Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   49   50   51   52   53   54   55   56   ...   129

143 
 
münasibətini  dəyişir.  Bununla  belə,  İsmayıl  bəy  öz  xeyriyyəçilik  tədbirlərini 
davam etdirir, ona kəsilmiş təqaüdün böyük hissəsini əhalinin maarifləndirilməsinə 
sərf edir. 
Məkkə  ziyarəti  zamanı  gördüklərini  İsmayıl  bəy  xüsusi  qeydlər  şəklində 
toplamışdır.  Əsərdə    ümumi    məlumatlardan    başqa,  Gəncə  və  keçmiş  Borçalı 
mahalının,  həmçinin  Ərəbistanın  şəhər  və  kəndlərinin  təbiəti,  əhalisi,  təsərrüfatı 
haqqında  geniş və  ətraflı  məlumat verilir. Müəllifin dərin müşahidə  qabiliyyətini, 
tarixi, coğrafi və etnoqrafik biliklərini əks etdirən "Səfərnamə" adlı bu əsər XIX əsr 
Azərbaycan ədəbi dilinin nümunəsi kimi də maraqlıdır. "Səfərnamə" ilk dəfə 1967-
ci ildə işıq üzü görmüşdür. 
İsmayıl bəy Qutqaşınlı A.Bakıxanov, M.F.Axundzadə, Mirzə Şəfi Vazeh 
kimi Azərbaycan ziyalıları ilə, həmçinin bir çox Rusiya və Polşa mütəfəkkirləri ilə 
dostluq  etmişdir.  1849-cu  ildə  görkəmli  Azərbaycan  şairi  Qasım  bəy  Zakir 
qaçaqlarla  əlaqədə  suçlandırılaraq  həbs  ediləndə  İsmayıl  bəy  öz  taleyini 
fikirləşmədən  dəfələrlə  məhkəmələrə,  Qafqaz  canişinliyinə  müraciət  etmiş  və 
cəzanın  yumşaldılmasına  nail  olmuşdu:  Zakir  Qarabağdan  Bakıya  sürgün 
edilmişdir. 
İsmayıl  bəy  Qutqaşınlı  1861-ci  ildə  Şamaxıda  vəfat  etmiş,  Qutqaşın 
qəbiristanlığında dəfn olunmuşdur. 


144 
 
XIX  əsrin  ortalarında  M.F.  Axundzadə, 
H.B.  Zərdabi,  S.Ə.  Şirvani  və  d.  mütəfəkkirlərin 
fəsliyyət  göstərdiyi  mühitdə  demokratik  ideyaların, 
qabaqcıl fəlsəfi fikirlərin, yeni estetik normaların və 
realist  ədəbiyyatın  təsiri  altında  Azərbaycan  təsviri 
sənəti  öz  inkişafını  davam  etdiridi.  Bu  dövrdə 
yaranmış 
təsviri 
sənətin 
səciyyəvi 
üslub 
xüsusiyyətləri, ideya estetik mahiyyəti və sənətkarlıq 
nailiyyətləri 
M.Q. 
İrəvani, 
M.M. 
Nəvvab, 
Xurşidbanu  Natəvan,  Usta  Qəmbər  Qarabaği  kimi 
dövrün  görkəmli  rəssamları  və  xalq  ustalarının 
yaradıcılığında  qabarıq  əksini  tapmışdır.  Mirzə 
Qədim  İrəvaninin  yaradıcılığı  ilə  Azərbaycan  təsviri 
incəsənəti  şərti  dekorativ  üslubdan  yeni  keyfiyyətli 
realist sənətə keçid başlanır. 
Azərbaycan  tarixinə  Mirzə  Qədim  İrəvani  görkəmli 
rəssam,  portret  və  ornament  ustası,  Azərbaycanda 
realist 
dəzgah 
və 
monumental  boyakarlığın 
inkişafında  böyük  rol  oynamış  bir  şəxs  kimi  daxil 
olmuşdur. 
Mirzə Qədim İrəvani 
        (1825-1875) 
 
Mirzə  Qədim  İrəvani 
1825-ci  ildə  qədim  Azərbaycan  şəhəri  İrəvanda  anadan  olmuşdur.  Onun  atası 
Məhəmməd Hüseyn taxta üzərində oyma sənətinin mahir ustalarından idi. İrəvanda 
ibtidai  təhsil  aldıqdan  sonra  burada  üsuli-cədid  məktəbini  bitirən  Mirzə  Qədim 
Tiflisə  getmiş  və  orada  progimnaziyanı  qurtarmışdır.  1840-cı  illərdə  İrəvana 
qayıdan  Mirzə  Qədim  ömrünün  sonunadək  burada  yaşamış  və  poçt  teleqrafçısı 
vəzifəsində çalışmışdır. 
Yaradıcılığının ilk dövründə gənc rəssam əsasən dekorativ sənət sahəsində 
fəaliyyət  göstərmiş,  divar  rəsmləri  və  bədii  tikmələr  üçün  rəsm  və  trafaretlər 
çəkmişdir.  Artıq  bu  dövrdə  rəssam  qızılgül,  zanbaq  və  s.  gül  və  çiçəklərdən 
mürəkkəb  kompozisiyalar  tərtib  edir,  bununla  yanaşı,  müxtəlif  quşların  canlı  və 
real  təsvirini  verirdi.  Klassik  miniatür  boyakarlığından  fərqlənən  bu  əsərlər 
göstərirdi  ki,  rəssam  Avropa  boyakarlığına  böyük  maraq  göstərir.  Mirzə  Qədim 
İrəvani  bu  dövrdə  həmçinin  kağız,  şüşə  və  güzgü  üzərində  də  bir  neçə  portret 
çəkmişdir.  Obrazların  həllinə  görə  sxematik,  koloritinə  görə  şərti  dekorativ 
xarakter  daşıyan  bu  portretlər  arasında  "Süvari",  "Rəqqasə",  "Dərviş"  portretləri 
xüsusilə seçilir. 
XIX  əsrin  ortalarında  M.F.Axundzadə,  H.B.Zərdabi,  S.Ə.Şirvani  və  d. 
mütəfəkkirlərin fəaliyyət göstərdiyi mühitdə demokratik ideyaların, qabaqcıl fəlsəfi 
fikirlərin,  yeni  estetik  normaların  və  realist  ədəbiyyatın  təsiri  altında  Azərbaycan 


145 
 
təsviri sənəti öz inkişafını davam etdirirdi. Bu dövrdə Azərbaycan təsviri sənətinin 
inkişaf  istiqamətini  müəyyənləşdirən  əsas  xüsusiyyət  onun  orta  əsr  sənətinə  xas 
olan şərti dekorativ üslubdan  tədricən realist təsvir  metoduna  keçməsi,  yeni bədii 
forma,  yeni növ və janrlarla zənginləşməsindən ibarətdir. Bu  yeni keyfiyyət saray 
və imarətlərin daxili tərtibatında, yəni ov, döyüş, məişət səhnələri, portret səciyyəli 
təsvirlərdən  ibarət  divar  boyakarlığında,  həm  də  müxtəlif  məzmunlu  əlyazmalara 
və  litoqrafiya  üsulu  ilə  çap  edilmiş  kitablara  çəkilmiş  illüstrasiyalarda  özünü 
göstərirdi.  Bu  dövrdə  yaranmış  təsviri  sənətin  səciyyəvi  üslub  xüsusiyyətləri, 
ideya-estetik  mahiyyəti  və  sənətkarlıq  nailiyyətləri  M.M.Nəvvab,  Xurşidbanu 
Natəvan,  Usta  Qəmbər  Qarabaği  kimi  dövrün  görkəmli  rəssamları  və  xalq 
ustalarının yaradıcılığında qabarıq əksini tapmışdır. 
Mirzə  Qədim  İrəvaninin  yaradıcılığının  təkmilləşmə  mərhələsi  də  elə 
həmin  illərə  təsadüf  edir.  O,  İrəvan  sərdarı  kimi  tanınan  sonuncu  İrəvan  xanı 
Hüseynqulu  xanın  məşhur  sarayının  divar  rəsmlərini  bərpa  etmək  dəvəti  alır. 
Burada rəssam sarayın otaqlarını, xüsusən güzgülü zalın divarlarını bəzəyən köhnə 
dekorativ pannoları və süjetli kompozisiyaları yenidən bərpa etməklə bərabər, bir 
neçə orijinal əsər, o cümlədən konkret tarixi şəxslərin portret təsvirlərini çəkmişdir. 
1  x  2  m  ölçüsündə  çəkilən  hər  bir  belə  portret  yağlı  boyalarla  işlənib  divara 
yapışdırılmışdır.  Bu  portretlər  monumental  formasına,  ifaçılıq  üslubuna  və 
texnikasına  görə  Azərbaycan  təsviri  sənətində  yeni  keyfiyyətli  portret  əsərləri 
hesab  edilir.  Tamaşaçıların  və  mütəxəssislərin  diqqətini  ən  çox  Fətəli  şah  Qacar, 
onun oğlu şahzadə Abbas Mirzə, sonuncu İrəvan xanı Hüseynqulu xanın portretləri 
cəlb edir. 
Azərbaycan  bədii  sənətinin  yüksək  səviyyəsini,  həmçinin  İrəvanın  əsrlər 
boyu  azərbaycanlılara  məxsus  olduğunu  sübut  edən  Sərdar  sarayı  sonralar  bərbad 
hala  salınmış  və  məhv  edilmişdir.  Təkcə  iki  portret  (Fətəli  şahın  və  Abbas 
Mirzənin)  divardan  çıxarılaraq  Tiflisə  aparılmış  və  hal-hazırda  Gürcüstan  Dövlət 
İncəsənət Muzeyində saxlanılır. 
Mirzə  Qədim  İrəvaninin  yaradıcılığının  püxtələşmə  və  həm  də  ən 
məhsuldar dövrü 1860 - 1870-ci illərə təsadüf edir. Rəssamın hazırda bəlli olan on 
qiymətli əsərləri məhz bu illərdə yaranmışdır. "Oturmuş qadın", "Vəcihulla Mirzə", 
"Şah Tələt" (hər üçü Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır), "Molla", 
"Gənc  qadın",  "Fətəli  şah",  "Abbas  Mirzə",  "Naməlum  qadın"  (R.Mustafayev 
adına  Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində  saxlanılır)  və  s.  başqa  portretlər 
rəssamın  bu  dövrdəki  yaradıcılıq  nailiyyətlərini  əks  etdirir.  Akvarel  və  tempera 
texnikasında  işlənmiş  bu  əsərlərdə  orta  əsr  klassik  miniatür  sənətinə  xas  şərti 
dekorativ  üslubla  realist  dəzgah  boyakarlığının  səciyyəvi  xüsusiyyətləri  üzvi 
surətdə  əlaqələndirilmiş,  nəticədə  özünəməxsus  bədii  forma,  orijinal  üslub 
yaranmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə