Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə68/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   64   65   66   67   68   69   70   71   ...   129

184 
 
Vaxtaşırı  qəzetlərdə  məqalələr  çap  etdirən  C.  Məmmədquluzadə  1903-cü  ildə 
"Şərqi-Rus" qəzetindən dəvət alır. Tiflisdə Məhəmmədağa Şahtaxtlı tərəfindən çap 
edilən  bu  qəzet  ilk  gündən  demokratik  ruhu  ilə  seçilmişdir.  Demokratik  fıkirləri 
satirik  dildə  çatdırmaq  ənənəsini  Cəlil  Məmmədquluzadə  məhz  bu  qəzetdə 
işləyərkən  mənimsəmişdir.  "Poçt  qutusu"  hekayəsini  də  məhz  bu  qəzetdə 
çalışarkən yazıb çap etdirmişdir. 
C.Məmmədquluzadə jurnalist Ö.F.Nemanzadə və tacir M.Ə.Bağırzadə ilə 
birlikdə şərikli mətbəə almaq qərarına gəlir. "Qeyrət" mətbəəsində o, ilk kitablarını 
çap etdirir. "Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy", "İranda hürriyyət" adlı 
kitabları  ona  bütün  Azərbaycanda  şöhrət  qazandırır.  Elə  o  zaman  Tiflisdə  rus 
dilində  çıxan  "Qafqaz  fəhlə  vərəqəsi"  qəzetində  Mirzə  Cəlil  "Binəsiblər"  və 
"Xeyir-dua"  felyetonlarını  çap  etdirir  və  fəhlələrin  ağır  vəziyyətini  kəskin  tənqid 
atəşinə  tutur.  "Xeyir-dua"  sonradan  M.Ə.Rəsulzadə  tərəfindən  Azərbaycan  dilinə 
tərcümə edilərək "Həyat" qəzetində nəşr olunmuşdur. 
Xeyriyyəçiliyi  ilə  seçilən  Cəlil  Məmmədquluzadə  Tiflisdə  uşaqlar  üçün 
məktəb  və  pansion  (internat)  açmışdır.  C.Məmmədquluzadə  o  dövrdə 
Azərbaycanda  kifayət  qədər  tanınsa  da,  "Molla  Nəsrəddin"  jurnalının  nəşri  ilə 
sözün əsl mənasında geniş şöhrət qazanır. İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan 
jurnal  Azərbaycanda,  eləcə  də  türk-müsəlman  dünyasında  satirik  jurnalistikanın 
əsasını qoydu. Jurnalda dövrün on mütərəqqi şəxsləri  - M.Ə.Sabir, N.Nərimanov, 
Ə.Haqverdiyev,  M.S.Ordubadi,  Ö.F.Nemanzadə,  Ə.Nəzmi,  Ə.Qəmküsar  şeir, 
məqalə  və  felyetonlarını  çap  etdirirdilər.  Jurnalın  təbliğ  etdiyi  demokratiya  və 
azadlıq  ideyaları  ona  ümumxalq  məhəbbəti,  beynəlxalq  aləmdə  böyük  nüfuz 
qazandırdı. Jurnalın ilk nömrələri çap edilən kimi həm çar hökumətinin məmurları, 
həm  də  mürtəce  din  xadimləri  ona  qarşı  kampaniyaya  başlamışlar. 
C.Məmmədquluzadə  onu  "Allahsız"  adlandıranlara  cavab  verirdi  ki,  "əksinə,  mən 
Allahdan  qorxmağa  çağırıram,  lakin  eyni  zamanda  zalım  və  savadsız  mollaların 
hərəkətlərinə göz yuma bilmirəm". 
Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalında ölkədə konstitusiya 
qəbul  olunması  və  insan  hüquqlarının  qorunması  ideyaları  ilə  çıxış  etmişdir. 
Jurnalda Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması, qadın bərabərliyi 
kimi məsələlər də əksini tapmışdır. Onun rəhbərliyi ilə jurnalda fəaliyyət göstərən 
müəlliflər faktik olaraq "Molla Nəsrəddin məktəbi" adlanan mətbuat və ədəbiyyat 
məktəbi yaratmışlar. 
C.Məmmədquluzadə  daim  irtica  qüvvələrin  təqib  və  təzyiqinə  məruz 
qalmışdır. Çar hökumətinə sədaqətlə işləyən məmurlar onu dəfələrlə məhkəmələrə 
vermiş,  mətbəədə  axtarışlar  aparmış,  jurnalın  nömrələrini  müsadirə  etmiş,  hətta 
bəzən  jurnalın  nəşrini  müəyyən  müddət  ümumiyyətlə  dayandırmışlar  da.  Jurnal 


185 
 
fasilələrlə  1931-ci  ilədək  çap  edilmişdir.  Onun  340  nömrəsi  Tiflisdə,  8  nömrəsi 
Təbrizdə, 400 nömrəsi isə Bakıda işıq üzü görmüşdür. 
1918-ci  ilin  hadisələri  zamanı  ailəsi  ilə  birlikdə  Qarabağın  Kəhrizli 
kəndinə köçmüşdür. 
Cəlil  Məmmədquluzadə  Azərbaycan  Cümhuriyyətinin  yaradılmasını 
dəstəkləmişdir.  Hələ  1917-ci  ilin  fevral  inqilabından  sonra  o,  "Cümhuriyyət"  adlı 
məqaləsində  yazırdı: "Padşahlıq taxtından  yıxılan Nikolayın zalım  və  xain idarəsi 
dağılandan  sonra  Rusiya  məmləkətində  yaşayan  millətləri,  o  cümlədən  də  biz 
müsəlmanları  məşğul  edən  tək  bir  məsələdir:  həmin  məsələ  cümhuriyyət 
məsələsidir".  Məqalədə  o,  sadə  dillə  cümhuriyyət  anlayışını  izah  edir,  tarixdən 
misallar göstərirdi. 
Ədib  Qarabağda  erməni  işğalçılarına  qarşı  mübarizə  aparanlar  sırasında 
olmuş,  qaçqın  və  köçkünlərə  əlindən  gələn  köməkliyi  göstərmiş,  hətta  Əsgəran 
döyüşlərində  əlində  silah  iştirak  etmişdir.  Azərbaycançılıq  məfkurəsi  və 
cümhuriyyət  ideyaları  onun  "Anamın  kitabı"  pyesində  özünü  çox  dolğun  şəkildə 
göstərmişdir. Burada bütöv və müstəqil Azərbaycan ideyası dəstəklənir. Başqa bir 
əsərində  -  "Kamança"  pyesində  Azərbaycan  xalqının  yüksək  humanizmindən 
istifadə  edən  ermənilərin  və  onların  havadarlarının  cinayətkar  məqsədləri 
aşkarlanır. 
Sovet  dövründə  Bakıya  köçən  C.Məmmədquluzadə  burada  "Molla 
Nəsrəddin”  jurnalının  və  "Yeni  yol"  qəzetinin  baş  redaktoru  olmuş,  Ümumittifaq 
Mərkəzi  Yeni  Əlifba  Komitəsinin  üzvü,  Bakı  Tənqid-Təbliğ  Teatrının 
təşkilatçılarından  olmuşdur.  Onun  fəaliyyəti  ciddi  nəzarətə  götürülmüşdü,  hər 
addımı, yazdığı hər sətri araşdırılır, ona iradlar tutulurdu. Buna etirazını bildirdikdə 
isə  ədibi  "Molla  Nəsrəddin"  jurnalından  uzaqlaşdırmışlar,  jurnalı  Mübariz 
Allahsızlar Cəmiyyətinin orqanına çevirmişlər. C.Məmmədquluzadəyə qarşı sovet 
mətbuatında  çoxlu  sayda  qərəzli  məqalələr  çap  edilmiş  və  bütün  bunlar  onun 
səhhətinə pis təsir göstərmişdir. Nəticədə o, ağır xəstələnmişdir. 
"Azərbaycan"  və  "Haradadı  Azərbaycan?"  felyetonlarında  Cəlil 
Məmmədquluzadə  vahid  Azərbaycan  ideyasını  hər  şeydən  yüksək  tutur.  O,  ürək 
yanğısı  ilə  yazır:  "Ah,  gözəl  Azərbaycan  vətənim!  Harada  qalmısan?  Ay  torpaq 
çörəyi yeyən təbrizli qardaşım, ay keçəpapaq meşkinli, sərablı, goruslu və moruslu 
qardaşlarım... Gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir 
fikirləşək: hardadır bizim vətənimiz?". 


186 
 
Azərbaycan 
rəssamlıq 
tarixində  Əzim 
Əzimzadənin  yaradıcılığı  xüsusi  yer  tutur.  Satirik 
qrafika,  karikatura  janrının  bu  mahir  ustası  bir  çox 
satirik  jurnallar,  ilk  növbədə  “Molla  Nəsrəddin”lə 
əməkdaşlıq  etmişdir.  Bədii  əsərlərə  illüstrasiyalar 
çəkən, teatr tamaşalarına bədii tərtibat verən, portret və 
mənzərə 
janrlarında  əsərlər  yaradan  rəssamın 
Azərbaycanda  peşəkar  rəssamların  hazırlanmasında  da 
böyük rolu olmuşdur. 
Azərbaycan  tarixinə  Əzim  Əzimzadə  xalq  rəssamı, 
Azərbaycan  realist  qrafika  sənətinin  banisi,  satirik 
qrafika,  illüstrasiya,  siyasi  plakat,  tarixi  və  məişət 
janrlarında,  teatr  dekorasiya  sənəti  sahəsində  fəaliyyət 
göstərmiş  rəssam,  Azərbaycanda  ilk  rəssamlıq 
məktəbinin  yaradıcısı,  pedaqoq,  teatr  və  rəssamlıq 
emalatxanalarının  təşkilində  yaxından  iştirak  etmiş 
təşkilatçı kimi daxil olmuşdur.
 
Əzim Əzimzadə 
    (1865-1943) 
 
Əzim  Aslan  oğlu  Əzimzadə  1880-ci  ildə  Bakının  Novxanı  kəndində 
anadan olub. Uşaqlıqdan rəsm çəkməyə maraq göstərən balaca Əzimin bu həvəsinə 
ötəri  əyləncə  kimi  baxmışlar.  İlk  təhsilini  o,  1888  -  1891-ci  illərdə  mollaxanada 
almış,  1891  -  1894-cü  illərdə  isə  rus-müsəlman  məktəbinə  daxil  olaraq  təhsilini 
davam etdirmişdir. Artıq burada müəllimləri onun rəsmə marağını görmüş, böyük 
fitri  istedada  malik  olmasının  şahidi  olmuşdular.  Ona  bu  sahədə  təhsilini  davam 
etdirmək məsləhət görülmüşdür. 
Kiyev şəhərinə göndərilən Əzim Əzimzadə burada rəssamlıq məktəbində 
oxumuşdur.  Onun  ilk  karikaturası  ("İrşad"ın  müştərisi")  "Molla  Nəsrəddin" 
jurnalında  dərc  olunmuşdur.  Satirik  qrafika  sahəsində  rəssamlıq  fəaliyyətinə 
başlayan  Əzim  Əzimzadə  bununçün  lazım  olan  keyfiyyətlərə  malik  idi.  O  hər 
hansısa  bir  hadisə  və  eybəcərliyin  mahiyyətini  dərhal  anlayır  və  onun  satirik, 
hamıya  aydın  olan  ümumiləşdirilmiş  obrazını  tapırdı.  Çox  vaxt  onun  çəkdiyi 
karikaturalara şəkilaltı yazılar da tələb olunmurdu. 
1906-cı  ildə  "Molla  Nəsrəddin"  jurnalında  satirik  rəsmləri  və 
karikaturaları  ilə  çıxış  etməyə  başlayan  Əzim  Əzimzadə  qısa  müddət  ərzində 
populyarlıq  qazanır.  "Molla  Nəsrəddin"in  bütün  Şərqdə  geniş  yayılmasının, 
rəğbətlə  qarşılanmasının  əsas  səbəblərindən  biri  də  Əzim  Əzimzadənin  hər  biri 
sənət  əsəri  olan  karikatura  və  şarjları  olmuşdur.  Onun  çəkdiyi  "Cənab  Vitte", 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə