Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   61   62   63   64   65   66   67   68   ...   129

175 
 
general-adyutant  adı  verilir.  "Kaspi"  qəzeti  o  zaman  iftixarla  yazırdı:  "Qafqaz 
Ordusunun  Baş  Komandanının  sərəncamında  olan  qvardiya  süvarisi  general-
adyutant,  general-leytenant  həmyerlimiz  Hüseyn  xan  Naxçıvanskiyə  tam  süvari 
generalı rütbəsi verilib". 
Hüseyn  xan  Rusiyanın  ən  yüksək  orden  və  medalları  ilə  təltif  edilib: 
"Müqəddəs  Aleksandr",  "Müqəddəs  Georgi"  ordeninin  3-cü  və  4-cü  dərəcələri, 
"Ağ  qartal",  "Müqəddəs  Vladimir",  "Müqəddəs  Anna",  "Müqəddəs  Stanislav" 
ordenlərinin  bütün  dərəcələri,  üzərində  "İgidliyə  görə"  yazılmış  qızıl  silah, 
Bolqarıstanın  "Döyüş  xidmətlərinə  görə",  zabitlərə  məxsus  "Rumın  Ulduzu"  ilə, 
İranın "Şire-Xurşid" ordeninin 2-ci və 4-cü dərəcələri ilə. 
Dövrün  şahidləri  yazırlar  ki,  inqilab  baş  verəndə  sədaqət  andına  sadiq 
qalan  generalımız  son  günlərədək  çar  ailəsi  ilə  olmuşdur.  Müasir  rus  tədqiqatçısı 
F.Nesterov  "İllərin  əlaqəsi"  (1984)  tarixi-publisistik  əsərində  əlahəzrətin  sadiq 
generalları  sırasında  artilleriya  generalı  N.İ.İvanovun,  general  qraf  Kellerin  və 
general  Xan Naxçıvanskinin  adlarını fəxrlə  çəkir. O  yazır  ki,  "çar hakimiyyətdən 
imtina  edəndə  belə,  bu  əsilzadə  generallar  əlahəzrətə  teleqramla  müraciət  edərək 
bildirdilər ki, biz andımıza sadiq qalacağıq. İmperator uzun illər boyu bu əsilzadə 
generallara inanmaqda zərrəcə səhv etməmişdi". 
Hüseyn  xan  Kəlbalı  xan  oğlu  Naxçıvanski  1919-cu  ildə  Petroqradda 
bolşeviklər  tərəfindən  güllələnib  və  Aleksandr  Nevski  monastırının 
qəbiristanlığında  dəfn  olunub.  Hüseyn  xanın  həyat  yoldaşı  knyaginya  Sofiya 
Nikolayevna  Taube  Danimarka  kralı  və  eyni  zamanda  III  Aleksandrın  arvadının 
qohumu idi. Atalarının ölümündən sonra iki oğlu Avropaya mühacirətə getmişdir. 
Nəvəsi  Corc  Naxçıvan
s
ki  ABŞ-da,  digər  nəvəsi  Mariya  Naxçıvanskaya  Misirdə 
yaşayır. 
Tədqiqatçı  Ş.Nəzirlinin  qənaətinə  görə,  ümumiyyətlə,  Kəngərli  nəslindən 
olan  Naxçıvanskilər  ailəsi  Azərbaycana  beş  general  vermişlər:  general-mayor 
Ehsan xan, general-mayor Kəlbalı xan, tam süvari generalı İsmayıl xan, tam süvari 
generalı Hüseyn xan, general-mayor Cəmşid xan Naxçıvanskilər. Bu nəsildən olan 
yüzlərcə  zabit  çar  Rusiyası  ordusunda  xidmət  etmişdir,  onlardan  bir  çoxu 
Azərbaycan Milli Ordusunun formalaşmasında yaxından iştirak etmişdilər.  


176 
 
1904 - 1905-ci illər rus – yapon müharibəsində 
topçu zabit Səməd bəy Mehmandarovun adı bütün Rusiya 
imperiyasında məşhurlaşmışdır. 
I  Dünya  müharibəsi  zamanı  məşhurlaşmış 
Mehmandarov  Rusiya  zabitlərinə  verilən  ən dəyərli  orden 
və  medallarla  təltif  edilmişdir.  Onun  son  vəzifəsi  korpus 
komandiri,  son  rütbəsi  isə  tam  artilleriya  generalı  (indiki 
dövrdə  ordu  generalı  rütbəsinə  bərabərdir)  olmuşdur. 
Hərbi  akademiya  bitirməyən  zabit  üçün  bu,  olduqca 
yüksək vəzifə və rütbə sayılırdı və bunlara Mehmandarov 
şəxsi keyfiyyətləri sayəsində layiq görülmüşdür. 
1918 – 1920-ci illərdə Azərbaycan Ordusunun hərbi naziri 
olan  Mehmandarov  qısa  müddət  ərzində  güclü  ordu 
yaratmaqçün əlindən gələni edir. Sovet dövründə layiqincə 
qiymətləndirilməyən 
Mehmandarovun 
hətta 
qəbri 
dağıdılmış,  ailə  üzvləri  isə  repressiyalara  məruz 
qalmışdılar.  Tam  artilleriya  generalı  rütbəsi  almış  ilk 
azərbaycanlı  zabit,  müstəqil  Azərbaycanın  hərbi  naziri  və 
görkəmli  sərkərdə  Səməd  bəy  Mehmandarov  Azərbaycan 
tarixində layiqli yerini tutmaqdadır.
 
Səməd bəy Mehmandarov 
(1856-1931) 
 
Səməd  bəy  Mehmandarov  1856-cı  il  oktyabrın  16-da  Lənkəranda  əslən 
şuşalı  zadəgan  Mehmandarovların  ailəsində  anadan  olub.  Atası  Sadıq  bəy 
hüquqşünas idi və təyinatla Lənkəranda işləyirdi, o, 1871-ci ildə tərəddüd etmədən 
oğlunu Peterburq yunkerlər məktəbinə göndərir. Məktəbi bitirdikdən sonra Səməd 
bəy Varşava hərbi dairəsində topçu hissələrində xidmət edir. Hədsiz ədalət hissi və 
təmiz  qəlbi  ilə  fərqlənən  S.Mehmandarov  burada  şəhər  hərbi  məhkəməsinin  üzvü 
seçilir. 
1900-cü  ildə  o,  Uzaq  Şərqə  təyinat  alaraq  Zabaykal  topçu  divizionunda 
batareya  komandiri  vəzifəsində  çalışmağa  başlayır.  Rus  qoşunlarının  Çin 
yürüşündə  iştirak  edən  Mehmandarov  Sisikar  yaxınlığında  silahsız  çinlilərə  atəş 
açmaqdan  imtina  edir;  o,  qoşun  komandanı  general  Rennenkampfla  münaqişəyə 
girməkdən  belə  çəkinmir.  Mancuriyanın  ucqar  bölgəsinə  təyinat  alan 
Mehmandarov özünü yaxşı cəhətdən göstərə bilir: 1902-ci ildə general Çempeynin 
dəstəsini məhv edir. 
1903-cü  ildə  Peterburqda  topçu  zabitləri  məktəbində  kurs  bitirib 
Zabaykalyeyə  qayıdan  Mehmandarov  1904-cü  ildə  7-ci  Şərqi  Sibir  topçu 
divizionunun komandiri vəzifəsində Port-Artura göndərilir. 1904 - 1905-ci illər rus 
-  yapon  müharibəsi ona şöhrət gətirir. Mehmandarovun istedadını və işgüzarlığını 


177 
 
görən Port-Arturun     komendantı R.Kəndratenko onu Port-Arturun sağ cinahının 
artilleriya  rəisi,  sonra  isə  Şərq  cəbhəsinin  artilleriya  rəisi  vəzifələrinə  təyin  edir. 
Mehmandarov öz işini səlis bilən, əsgərlərlə xoş rəftar edən, işinə can yandıran və 
son  dərəcə  təmiz  adam    kimi    tanınırdı.  Onun  qorxmazlığı  və  soyuqqanlığı  dillər 
əzbəri  idi.  Jurnalist  E.Nojin  cəbhə  bölgəsi  ilə  bağlı  təəssüratlarını    belə    yazırdı:   
"Mərmilərin      ikisi  blindajın  tavanına  düşdü.  Zabitlər  qorxu  hissi  ilə  ayağa 
durdular.  İgid  polkovnik  Mehmandarov  isə  heç  tövrünü  belə  pozmadı.  Onun  iri, 
ağıllı gözlərində zərrəcə qorxu   “yox idi". 
1904-cü  ilin  oktyabr  ayında  general-mayor  rütbəsi  alan  Mehmandarov 
Port-Arturun  artilleriya  rəisi  vəzifəsini  icra  edirdi.  Port-Arturun  təslim  olması  
məsələsi  müzakirə  olunanda  Mehmandarov  qəti  bunun  əleyhinə  çıxış  etmişdir. 
Lakin  1905-ci  ildə  Kəndratenkonun  ölümündən  sonra  generallar  Stessel  və  Fok 
qalanı  təslim  etmiş,  Mehmandarov  da  yüzlərcə  başqa  zabitlərlə  bərabər  əsir  kimi 
Yaponiyaya  aparılmışdır.  Maraqlıdır  ki,  həbs  zamanı  yapon  ordusunun  artilleriya 
rəisi onunla şəxsən tanış olmaq istəmiş və yaponların Mehmandarovun toplarından 
böyük itkilər verməsini təsdiqləmişdir. 
Rusiyaya  qayıtdıqdan  sonra  Mehmandarov  Şərqi  Sibir  artilleriya 
briqadasının  komandiri  təyin  edilir.  1908-ci  ildə  ona  general-leytenant  rütbəsi 
verilir  və  o,  3-cü  Sibir  ordusunda  korpus  artilleriyasının  rəisi  vəzifəsinə  təyin 
edilir.  Hərbi  akademiya  bitirməmiş  bir  zabit  yalnız  böyük  bacarığı,  fitri  istedadı, 
hərbi xidmətə sevgisi, qoçaqlığı və hərbi məharətinə görə bu qədər yüksək vəzifəyə 
təyin oluna bilərdi. 
1910-cu  ildə  Mehmandarov  I  Qafqaz  ordusunda  korpus  artilleriyasının 
rəisi təyin edilir. O burada tabeliyində olan artilleriya hissələrinin hazırlığını daim 
artırırdı. 
I Dünya müharibəsi başlayanda Mehmandarov 21-ci piyada diviziyasının 
komandiri  vəzifəsində  cəbhəyə  yollanır.  1914-cü  ilin  sentyabr  ayında  Lodz 
əməliyyatı  və  İvanqorod  ətrafında  gedən  döyüşlərdə  mühasirə  təhlükəsi  yaranan 
anda fərqlənən Mehmandarovun "Düşmən hücum edib. Vəziyyət ağırdır. Hücuma 
keçirəm"  paradoksal  və  lakonik  raportu  barəsində  bütün  cəbhələrdə  danışırdılar. 
1915-ci  ildə  ona  tam  artilleriya  generalı  rütbəsi  verildi  və  o,  2-ci  Qafqaz 
korpusunun  komandanı  təyin  olundu.  "General  Mehmandarovun  qrupu" 
adlandırılan bu hərbi birləşmə Vilno döyüşlərində fərqlənmişdir. 
Rusiya ordusunda xidmət zamanı o, Rusiya ordenləri sırasında ən yüksək 
hərbi təltif  nişanı sayılan "Müqəddəs Georgi" ordeninin 4 və 3-cü dərəcələri, "Ağ 
qartal", "Aleksandr Nevski" ordenləri, "Müqəddəs Stanislav" və "Müqəddəs Anna" 
ordenlərinin  bütün  dərəcələri,  "Müqəddəs  Vladimir"  ordeninin  4,  3  və  2-ci 
dərəcələri,  həmçinin  brilyantlarla  bəzədilmiş  və  üzərində  "İgidliyə  görə"  sözləri 
yazılmış fəxri qızıl qılınc, İngiltərə və digər Antanta dövlətlərinin yüksək ordenləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə