Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   53   54   55   56   57   58   59   60   ...   129

154 
 
Məmmədağa Vəkilov, Səfərəli bəy Vəlibəyov və başqaları kimi  Azərbaycanın  bir 
çox görkəmli elm və mədəniyət xadimləri çıxmışdır. 
Seminariya  tələbələri  Mirzə  Hüseyn  Qayıbzadədən  Azərbaycanın 
bölgələrindən folklor nümunələri yığıb gətirmək tapşırığı almış, onları alman dilinə 
tərcümə  etdirib  A.Berje  vasitəsilə  Avropada  nəşr  etdirmək  mümkün  olmuşdur. 
M.H.Qayıbzadə  "Azərbaycanda  məşhur  olan  şüəranın  əşarına  məcmuə”  əsərinin 
müəllifidir ki, burada bir çox Azərbaycan şairlərinin əsərləri toplanmışdır. 
Rus dilində olan dərslikləri Azərbaycan dilinə tərcümə etdirən Qayıbzadə 
özü  də  bir  neçə  dərsliyin  müəllifidir.  Bunlardan  "Ariflərin  şəriət  qanunları" 
kitabında  o,  islam  dininin  əsaslarından  bəhs  edir.  "Yeniyetmələr  üçün  elmin 
əsasları"  və  "Dünyəvi  hesab  elminin  məsələləri"  əsasən  kənd  məktəbləri  üçün 
nəzərdə  tutulmuşdur.  "Nümunəyi-ləhceyi-Azərbaycan"  isə  o  zaman  ən  geniş 
yayılmış  əlifba  kitabı  idi.  "Tövsiyənamə"  əsərində  Qayıbzadə  təbabət  elminin 
əsasları,  ağır  xəstəliklərə  qarşı  hansı  profilaktik  təbdirlərin  görülməsi  barəsində 
ətraflı məlumat verirdi. 
Qori  seminariyasının  Azərbaycan  şöbəsində  ilahiyyat  dərsinin  tədrisinə 
Rusiya  məmurlarından  icazə  almasını  Qayıbzadə  ən  böyük  uğurlarından  sayırdı. 
Öz  vətəndaşlıq  mövqeyinə  görə  məmurlar  tərəfindən  təqib  olunan  Seyid  Əzim 
Şirvani  köməklik  üçün  Qayıbzadəyə  müraciət  etdikdə  o,  S.Ə.Şirvaninin 
təqiblərdən  yaxa  qurtarması  və  işlə  təmin  olunmasında  əlindən  gələni  etmiş  və 
ədalətin bərpasına nail olmuşdu. 
1901-ci  ildə  Bakıda  H.Z.Tağıyevin  qızlar  gimnaziyası  açılanda  ona  ilk 
təbrik teleqramı göndərənlərdən biri də Qayıbzadə olmuşdur. 
Maarif  sahəsindəki  fəaliyyətinə  və  o  cümlədən  də  bir  sıra  çox  qiymətli 
dərsliklər  yazılmasına görə Rusiya və İran ordenləri ilə təltif edilən Qayıbzadənin 
ən böyük mükafatı xalqın ona böyük hörmət və məhəbbəti idi. 
Mirzə  Hüseyn  Qayıbzadə  1917-ci  ildə  Tiflis  şəhərində  vəfat  etmiş  və 
dostu Mirzə Fətəli Axundzadənin yanında dəfn olunmuşdur. 
Müstəqil Azərbaycan Respublikasının qurulması bir çox tarixi həqiqətləri 
bərpa  etməyə  və  o  cümlədən  də  Qayıbzadənin  fəaliyyətini  layiqincə 
qiymətləndirməyə imkan verdi. 
 
 
 
 
 
 
 
 


155 
 
Mirzə 
Fətəli 
Axundzadə 
(Axundov) 
Azərbaycan  xalqının  tarixi  taleyində  həlledici  rol 
oynayan  mürəkkəb  və  ziddiyyətli  bir  mərhələnin 
əvvəlində  fəaliyyətə  başlamışdır.  O,  əski  Şərq  feodal-
patriarxal  həyat  tərxinin  dağılmağa,  müasir  Qərb 
burjua-kapitalist 
münasibətlərinin 
formalaşmağa 
başladığı  Azərbaycan  mühitində  islahatçı  kimi 
tanınmışdır. Həyatının devizi kimi “Şərq məzlumlarını 
cəhalət  qaranlığından  elmin  işıqlarına  çıxarmaq” 
igadəsini  seçmiş  Axundzadə  bu  istiqamətdə  əlindən 
gələni  etmişdi.  O  deyirdi:  “Mənim  məqsədim  islam 
xalqlarını  sarsıdan  cəhaləti  aradan  qaldırmaq,  elmləri, 
sənətləri  inkişaf  etdirmək,  xalqımızın  azadlığı,  rifahı 
və sərvətinin artması üçün, babalarımızın malik olduğu 
çan  və  şöhrətinin  bərpa  edilməsi  üçün  ədalətə  rəvac 
verməkdir”. 
Azərbaycan  dramaturgiyası,  bədii  nəsri, 
ədəbi tənqidi və publisistikasının banisi, Şərqdə milli-
azadlıq  ideyalarının  ilk  təbliğatçısı,  ictimai  xadim, 
yazıçı,  mütəfəkkir  Mirzə  Fətəli  Axundzadənin  adı 
Azərbaycan tarixində layiqli yerini tutmuşdur. 
 
Mirzə Fətəli Axundzadə 
           (1812-1878) 
Mirzə  Fətəli  Axundzadə  1812-ci  ildə  Şəki  (rəsmi  sənədlərdə  -Nuxa) 
şəhərində  anadan  olmuşdur.  Atası  Məhəmmədtağı  vaxtsız  rəhmətə  getdiyindən 
Fətəlini  əmisi  axund  Hacı  Ələsgər  oğulluğa  götürür.  O,  bildiklərini  Fətəliyə 
öyrədir,  ilk  növbədə  Quran  və  şəriət  dərsləri  keçir.  Fətəlinin  ərəb  dilinə  olan 
həvəsini  görən  əmisi  onu  Gəncəyə  -  molla  Hüseyn  Pişnamazzadənin  yanına 
şagirdliyə qoyur. Daha sonra  Fətəli Azərbaycanın  görkəmli ədibi, şair Mirzə Şəfi 
Vazehin  şagirdi  olur.  Vazeh  ona  fars  dilini  öyrətməklə  bərabər,  Azərbaycan  və 
Şərq  ədəbiyyatından  dərslər  keçirdi.  Fars  dilindən  başqa,  Fətəli  xəttatlığı  da 
öyrənir.  Vazehin  təkidi  ilə  əmisi  Fətəlini  mədrəsəyə  deyil,  Nuxa  (Şəki)  qəza 
məktəbinə qoyur. 
Fətəli 1833-cü ildən Nuxa qəza məktəbində rus dilini öyrənir və bu sahədə 
uğur qazanır.  Cəmi bir  ildən  sonra  o, artıq rus dilindən  Azərbaycan,  ərəb və  fars 
dilinə  mükəmməl  tərcümələr  edirdi.  1834-cü  ildə  o,  Tiflisə  göndərilir  və  burada 
Qafqaz  canişinliyi  baş  idarəsinin  dəftərxanasında  baş  tərcüməçinin  köməkçisi 
vəzifəsinə  qəbul  edilir.  6  aydan  sonra  Fətəli  tərcüməçi  vəzifəsinə  keçirilir  və 
sərbəst fəaliyyətə başlayır və ona hərbi rütbə verilir. 
Fətəli Axundzadə Tiflisdə tərcüməçilik fəaliyyəti ilə bərabər, müəllimliklə 
də  məşğul  olur.  1836  -  1840-cı  illərdə  o,  Tiflis  qəza  məktəbində  Azərbaycan  və 
fars  dillərindən  dərs  deyir.  Məhz  müəllimlik  fəaliyyətinə  görə  xalq  ona  "Mirzə" 


156 
 
deyə müraciət etməyə başlayır. Şagirdləri ilə bərabər, diyarın tarix və coğrafiyasını 
araşdırmaqla  məşğul olan Mirzə Fətəli dərnəklər yaradır, uşaqlarda doğma diyara 
məhəbbət  oyadırdı.  Tiflisdə  fəaliyyət  göstərən  elmi  qurumlarla  sıx  əlaqə  yaradan 
Mirzə  Fətəli  məqalələrini  elmi  jurnallarda  nəşr  etdirirdi.  Bu  fəaliyyətinə  görə  o, 
1851-ci ildən Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvü 
seçilmişdir. 
1852-ci  ildə  Mirzə  Fətəli  Axundzadə  Qafqaz  canişininin  baş  tərcüməçisi 
təyin edilir. 
Bədii yaradıcılıqla məşğul olmağa imkan düşən kimi Mirzə Fətəli 1850 - 
1855-ci illər arasında ona şöhrət gətirmiş altı komediyasını yazır. Onun "Hekayəti-
Molla  İbrahimxəlil  kimyagər",  "Hekayəti-müsyö  Jordan  həkimi-nəbatat  və  dərviş 
Məstəli  şah  caduküni  məşhur",  "Sərgüzəşti-vəziri-xani-Lənkəran",  "Hekayəti-xırs 
quldurbasan",  "Sərgüzəşti-mərdi-xəsis"  ("Hacı  Qara"),  "Mürafiə  vəkillərinin 
hekayəti"  əsərləri  Azərbaycan  ədəbiyyatında  yeni  mərhələnin  başlanğıcını  qoyur 
və  sanki  realizmin  bundan  belə  ədəbi  prosesdə  əsas  yaradıcılq  metoduna 
çevrilməsini  bəyan  edir.  Mirzə  Fətəli  1857-ci  ildə  yazdığı  "Aldanmış  kəvakib" 
povesti ilə öz seçimini bir daha təsdiqləyir. Axundzadə "Nəzm və nəsr haqqında", 
"Fəhristi  kitab", "Mirzə  Ağanın  pyesləri  haqqında  kritika",  "Tənqid risaləsi"  və  s. 
məqalələrində yeni dövrdə müsəlman Şərqi xalqları ədəbiyyatının inkişaf yollarını 
müəyyənləşdirir.  Bu  dövrdə  Axundzadənin  əsərləri  Tiflisdə  çıxan  "Qafqaz" 
qəzetində,  özü  də  rus  dilində  nəşr  edilirdi.  Onun  dram  əsərləri  1853-cü  ildə 
"Komedii"  adlı  topluda  rus  dilində,  1859-cu  ildə  "Təmsilat"  adlı  topluda  ana 
dilində çap olunur. Bu topluda "Aldanmış kəvakib" əsəri də verilmişdir. 
Mirzə  Fətəli  Axundzadə  "Səbuhi"  təxəllüsü  ilə  gözəl  şeirlər  yazmışdır. 
"Zəmanədən  şikayət",  "Puşkinin  ölümünə  Şərq  poeması",  "Zakirə  məktublar", 
"Yeni  əlifba  haqqında  mənzumə"  və  s.  şeirləri  ona  bir  şair  kimi  geniş  şöhrət 
qazandırmışdır. Əsasən  lirik şair olan Axunzadə  şeirlərini üç  dildə  -  Azərbaycan, 
fars və rus dillərində yazmışdır. 
1857-ci  ildən  etibarən  Axundzadə  ərəb  əlifbasının  islah  edilməsini  təklif 
etməyə  başlamışdır.  Ərəb  qrafikalı  əlifbanın  şagirdlər  tərəfindən  çətin 
qavranılmasını,  bu  əlifba  ilə  təhsil  alanların  Avropa  və  Rusiyada  nəşr  edilən 
əsərləri oxuya bilməməsini əsas gətirən Axundzadə latın qrafikalı əlifbaya keçməyi 
təklif  etmişdir.  O  bu  təklifi  ilə  Rusiya,  Türkiyə,  İran  dövlət  orqanlarına  müraciət 
etmiş,  hətta  dövlət  başçılarına  yazılı  məktublar  göndərmişdir,  lakin  onun  təklifi 
qəbul edilməmişdir. 
1858-ci  ildə  Mirzə  Fətəli  Axundzadə  Qafqaz  canişinliyinin  baş  siyasi 
idarəsinin  tərcüməçisi  təyin  olunmuş,  Rusiya  ilə  İran  və  Türkiyə  arasında  məsul 
diplomatik  danışıqlarda  və  inzibati  tədbirlərin  həyata  keçirilməsində  iştirak 
etmişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə