Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   52   53   54   55   56   57   58   59   ...   129

151 
 
keçmir ki, öz keyfiyyəti ilə seçilən "üsuli-cədid" məktəbləri Azərbaycanın bir çox 
yerlərində açılır. 
Azərbaycanda təhsil sisteminin üzləşdiyi əsas problemlərdən biri o zaman 
dərslik  çatışmazlığı  problemi  olmuşdur.  Bu  problemi  aradan  qaldırmaq  üçün  bir 
çox  ziyalılarımız  dərsliklər  yazır,  onları  öz  hesabına  nəşr  etdirib  məktəblərə 
paylayırlar. Nəvvab da bu təşəbbüsə qoşulur. 
XIX  əsrin  II  yarısı  -  XX  əsrin  əvvəllərində  Azərbaycanın  görkəmli  şairi, 
filoloqu, rəssamı, xəttatı və musiqişünası olmuş Mir Möhsün Nəvvab 1918-ci ildə 
Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur. Hal-hazırda isə onun doğma Şuşa 
şəhəri erməni işğalı altındadır. 


152 
 
Rusiya  və  Sovet  imperiyaları  dövründə 
Azərbaycanın  din  xadimləri  mürtəce,  mühafizəkar 
insanlar  kimi  qələmə  verilmişlər.  Lakin  əslində  din 
xadimlərimizin  bir  çoxu  xalqın  maariflənməsi  üçün 
əllərindən  gələni  etmişlər.  Belə  şəxsiyyətlərdən  biri 
1914-1917-ci 
illərdə 
Zaqafqaziya 
sünni 
müsəlmanlarının  müftisi  Mirzə  Hüseyn  Qayıbzadə 
olmuşdur.  Azərbaycanın  ilk  arxeoqraflarından,  elm 
və  mədəni  irsimizin  toplayıcılarından  biri  kimi 
tanınan  Qayıbzadə  fəaliyyəti  illərində  yüzlərcə 
azərbaycanlı  gəncin  Rusiya  elm  ocqlarında  təhsil 
almasına  nail  olmuş,  yüzlərcə  kənd  məktəbi 
açdırmışdır.  Qori  müəllimlər  seminariyası  nəzdində 
Azərbaycan  şöbəsinin  açılmasında  onun  müstəsna 
xidmətləri  olmuşdur.  Qayıbzadə  özüdə  müəllim 
kimi  fəaliyyət  göstərmiş,  bir  neçə  dərsliyin  müəllifi 
olmuşdur. 
 
Mirzə Hüseyn Əfəndi Qayıbzadə 
(1830-1917) 
Mirzə  Hüseyn  Qayıbzadə  1830-cu  ildə  Qazaxda  anadan  olub.  Hüseyn  6 
yaşında yetim qalır və onu əmisi İbrahim əfəndi öz himayəsinə götürür. Məktəbdə 
təhsil  almış  Qayıbzadə  öz  bilikləri  ilə  seçilir  və  17  yaşından  Salahlı  kənd 
məktəbində  dərs  deməyə  başlayır.  Onun  barəsində  soraq  Tiflisə  çatanda 
Zaqafqaziya  müsəlmanları  idarəsindən  yoxlama  gəlir  və  doğrudan  da  onun  öz 
şagirdlərinə dərin biliklər verməsini təsdiqləyir. 
1858-ci  ildə  Qafqaz  canişini  knyaz  A.Baratinski  Mirzə  Hüseyn 
Qayıbzadəni Tiflis müsəlman məktəbinə Şərq dilləri müəllimi vəzifəsinə təyin edir. 
Tiflisin  kitabxanalarında  gecə-gündüz  çalışan  Qayıbzadə  burada  Qafqazın  o 
dövrkü ziyalıları ilə tanış olur. Onların arasında maarifçi Mirzə Fətəli Axundzadə, 
alman filoloqu Adolf Berje, gürcü maarifçiləri İlya Çavçavadze, Mixail Kipiani də 
var idi. Onun ən yaxın dostu və məsləkdaşı M.F.Axundzadə idi. Aralarında böyük 
yaş fərqi olan bu iki ziyalımız Azərbaycan xalqının maariflənməsi sahəsində böyük 
işlər görmüşdü. Onlar azərbaycanlı tələbələrin Rusiya hərbi və mülki məktəblərinə 
qəbul  olunmasına  çalışır,  bu  tələbələrin  təhsillərini  başa  vurub  Azərbaycana 
qayıtmaları üçün  əməli işlər  görürdülər.  Onların  fəaliyyəti sayəsində  1875-ci  ildə 
Tiflisdə kasıb müsəlman uşaqları üçün məktəb açılmışdı. 
1860-cı  ildə  Axundzadənin  vasitəsilə  Qayıbzadə  Baş  Qərargahın  zabiti 
N.Stoletovla  tanış  olur.  Stoletov  ona  rus  dilini,  Qayıbzadə  isə  Stoletova 


153 
 
Azərbaycan  və  fars  dillərini  öyrətməyə  başlayır.  Sonralar  N.Stoletov  Şipka  dağ 
keçidini qoruyan hərbi hissələrin komandanı kimi bütün Rusiyada məşhurlaşır. O, 
ömrünün sonlarınadək Azərbaycan dilini unutmamış və imkan düşən kimi bu dildə 
danışmağa çalışmışdır. 
Qafqaz  tarixini  araşdıran  Qafqaz  Arxeoqrafiya  Komissiyası  təşkil 
ediləndə  Axundzadə  və  Qayıbzadə  Azərbaycan  tarixinə  aid  sənədləri  toplayır, 
onları  ərəb  və  fars  dillərindən  rus  dilinə  çevirir  və  komissiyaya  təqdim  edirdilər. 
Məhz  onların  fəaliyyəti  sayəsində  komissiyanın  nəşr  etdirdiyi  sənədlər  toplusu 
("Qafqaz  Arxeoqrafiya  Komissiyasının  aktları"  adı  ilə  12  cilddə  çap  olunub) 
Azərbaycan  tarixinə  aid  bir  çox  sənədləri  itib-batmaqdan  xilas  edib. 
M.F.Axundzadə və M.H.Qayıbzadə xalqımızın ilk arxeoqrafları, yəni qədim yazılı 
tarixi sənədləri toplayıb elmi dövriyyəyə daxil edən alimlər sayılırlar. 
Qori  müəllimlər  seminariyasında  Şərq  dillərindən  dərs  deyən  Qayıbzadə 
sonralar Tiflis mədrəsəsində şəriət dərsləri və Azurbaycan  dilini tədris edir. 1879-
cu  ildə  Qori  müəllimlər  seminariyasının  Azərbaycan  şöbəsinin  açılışı 
Qayıbzadənin  həyatında  ən  böyük  sevinc  olur.  1879  -1884-cü  illərdə  o, 
seminariyada  dərs  deyir,  burada  təhsil  alan  azərbaycanlı  tələbələrə  dəstək  olmağa 
çalışır. 
1884-cü  ildə  Rusiyanın  rəsmi  dairələri  Mirzu  Hüseyn  Qayıbzadəyə 
Zaqafqaziya  sünni  müsəlmanlarının  müftisi  vəzifəsini  tutmağı  təklif  edirlər.  Çox 
götür-qoydan sonra Qayıbzadə razılığını verir. O deyirdi: "Mən heç bir vaxt ruhani 
olmamışam və heç bir dini ayin icra etməmişəm. Lakin mənə təklif olunan vəzifəni 
qəbul edirəm. Çünki bu vəzifədə xalqıma daha böyük fayda verə biləcəyimi güman 
edirəm". 
Tutduğu yüksək vəzifədən istifadə edən Qayıbzadə təhsil sahəsində böyük 
işlər  görmüşdür.  Onun  ilk  tədbiri  Rusiya  imperiyası  maarif  naziri  qraf 
İ.D.Delyanovun  1884-cü  il  aprel  əmrinə  qarşı  mübarizəsi  olmuşdur.  Belə  ki, 
şovinist  nazir  həmin  əmrdə  yazırdı:  "Məhəmməd  dininə  mənsub  olanlar  ali  tipli 
xalq  məktəblərinə  ən  zəruri  hallarda  buraxılsın  və  institutu  bitirən  müsəlman 
müəllimlərinə  şəhər  məktəblərində  işləmək  hüququ  verilməsin".  Şəxsi  nüfuzu  və 
vəzifə  səlahiyyətlərindən  istifadə  edən  Qayıbzadə  bu  əmrin  icrasına  qarşı  çıxır, 
Azərbaycanlı tələbələrin ali məktəblərə qubul etdirilməsinə nail olurdu 
Azərbaycanlıların  təhsil  alması  sahəsində  Qayıbzadəyə  ən  yaxın 
köməkliyi  dostu,  bütün  Qafqazın  şiə  müsəlmanlarının  başçısı,  şeyxülislam 
Əbdüssəlam  Axundzadə  göstərmişdir.  Qafqazın  azərbaycanlılar  yaşayan  bir  çox 
bölgələrində onlarca kənddə ibtidai məktəb açılmışdı. Qayıbzadə məvacibinin əsas 
hissəsini  Azərbaycanlıların  Rusiya  məktəblərində təhsil almasına  sərf edirdi. Belə 
ki, 5 il ərzində o öz hesabına 43 nəfər azərbaycanlı seminaristi oxutmuşdu. Onların 
arasından Rəşid bəy Əfəndiyev, Firidun bəy Köçərli, Teymur bəy Bayraməlibəyov, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə