Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   58   59   60   61   62   63   64   65   ...   129

166 
 
ölümündən  sonra  da  Sevastopolu  tərk  etməyən  Aslanbəyov  şəhərə  edilən  son 
hücumu dəf edərkən yaralanır və kontuziya alır. Buna baxmayaraq o, müharibənin 
son gününədək döyüşən donanmanın tərkibində qalır. Müharibədən sonra - 1856-cı 
ildə  Aslanbəyov  Qara  dəniz  donanmasının  Nikolayev  limanındakı  36-cı  donanma 
ekipajının komandiri təyin edilir. 
1861-ci  ildə  o,  "Sokol"  korvet  gəmisinin  kapitanı  kimi  Aralıq  dənizində 
fəaliyyətə başlayır. Dəfələrlə Qara dəniz sahillərindən Baltik dənizinə reydlər edir. 
1865-ci ildə Aslanbəyov "Retvizan" zirehli gəmisinə kapitan təyin edilir. O dövrdə 
zirehli  gəmilər  Rusiya  donanmasının  on  ağır  və  möhtəşəm  gəmiləri  sayılırdı  və 
donanmanın  əsas  zərbə  qüvvəsi  idi.  Zirehli  gəmiyə  kapitanlıq  etmək  hər  zabitə 
həvalə  olunmurdu.  Aslanbəyov  bu  vəzifədə  özünü  doğrultduğu  və  hərtərəfli  bilik 
nümayiş  etdirdiyi  üçün  məşhur  rus  sərkərdəsi  vitse-admiral  Butakovun  zirehli 
eskadrasına qərargah rəisi vəzifəsinə təyin edilir. 
XIX  əsrin  70-ci  illərindən  Rusiya  ordusunun  və  hərbi  dəniz  qüvvələrinin 
inkişafında  yeni  mərhələ  başlayır.  Dövrlə  ayaqlaşa  bilən  ordu  və  donanma 
yaratmaq  üçün  hərbi  islahatlar  keçirilir.  1869  -  1872-ci  illərdə  İ.Aslanbəyov 
gəmiçilik məktəblərinin, eləcə də gəmiqayırma sənayesinin yenidən qurulması üzrə 
müxtəlif komitələrin üzvü kimi fəaliyyət göstərir. 
1872-ci  ildə  Rusiyada  I  Pyotrun  anadan  olmasının  200  illiyi  ilə  əlaqədar 
keçirilən  yubiley  tədbirlərində  Aslanbəyov  dəniz  paradında  imperatorun  avarlı 
gəmi dəstəsinin kapitanı kimi iştirak etmişdir. 
1878-ci  ildə  İbrahim  bəy  Aslanbəyov  kontr-admiral  rütbəsinə  layiq 
görülür  və  8-ci  donanma  ekipajına  rəis  təyin  olunur.  1879-cu  ildə  isə  o,  beş 
kreyserdən  ibarət  eskadranın  komandiri  təyin  edilir.  "Minin",  "Knyaz  Pojarski", 
"Hersoq Edinburqski", "Asiya" və "Afrika" gəmilərindən ibarət bu eskadra 1879 - 
1882-ci illərdə dövr-aləm səyahətinə çıxır. 
Səyahət  zamam  Aslanbəyov  təcrübədən  yeni-yeni  taktiki  fəndlər  keçirir 
və ilk dəfə olaraq "uçan  eskadra" ideyasını irəli  sürür. Bu  ideyaya  əsasən, Rusiya 
donanmasının  tərkibində  olan  kreyser  gəmiləri  ənənəvi  dəniz  döyüşlərinə  cəlb 
edilməməli,  düşmən  sahillərinə  göndərilməli  və  onun  dəniz  ticarətini  tamamilə 
məhv etməlidirlər. Səyahətdən qayıdandan sonra Aslanbəyov  məşhur rus admiralı 
A.A.Popovun  əmri  ilə  ideyasını  nəzəri  cəhətdən  əsaslandırmışdır.  Sonralar  onun 
ideyası 1904 - 1905-ci illər rus - yapon müharibəsində tətbiq edilmişdir. Məlumdur 
ki, bu müharibədə ənənəvi fəndlər tətbiq edən rus hərbi donanması Port-Artur və 
Susima  dəniz  döyüşlərində  məğlub  edilmişdir.  Bu  müharibədə  rus  donanmasının 
yeganə uğurları Aslanbəyovun ideyasını tətbiq edən Vladivostok kreyserlər dəstəsi 
tərəfindən  qazanılmışdır.  Bu  dəstə  "2  uçan  eskadra"  ideyasını  tətbiq  etməklə 
Yaponiya  iqtisadiyyatına  ağır  zərbə  vurmuş  və  onun  ticarətini  iflic  vəziyyətinə 
salmışdır. 


167 
 
Zirehli eskadranı Sakit okeana gətirən Aslanbəyov 1882-ci ildə burada bir 
neçə  kəşf  etmişdir.  Aslanbəyov  tərəfindən  Saxalin  adasında  kəşf  edilən  bir 
yarımada  və  Oxot  dənizində  bir  körfəz  indiyədək  də  onun  adını  daşıyır.  Müasir 
xəritələrdə  belə  onlar  "Aslanbəyov  yarımadası"  və  "Aslanbəyov  körfəzi"  kimi 
işarələndirilir. 
Donanmanın komandanlığı İbrahim bəy Aslanbəyovu 1884-cü ildə Baltik 
donanmasının  kiçik  flaqmanı  təyin  edir.  Bu  vəzifədə  olarkən  1887-ci  ildə  ona 
vitse-admiral  rütbəsi  verilir  və  o,  Baltik  donanmasının  flaqmanı  təyin  edilir. 
Ömrünün  sonuna  yaxın  vitse-admiral  Aslanbəyov  Sevastopol  dəmir  yolunun 
çəkilməsi işlərinə başçılıq etmişdir. 
Öz  bilik  və  bacarıqlarını  başqaları  ilə  bölüşməyə  çalışan  vitse-admiral 
Rusiya  dənizçilərinin  on  populyar  jurnalı  olan  "Dəniz  toplusu"  ("Morskoy 
sbornik") jurnalında silsilə məqalələrlə çıxış edir. O həmçinin admiral Naximovun 
adyutantı  işlədiyi  vaxtları  xatırlayaraq  Kırım  müharibəsi  dövründə  apardığı 
gündəliyi  "Naximovun  bioqrafiyası"  adı  ilə  nəşr  etdirir.  Qeyd  etmək  lazımdır  ki, 
Naximovun 
bioqrafiyasının 
Sevastopol 
dovrünün 
tədqiqatçıları 
məhz 
Aslanbəyovun qeydlərini on doğru məlumat hesab edirlər. Məşhur rus yazıçısı Lev 
Tolstoy Sevastopolun müdafiəsinə həsr olunmuş əsərlərini yazarkən Aslanbəyovla 
görüşmüş,  onun  xatirələrindən  istifadə  etmişdir.  Tədqiqatçı  V.Fridriks  "Kontr-
admiral  Aslanbəyovun  bayrağı  altında  üzən  "Afrika"  kreyseri"  adlı  əsərində 
Aslanbəyovun  dövr-aləm  səyahətini  qələmə  almışdır.  1889-cu  ildə  Sankt-
Peterburqda  "Vitse-admiral  Aslanbəyovun  yarıməsrlik  yubileyi"  adlı  əsər  çap 
edilmişdir. 
Aslanbəyovu  xatırlayanlar  bilik  və  bacarığından  başqa,  onun  olduqca 
genişürəkli təbiətindən və Şərq əhvalatlarını söyləmək məharətindən xəbər verirlər. 
Onun  danışdığı  lətifələr  tezliklə  bütün  donanmada  yayılanmış  fəaliyyətinə  görə 
Aslanbəyov  Rusiyanın  "Ağ  qartal",  "Müqəddəs  Anna",  "Müqəddəs  Vladimir", 
"Müqəddəs  Stanislav"  ordenlərinin  bütün  dərəcələri,  qızıl  qılınc,  həmçinin 
Serbiyanın  "Takova",  Yaponiyanın  "Günəşin  doğması",  Havay  dövlətinin 
"Kalakua" ordenləri ilə təltif olunmuşdur. 
İbrahim  bəy  Aslanbəyov  1901-ci  il  dekabrın  7-də  Peterburqda  vəfat 
etmişdir.  Ölümünə  qədər  müsəlman  və  azərbaycanlı  olması  heç  kimdə  şübhə 
doğurmamışdır.  Lakin  ölümündən  sonra  maraqlı  hadisələr  baş  verməyə  başladı. 
Belə  ki,  məşhur 
Brokqauz  və  Lfron
  ensiklopediyasında  Aslanbəyov  soyadı 
"Aslanbeqov" formasında göstərildi. Daha sonra Sevastopol şəhər muzeyində onun 
portretini  asıb,  altında  "Aslambeqov  A.B.  1820  -  1900-  cü  illər"  yazdılar. 
Tədqiqatçı  Ş.Nəzirlinin  araşdırmaları  sübut  etdi  ki,  sənədləri  Sevastopol  şəhər 
panoram-muzeyinin arxivində saxlanılan Aslanbəyovun tam adı, soyadı, milliyyəti 
və  dini  əqidəsi  göstərilən  sənəddə  rəsmi  məlumatların  üstündən  xətt  çəkilərək 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə