Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   65   66   67   68   69   70   71   72   ...   129

187 
 
"Millət  dərdi  çəkməkdən  əriyib  çöpə  dönmüş  müsəlman  dövlətlisi"  karikaturaları 
indiyənədək  janrın  klassik  nümunələri  hesab  edilir. "Cənab  Vitte"  karikaturasında 
Rusiyanın  baş  naziri  yaraqlı-yasaqlı  halda  İran  sərhədini  keçərək  Cənubi 
Azərbaycanda  inqilabi  hərəkatı  boğmağa  tələsən  şəkildə  göstərilib.  Bu  karikatura 
çar məmurlarının qəzəbinə səbəb olsa da, Rusiya imperiyasının siyasətini dəqiq əks 
etdirdiyinə  görə  çox  populyar  idi.  Ölkədə  baş  verən  ictimai-siyasi  olaylarla 
dərindən  maraqlanan  rəssam  "Hümmət"  təşkilatının,  "Nicat",  "Nəşri-maarif” 
cəmiyyətlərinin mədəni-maarif tədbirlərinin fəal iştirakçısı olmuşdur. 
1909-cu  ildə  nəşrə  başlayan  "Zənbur"  jurnalında  redaktor  vəzifəsində 
çalışarkən  Ə.Əzimzadə  imkan  olan  kimi  məqalə  məmlərini  satirik  rəsmlərlə 
tamamlayırdı. "Ziyalıya ikiüzlülük yaraşmır". "Qumarbazlar" karikaturaları dövrün 
ən iyrənc cəhətlərini qamçılayırdı. 
1910-cu  illərdə  Əzim  Əzimzadə  Rusiya  və  Şərq  ölkələrinə  səyahətlər 
etmişdir.  Bu  səyahətlər  onu  yeni-yeni  təəssüratlarla  zənginləşdirmiş,  həyat 
təcrübəsini və düyagörüşünü artırmışdı. Vətənə qayıdandan sonra Əzim Əzimzadə 
bir  müddət  müəllimlik  etmiş,  məktəblərdə  rəsm  müəllimi  işləmişdir.  Bununla 
bərabər, o, Bakıda çıxan satirik jurnallar üçün karikatura və yumoristik rəsmlər də 
çəkmişdir. "Molla Nəsrəddin"in şöhrəti Azərbaycanda yeni-yeni satirik jurnalların 
yaranmasına  səbəb  olur,  bu  isə  öz  növbəsində  ölkədə  gedən  ictimai-siyasi 
mübarizəyə  müəyyən təsir  göstərirdi.  Rəssam bu dövrdə  ən çox "Zənbur", "Bic", 
"Kəlniyyət",  "Baraban",  "Məzəli",  "Tuti",  "Babayi-Əmir"  kimi  satirik  jurnallarla 
əməkdaşlıq  etmişdir.  "Avropa  diplomatiyasının  qələbəsi",  "Balkan  məsələlərində 
biz bitərəfik" kimi karikaturaları böyük siyasətdə Avropa ölkələrinin ikiüzlülüyünü 
tam şəkildə göstərirdi. 
Əzim  Əzimzadə  1918-ci  ildə  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
yaranmasını  ürəkdən  alqışlamışdır.  Şərqdə  yaradılan  ilk  respublikanın  fəaliyyəti 
dövründə  "türk  məktəbi"  adını  almış  köhnə  "rus-müsəlman"  məktəblərində  Əzim 
Əzimzadə  rəsm  müəllimi  işləmişdir.  Bununla  yanaşı,  o,  satirik  qrafika  və 
illüstrasiya  janrlarında  fəaliyyətini  də  davam  etdirmişdir.  1919-cu  ildə  rəssam 
"Türk nəşriyyat cəmiyyəti" tərəfindən nəşr edilən "Zənbur" jurnalı ilə əməkdaşlığa 
başlamış  və  orada  siyasi-ictimai  mövzularda  100-dən  artıq  karikatura  dərc 
etdirmişdir. 
Bu  dövrdə  Əzim  Əzimzadənin  yaradıcılığında  milli  istiqlal  mövzusu 
mühüm  yer  tutmuşdur.  Rəssamın  dövri  mətbuat  səhifələrində  zamanın  ictimai-
siyasi  problemləri  ilə  səsləşən  çoxlu  sayda  karikaturaları  çap  olunmuşdur.  Dövlət 
quruculuğu sahəsində bəzi mənfur insanlar tərəfindən yaradılan süni maneələri öz 
rəsmlərində kəskin tənqid edən rəssam belə maneələrin son nəticədə Azərbaycanın 
müstəqilliyinə  xələl  gətirəcəyini,  onu  təhlükə  altında  qoyacağını  bildirirdi.  Bu 
dövrdə  Azərbaycan  Avropa  dövlətlərinin  ikiüzlü  siyasəti  ilə  qarşılaşırdı. 


188 
 
Müstəqilliyinə  hər  tərəfdən  təcavüz  edilən  Azərbaycan  təhlükələri  aradan 
qaldırdıqca aparıcı Avropa dövlətləri onun müstəqilliyini tanımamaq üçün müxtəlif 
bəhanələr  axtarırdılar.  Azərbaycana  təcavüz  edən  işğalçılar,  xarici  müdaxiləçilər 
əleyhinə  yönəlmiş  karikaturalarından  birində  Əzim  Əzimzadə  ağqvardiyaçı 
generallar Denikini, Kolçakı və erməni quldur dəstələrinin başçısı cəllad Andraniki 
ciblərində  gəzdirən  ingilis  qəsbkarlarını  təsvir  etmişdi.  Bununla  o,  işğalçıların 
hansı  havadarların  köməyindən  istifadə  etməsini  göstərmişdi.  Əzim  Əzimzadə 
rəsmlərində vətən və xalq təəssübkeşliyini ön plana çəkir, cəhaləti, nadanlığı, milli 
ədavəti, erməni millətçilərinin - daşnakların vəhşi və iyrənc əməllərini ifşa edirdi. 
Əzim  Əzimzadənin  yaradıcılığı  orijinal  və  çoxcəhətlidir.  O,  satirik 
qrafika,  illüstrasiya,  siyasi  plakat,  tarixi  və  məişət  janrlarında,  teatr-dekorasiya 
sənəti sahəsində fəaliyyət  göstərmişdir. Onun təsvir üslubunda xalq  yaradıcılığına 
xas yığcamlıq, obrazlılıq, səlislik kimi cəhətlər üstündür. O öz rəsmlərində tənqid 
hədəflərini  gah  öldürücü  satira,  gah  kəsərli  yumor,  gah  yumşaq  kinayə  atəşinə 
tuturdu.  Rəssam  Mirzə  Ələkbər  Sabirin  "Hophopnamə"sinə  son  dərəcə  gözəl 
illüstrasiyalar  çəkmiş,  bir  çox  teatr  tamaşalarına  tərtibat  və  geyim  eskizləri 
vermişdir. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarının, 
"Arşın mal alan”, "O olmasın, bu olsun" musiqili komediyalarının, Z.Hacıbəylinin 
"Aşıq  Qərib"  operasının  və  bir  çox  digər  tamaşaların  bədii  tərtibatını  Əzim 
Əzimzadə vermişdir. 
1920-ci  ildə  Azərbaycanda  Xalq  Cümhuriyyəti  devrilib,  əvəzində  sovet 
hakimiyyəti  qurulduqdan  sonra  rəssam  Azərbaycan  Xalq  Maarif  Komissarlığının 
incəsənət şöbəsinə rəhbər təyin edilmişdir. Onun fəaliyyəti nəticəsində 1920-ci ildə 
vətənimizin  incəsənət  tarixində  mühüm  hadisə  baş  verrnişdir:  Bakıda  rəssamlıq 
məktəbi fəaliyyətə başlamışdır. 
Əzim  Əzimzadə  Azərbaycanda  teatr  və  rəssamlıq  emalatxanalarının 
təşkilində  səmərəli  işlər  görməklə  bərabər,  bir  çox  əsərlərə  özü  bədii  tərtibat 
vermişdir.  Mirzə  Ələkbər  Sabir,  Əbdürrəhimbəy  Haqverdiyev,  Nəriman 
Nərimanov, Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli və 
başqalarının  əsərlərinə  illüstrasiyalar,  tamaşalarına  dekorasiya  və  geyim  eskizləri 
çəkmişdir. M.F.Axundzadənin "Hacı Qara", "Müsyö Jordan və dərviş Məstəli şah", 
"Mürafiə  vəkillərinin  hekayəti",  Cəlil  Məmmədquluzadənin  "Ölülər",  Cəfər 
Cabbarlının  "1905-ci  ildə'"  pyesləri  əsasında  hazırlanan  tamaşaların  da  geyim 
eskizləri onundur. 
Əzim  Əzimzadənin  yaratdığı  əsərlər  içərisində  "Köhnə  Bakı  tipləri"  adlı 
satirik  portretlər  silsiləsi  dərinliyi  və  səlis  işlənməsi  ilə  seçilir.  "Hacı"  karikatura 
portreti  janrın  klassik  əsərlərindən  biri  hesab  edilir.  Bədii  əsərlərə  illüstrasiyalar 
çəkən  rəssam  Nizami  Gəncəvinin  "Yeddi  gözəl",  "Xosrov  və  Şirin"  poemaları 
mövzusunda yüksəksəviyyəli bədii əsərlər yaratmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə