli bir mərhələnin
əvvəlində fəaliyyətə başlamışdır. O, əski Şərq feodal-
patriarxal həyat tərxinin dağılmağa, müasir Qərb
burjua-kapitalist
münasibətlərinin
formalaşmağa
başladığı Azərbaycan mühitində islahatçı kimi
tanınmışdır. Həyatının devizi kimi “Şərq məzlumlarını
cəhalət qaranlığından elmin işıqlarına çıxarmaq”
igadəsini seçmiş Axundzadə bu istiqamətdə əlindən
gələni etmişdi. O deyirdi: “Mənim məqsədim islam
xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri,
sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı
və sərvətinin artması üçün, babalarımızın malik olduğu
çan və şöhrətinin bərpa edilməsi üçün ədalətə rəvac
verməkdir”.
Azərbaycan dramaturgiyası, bədii nəsri,
ədəbi tənqidi və publisistikasının banisi, Şərqdə milli-
azadlıq ideyalarının ilk təbliğatçısı, ictimai xadim,
yazıçı, mütəfəkkir Mirzə Fətəli Axundzadənin adı
Azərbaycan tarixində layiqli yerini tutmuşdur.
Mirzə Fətəli Axundzadə
(1812-1878)
Mirzə Fətəli Axundzadə 1812-ci ildə Şəki (rəsmi sənədlərdə -Nuxa)
şəhərində anadan olmuşdur. Atası Məhəmmədtağı vaxtsız rəhmətə getdiyindən
Fətəlini əmisi axund Hacı Ələsgər oğulluğa götürür. O, bildiklərini Fətəliyə
öyrədir, ilk növbədə Quran və şəriət dərsləri keçir. Fətəlinin ərəb dilinə olan
həvəsini görən əmisi onu Gəncəyə - molla Hüseyn Pişnamazzadənin yanına
şagirdliyə qoyur. Daha sonra Fətəli Azərbaycanın görkəmli ədibi, şair Mirzə Şəfi
Vazehin şagirdi olur. Vazeh ona fars dilini öyrətməklə bərabər, Azərbaycan və
Şərq ədəbiyyatından dərslər keçirdi. Fars dilindən başqa, Fətəli xəttatlığı da
öyrənir. Vazehin təkidi ilə əmisi Fətəlini mədrəsəyə deyil, Nuxa (Şəki) qəza
məktəbinə qoyur.
Fətəli 1833-cü ildən Nuxa qəza məktəbində rus dilini
öyrənir və bu sahədə
uğur qazanır. Cəmi bir ildən sonra o, artıq rus dilindən Azərbaycan, ərəb və fars
dilinə mükəmməl tərcümələr edirdi. 1834-cü ildə o, Tiflisə göndərilir və burada
Qafqaz canişinliyi baş idarəsinin dəftərxanasında baş tərcüməçinin köməkçisi
vəzifəsinə qəbul edilir. 6 aydan sonra Fətəli tərcüməçi vəzifəsinə keçirilir və
sərbəst fəaliyyətə başlayır və ona hərbi rütbə verilir.
Fətəli Axundzadə Tiflisdə tərcüməçilik fəaliyyəti ilə bərabər, müəllimliklə
də məşğul olur. 1836 - 1840-cı illərdə o, Tiflis qəza məktəbində Azərbaycan və
fars dillərindən dərs deyir. Məhz müəllimlik fəaliyyətinə görə xalq ona "Mirzə"