Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   42   43   44   45   46   47   48   49   ...   129

124 
 
Gəncədə  baş  vermiş  üsyan  nəticəsində  Qarabağ  qoşunları  buradan 
çıxarılır, hakimiyyətə qısa müddətə Rəhim xan, sonra isə onun qardaşı Cavad xan 
gəlir. 
Cavad xanın hakimiyyəti illərində Gəncə inkişaf edir, burada bir çox yeni 
binalar  tikilir.  Onun  sarayında  bir  çox  alim,  şair,  din  xadimləri  fəaliyyət  göstərir. 
Onların arasında məşhur Azərbaycan şairi Mirzə Şəfinin atası Kərbəlayi Sadıq da 
vardı. Həmçinin tanınmış Azərbaycan yazıçısı Möhsün Nəsiri xanın əmri ilə qədim 
hind və ərəb nağılları motivləri əsasında "Tutinamə" əsərini yazmışdır. 
Hakimiyyəti  illərində  Cavad  xanın  xarici  siyasətində  əsas  məsələ  gürcü 
çarları  və  onları  dəstəkləyən  Rusiyanın  işğalçı  planlarına  qarşı  mübarizə  olub, 
Nadir  şah  Əfşarın  Gürcüstana  bağışladığı  Borçalı  və  Şəmşəddili  qaytarmaq  üçün 
Cavad xan II İrakli ilə müharibə aparır və Şəmşəddili azad edir. Buranı onun oğlu 
Uğurlu  xan  idarə  etməyə  başlayır.  Tarixən  Azərbaycanın  olan,  lakin  tez-tez 
basqınlara  məruz  galan Qazax, Borçalı, Şəmşəddil, Şəmkir Azərbaycan torpaqları 
kimi təsdiqlənir. 
1795-ci ildə Cavad xan Cənubi Azərbaycan və İranda hakimiyyətdə olan 
Ağa Məhəmməd xan Qacarın qoşunlarıyla birlikdə Tiflisə yürüşdə iştirak edir. Bu 
onun  Qacarlar  sülaləsinin  nümayəndəsi  kimi  xana  qohum  olması,  həm  də  siyasi 
məqsəd güdməsi (Gürcüstanı zəiflətmək) ilə bağlıydı. Ağa Məhəmməd xan ərazini 
tərk  etdikdən  sonra  gürcü  çarı  II  İrakli,  Qarabağ  xanı  İbrahimxəlil  xan  və  onun 
müttəfiqi  Ümmə  xan  Avarlı  Gəncə  üzərinə  hücum  edir,  lakin  onların  yürüşü 
uğursuz  alınır.  Bununla  belə,  xanlığın  da  müdafiə  qüdrəti  zəifləmiş,  iqtisadiyyatı 
tənəzzülə  uğramışdı.  Sülh  əldə  etmək  üçün  Cavad  xan  Tiflisdə  tutduğu  400  əsiri 
qaytarır, İbrahimxəlil xana 10 min manat məbləğində pul müavinəti ödəyir. 
1796-cı  ildə  general  V.Zubovun  qoşunları  Azərbaycana  şimaldan  hücum 
edəndə  Gəncə  istiqamətinə  Rimski-Korsakovun  qoşunları  yönəlmiş  və  Cavad  xan 
onları  yaxşı  qarşılamışdı.  Ruslara  olan  müsbət  munasibət  ilk  növbədə  onların 
verdikləri vədlər, yerli xalqların müstəqil həyatlarına toxunmamaq kimi sözləri ilə 
bağlı  idi.  Lakin  elə  ilk  addımlardan  bunların  yalan  olduğu  bəlli  oldu.  Belə  ki, 
Rusiya  Azərbaycanın  bir  hissəsini  Gürcüstana  bağışlamaq,  digər  ərazilərini,  ilk 
növbədə  isə  İrəvan  və  Qarabağı  ermənilərə  vermək,  burada  İran  və  Türkiyədən 
köçürüləcək  erməniləri  yerləşdirmək,  Qafqazın  mərkəzində  Rusiya  himayəsi 
altında  xristan  dövləti  yaratmaq  fikirlərini  gizlətmirdi.  Rus  qoşunu  ilə  birgə 
Azərbaycana  gəlmiş  erməni  dini  lideri  İosif  Arqutinskinin  erməni  əhalisinə 
müraciətindən və  bu  müraciəti rusların dəstəkləməsindən sonra  Azərbaycanlıların 
ruslara olan münasibəti dəyişir. Böyük üsyan hazırlanırdı, lakin bu arada imperiya 
Zubovu qoşunla birgə geriyə çağırır. 
Zubovun qoşunu Azərbaycanı tərk edən kimi cənubdan Ağa Məhəmməd 
şah  Qacarın  yürüşü  başlayır.  Çox  qəddar  olan  şah  nəinki  ona  müxalif  xanları, 


125 
 
həmçinin  müttəfiqi Cavad xanı da həbs edir. Onun  məqsədi bütün  yerli hakimləri 
öz hakimiyyətinə tabe etmək, xanlıqları ləğv etmək idi. Həbsin səhərisi günü şahın 
öz  mühafizəçiləri  tərəfindən  öldürülməsi  digər  xanlar  kimi,  Cavad  xanın  da  azad 
edilməsi ilə nəticələnir. 
1799-cu ildə rus qoşunları yenidən Gürcüstana qayıdır və bundan istifadə 
edən gürcü çarı XII Georgi Şəmşəddilin Gürcüstana verilməsini ruslara təklif edir. 
1801-ci  il  Georgiyevsk  traktatı  ilə  ruslar  Gürcüstanda  möhkəmləndikdə  və 
Şəmşəddilin 29 kəndini zəbt etdikdə xanın göndərdiyi qoşun onları vurub çıxarır, 
bütün kəndləri azad edir. General Lazarev danışıqlara göndərilir. Xan danışıqlarda 
bildirir  ki,  o,  Rusiya  və  Gürcüstanın  işlərinə  qarışmaq  fikrindən  uzaqdır  və  eyni 
zamanda  tələb  edir  ki,  onun  da  hüquqlarına  hörmətlə  yanaşılsın.  Gürcüstanda  rus 
qoşunlarının  komandanı,  Azərbaycan  xalqının  qəddar  düşməni,  elə  Gürcüstanın 
özündə  də  qanlı  əməlləri  ilə  fərqlənmiş  general  P.Sisianov  Cavad  xana  məktub 
yazır, tabe olmasını, həmçinin oğlu Uğurlu xanın onun hüzuruna göndərilməsini və 
girov kimi saxlanılmasını tələb edir. Təbii ki, Cavad xan rədd cavabı yazır. Qeyd 
etmək  lazımdır  ki,  Cavad  xanın  məktubları  nə  qədər  səviyyəli,  hörmətlə 
yazılmışdısa,  Sisianovun  məktubları  bir  o  qədər  çirkin  və  nalayiq  sözlərlə  dolu 
olmuşdur. 
1803-cü  il  noyabrın  22-də  rus  qoşunları  Gəncə  üzərinə  yürüşə  başlayır. 
Xanlığın sərhədlərini keçdikdə Sisianov  yeni  məktub  yazır  və  yenə  də  təhqiramiz 
formada tabe olmağı tələb edir. Məşhur şair Nizami Gəncəvinin məqbərəsindən bir 
az  aralı,  "Quru  qobu"  adlı  yerdə  döyüş  baş  verir.  Qüvvələrin  qeyri-bərabərliyi 
nəticəsində  döyüş  Gəncə  qoşunlarının  məğlubiyyəti  ilə  nəticələnir.  Gəncəlilər 
şəhər  qalasına  çəkilirlər.  Rus  qoşunları  şəhəri  mühasirəyə  alırlar.  Bir  ay  ərzində 
mühasirə  və  atəşin  davam  etməsinə  baxmayaraq,  Cavad  xan  müdafiə  olunur. 
Təslim olmaq barəsində bütün tələblərə Cavad xan rədd cavabı verir. 
1804-cü  il  yanvarın  2-dən  3-nə  keçən  gecə  rus  qoşunları  yeni  hücuma 
başlayırlar.  Bir  istiqamətdən  olan  hücum  dəf  olunur,  lakin  digər  tərəfdən  ruslar 
qala bürclərindən birini tuta bilirlər. Sisianov şəhərin adını dəyişdirmək barədə əmr 
verir.  Şəhərin  alınmasına  verilən  önəmi  Rusiyada  buraxılan  medallar  təsdiqləyir. 
Belə ki, "Gəncənin alınmasına gorə" və "Gəncənin alınmasında göstərdiyi igidliyə 
görə" medalları təsis edilmişdi. 
Cavad  xan  vo  onun  oğlu  Hüseynqulu  xan  döyüşərək  qala  divarlarında 
həlak olurlar. Xanın digər oğlu Uğurlu xan Arazı keçməyə, Cənubi  Azərbaycanda 
məskunlaşmağa  müvəffəq olur. Sonralar o, iki dəfə güclü həmlə ilə Gəncəni azad 
etməyə  çalışmışdır.  1826-cı  ildə  o,  şahzadə  Abbas  Mirzə  Qacarla  əlbir  olaraq 
Şimali Azərbaycana qayıtmış və atasının yurdunu qısa müddətə azad etmişdir. 
Cavad  xan  Gəncədə  Cümə  məscidinin  önündə  dəfn  edilmişdir.  1962-ci 
ildə abadlıq işləri adı ilə onun məzarı dağıdılmış, lakin qəbir saxlanılmışdır. Yalnız 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə