Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   46   47   48   49   50   51   52   53   ...   129

135 
 
Böyük elmi fəaliyyətinə görə Kazım bəy Rusiyada on yüksək təltiflərdən 
sayılan Demidov mükafatına 3 dəfə layiq görülmüşdür. Onun tədqiqat əsərləri bir 
çox  xarici  dillərə  tərcümə  olunub  Avropa  və  Asiya  ölkələrində  nəşr  edilmişdir. 
XIX  əsrin  40-cı  illərində  Kazım  bəy  Kopenhagen  Şimal  Nadir  Sənədlər  Kral 
Cəmiyyətinin  üzvü,  Kazan  Vətən  Dilləri  Cəmiyyətinin  həqiqi  üzvü,  Peterburq 
Arxeologiya-Numizmatika Cəmiyyətinin müxbir üzvü, Kazan Universitetinin fəxri 
üzvü seçilmişdir. 
1849-cu  ildə  Kazım  bəy  Peterburq  Universitetinə  işə  dəvət  edilmiş,  Şərq 
dillərindən  dərs  demişdir.  O  həmçinin  1849  -  1855-ci  illərdə  Peterburq  xüsusi 
pansion  və  məktəblərinin  inspektoru  işləmişdir.  1851-ci  ildə  Kazım  bəy 
"Dərbəndnamə"  əsərini  ingilis  dilinə  tərcümə  etmiş  və  şərhlərlə  birlikdə  nəşr 
etdirmişdir.  Ümumiyyətlə,  onun  ərəb,  fars  və  Azərbaycan  əlyazmalarını  tarixilik 
baxımından  təhlil  etməsi  Rusiyada  tarix  elminin  inkişafında  mühüm  rol 
oynamışdır. O həmçinin rus və Şərq dillərinin qarşılıqlı əlaqələrinə dair tədqiqatlar 
aparmış, rus dilində çoxlu türk sözlərinin mövcudluğunu sübut etmişdir. 
XIX  əsrin  50-ci  illərində  Kazım  bəy  Rusiya  Coğrafiya  Cəmiyyətinin 
həqiqi  üzvü,  Fransa  Asiya  Cəmiyyətinin  ordinar  üzvü,  Boston  Şərqşünaslar 
Cəmiyyətinin müxbir üzvü seçilmişdir. 
Kazım  bəy  1855-ci  ildə  Peterburq  Universitetinə  fars  dili  kafedrasının 
müdiri  təyin  edilmişdir.  Həmin  ildə  universitetdə  Şərq  fakültəsi  açılanda  Kazım 
bəy  onun  ilk  dekanı  olmuş  və  ömrünün  sonunadək  bu  vəzifədə  çalışmışdır. 
Rusiyanın  bir  çox  ziyalıları  onun  tələbələri  olmuşdur.  Onların  arasında 
L.N.Tolstoy,  N.Q.Çernışevski,  N.İ.Lobaçevski  və  başqaları  var.  Azərbaycan 
ziyalıları  ilə  daim  əlaqə  saxlayan  Kazım  bəy  A.Bakıxanovun  maarifpərvər 
fəaliyyətini dəstəkləmiş, M.F.Axundzadənin elmi-ədəbi fəaliyyətinə yüksək qiymət 
vermişdir. 
Kazım  bəyə  dünya  şöhrəti  gətirən  əsərlər  arasında  "Türk-tatar  dilinin 
ümumi qrammatikası" adlanan dərsliyi xüsusi yer tutur. Türk xalqlarının dillərinin 
qrammatik  təhlilini  vermiş  Kazım  bəy  eyni  zamanda  bu  dilləri  öyrənmək  üçün 
olduqca asan və kamil dərs vəsaiti yazmışdır. Uzun illər boyu bu dərs vəsaitindən 
Rusiya və Avropa universitetlərində türk dillərini öyrənməyə imkan verən  yeganə 
dərs vəsaiti kimi istifadə olunmuşdur. 
XIX əsrin 60-cı illərində Kazım bəy Amerika Fəlsəfə Cəmiyyətinin üzvü, 
Almaniya  Şərqşünaslıq  Cəmiyyətinin  üzvü  seçilmişdir.  Rusiyada  şərqşünaslıq 
sahəsində müəllim-professor kadrlarının hazırlanmasında Kazım bəyin xüsusi rolu 
olmuşdur. 
Kazım  bəy  1861-ci  ildə  Peterburq  Universitetinin  əməkdar  professoru, 
1869-cu ildə Şərq dilləri üzrə fəxri doktoru seçilmişdir. 


136 
 
Təəssüflə qeyd etmək lazımdır ki, bir çox 
Azərbaycan  alimlərinin,  ədiblərinin,  rəssamlarının, 
ustalarının  əsərləri  bu  və  ya  digər  xalqların 
nümayəndələrinin 
adlarına 
çıxılır, 
dünya 
muzeylərində  ayrı-ayrı  xalqların  nailiyyətləri  kimi 
nümayiş  etdirilir.  Azərbaycan  alimlərinin  gərgin 
əməyi  nəticəsində  onların  bir  qisminin  məhz 
Azərbaycan 
xalqına 
məxsusluğu 
sübuta 
yetirilmişdir.  Belə  əsərlər  sırasında  Azərbaycan 
şairi, mütəfəkkiri və maarifçisi Mirzə Şəfi Vazehin 
əsərlərini  göstərmək  olar.  Onun  dost  hesab  etdiyi 
alman  tədqiqatçısı  F.  Bodenştedt  əsərlərini  XIX 
əsrdə  öz  adına  çıxmış  və  Avropada  yaymışdır. 
Yalnız  uzun  illər  boyu  aparılmış  araşdırmalar 
Vazehin  müəllifliyini  sübut  etməyə  imkan 
vermişdir. 
Mirzə  Şəfi  Vazeh  Azərbaycan  tarixində 
görkəmli şair, mütəfəkkir və Azərbaycan dilində ilk 
dərs vəsaiti tərtib etmiş maarifçi kimi özünəməxsus 
şərəfli bir yer tutur. 
 
Görkəmli  rus  tədqiqatçısı,  şərqşünas  alim,  akademik  V.V.Bartold  haqlı 
olaraq  yazırdı  ki,  Rusiyada  şərqşünaslıq  elmini  yaradan  iki  nəfər  varsa,  onlardan 
biri məhz Kazım bəydir. 
Mirzə  Məhəmməd  Əli  Kazım  bəy  1870-ci  ildə Peterburq  şəhərində  vəfat 
edib, həmin şəhərdə də dəfn olunub. 
 
Mirzə Şəfi Vazeh 
                   (1794-1852) 
 
 
Mirzə  Şəfi  Vazeh 
1794-cü ildə Gəncədə memar ailəsində anadan olmuşdur. Öncə məktəbdə oxumuş 
Vazeh  sonra  təhsilini  mədrəsədə  davam  etdirmiş,  lakin  mədrəsədə  dərs  deyən  din 
xadimləri  ilə  münaqişəyə  girdiyi  üçün  oradan  çıxarılmışdır.  Bir  müddət  Gəncədə 
xəttatlıq edən Vazeh bu işdə böyük şöhrət qazanmış, mahir ustad kimi tanınmışdır. 
Onun  çoxlu  şagirdi  olmuşdur.  O  cümlədən  Vazeh  Mirzə  Fətəli  Axundzadəyə  də 
hüsnxət öyrətmişdir. 
Mirzə  Şəfi  Gəncədə  "Divani-hikmət”adlı  ədəbi-fəlsəfi  məclis  təsis  etmiş 
və  burada  şəhərin  bir  çox  ziyalılarını  birləşdirmişdir.  Daim  mürtəce  din 
xadimlərinə  qarşı  mübarizə  aparmış  Vazeh  özü  də  onların  təqiblərinə  məruz 
qalmışdır. 


137 
 
Odur ki, 1840-cı ildə Tiflisə köçmüş, burada qəza məktəbində Azərbaycan 
və  fars  dillərindən  dərs  deməklə  dolanmışdır.  Tiflisin  arxiv  və  kitabxanalarında 
çalışmaqdan  yorulmayan  Mirzə  Şəfi  şəxsi  mütaliə  hesabına  Şərq  ədəbiyyatı  ilə 
yaxından  tanış  olmuş,  özü  də  lirik  şeirlər  yazmağa  başlamışdır.  Tiflisdə  Vazeh 
qabaqcıl  rus,  gürcü,  polyak  ziyalıları  ilə  tanış  olmuş,  onlarla  dostluq  etmişdir. 
Mirzə  Şəfinin  Gəncədə  təsis  etdiyi  "Divani-hikmət"  ədəbi-fəlsəfi  məclisi  Tiflisdə 
də  fəaliyyət  göstərmişdir.  Məclisə  toplaşan  Tiflis  ziyalıları  poeziya,  etika  və 
fəlsəfəyə, dövrün mühüm ictimai məsələlərinə dair fikir mübadiləsi aparır, öz yeni 
əsərlərini  oxuyurdular.  Məclisin  işində  A.Bakıxanov,  M.F.Axundzadə  və  digər 
Azərbaycan  ziyalıları  iştirak  edirdilər.  Məclisin  toplantılarının  birində  Vazeh 
Qafqaza  gəlmiş  alman  alimi  Fridrix  Bodenştedtlə  tanış  olmuşdur.  Bodenştedt 
ondan fars dili dərsləri almaq arzusunda olduğunu bildirmiş və beləliklə, Vazehin 
şagirdi  olmuşdur.  Fars  dilini  öyrənən  alman  alimi  özü  də  məclisin  işində  iştirak 
etməyə başlamışdır. 
Mirzə Şəfi Vazeh 1848-ci ildə Gəncəyə qayıtmış, burada qəza məktəbində 
müəllim olmuşdur. Həssas ruhlu ədib baş verən ədalətsizliklərə göz  yuma bilmir, 
onlara qarşı kəskin etirazını bildirirdi. Onu  ən çox qəzəbləndirən o idi ki, bir çox 
haqsızlıqların arxasında müəyyən din xadimləri dayanır, ədalətsizlikləri din pərdəsi 
arxasında  gizlətməyə  çalışırdılar.  Buna  qarşı  kəskin  mübarizə  aparan  Mirzə  Şəfi 
deyirdi  ki,  din  xadimləri  gərək  təmiz  və  pak  insanlardan  olsun.  O,  eyni  zamanda 
təriqətlərə  parçalanma  yaradan  dini  ehkamları,  zahidliyi  rədd  edən,  istibdad 
əleyhinə şeirlər yazırdı. Satira xarakterli bu şeirlər tezliklə  dillər əzbəri olur, xalq 
arasında  yayılır.  Təkcə  Gəncədə  deyil,  ondan  kənarda  da  həvəslə  oxunurdu. 
Ruhanilərə  qarşı  kəskin  satiralarına  görə  Gəncə  axundu  hətta  şairi  "kafir" 
adlandırmışdı. 
1850-ci  ildə  Mirzə  Şəfi  Vazeh  yenidən  Tiflisə  getmiş,  gimnaziyada 
Azərbaycan və fars dillərindən dərs demişdir. Vazehin maarif sahəsində də mühüm 
xidməti  olmuşdur.  1852-ci  ildə  o,  Tiflis  gimnaziyasının  Şərq  dilləri  müəllimi 
İ.Qriqoryevlə birlikdə  Azərbaycan dilində ilk dərs vəsaiti tərtib etmişdir. "Kitabi-
türki"  adlanan  həmin  vəsaitdən  gimnaziya  və  qəza  məktəblərində  Azərbaycan 
dilini öyrənmək üçün uzun müddət istifadə olunmuşdur. 
Mirzə  Şəfi  Vazeh  lirik  şair  kimi  tanınsa  da,  bəzi  şeirlərində  fəlsəfi 
problemlərə də toxunur. Onların təhlili göstərir ki, Vazehin fəlsəfi dünyagörüşünün 
əsasında  sufiliyin  və  çarvaka  hind  fəlsəfi  məktəbinin  materialist  təliminin 
ünsürlərini  birləşdirən  panteizm  durur.  Vazeh  Allahın  varlığına  inanır,  onun  heç 
kim  tərəfindən  yaradılmadığını,  əksinə,  onun  hər  şeyi  yaratmasını  bildirirdi.  O 
hesab  edirdi  ki,  insan  kainatın  qanunauyğunluqlarını  poza  bilməz,  çünki  özü  də 
Allah tərəfindən yaradılıb. Bununla belə, o, çox vaxt Allahı təbiətlə eyniləşdirirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə