Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   59   60   61   62   63   64   65   66   ...   129

168 
 
mürəkkəbli  qələmlə  "Aslambeqov  Avramiy  Boqdanoviç.  1820  -  1900-cü  illər, 
pravoslavmy"  sözləri  yazılmışdır.  Bu  o  deməkdir  ki,  çox  keçməyəcək,  ermənilər 
Aslanbəyovu  "erməni  xalqının  admiralı  Avramiy  Aslambeqov"  kimi  dünyaya 
tanıtmağa  başlayacaqlar.  Üzdəniraq  qonşularımız  unutqanlığımızdan  istifadə  edib 
bizim  mədəniyyətimizi,  tariximizi,  torpaqlarımızı  özününküləşdirdikləri  kimi, 
qəhrəmanlarımızı da özününküləşdirirlər. Gec də olsa, bunun qarşısı alınmalıdır. 


169 
 
XIX 
əsrin  sonu  –  XX  əsrin 
əvvəllərində  Azərbaycanın  ictimai-mədəni 
həyatında Həsən bəy Zərdabi (Məlikov) xüsusi 
yer tutur. Maarifpərvər, müasir düşüncəli insan 
olan  Həsən  bəy  inqilabları  rədd  edir,  ölkənin 
və  xalqın  tərəqqisini  maariflənmədə  görürdü. 
O, təbiət elmlərinin gözəl bilicisi idi. Qabaqcıl 
fikirlərinə  və  əməli  fəaliyyətinə  görə  daim 
təqib  olunan,  təzyiqlərə  məruz  qalan  Zərdabi 
Azərbaycan  xalqının  maarifləndirilməsində 
xüsusi rol oynamışdır. 
Azərbaycan  tarixində  Həsən  bəy  Zərdabinin 
adı 
Azərbaycan 
peşəkar 
teatrının 
yaradıcılarından  biri,  Azərbaycan  demokratik 
mətbuatının  banisi  kimi  həmişə  hörmətlə 
xatırlanacaqdır.
 
Həsən bəy Zərdabi 
    (1842-1907) 
 
Həsən  bəy  Zərdabi  1842-ci  ildə  Göyçay  qəzasının  Zərdab  kəndində 
(indiki  Zərdab  şəhəri)  anadan  olmuşdur.  Atası  Səlim  bəy  maarifpərvər  bir  insan 
olmuşdur. O, bütün qəzada dünyəvi təhsil sisteminin tərəfdarı kimi tanınırdı. Səlim 
bəy  həm  də  kasıb  şagirdlərə  maddi  köməklik  göstərən  xeyriyyəçi  idi.  Səlim  bəy 
oğluna  on  müasir  təhsil  vermək  istəyirdi.  Bu  məqsədlə  də  o,  Həsən  bəyi  Tiflisə 
aparır və uşaq Tiflis qəza gimnaziyasına daxil olur. 
1861-ci  ildə  Tiflisdə  gimnaziyanı  müvəffəqiyyətlə  bitirən  Həsən  bəy 
Moskvaya  gedir  və  Moskva  Universitetinin  fizika-riyaziyyat  fakültəsinin  təbiət 
şöbəsinə  daxil  olur.  Təhsil  dövründə  dərslərə  böyük  maraq  göstərən  Həsən  bəy 
şəxsi mütaliə hesabına öz həmyaşıdlarını qabaqlayırmış. Həyatının Moskva dövrü 
onun  dünyagörüşünün  formalaşmasına  böyük  təsir  göstərir.  O,  burada  mütərəqqi 
rus  mədəniyyəti  nümayəndələri  ilə  yaxından  tanış  olur,  demokratik  fikirli, 
maarifpərvər  ziyalılarla  yaxınlıq  edir.  Həmçinin  təbiət  elmləri  sahəsində  çalışan 
İ.Seçenov, İ.Meçnikov, K.Timiryazev kimi məşhur alimlərin əsərləri ilə tanış olur. 
1865-ci  ildə  Həsən  bəy  təhsilini  fərqlənmə  diplomu  ilə  bitirərək  Qafqaza 
qayıdır və Tiflisdə "Mərz palatası"na işə düzəlir. Bu palata torpaq sahələrini ayrı-
ayrı  şəxslər  arasında  paylaşdırır,  onların  sərhədlərini  (mərz)  müəyyən  edirdi.  Bir 


170 
 
müddət  Tiflisdə  işlədikdən  sonra  Həsən  bəy  Bakı  quberniyası  idarəsində,  daha 
sonra isə Quba məhkəməsində işləyir. 
Lakin  inzibati  işlər  Həsən  bəyi  darıxdırırdı.  Odur  ki  o  bu  cür  işlərdən 
imtina etməli olur. 1869-cu ildə Həsən bəy Bakı realnı gimnaziyasına təbiət tarixi 
müəllimi  vəzifəsinə  qəbul edildi.  Lakin burada  da  o, çox işləyə  bilmədi.  Belə  ki, 
şagirdlərə  proqramdan  əlavə  materiallar  verir,  Ç.Darvinin  təkamül  nəzəriyyəsini 
aşılamağa  çalışırdı.  Azərbaycanda  materialist  təbiətşünaslığın  əsasını  qoyan 
Zərdabi üzvi aləmi uzunsürən tarixi inkişafın məhsulu kimi qəbul edir, bu prosesdə 
təbii  seçmənin  aparıcı  rolunu  yüksək  qiymətləndirirdi.  Kainatda  əbədi  hərəkət  və 
dəyişkənlik fikrini qəbul edən Zərdabi insanın təbiəti dərk və onu özünə tabe etmək 
qüdrətinə  malik  olması  ilə  razılaşırdı.  Belə  bir  əqidə  sahibinə  çar  məmurları 
uşaqlara dərs demək imkanı verməzdilər və vermədilər də; o, təzyiq altında işdən 
çıxmaq məcburiyyətində qaldı. 
Bundan sonra Zərdabi dostları Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani ilə 
birlikdə  teatr  fəaliyyətinə  başlayır.  1873-cü  ildə  onlar  Mirzə  Fətəli  Axundzadənin 
"Hacı  Qara"  pyesini  Azərbaycan  dilində  tamaşaya  qoyurlar.  Xalq  tərəfindən 
rəğbətlə qarşılanan bu tamaşa Azərbaycan teatrının başlanğıcı oldu.  Azərbaycanın 
mədəni  həyatında  böyük  hadisə  olan  "Hacı  Qara"nın  premyerası  Həsən  bəyi 
ictimaiyyətə tanıdır. 
Əqidə  etibarilə  maarifçi  demokrat  olan  Zərdabi  inqilabı  və  inqilabi 
çevrilişləri  qəbul  etmir,  yeni  cəmiyyəti  yalnız  elm  və  maarif  hesabına  qurmağı 
yeganə  yol  hesab  edirdi.  Xalqı  maarifləndirmək  yolunda,  onun  fikrincə,  mütləq 
demokratik  mətbuat  yaranmalı  idi.  Nəhayət,  uzun  mübarizələrdən  sonra  böyük 
əmək və səyi hesabına Zərdabi bu arzusuna çatdı: 1875-ci ildə ana dilində "Əkinçi" 
adlı qəzetini çap etdirməyə müvəffəq oldu. "Əkinçi" qəzeti Azərbaycan demokratik 
mətbuatının ilk nümunəsi, Həsən bəy isə haqlı olaraq demokratik mətbuatın banisi 
hesab olunur. 
Cəmi 2 il (1875 -1877) çap edilən "Əkinçi" qəzetinin səhifələrində sosial, 
mədəni  həyatla  bağlı,  təsərrüfat,  elmi  problemlərə  dair  məqalələr  çap  olunurdu. 
Zərdabi ədəbiyyat və incəsənətdə realizmi müdafiə edirdi. Qəzetin hər nömrəsində 
Həsən  bəy  Zərdabi  Azərbaycanda  yeni  dünyəvi  məktəblərin  açılmasının 
üstünlüklərindən  danışır,  bunun  zəruriliyini  göstərirdi.  Qəzetin  ətrafında 
M.F.Axundzadə,  S.Ə.Şirvani,  N.B.Vəzirov  və  digər  Azərbaycan  ziyalıları 
birləşmişdi. Cəmi 56 nömrəsi çıxmış qəzetin hər səhifəsində Zərdabi milli oyanışın 
xüsusiyyətləri,  milli  birlik  haqqında  məlumatlar  verirdi.  Xalqlar  arasında  dostluq 
tərəfdaşı olan Zərdabi rus çarizminin milli qırğın siyasətini açıq şəkildə pisləyirdi. 
Qəzetin  səhifələrində  Həsən  bəy  həm  də  kəndli  ideoloqu  kimi  çıxış  edirdi.  Rus 
çarizmini,  burjua-mülkədar  acgözlüyünü,  pula  hərisliyini  ifşa  edən  Zərdabi 
məmurların ciddi müqaviməti ilə üzləşirdi. 1877-ci ildə növbəti Rusiya  - Osmanlı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə