Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   41   42   43   44   45   46   47   48   ...   129

121 
 
Gilanadək zəngin torpaqların birləşdirilməsi Quba xanlığının hərbi, ticarət-iqtisadi 
əhəmiyyətini artırır. 
Fətəli  xan  böyük  qonşu  dövlətlərlə  olduqca  ehtiyatlı  siyasət  əlaqələri 
qurur. Belə ki, İranda hakimiyyətdə olan Kərim xan Zənd onunla ittifaq bağlamaq 
niyyətini  bildirsə  də,  hətta  qohumluq  əlaqəsi  yaratmağı  təklif  etsə  də,  Fətəli  xan 
heç bir vədlər vermədən və ittifaqlar yaratmadan normal ticarət əlaqələri qurmağa 
çalışır.  1769-cu  ildə  Kərim  xan  Zənd  böyük  nümayəndə  heyəti  ilə  hədiyyələr 
göndərib Rusiyaya qarşı ittifaq imzalamağı təklif edəndə belə, Fətəli xan bu təklifi 
rədd edir. Osmanlı sultanı III Mustafanın  göndərdiyi elçilər də Fətəli xanı ittifaqa 
sövq  etməyə  çalışır,  lakin  o,  mahir  diplomat  kimi  bundan  qaça  bilir.  Rusiya 
imperiyası qoşunlarını Şimali Qafqazda yerləşdirib möhkəmlətməsinə baxmayaraq 
Fətəli  xan  Rusiya  ilə  də  yalnız  sırf  ticarət  əlaqələri  qurmağa  çalışır.  Səfirlərlə 
danışıqlar  zamanı  o  dönə-dönə  vurğulayır  ki,  Azərbaycanı  vahid  və  müstəqil 
görmək istəyir, bütün qonşularla isə normal ticarət əlaqələri qurmağa çalışır. 
Özünü kifayət qədər möhkəm hiss edən Fətəli xan keçmiş müttəfiqi Şəki 
xanı  ilə  münaqişəyə  girir  və  Şamaxı  xanlığından  Şəkiyə  ayrılan  payı  zəbt  edir. 
Münaqişə  qızğın  müharibə  həddinə  çatmasa  da,  Şəki  xanının  ona  düşmən  olması 
Fətəli xanın vəziyyətini kəskinləşdirir. 
XVIII  əsrin  70-ci  illərində  artıq  Fətəli  xana  qarşı  ittifaq  formalaşmışdı. 
İttifaqa  Şəki  xanından  başqa,  keçmiş  Şamaxı  xanı,  həmçinin  Azərbaycan  və 
Dağıstanın  bir  sıra  xırda  feodal  hakimləri  də  daxil  idi.  İttifaqla  toqquşmalarda 
məğlub olan Fətəli xan Şamaxı xanlığını itirir, geriyə çəkilməyə başlayır. 1774-cü 
ildə  Xudat  yaxınlığında  Gavduşan  düzündə  tərəflər  arasında  həlledici  döyüş  baş 
verir.  Fətəli  xan  məğlub  olur  və  tərəfdaşları  onu  ağır  yaralı  vəziyyətdə  Salyana 
aparırlar.  İttifaq  qoşunları  Qubanı  tuturlar,  lakin  Bakı  və  Dərbəndi  işğal  edə 
bilmirlər.  Yaraları  sağaldıqdan  sonra  Fətəli  xan  gizlin  Dərbəndə  gəlir  və  burada 
müdafiəyə  başçılıq  etməyə  başlayır.  9  aydan  artıq  davam  edən  mühasirə  zamanı 
böyük  itkilər  verən  Fətəli  xan  Həştərxanda  yerləşən  Rusiya  qüvvələrindən 
köməklik  istəyir.  İmperatriçə  II  Yekaterinanın  əmri  ilə  general  Q.F.  de  Medemin 
başçılığı ilə rus qoşunları Dərbəndə tərəf yeridilir, Dərbəndi mühasirədən qurtarır. 
İttifaq qoşunları məğlub edilir. 
Rusiya  imperiyası  özü  Xəzər  dənizi  sahillərində  möhkəmlənməyə  çalışır 
və Fətəli xana imperiyanın tərkibinə qatılmağı təklif edir. Lakin Fətəli xan müstəqil 
olacağını, Rusiyaya isə həmişə himayədar və müttəfiq kimi baxacağını bildirir. De 
Medemin  qoşunları    Dərbənddən  çıxarılır,  lakin  Rusiya  Fətəli  xanı  "yola 
gətirəcəyinə" ümidini itirmir. 
Fətəli xana İranın təcavüzündən qoruya biləcək bir qüvvə kimi baxan bəzi 
Cənubi  Azərbaycan  xanlıqları  onun  himayəsinə  keçmək  istədiklərini  bildirirlər. 
Bunu  dəvət  kimi  qəbul  edən  Fətəli  xan  1784-cü  ildə  Ərdəbil  və  Meşkini  tutur. 


122 
 
Lakin  Fətəli  xanın  güclənməsindən  narahat  olan  və  Azərbaycan  xanlıqlarının 
birləşəcəyindən  ehtiyat  edən  Rusiya  qoşunlarını  Dərbəndə  göndərir.  Fətəli  xan 
Ərdəbil    və    Meşkini  tərk  etməyə    məcbur  olur.  Bütün  diqqətini  Şimali  Qafqaza 
yönəltmiş  Fətəli  xan  müxtəlif  vasitələrlə  yerli  hakimləri  özündən  asılı  vəziyyətə 
salır.  Lakin  Qarabağ  xanlığına  yürüşü  uğursuz  olur  və  o  məcburiyyət  qarşısında 
geri çəkilir. 
1787-ci  ildən  başlayaraq  İran  hökmdarlarının  Şimali  Azərbaycana  yürüş 
ehtimalı  artanda  Fətəli  xan  gürcü  çarı  II  İraklinin  Rusiyanın  müttəfiqi  olduğunu 
bilə-bilə  onunla  ittifaq  haqqında  danışıqlara  başlayır.  1789-cu  ildə  danışıqlar 
zamanı  özünü  pis  hiss  edən  Fətəli  xanın  səhhəti  kəskin  şəkildə  pisləşir.  Qarın 
nahiyəsində  başlayan  ağrılar  nəticəsində  1789-cu  ildə  o  vəfat  edir.  Alimlərin 
ehtimallarına görə, Fətəli xan II İraklinin adamları tərəfindən zəhərləndirilibmiş. 
Fətəli xanın Bakıya gətirilən cənazəsi Şıx qəbiristanlığında dəfn edilir. 
 


123 
 
Gəncə  xanlığının  son  hökmdarı, 
XVIII  əsrin  sonu,  XIX    əsrin  əvvəllərində 
Azərbaycanın 
ən 
görkəmli 
siyasi 
xadimlərindən  bir  olmuş  Cavad    xan 
xalqımızın tarixi şəxsiyyətləri arasında xüsusi 
yer    tutur.  Olduqca    çətin    hərbi-siyasi 
şəraitdə  xanlığın  müstəqilliyini  təmin  edən, 
onu  qüvvətləndirən  Cavad  xan  bir  dövlət 
xadimi,  sərkərdə  və  lider  kimi  xüsusiyyətləri 
Rusiyanın  işğalçılıq    siyasətinə  qarşı 
mübarizə  zamanı  özünü    daha    qabarıq 
göstərdi. 
Azərbaycan tarixinə Cavad  xan qəhrəmanlıq  
rəmzi  kimi  daxil  olmuşdur.  Onun  adı  haqlı 
olaraq    vətənimizin  müstəqilliyini,  xalqının 
azadlığını  öz  həyatı  bahasına  qoruyanların 
rəmzi kimi qəbul edilir.
 
Cavad  xan Ziyadoğlu Qacar 
(1748-1804) 
Cavad  xan  Ziyadoğlu 
Qacar  1748-ci  ildə  Azərbaycanın  Gəncə  şəhərində  zadəgan  ailəsində  anadan 
olmuşdur.  Onun  atası  Şahverdi  xan  1756  -  1761-ci  illərdə  Gəncə  xanı  olmuş, 
oğullarına  yaxşı  tərbiyə  və  biliklər  vermişdi.  Ümumiyyətlə,  Ziyadoğulları  nəsli 
Azərbaycanın  ən  tanınan,  sayılıb-seçilən  nəsillərindəndi.  Cavad  xanın  uşaqlıq  və 
gənclik illəri çətin hərbi-siyasi hadisələrin çərçivəsində keçmişdir. 
Şahverdi  xan  vəfat  etdikdən  sonra  xanlığı  onun  oğlu  Məhəmməd  Həsən 
xan idarə edirdi. O, Gəncə xanlığının inkişafı üçün bir sıra tədbirlər həyata keçirib, 
lakin çox az yaşayıb. Məhəmməd Həsən xandan sonra hakimiyyətə gəlmiş qardaşı, 
qəddar  və  zəif  iradəli  Məhəmməd  xan  xanlığın  işləri  ilə  məşğul  olmur,  dövləti 
zəiflədirdi.  Həm  əyanlar,  həm  də  əhali  ondan  üz  döndərmişdi.  Qarabağ  və 
Gürcüstan  qoşunları  xanlıq  üzərinə  yürüş  edərək  onu  əsir  alır  və  gözlərini 
çıxarırlar.  Gəncə  xanlığını  Qarabağ  xanı  İbrahimxəlil  xanın  nümayəndəsi 
Həzrətqulu xan idarə etməyə başlayır. 
1783-cü  il  Georgiyevsk  müqaviləsi  ilə  Gürcüstan  Rusiyanın  himayəsi 
altına  keçir  və  Rusiya  hərbi  qüvvələrinə  arxalanan  çar  II  İrakli  Gəncə,  İrəvan, 
Axalsix  və  Naxçıvanı  öz  ərazilərinə  qatmaq  fikrinə  düşür.  Məktubların  birində  o 
yazırdı:  "Hesab  edirəm  ki,  Rusiya  Aderbicanı  tutsa  və  onun  bir  hissəsini  mənə 
bağışlasa, münasib olar...". Lakin gəncəlilər belə vəziyyətlə barışmaq istəmirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə