Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   55   56   57   58   59   60   61   62   ...   129

160 
 
Mehdiqulu  xanın  qızı  olan  və  "Xan  qızı"  adı  ilə  tanınan  Xurşidbanu 
Natəvan  dövrünə  görə  mükəmməl  təhsil  almışdı.  Belə  ki,  onun  tərbiyəsi  ilə 
Qarabağın məşhur insanlarından biri, öz hesabına Qarabağ ərazisində bir çox dini 
və  ictimai  binalar  tikdirmiş  bibisi  Gövhər  xanım  məşğul  olmuşdur.  Natəvan  ərəb 
və fars dillərini öyrənmiş, bibisinin təsiri ilə musiqini, şeri, rəsmi sevmişdir. Artıq 
gənc  yaşlarında  Natəvan  bir  çox  elmləri  öyrənmiş,  Firdovsi,  Nizami,  Sədi,  Hafiz, 
Nəvai, Füzuli və başqa klassiklərin əsərlərini oxumuşdu. Mehdiqulu xan Qarabağlı 
1845-ci ildə Şuşada vəfat etmiş və onun bütün hüquqları qızı Natəvana keçmişdir. 
Qarabağda  olan  rus  məmurları  bundan  öz  mövqelərini  və  gəlmə  ermənilərin 
mövqelərini gücləndirmək məqsədi ilə istifadə etməyə çalışmış, lakin ümidlərində 
yanılmışdılar.  Xalq  tərəfindən  sevilən  Natəvan  ətrafına  təcrübəli  məsləhətçilər 
toplamış, bilik və bacarıqlarından istifadə edərək hüquqlarını qoruya bilmişdir. 
Azərbaycanda daha çox şairə kimi tanınan Natəvan yaradıcılığa XIX əsrin 
50-ci illərində yazdığı şeirlərlə başlamışdır. Əsasən ənənəvi Şərq mövzularında və 
janrlarında  yazmışdır.  "Gülün",  "Qərənfil"  və  s.  qəzəllərində  şairə  məhəbbət 
hissini,  təbiət  gözəlliklərini  tərənnüm  etmişdir.  O  dövrün  qabaqcıl  ziyalılarından 
olan  Xasay  xan  Usmiyevə  ərə  getdikdən  sonra  Qafqaza  səyahət  etmiş  Natəvan 
şeirlərində  Qafqaz  motivləri  görünməyə  başlayır.  Dağıstanlı  Xasay  xan  Usmiyev 
Azərbaycana və azərbaycanlılara məhəbbətlə yanaşırdı. Rus ordusunun polkovniki 
olmasına  baxmayaraq  elm  və  mədəniyyət  nailiyyətləri  ilə  maraqlanan  Xasay  xan 
Qafqazın  müsəlman  xalqlarının  nicatını  təhsildə  gorür,  onları  əlbir  olub,  elm  və 
təhsilə  diqqəti  artırmağa  çağırırdı.  Bir  çox  hallarda  həmvətənləri  tərəfindən  başa 
düşülməsə  də,  Xasay  xanın  təklifləri  dövrün  Azərbaycan  ziyalıları  tərəfindən 
rəğbətlə qarşılanırdı. 
Dağıstanda, Tiflisdə, Bakıda, ümumiyyətlə olduğu hər bir yerdə məhəbbət 
və  qayğı  ilə  qarşılanan  Xurşidbanu  Natəvan  şeirlərində  yaşadığı  ülvi  hissləri 
yüksək  bədiiliklə  göstərə  bilmişdir.  Natəvanın  əsərləri  dərin  səmimiyyəti  və  incə 
lirizmi  ilə  seçilir.  Yüksək  sənətkarlıq  nümunəsi  olan  şeirlərində  o,  təkrir,  qoşa 
qafiyə,  rədif,  məcaz  və  s.  bədii  vasitələri  məharətlə  işlətmişdir.  Xan  qızı  1872-ci 
ildə Şuşada Qarabağın ən məşhur şairlərini özündə birləşdirən "Məclisi-üns" şairlər 
məclisini  təşkil  etmişdir.  Gənc  istedadlı  şairlərin  xalqa  tanıdılmasında,  onların 
şeirlərinin  yayılmasında  məclisin  böyük  rolu  olmuşdur.  Maraqlıdır  ki,  şairə 
Qarabağa  gəlmiş  Rusiya  və  Avropa  ziyalılarını  məclisin  toplantılarına  dəvət  edir, 
Azərbaycan və xarici ziyalılar arasında sıx əlaqələr yaratmağa çağırır və özü buna 
çalışırdı.  Onun  fikrincə,  elm  və  mədəniyyət  yeniliklərinin  öyrənilməsində, 
Azərbaycan  mədəniyyətinin  xaricdə  təbliğ  olunmasında  belə  əlaqələr  əvəzsiz  rol 
oynaya bilərdi. 
Natəvan  1858-ci  ildə  Bakıda  olarkən  burada  məşhur  fransız  yazıçısı 
Aleksandr  Düma  (ata)  ilə  görüşmüşdür.  Şərq  qadınından  dərin  biliklər,  şairlik  və 


161 
 
rəssamlıq  qabiliyyəti  gözləməyən  Düma  onunla  görüşdən  valeh  olmuş, 
xatirələrində  Natəvan  və  onun  həyat  yoldaşını  ziyalı,  maarifpərvər  insanlar  kimi 
təsvir  etmişdir.  O  hətta  Natəvana  nəfis  fiqurlu  şahmat  dəsti  bağışlamışdır. 
Əvəzində  Natəvan  öz  əl  işlərindən  bir  neçəsini  fransız  yazıçısına  bağışlamışdır. 
Ümumiyyətlə,  qeyd  etmək  lazımdır  ki,  A.Düma  "Qafqaza  səyahət"  əsərində 
Qafqaz  xalqlarının  tipik  obrazlarını  yaratmağa  çalışmış,  azərbaycanlıları  böyük 
məhəbbət və ehtiram hissi ilə təsvir etmişdir. O, xalqımızın igidliyi, döyüşkənliyi, 
qonaqpərvərliyi,  yüksək  mədəniyyətə  malik  olması  barəsində  geniş  ürəklə 
yazmışdır.  Əsərində  o  belə  bir  cəhəti  xüsusi  qeyd  edir  ki,  başqa  xalqların 
nümayəndələri  ilə  işbirliyi  quranda  sənədlər,  əhdnamələr,  vəkalətnamələr,  neçə-
neçə digər sənədlər imzalamaq lazımdır ki, aldanmayasan; azərbaycanlının isə bir 
sözü kifayətdir; çünki o, verdiyi sözə sadiqdir və sözünə əməl etmək üçün dəridən-
qabıqdan  çıxmağa  hazırdır.  A.Düma  təəccüblə  qeyd  edir  ki,  azərbaycanlıların  on 
xoşlamadığı  hərəkət  qorxaqlıqdır.  Azərbaycanlı  oğlan  uşaqlarına  artıq  5  yaşında 
xəncər oynatmağa imkan verilir ki, onlar igid və qorxmaz böyüsünlər. Azərbaycan 
xalqının  mahnıları,  milli  xörəkləri,  adət-ənənələrinə  valeh  olan  Düma  onun 
möhtəşəm  tarixindən  də  xəbər  verir.  Xurşidbanu  Natəvan  kimi  ziyalı 
qadınlarımızla görüş isə onun nəinki Qafqaz, həm də islam qadınları haqqında olan 
təsəvvürlərini dəyişmişdir. 
Xurşidbanu Natəvan həm də istedadlı rəssam olmuşdur. Onun dövrümüzə 
qədər  gəlib  çatmış  bədii  tikmələri  insanları  indi  də  valeh  edir.  1886-cı  ildə  tərtib 
etdiyi "Gül dəftəri" adlı rəsm albomunda toplanan rəsmlər əsasən Şərq üslubunda 
işlənmiş  ornamentlər  və  natürmortlardan  ibarətdir.  Qarabağ  xalçaları  və 
tikmələrində  olan  naxışlar  al-əlvanlığı  ilə  insanları  riqqətə  gətirir  və  yəqin  ki,  bu 
ornamentlərin yaradılmasında Natəvanın da xidmətləri olmuşdur. 
Lakin  16  yaşlı  oğlu  Mir  Abbasın  ölümündən  sonra  Natəvanın  həyatında 
böyük dəyişikliklər baş vermişdir. Onun lirikası əsasən bədbin ruhda köklənməyə 
başlamışdır. "Ağlaram", "Olaydı", "Getdi", "Sənsiz", "Ölürəm" və s. şeirləri onun 
keçirdiyi dərin iztirabdan xəbər verir. 
Nəslinin  xeyriyyəçilik  ənənələrini  davam  etdirən  Xurşidbanu  Natəvan 
sadə  insanlara  maddi  köməklik  göstərir,  bədbəxtlik  üz  vermiş  insanları  bütün 
vasitələrlə  dəstəkləyirdi.  Müxtəlif  xeyriyyə  tədbirlərinə  böyük  vəsait  ayıran  şairə 
Şuşa  şəhərinin su qıtlığı ilə  üzləşməsini ən böyük problemlərdən biri sayırdı. Çar 
məmurlarına dəfələrlə edilən xahişlər, müraciətlər heç bir nəticə vermədikdə şairə 
öz hesabına mütəxəssislər dəvət etmiş və şəhərə su xətti çəkdirmişdir. 1873-cü ildə 
onun Şuşaya çəkdirdiyi su kəməri indi də "Xan qızı bulağı" adı ilə tanınır. 
Əkinçiliyi  inkişaf  etdirmək,  minlərlə  insanları  torpaqla  təmin  etmək 
məqsədi  ilə  Natəvan  hökumət  nümayəndələrinə  Arazdan  Mil  düzünə  su  kanalı 
çəkmək planını təklif edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə