Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   62   63   64   65   66   67   68   69   ...   129

178 
 
ilə  təltif  edilmişdir.  1918-ci  il-də  ingilislər  Bakıya  daxil  olanda  Mehmandarov 
ingilis  ordenlərini  onlara  qaytararaq  demişdir:  "İkiüzlü  bir  ölkənin  ordeni  mənə 
lazım  deyil.  Xalqıma  silah  qaldıran  bir ordunun  ordenini  gəzdirmək  mənim  üçün 
ən böyük təhqirdir". 
1917-ci ildə Peterburqda baş vermiş çevriliş çar ordusunun buraxılması ilə 
nəticələnir.  Bu  ara  yaralıların  Aleksandrovsk  komitəsinə  sədr  seçilən 
Mehmandarov vətəni Azərbaycana qayıdır. 
1918-ci  ildə  yaradılmış  Azərbaycan  Xalq  Cümhuriyyəti  təhlükələrə  sinə 
gərmək üçün ordu yaratmalı idi. 1918-ci ilin dekabrında Səməd bəy Mehmandarov 
Azərbaycanın  hərbi  naziri  təyin  edildi  və  mövcud  çətinliklərə  baxmayaraq  qısa 
müddət  ərzində  güclü ordu  yaradıldı. Tədqiqatçı  K.Oder yazırdı: "Hər cür silahla 
yaraqlanmış  bir  ordu  qurulmuşdur  və  Xəzər  dənizində  kiçik  bir  donanma 
yaradılmışdır.  Bakıda,  Lənkəran  və  Qarabağda  milli  hökuməti  tanımaq 
istəməyənlər acınacaqlı vəziyyətə salınmışdır. Rus və digər düşmən qüvvələr itaət 
və nizam altına alınmışdır". 
1920-ci  ildə  müstəqil  dövlətimiz  süquta  uğrayanda  Mehmandarov 
"Vətəndən  ayrılmağa  heç  bir  əsasım  yoxdur"  deyərək  vətəndə  qalmaq  qərarına 
gəlir.  Sovetlər  tərəfindən  həbs  edilən  general  2  aydan  sonra  N.Nərimanovun  səyi 
ilə  azad  olunur  və  Moskvaya  göndərilir.  "Mehmandarov  nadir  artilleriyaçıdır" 
deyən  Sovet  Rusiya  Ordusunun  komandanı  İ.Yakir  onun  təcrübə  və  biliyindən 
bəhrələnməyi tövsiyə edir. Beləliklə, daimi Artilleriya Komissiyasının üzvü seçilən 
Mehmandarov  Ali  Artilleriya  Məktəbində  sovet  artilleriya  zabitlərinə  dərs  demiş, 
"Artilleriya nizamnaməsi" hazırlayan komissiyanın işində iştirak etmişdir. O, eyni 
zamanda Hərbi Akademiyada zabitlərə taktikanın sirlərini də öyrətmişdir. 
1921-ci  ildə  N.Nərimanov  və  Ə.Qarayevin  xahişi  ilə  Bakıya  qaytarılan 
Mehmandarov  Bakı  qarnizonu  Hərbi-Elmi  Cəmiyyətinin  üzvü  olmuş,  Sovet 
Azərbaycanı 
Ordusunun  qərargahında  işləmiş,  Azərbaycan  Komandirlər 
Məktəbində  dərs  demişdir.  Mehmandarov  ədalətli  və  namuslu  şəxsiyyət  kimi 
tanındığından  maliyyə  və  pul  işlərinə  baxan  müxtəlif  komissiyaların  üzvü 
seçilmişdir.  Lakin  müstəqilliyin  son  atributlarını  itirən  Azərbaycanda  məşhur 
generala yer tapılmır, o, bütün vəzifələrdən uzaqlaşdırılır. 
Sovet repressiv aparatının nəzarəti altında olan Səməd bəy Mehmandarov 
1931-ci  ilin  fevralında  Bakıda  vəfat  edib  və  Çəmbərəkənd  qəbiristanlığında  (hal-
hazırda  Şəhidlər  xiyabanı)  dəfn  olunub.  1939-cu  ildə  Sovet  imperiyasının 
Azərbaycana göndərdiyi canişini S.Kirovun burada heykəli qoyulanda qəbiristanlıq 
və o cümlədən Mehmandarovun qəbri dağıdılıb. 
Mehmandarovu  xalqın  yaddaşından  silməyə  çalışan  sovet  hakimiyyəti 
1937-ci  ildə  generalı  yenidən  yada  salır.  Onun  həyat  yoldaşı  və 
oğlu  Pir
  həbs 
edilərək Saratova sür-gün edilir; özü də sənədlərdə oğlunun adı İqor yazılır. 1941-


179 
 
ci  ildə  Mehmandarovun  ailəsi  Sibirə  göndərilərkən  yolda  alman  aviasiyasının 
bombardmanına  düşür  və  onun  həyat  yoldaşı  həlak  olur.  Oğlu  isə  sürgün  dövrü 
qurtarandan sonra bir müddət Kalininqradda yaşayır və nəhayət, 1977-ci ildə anası 
və  özünün  heç  bir  günah  işlətməməsi,  sadəcə,  çar  və  Müsavat  generalının  ailə 
üzvləri olduqları üçün həbs edilmələri haqqında sənəd alaraq Azərbaycana qayıdır. 


180 
 
Port-Artur 
döyüşlərinin  qəhrəmanı  Əli  ağa 
Şıxlinski  təcrübəli  topçu  kimi  ad  çıxarmaqla  bərabər,  dərin 
biliklərə malik nəzəriyyəçi kimi də tanınırdı. 
I Dünya müharibəsində müxtəlif məsul vəzifələrdə 
çalışan  Şıxlinski  ağır  artilleriyanın  tətbiqinin  yeni  əsaslarını 
qoymuşdu.  “Rusiya  artilleriyasının  allahı”  adlandırılan 
Şıxlinskini  çox  adam  polyak  saysa  da,  o  hər  yerdə 
azərbaycanlı, müsəlman olduğunu vurğulayırdı. 
1918-ci ildə Azərbaycanda Müsəlman Korpusunun, 
sonra  isə  Qafqaz  İslam  Ordusunun  yaradıcılarından  olan 
Şıxlinski 
Bakının 
erməni-bolşevik 
qüvvələrindən 
təmizlənməsində  yaxından  iştirak  etmişdir.  1918-1920-ci 
illərdə  Azərbaycan  Ordusunun  hərbi  nazirinin  müavini 
vəzifəsində  çalışan  Şıxlinski  qısa  müddət  ərzində  ölkəmizdə 
güclü ordunun yaradılmasında əlindən gələni əsirgəməmişdir. 
Ə.  Şıxlinski  Azərbaycan  tarixinə  görkəmli  sərkərdə,  hərb 
nəzəriyyəçisi, ilk hərbi lüğətin müəllifi, ilk hərbi memuarların 
müəllifi,  Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinin  yaradıcısı 
kimi  daxil  olmuşdur.  İlk  hərbi  jurnalımız  “Hərbi  bilik” 
dərgisini də o yaratmışdır.
 
Əli ağa Şıxlinski 
    (1865-1943) 
Əli ağa Şıxlinski 1865-ci il aprelin M 23-də Qazaxda zadəgan ailəsin də 
anadan  olub.  1883-cü  ildə  Tiflisdə  Mixaylov  artilleriya  məktəbinə  qəbul  edilən 
Şıxlinski  oranı  fərqlənmə  diplomu  ilə  bitirib.  Təhsilini  başa  vurduqdan  sonra  Əli 
ağa Qafqaz hərbi dairəsinin topçu hissələrində xidmət edib. 
Şıxlinski  müharibə  ab-havası  gələn  Uzaq  Şərqə  təyinat  alır.  O,  1900-cü 
ildə  Zabaykal  topçu  divizionunda  çalışmağa  başlayır.  Rus  qoşunlarının  Çin 
yürüşündə  iştirak  edən  Şıxlinski  döyüşlərdə  fərqlənir,  1904-cü  ildə  topçu 
batareyasının komandiri vəzifəsində Port-Artura göndərilir. 1904 - 1905-ci illər rus 
-yapon  müharibəsi ona  şöhrət gətirir. Son döyüşlərin birində ayağından  yaralanan 
pod-polkovnik  Şıxlinskini  yaponlar  əlil  hesab  edib  əsir  götürmürlər.  Lakin 
Peterburqda müalicə alan Şıxlinski çox keçmir ki, yenidən ordu sıralarına qayıdır. 
Artilleriya  hissələrində  xidmətini  davam  etdirən  Şıxlinski  1907-ci  ildə  Ali  Zabit 
Artilleriya  Məktəbinə  daxil  olur.  Məktəb  Rusiya  ordusu  artilleriya  hissələri  üçün 
dərin  biliklərə  malik  zabit  kadrları  yetişdirir  və  faktik  olaraq  artilleriya  üzrə 
akademiya hesab edilirdi. 
1910-cu  ildə  məktəbi  bitirən  Şıxlinski  yenidən  Qafqaz  hərbi  dairəsində 
divizion  komandiri  vəzifəsində  xidmətini  davam  etdirir.  1912-ci  ildə  onun  təklif 
etdiyi yeni atəş üsulu "Şıxlinski üçbucağı" adı altında hərb elminə daxil olmuşdur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə