Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   43   44   45   46   47   48   49   50   ...   129

126 
 
1990-cı  il  martın  27-də  qəbir  üzərində  abidə  ucaldılmış,  bundan  sonra  xalq  öz 
qəhrəmanının ziyarətinə sərbəst gəlməyə başlamışdır. 
 
 
 
 


127 
 
XVIII 
əsr 
Azərbaycan 
ədibləri 
sırasında Molla Pənah Vaqif xüsusi yer tutur. Bu 
görkəmli  şairin  yaradıcılığı  faktiki  yer  olaraq  o 
dövrün    bədii  salnaməsi  hesab  olunur.  Öz 
əsərlərində  lirik  təsvirlərə  üstünlük  verən  şair 
dövrün 
sosial-iqtisadi 
və 
ictimai-siyasi 
problemlərinə  də  diqqət  yetirirdi.  Uzun  illər 
Qarabağ  xanlığının  vəziri  olmuş  Vaqif 
Azərbaycanın  necə  ağır  vəziyyətdə  olduğunu 
yaxşı  bilir,  siyasi  fəaliyyəti  ilə  Azərbaycan 
xanlığının  birləşdirməyə  çalışırdı.  Son  nəticədə 
siyasi  fəaliyyətinin  qurbanı  olmuş  şairin  xalq 
arasında  böyük  nüfuzu  haqqında  indiyədək 
işlədilən  “Hər  oxuyan  Molla  Pənah  olmaz” 
məsəli hər  şeyi deyir.  
Molla  Pənah  Vaqif  Azərbaycan  tarixində 
yaradıcılığında  klassik  poeziyanın  və  xalq 
şeirinin  ən  yaxşı  ənənələrini  üzvi  şəkildə 
birləşdirməyə  nail  olmuş  gözəl  lirik  şair  və 
görkəmli dövlət xadimi kimi tanınır. 
 
Molla Pənah Vaqif 
       (1717-1797) 
 
Molla 
Pənah 
Vaqif 
1717-ci  ildə  Azərbaycanın  Qazax  mahalının  Salahlı  kəndində  anadan  olub. 
Məktəbdə, sonra isə  mədrəsədə təhsil almış  Vaqif  ümumi  biliklərdən başqa, şəxsi 
mütaliə hesabına fars və ərəb dillərini də öyrənmiş, memarlıq və astronomiyaya da 
maraq göstərmişdir. Müdrikliyi və biliyi ilə seçilən Vaqifin yanına ətraf kəndlərdən 
insanlar məsləhətə gəlirdilər. Əlindən gələn köməkliyi əsirgəməyən Vaqifin şöhrəti 
el arasında daha da geniş yayılırdı. 
XVIII  əsrin  ortalarında  Vaqif  Qarabağa  köçür  və  burada  yenicə 
formalaşmaqda  olan  Qarabağ  xanlığının  mərkəzi  Şuşa  şəhərində  müəllimlik 
fəaliyyətinə  başlayır.  Şagirdlərinə  vətənə  məhəbbət  və  sədaqət  hissi  ilə  dərin 
biliklər aşılayan Vaqif çoxsaylı şagirdləri hesabına Şuşada məktəb açır. Sadə xalq 
arasında böyük nüfuz sahibi olması xəbəri Qarabağ xanı İbrahimxəlil xana çatınca 
onu  saray  işlərinə  cəlb  edir,  müəyyən  problemlər  yarandıqda  ondan  məsləhət 
istəyir.  Çox  keçmir  ki,  xan  özünü  müdrik  şəxs  kimi  göstərmiş  Vaqifə  saraya 
köçməyi  və  xanlığın  eşikağası  olmasını  təklif  edir.  1769-cu  ildə  Vaqif  sarayda 
eşikağası  vəzifəsində  fəaliyyətə  başlayır.  Bu  vəzifənin  sahibi  xanın  və  onun 


128 
 
sarayının  bütün  işlərini  təşkil  etməli,  mərasimlərin  təşkilindən  başlamış 
şikayətlərin  qəbuluna  qədər  bütün  məsələləri  həll  etməli  idi.  Bu  sahədə  özünü 
kifayət qədər bacarıqlı göstərən Vaqif xanlığın baş vəziri olmaq təklifini alır. 
Bu  dövrdə  Azərbaycan  və  onun  tərkib  hissəsi  olan  Qarabağ  xanlığı  ağır 
problemlərlə üz-üzə qalmışdı. Ayrı-ayrı xanlıqlara parçalanmış Azərbaycanın başı 
üzərini iki əsas təhlükə almışdı: şimaldan Rusiya imperiyası, cənubdan İran dövləti 
xanlıqların  müstəqilliyinə  son  qoyub  Azərbaycanı  öz  dövlətlərinə  qatmağa 
çalışırdılar. Ardı-arası kəsilməyən açıq və gizli danışıqlar, kəskin siyasi və iqtisadi 
mübarizə  vaxtaşırı  ağır  müharibələrlə  tamamlanırdı.  Gah  Gürcüstanı,  gah  da 
köçmə  erməniləri  Azərbaycan  torpaqlarına  hücum  etməyə  və  qiyam  qaldırmağa 
sövq edən Rusiya imkan yarandıqca öz qoşunları ilə də hücuma keçirdi. 
Belə  vəziyyətdə  hər  bir  xanlıq  dərin  düşünülmüş  hərbi-siyasi  fəaliyyət 
yürütməli idi. Qarabağ xanlığı da eyni problemlərlə üzləşmişdi. Üzdə dostluq vəd 
edən  Rusiya  bir  zamanlar  Nadir  şah  tərəfindən  Qarabağa  köçürülmüş  və  indi  bu 
ərazidə  yaşayan erməniləri daim qanuni hakimiyyətə  -  xana  qarşı çıxışlar etməyə 
və  qiyamlara  sövq  edir,  vaxtaşırı  xanlığın  Gürcüstanla  əlaqələrini  pozmağa 
çalışırdı.  Eyni  zamanda  Qacarlar  dövləti  də  cənubdan  Qarabağa  hücuma 
hazırlaşırdı. Belə şəraitdə İbrahimxəlil xan Vaqifə  xanlığın xarici siyasətini təşkil 
etməyi  tapşırır.  Vaqifin  siyasi  xətti  qonşu  dövlətlərlə  dostluq  yaratmaq  prinsipinə 
əsaslanırdı.  O,  İrəvan,  Naxçıvan,  Qaradağ,  Şəki,  Gəncə  xanlıqları  ilə  normal 
qonşuluq  əlaqələri  yaratmış,  münaqişəyə  səbəb  ola  biləcək  problemləri  həll 
etmişdi. Gürcüstan feodal dövlətlərinin hakimləri ilə də normal qonşuluq əlaqələri 
yaradılmış,  münaqişəyə  son  qoyulmuşdu.  Rusiya  ilə  çətin  danışıqlar  nəticəsində 
nisbətən  dost  münasibətləri  qurulmuşdu,  halbuki  hamıya  aydın  idi  ki,  Rusiya 
Azərbaycanı  və  onun  tərkib  hissəsi  olan  Qarabağı  işğal  etmək  planlarından  əl 
çəkməyib.  Hər  halda,  danışıqlar  nəticəsində  Rusiya  tərəfindən  həm  müstəqilliyi 
tanımaq məsələsi həll olunmuş, həm də hərbi təcavüz etmək üçün rus məmurlarına 
heç  bir  bəhanə  verilməmişdi.  Təkcə  İranın  Qacarlar  dövləti  ilə  əlaqə  yaratmaq 
mümkün olmurdu. 
Hələ  1795-ci  ildə  Qarabağa  uğursuz  yürüş  etmiş  Ağa  Məhəmməd  xan 
Qacar xanlığın müstəqilliyi haqqında heç eşitmək belə istəmir və xanlığın ona tabe 
olmasını  tələb  edirdi.  Qəti  rədd  cavabını  aldıqda  o,  Qarabağa  ikinci  dəfə  hücum 
edir və Şuşanı tutur. Şuşada olan Vaqif həbs edilir, şahın əmri ilə ölümə məhkum 
olunur.  Lakin  şah  sui-qəsd  nəticəsində  öldürülür  və  o  azad  edilir.  Şah 
öldürüldükdən  sonra  İbrahimxəlil  xanın  Şuşada  olmamasından  istifadə  edən 
Məhəmməd  bəy  Cavanşir  adlı  feodal  hakimiyyəti  ələ  keçirmək  istəyir.  Vaqif  ona 
maneçilik törədir, əhaliyə xanlığın qanuni hökmdarına sadiq qalmağı tövsiyə edir. 
Bundan  qəzəblənən  Məhəmməd  bəy  Vaqif  və  onun  "Alim"  təxəllüsü  ilə  şeirlər 
yazan  15  yaşlı  oğlu  Əliağanı  həbs  edərək  öldürtdürür.  Xalqın  dəstəyi  ilə  Şuşaya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə