Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   51   52   53   54   55   56   57   58   ...   129

149 
 
Nəvvab  öz  hesabına  Şuşada  mətbəə  açır  və  burada  litoqrafiya  üsulu  ilə  kitab  çap 
etməyə  başlayır.  Mətbəədən  başqa,  o,  Şuşada  cildxana  da  açır  və  kitab  çapı  işini 
daha  da  təkmilləşdirir.  Nəvvab  tərəfindən  tərtib  edilmiş  kitablar  hal-hazırda  nadir 
eksponatlar kimi Əlyazmalar İnstitutunda saxlanılır. 
Quş və çiçək təsvirləri olan peyzaj xarakterli şəkillər çəkən Nəvvab evinin 
və  dərs  dediyi  məktəbin  divarlarını  da  ornamentlər  və  təsvirlərlə  bəzəmişdir.  Bu 
rəsmlər  son  dərəcə  gözəl  olduğundan  ona  Şuşadakı  Böyük  məscidin  minarələri 
üzərində  ornamental  rəsmlər  çəkmək  təklif  edilir.  Nəvvab  bu  işin  öhdəsindən 
layiqincə  gəlir. Daha sonra Mir Möhsün portret janrında da işləməyə başlayır, bir 
çox şəxslərin portretlərini çəkir. Onun 1902-ci ildə  yaratdığı "Teymurun portreti" 
(türk  dünyasının  məşhur  sərkərdəsi  Əmir  Teymurun)  Azərbaycan  boyakarlığının 
nadir incisi kimi hal-hazırda İncəsənət Muzeyində qorunur. 
Azərbaycan  tarixi  ilə  maraqlanan  Nəvvab  əhalidən  nadir  tarixi  əşyaları 
toplayır,  bu  əşyaların  tariximizin  öyrənilməsində  necə  böyük  əhəmiyyətə  malik 
olması istiqamətində maarifləndirmə işi aparır. Nəticədə o, nadir tarixi əşyalardan 
ibarət  zəngin  bir  kolleksiya  toplayır.  Şərq  silahları  burada  çoxluq  təşkil  edir. 
Nəvvabın  topladığı  əşyalar  sonralar  Azərbaycan  Tarixi  Muzeyinə  təhvil  verilmiş 
və hal-hazırda burada eksponat kimi nümayiş etdirilir. 
Nücum (astronomiya) elmi ilə maraqlanan Mir Möhsün Nəvvab dövrünün 
səviyyəsində astronomiya biliklərinə yiyələnir və onları "Kifayət ül-ətfal" əsərində 
bir  yerə  toplayıb  sistemləşdirir.  O  zaman  Şərqdə  mövcud  olan  astronomiyaya  aid 
dərs vəsaitləri arasında Nəvvabın kitabı ən kamili olmuşdur. 
1913-cü  ildə  Mir  Möhsün  Nəvvabın  yazdığı  iki  kitab  ona  təkcə 
Azərbaycanda deyil, vətənimizin hüdudlarından kənarda da şöhrət qazandırır. Belə 
ki, Bakıda nəşr olunmuş "Təzkireyi-Nəvvab" adlı birinci kitabında o, XVIII  əsrin 
sonu  -  XIX  əsr  Qarabağ  şairlərinin  həyat  və  yaradıcılığını  işıqlandırmış,  onların 
əsərlərindən  parçalar  vermişdir.  Əsərlərin  ədəbi  təhlili  Azərbaycanın  Qarabağ 
bölgəsində  ədəbiyyatımızın  inkişaf  yolu  haqqında  təsəvvür  yaradır.  Bu  əsər 
Nəvvabın  filoloq  alim  kimi  yetişməsindən  xəbər  verir.  Azərbaycan  musiqisinin 
tarixi və nəzəriyyəsi ilə yaxından tanış olan Nəvvab klassik Şərq musiqisi haqqında 
da "Musiqi elmində rəqəmlərin aydınlaşdırılması" adlı kitab yazıb nəşr etdirmişdir. 
Burada o, Şərq musiqisinin keçdiyi inkişaf yolunu izləmiş və əmin nəzəri əsaslarını 
araşdırmağa  çalışmışdır.  Antik  dövr  müəllifləri  Platon  və  Aristoteldən  tutmuş 
müsəlman Şərqinin görkəmli alimləri Ferabi, İbn Sina, Nizami Gəncəvi, Səfiəddin 
Urməvi,  Əbdülqadir  Marağayi  və  başqalarının  tədqiqatlarına  əsaslanan  Nəvvab 
musiqinin  mənşəyi,  musiqi  estetikası,  musiqinin  dinləyicilərə  emosional  təsiri, 
musiqinin şəfaverici xüsusiyyətləri haqqında  müfəssəl  məlumat vermişdir. Riyazi 
əsaslarla musiqini təhlil etməyə çağıran Nəvvab bu əsəri ilə dünya musiqi elmində 
çevriliş  etmişdir.  Bəşəriyyət  indi-indi,  elektron-hesablama  maşınlarının  icadından 


150 
 
sonra,  XX  əsrin  əvvəllərində  Nəvvabın  tərtib  etdiyi  nəzəriyyə  ilə  razılaşır  və  onu 
təsdiqləyir.  "Elektron  musiqi"  kimi  tanıdığımız  musiqinin  yaradılma  ehtimalını 
Nəvvab əvvəlcədən görmüşdür. Bununla belə, o qeyd etmişdir ki, musiqiçi özü ifa 
etdiyi  musiqinin  təsiri  altına  düşdükdə  dinləyicilərinə  təsir  göstərə  bilər.  Bunun 
üçün  o,  musiqi  əsərlərini  ürəkdən  ifa  etməlidir.  Müasir  tibb  elmi  musiqinin 
şəfaverici  qüvvəsini  minlərlə  təcrübələrlə  təsdiqləyir  və  onu  geniş  tətbiq  etməyə 
çağırır. Halbuki Nəvvab hələ bir əsr bundan əvvəl bu barədə yazmış və misallarla 
fikirlərini təsdiqə çalışmışdır. 
Musiqişünas  kimi  tədqiqatlarını  davam  etdirən  Nəvvab  XIX  əsr  -  XX 
əsrin  əvvəlləri  Azərbaycan  musiqi  ifaçılığı  təcrübəsini  ümumiləşdirmiş, 
muğamlarımızın təsnifatını vermişdir. Bundan başqa, o, muğamları orijinal sistemə 
salmış və bu sistemi 5 cədvəldə əks etdirmişdir. 
Cəmiyyətdəki  bir  çox  problemləri  insanların  savadsızlığı  ilə  bağlayan 
Nəvvab  ildən-ilə  kitab  çapını  genişləndirir.  Bundan  əlavə,  o  öz  hesabına  əhalinin 
kasıb təbəqəsi üçün Şuşada qiraətxana açdırır. 
Təhsil  sahəsi  ilə  yaxından  tanış  olan  Mir  Möhsün  humanitar  və  dəqiq 
elmlərlə bağlı ədəbiyyat oxuyur və tezliklə belə qənaətə gəlir ki, mədrəsələrin dərs 
proqramı  real  həyatdan  geridə  qalıb.  Onun  fikrincə,  mədrəsəni  bitirən  şəxs  ali 
məktəblərə  daxil  ola  bilməz  və  deməli,  o  zaman  Rusiya  imperiyasının  tərkibində 
olan Azərbaycanın siyasi və iqtisadi həyatından kənarda qalacaq. Eyni zamanda o, 
imperiyanın Azərbaycanda açdığı məktəblərin proqramları ilə də tam razı deyildi. 
Bu  proqramlar  əsasında  ali  məktəblərə  daxil  olmaq  üçün  kifayət  qədər  bilik  əldə 
edən şagird Azərbaycan tarixi, ədəbiyyatı və islam dinindən xəbərsiz olurdu. 
Problemdən  çıxış  yolunu  Mir  Möhsün  Nəvvab  "üsuli-cədid  məktəbi" 
adlandırılan,  yəni  "yeni  üsul  məktəbləri”nin  açılışında  görür.  Belə  "üsuli-cədid" 
məktəbi  müasir  elmi  nailiyyətləri  ana  dilində  öyrətməli  idi.  Burada  humanitar, 
təbiət  və  texniki  fənlərdən  peşəkar  müəllimlər  dərs  deməli,  eyni  zamanda 
şagirdlərə islam tarixi və şəriət, Azərbaycan tarixi, Azərbaycan və Şərq ədəbiyyatı 
öyrədilməli idi. Belə məktəbi bitirmiş şəxs həm Rusiya və Avropa dövlətlərinin ali 
təhsil  məktəblərinə  daxil  ola  bilər,  həm  də  milli,  dini  köklərindən  ayrı  düşməzdi. 
"Üsuli-cədid"  məktəblərində  dərslər  çətin  olan  heca  üsulu  ilə  deyil,  daha  yaxşı 
qavranılan səs üsulu ilə aparılmalı idi. 
"Üsuli-cədid"  məktəblərinin  açılması  layihəsi  Azərbaycanın  bir  çox 
ziyalıları tərəfindən dəstəklənir, lakin hökumət orqanları belə məktəblərin açılması 
yolunda  heç  bir  tədbir  görmürdülər.  Belə  olduğu  halda  Azərbaycan  ziyalıları  öz 
imkanları  hesabına  "üsuli-cədid"  məktəbləri  açmağa  başlayırlar.  Şamaxıda  Seyid 
Əzim  Şirvani,  Ordubadda  Məmmədtağı  Səfərov  Sidqi  ilk  belə  məktəblər  açırlar. 
Mir  Möhsün  Nəvvab  da  öz  hesabına  Şuşada  belə  bir  məktəb  təşkil  edir.  Çox 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə