Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   56   57   58   59   60   61   62   63   ...   129

162 
 
Lirik 
və 
satirik 
Azərbaycan 
şerini 
zənginləşdirmiş,  yaradıcılığı  ilə  Azərbaycan  şerinin 
inkişafına  təsir  göstərmiş,  öz  dövrünün  məşhur 
şairlərindən  olan  Seyid  Əzim  Şirvani  bir  çox  əsərlərin 
müəllifidir.  Onun  yazdığı  satirik  şerlər  dövrün 
Azərbaycan  cəmiyyətinə  xas  olan  mənfi  cəhətləri 
qamçılayır.  Onların  bədii  təsir  qüvvəsi  o  dərəcədə 
böyük idi ki, insanlar şerləri əzbər öyrənirdilər. Klassik 
Azərbaycan  poeziyası  və  XIX  əsrin  I  yarısında  ədəbi 
məktəb 
halında 
formalaşan 
tənqidi 
realizm 
ənənələrindən  bəhrələnən  Seyid  Əzim  təkcə  şair  kimi 
deyil,  maarifpərvər  ziyalı,  yeni  üsulla  tədris  prosesini 
quran,  məktəbi  öz  hesabına  açan,  Azərbaycan tarixi  və 
Azərbaycan  ədəbiyyatı  tarixinə  aid,  həmçinin  milli 
ruhda yazılmış dərslik tərtib edən şəxsiyyət kimi xalqın 
yaddaşında qalmışdır. 
Azərbaycan  tarixinə  Seyid  Əzim  Şirvani  görkəmli  şair 
və  maarif  xadimi,  üsuli-cədid  məktəblərindən  birinin 
yaradıcısı,  Azərbaycan  ədəbiyyatı  tarixində  yazılmış 
sonuncu təzkirənin müəllifi kimi daxil olmuşdur.
 
Bir insanın böyük bir problemin aradan qaldırılmasında çətinlik çəkməsini 
vurğulayan şairə hökumətin diqqətini problemə cəlb etməyə çalışır. Hökuməti pul 
buraxmağa  vadar  etmək  məqsədi  ilə  Natəvan  kanalın  layihəsinin  çəkilməsi  və 
işlərin  ilkin  mərhələsinin  xərclərini  öz  boynuna  götürür.  Lakin  son  nəticədə 
məmurların  etinasızlığından,  Azərbaycana  ögey  münasibətdən  bu  kanal  çəkilib 
başa çatdırılmır. 
Xurşidbanu Natəvan 1897-ci ildə Şuşada  vəfat etmiş, Ağdamda "İmarət" 
qəbiristanlığında  dəfn  olunmuşdur.  Hal-hazırda  Şuşa  da,  Ağdam  da,  şairə  dəfn 
olunmuş qəbiristanlıq da düşmən tapdağı altındadır. 
 
Seyid Əzim Şirvani 
       (1833-1888) 
Seyid  Əzim  Şirvani 
1835-ci  ildə  Şamaxıda  anadan  olmuşdur.  7  yaşında  ikən  atası  Seyid  Məhəmməd 
vəfat etmiş və Seyid Əzim ana tərəfdən babası Molla Hüseynin yanına, Dağıstanın 
Yaqsay  kəndinə  getmişdir.  Bu  dövrdə  Cənubi  Dağıstan  Azərbaycanla  sıx  əlaqədə 
olmuş, bir çox  Azərbaycan ziyalıları  orada  fəaliyyət göstərmiş, dağıstanlı  uşaqlar 
Azərbaycan  təhsil  ocaqlarında  savada  yiyələnmişlər.  Dağıstanda  yaşayan  hər  bir 
xalqın  öz  fərqli  dili  olmuşdur.  Onlar  bir-birləri  ilə  ünsiyyət  vasitəsi  kimi  isə 
Azərbaycan  dilindən  istifadə  etmişlər.  Bu  cəhətə  Qafqazda  olmuş  rus  şairi  M.Y. 
Lermontov  da  diqqət  yetirmiş  və  Qafqazda  işlədilən  Azərbaycan  dilini  Avropada 
ünsiyyət vasitəsi kimi işlədilən fransız dili ilə müqayisə etmişdir. 


163 
 
Seyid  Əzim  ilk  təhsilini  babasının  yanında  almış,  Yaqsay  kəndində 
məktəbdə  oxumuşdur.  O,  ərəb  və  fars  dillərini  mükəmməl  öyrənmiş,  həmçinin 
Dağıstan dillərindən bir neçəsinə yiyələnmişdir. 
1853-cü  ildə  Seyid  Əzim  Şamaxıya  qayıtmışdır.  O,  təhsilini  davam 
etdirmək  məqsədi  ilə  1855-ci  ildə  Bağdada  getmişdir.  Burada  dini  təhsil  aldıqdan 
sonra müsəlman ölkələrinə səyahətə çıxmışdır. Seyid Əzim Dəməşq (o dövrdə Şam 
adlanırdı) və Qahirədə (Misir ərazisi) olmuş, bir çox alim və şairlərlə görüşmüşdür. 
Müsəlman  ölkələrindəki  vəziyyəti  öz  gözləri  ilə  görən,  onların  problemlərini  ilk 
növbədə  savadsızlıq  və  elmi-texniki  geriliklə  bağlayan  Seyid  Əzim  Qərb 
mədəniyyətinə  də  kor-koranə  üstünlük  vermirdi.  Onun  fikrincə,  Qərbin  texniki 
nailiyyətləri  və  Şərqin  (ilk  növbədə  islam  ölkələrinin)  mənəvi  dəyərləri 
birləşdirilməli  və  Şərq  ölkələrini  tərəqqiyə  aparmalıdır.  Təhsili  bu  istiqamətdə 
quran məktəblər o dövrdə üsuli-cədid (yeni üsul) məktəbləri adlanırdı. Seyid Əzim 
1869-cu  ildə  Şamaxıda  öz  hesabına  yeni  üsul  məktəbi  açır.  Məktəbdə  təhsil  ən 
yeni,  mütərəqqi  üsullarla  aparılırdı.  Cismani  cəzalar  qadağan  idi.  Dövrün 
tələblərinə  cavab  verən  elmlər  öyrədilirdi.  Qeyd  etmək  lazımdır  ki,  sonralar 
Azərbaycanın  görkəmli  ədibləri  olmuş  Mirzə  Ələkbər  Sabir  və  Sultanməcid 
Qənizadə  bu  məktəbdə  təhsil  almışdılar.  1877-ci  ildə  Seyid  Əzim  Şirvani 
Azərbaycan  dilində  "Uşaqların  baharı"  adlı  dərslik  tərtib  edir.  Dərslikdə  uşaqlara 
vətənlərinə  məhəbbət  hissi  aşılanır,  onlara  öz  tarixləri  və  mədəni  irsindən  qürur 
duymaq,  vətəninə  layiqli  övlad  olmaq  ideyaları  təlqin  edilirdi.  Lakin  kitab  çar 
senzurasından  keçmədi.  Çar  senzorları  dərslikdə  olan  Azərbaycanlılarda  milli 
qürur  hissinin  oyadılması  ideyasını  təhlükəli  hesab  etdilər.  Nəticədə  dərslik 
qadağan edildi, onun nəşrinə heç bir şərtlə icazə verilmədi. 
Seyid  Əzim  məktəbini  idarə  edib,  orada  dərs  deməklə  yanaşı, 
Azərbaycanın  dövri  mətbuatında  silsilə  məqalələrlə  çıxış  edirdi.  Bu  məqalələr 
"Əkinçi"  qəzeti,  həmçinin  "Ziya"  və  "Kəşkül"  qəzetlərində  çap  olunurdu. 
Məqalələrində  o,  cəhalətdən  qurtarmaq  üçün  təhsilə  diqqətin  yetirilməsini, 
savadsızlığın ləğvini tələb edir, sosial ədalətsizliyə, istər çar məmurlarının, istər də 
yerli ağaların haqsızlıqlarına qarşı çıxırdı. 
Öz  vətəninin  tarixi  ilə  yaxından  tanış  olan,  onu  təbliğ  etməyə  çalışan 
Seyid Əzim Şirvani 1887-ci ildə "Tarixi-Şirvannamə" adlı tarixi əsərini yazır. lakin 
bu əsərin də çapına icazə verilmir. 
Seyid  Əzim  Şirvani  1885-ci  ildə  tərtib  etdiyi  "Təzkirə"sində  görkəmli 
Azərbaycan  şairlərinin  əsərlərini  toplamışdır.  O  burada  270-dən  çox  şairin  qısa 
tərcümeyi-halını  və  əsərlərindən  nümunələr  vermişdir.  Kitabda  Xaqani  Şirvani, 
Fələki Şirvani, Zülfüqar Şirvani, Bədr Şirvani, Füzuli, Molla Pənah Vaqif, Qasım 
bəy  Zakir,  Abbasqulu  ağa  Bakıxanov  və  b.-nın  ədəbi  irsi  barəsində  müfəssəl 
məlumat vardır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə