Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   57   58   59   60   61   62   63   64   ...   129

164 
 
Seyid  Əzim  Şirvani  bədii  yaradıcılığa  hələ  1855-ci  ildən  başlamış, 
Azərbaycan  və  fars  dillərində  şeirlər  yazmışdır.  Klassik  Azərbaycan  poeziyası  və 
XIX  əsrin  I  yarısında  ədəbi  məktəb  halında  formalaşan  tənqidi  realizm 
ənənələrindən  bəhrələnən  Seyid  Əzim  poeziyası  ilə  Azərbaycan  şerini  daha  da 
zənginləşdirmişdir.  Onun  lirik  şeirlərində  (qəzəl,  qəsidə,  tərkibbənd,  müxəmməs, 
müsəddəs,  müstəzad,  rübai,  qitə)  məhəbbət,  həyat  eşqi  tərənnüm  olunur.  Lakin 
onun satirik şeirləri xalq arasında daha populyar idi. 
Satirik şeirlərində Seyid Əzim həm mülkədarları, həm də çar məmurlarını 
ifşa  etmişdir.  Onun  "Əkinçinin  hadisəsi",  "Padşah  və  əkinçi",  "Şamaxı  bəyləri", 
"Şirvan  qazıları  və  divan  polislərinin  bəzi  əhvalatı  haqqında  müxəmməs", 
"Şamaxının yeni bəyləri haqqında həcv", "Şamaxının vəziyyətindən şikayət" və s. 
şeirlərini  əhali  böyük  həvəslə  əzbərləyirdi.  Şair  bu  cür  şeirlərində  özünəməxsus 
satirik  dildə  zəhmət  adamlarının  hüquqlarını  müdafiə  edir,  hökumət  idarələrində 
kök salmış rüşvətxorluq, özbaşınalıq və s. yaramazlıqları qamçılayırdı. 
Özü  ruhani  olsa  da,  Seyid  Əzim  Şirvani  ruhani  adına  xələl  gətirənləri 
tənqid  edirdi.  Onun  yaradıcılığında  bu  cür  mənfur  ruhaniliyin  ifşası  xüsusi  yer 
tutur.  "Müctəhidin  təhsildən  qayıtması",  "Köpəyə  ehsan",  "Allaha  rüşvət", 
"Yerdəkilərin  göyə  şikayətə  getmələri"  və  s.  şeirlərində  o  öz  xeyrini  güdən,  dinin 
tələbələrindən  xəbəri  olmayan,  islama  zidd  hərəkət  edən  "ruhaniləri"  və  onların 
əməllərini pisləyirdi. 
Seyid  Əzim  Şirvani  müsbət  insani  keyfiyyətləri  təbliğ  edən  şeirlər  də 
yazırdı.  "Müəllimə  hörmət”,  "Oğluma",  "Möhsünə  cavab",  "Fəqih  ilə  oğlu" 
şeirlərində  şair  tərəqqiyə  düşmən  olan,  lakin  bununla  belə,  özlərini  "ziyalı" 
adlandıranlara,  mövhumat  və  cəhalətə  gülürdü.  Seyid  Əzim  "Həsən  bəy  Məlikov 
Zərdabiyə",  "Əkinçi"  qəzetinə  yardım  üçün",  "Ziya"  qəzetinə"  və  s.  şeirlərində 
maarif və mədəniyyəti təbliğ edir, əsl ziyalıların vətənə necə böyük xeyir verdiyini 
vurğulayırdı. 
Seyid  Əzim  Şirvaninin  ictimai-əxlaqi  görüşlərini  əks  etdirən  mənzum 
hekayə  və  öyüdləri,  nağıl  və  təmsilləri  də  dövrümüzə  qədər  gəlib  çatmışdır. 
"Böyük  loğmanın  hadisəsi",  "Oğru  və  fəqir",  "Ulağını  itirmiş  bir  kişi",  "Dilənçi 
tacir",  "Zahidin  nağılı",  "Xoruz  və  çaqqal",  "Qaz  və  durna",  "Aslan  və  qarışqa", 
"Dəvə  və  balası",  "Aslan  və  iki  öküz"  və  s.  əsərlərində  müəllif  dostluq,  mərdlik, 
nəzakət,  təvazökarlığı  təbliğ  edir,  tənbəllik,  tüfeylilik,  avaraçılıq  və  s.  naqis 
sifətləri pisləyir. 
Seyid  Əzim  Şirvani  Füzulidən  sonra  Azərbaycan  poeziyasında  qəzəl 
janrının on böyük yaradıcılarından biridir. 
Yaradıcılığı  Azərbaycan  şerinin  inkişafına  güclü  təsir  göstərmiş  Seyid 
Əzim Şirvani 1888-ci ildə Şamaxıda vəfat etmiş və doğma şəhərinin yaxınlığındakı 
qəbiristanlıqda dəfn olunmuşdur. 


165 
 
1853  –  1856-cı  illər  Krım  müharibəsinin 
qəhrəmanı  rus  admiralı  Pavel  Naximovun  adı 
dünyada  məşhurdur.  Lakin  çox  az  adam  bilir  ki, 
Naximovun  bioqrafiyası  onun  adyutantı,  görkəmli 
sərkərdə,  dəniz  səyyahı  və  hərb  nəzəriyyəçisi 
azərbaycanlı  İbrahim  bəy  Aslanbəyov  tərəfindən 
yazılmışdır. 
Azərbaycanın  qəhrəman  oğulları  arasında 
ilk  dəfə  kontr-admiral  və  vitse-admiral  rütbələrinə 
layiq  görülmüş,  Baltik  dənizi,  Qara  dəniz  və  Sakit 
okean  donanmalarında  hərbi  gəmilərdə  və  gəmi 
birləşmələrində  xidmət  etmiş,  dünya  səyahətində 
olmuş, bir körfəz və bir yarımada kəşf etmiş İbrahim 
bəy  Aslanbəyov  indiki  nəsil  tərəfindən  çox  az 
tanınır.  Məhz  bunun  nəticəsidir  ki,  nankor 
qonşularımız 
bu 
görkəmli 
şəxsiyyəti 
özününküləşdirir,  onu  erməni  kimi  qələmə  verirlər. 
Lakin  tarixi  sənədlər  onların  yalanlarının  üstünü 
aşmağa imkan verir. 
 
  İbrahim bəy Aslanbəyov 
          (1822-1900) 
 
İbrahim  bəy  Aslanbəyov  1822-ci  il  sentyabrın  10-da  Bakı  şəhərində 
zadəgan ailəsində doğulmuşdur. Tədqiqatçıların fikrincə, onun atası Allahverdi bəy 
Bakı xanları nəslinə  mənsub olmuşdur. Oğlunu hərbçi görmək istəyən Allahverdi 
bəy  onu  Peterburqa  aparır  və  Hərbi  Dəniz  Korpusuna  qəbul  etdirir.  Bu  məktəbdə 
Rusiya  imperiyasının  ən  mötəbər  ailələrinin  uşaqları,  o  cümlədən  imperator 
nəslindən  olanlar  təhsil  alırdı.  İbrahim  bəy  1837-ci  ildə  adı  korpusun  "qırmızı 
lövhə"sinə  yazılmaqla  oranı  bitirir.  Peterburq  şəraitində  müsəlman  gəncin  - 
"Qafqaz  tatarı"  adlandırılan  Azərbaycanlının  kurs  müdavimlərini  qabaqlayaraq 
hərbi məktəbi fərqlənmə ilə bitirməsi onun istedad və qabiliyyətindən xəbər verir. 
Təyinatını  Baltik  donanmasına  alan  Aslanbəyov  freqat  yelkənli,  sürətli 
hərbi  gəmilərdə  zabit  kimi  xidmət  etmişdir.  1842-ci  ildə  o,  donanmanın  ən  yaxşı 
zabitləri sırasında Dənizçilik Məktəbi zabit sinfinə göndərilir. Buranı da fərqlənmə 
ilə  bitirən  Aslanbəyov  Qara  dəniz  hərbi  donanmasında  "Elbrus"  hərbi  gəmisinin 
kapitanı vəzifəsinə təyin edilir. Bilikli dənizçi Aslanbəyov donanmanın komandanı 
məşhur  rus  admiralı  P.Naximovun  diqqətini  cəlb  edir.  1853-cü  ildə  Krım 
müharibəsi  başlayanda  Aslanbəyov  öz  gəmisi  ilə  vacib  və  təhlükəli  tapşırıqları 
layiqincə  yerinə  yetirir.  1854-cü  ildə  biliyini  və  cəsurluğunu  sübut  etmiş  kapitan-
leytenant  Aslanbəyov  admiral  Naximovun  adyutantı  təyin  edilir.  Naximovun 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə