Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   50   51   52   53   54   55   56   57   ...   129

146 
 
Bədii obrazın idealizə edilməsi, fərmanın dekorativ səpkidə həlli, zərif və 
ifadəli  rəsmi,  lokal  və  parlaq  rənglərin  kontrast  düzümü,  koloritin  zənginliyi  və 
başqa üslub xüsusiyyətlərinə görə bu əsərlər klassik Şərq miniatür sənətinin gözəl 
ənənələrini əks etdirir. Digər tərəfdən isə fiqurların və ayrı-ayrı əşya və ünsürlərin 
həcmli təsvirinə səy göstərmək, zəif olsa da kölgə - işıq kontrastlığından, rənglərin 
xəfif keçidi və perspektiv qanunlarından istifadə edilməsi Mirzə Qədim İrəvaninin 
müasir formalı realist boyakarlığın bəzi xüsusiyyətlərinə yiyələndiyini sübut edir. 
Mirzə  Qədim  İrəvaninin  qadın  portretləri  xüsusi  səciyyəsi  ilə  nəzərə 
çarpır.  Onlar  kompozisiyası,  koloriti,  fiqurların  duru-şu  və  hərəkəti,  geyimi, 
libaslan,  ornament  bəzəyi  və  s.  cəhətdən  bir-birinə  çox  oxşayır.  Lakin  obrazların 
bədii  həllinə,  fərdi  əlamət  və  ifadəliliyinə  görə  onlar  əsaslı  surətdə  bir-birindən 
fərqlənirlər. Bu əsərlər həm rəssamın, həm də dövrün estetik normalarını, gözəllik 
idealını  əks  etdirir.  "Oturmuş  qadın"  və  "Gənc  qadın"  portretlərində  xalq 
yaradıcılığı  və  şair  Molla  Pənah  Vaqifin  poeziyasında  tərənnüm  olunan  şux, 
nikbin, gözəl qadın obrazı yaradılmışdır. Mirzə Qədim İrəvaninin "Oturmuş qadın" 
portreti təkcə  Azərbaycanda  deyil, ümumiyyətlə XIX əsr  Orta Şərq rəssamlığında 
ideal  qadın  gözəlliyini  əks  etdirən  on  görkəmli  və  nümunəvi  əsərlərdən  biridir. 
Burada  yerə  salınmış  zəngin  və  bəzəkli  xalça  üzərində  bir  qədər  ədalı  pozada 
oturmuş  gənc  və  məlahətli  bir  qadın  təsvir  edilib.  Obrazın  sadə  və  təbii,  canlı  və 
real  təsvirinə  görə  bu  portret  XIX  əsrdə  "Qacar  üslubunda"  geniş  yayılmış  rəsmi 
portretlərdən əsaslı surətdə fərqlənir və Mirzə Qədimin ən qüvvətli əsəridir. 
"Şah  Tələt"  və  "Naməlum  qadın"  portretlərində  kompozisiya  qapalı  və 
simmetrikdir;  tərəflərin  müvazinəti  şaquli  istiqamətli  memarlıq  formaları,  eyni 
formalı şəbəkə və pəncərə pərdələri vasitəsilə gözə çarpdırılır. 
"Şahzadə  Aleksandr  arvadı  ilə",  "Şah  və  vəziri"  kimi  ikifiqurlu 
kompozisiyasında  rəssam  təsvir  olunan  şəxsləri  müəyyən  süjet  əsasında 
qruplaşdırır.  Bu  əsərlər  birgə  portret  olmaqla  bərabər,  məişət  janrlı  tematik  tablo 
xarakteri  daşıyır.  Birinci  əsər  rus  mətbuatında  dərc  edilmiş  şəkil  əsasında  çəkilsə 
də,  rəssam  onun  kompozisiya  və  kolorit  həllində  dəyişikliklər  etmiş,  Şərq 
motivləri, dekorativ elementləri ilə zənginləşdirmişdir. 
Mirzə  Qədim  xalq  sənətini  dərindən  bilən,  əsərlərində  bu  tükənməz 
sərvətin  gözəl  ənənələrindən  gen-bol  və  bacarıqla  istifadə  edən  mahir 
ornamentalist rəssam olmuşdur. 
Onun  əsərlərində  döşəməyə  salınmış  xalça,  mürəkkəb  naxışlı  şəbəkə, 
adamların  geyimi  və  ev  əşyasının  üzərində  çəkdiyi  müxtəlif  biçimli  ornament 
bəzəkləri  bunu  sübüt  edir.  Sankt-Peterburqda  Dövlət  Ermitajında  saxlanan 
güzgünün  qapıları  üzərində  çəkdiyi  gül  və  çiçək  təsvirləri  xüsusilə  yüksək  bədii 
zövq, böyük sənətkarlıqla işlənmişdir. 


147 
 
Mirzə  Qədim  İrəvaninin  yaradıcılığı  ilə  Azərbaycan  təsviri  incəsənətində 
şərti dekorativ üslubdan yeni keyfiyyətli realist sənətə keçid başlanır. 
Mirzə Qədim İrəvani 1875-ci ildə İrəvan şəhərində vəfat etmiş və orda da 
dəfn olunmuşdur. 


148 
 
İstər  Şərq  Renessansı,  istərsə  də 
Qərb  Renessansı  mütəfəkkirlərini  (Biruni, 
Nizami  Gəncəvi,  Leonardo  da  Vinçi, 
Mikelancelo və b.) fərqləndirən cəhət onların 
çoxşaxəli  fəaliyyəti  olmuşdur.  Renessans 
dövrünün bir neçə elm və mədəniyyət sahəsi 
ilə  yaxından  tanış  olan  alim  və  ədibləri  öz 
sahələri üzrə şedevr əsərlər yaratmışlar. XIX 
əsrin  II  yarısı  –  XX  əsrin  əvvəllərində 
Qarabağda  yaşayıb  fəsliyyət  göstərmiş 
görkəmli  Azərbaycan  mütəfəkkiri  Nəvvab 
belə şəxsiyyətlərə aiddir. 
Azərbaycan  tarixinə  Mir  Möhsün  Nəvvab 
görkəmli  şair,  filoloq,  rəssam,  xəttat, 
musiqişünas, 
xeyriyyəçi, 
“üsuli-cədid” 
məktəblərinin təərfdaşı kimi daxil olmuşdur.
 
Mir Möhsün Nəvvab 
        (1833-1918) 
 
             Mir  Möhsün  Nəvvab  1833-cü  ildə  Şuşa  şəhərində  adlı-sanlı  bir  ailədə 
anadan olub. Atası Hacı Mirəhməd oğlunu oxutmuş və onu müəllim kimi görmək 
istəmişdir.  Doğrudan  da,  Nəvvab  günlərin  bir  günü  mədrəsədə  dərs  deməyə 
başlayır.  Tez  bir  zamanda  yaxşı  müəllim  kimi  tanınan  Nəvvab  həm  də  şair  kimi 
şöhrət tapır. Onun yazdığı şeirlər dillər əzbəri olur. Bu şeirlərdə Nəvvab zülmkar 
hakimləri,  riyakarlıq  edən  bəzi  din  xadimlərini  tənqid  edir,  elm  və  mədəniyyətə, 
mənəvi-əxlaqi  gözəlliyə  çağırırdı.  Nəvvab  həm  də  lirik  şeirlər  yazırdı.  Şuşada 
yaşayan  şairlərimiz  Nəvvabın  ətrafına  toplaşır  və  o  bu  Azərbaycan  şəhərində 
"Məclisi-fəramuşan"  adlı  ədəbi  məclis  təşkil  edir.  Bu  məclis  bir  çox  şairlərimizin 
sənətkar kimi formalaşmasında böyük rol oynamışdır. 
Şairliklə  bərabər,  Nəvvab  rəssamlıqla  da  məşğul  olmuşdur.  1864-cü  ildə 
onun  "Bəhr  ül-həzən"  ("Qəm  dəryası")  əsərinə  çəkdiyi  illüstrasiyalar  Nəvvabın 
miniatürçü  rəssam  kimi  püxtələşməsindən  xəbər  verir.  Maraqlıdır  ki,  real  həyatı 
təsvir  edən  şəkillərlə  bərabər,  bu  kitabda  fantastik  təsvirlər  də  vardır.  Nəvvabın 
çəkdiyi illüstrasiyalar XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda kitab 
tərtibatının  inkişafına  böyük  təsir  göstərmişdir.  Maraqlıdır  ki,  xəttatlığı  öyrənən 
Nəvvab  kitablarının  mətnlərini  də  özü  köçürürdü.  O  başa  düşürdü  ki,  bu  üsulla 
nadir  kitablar  yaratmaq  olar,  lakin  belə  kitablar  geniş  yayıla  bilməz.  Ona  görə  də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə