Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   44   45   46   47   48   49   50   51   ...   129

129 
 
qayıdan  İbrahimxəlil  xan  Məhəmməd  bəyi  cəzalandırır  və  Vaqifi  təntənə  ilə 
Şuşada dəfn edir. 
Molla  Pənah  Vaqif  təkcə  dövlət  xadimi  deyil,  şair  kimi  də  məşhur 
olmuşdur. Onun yaradıcılığı Azərbaycan poeziyasının mühüm mərhələlərdən birini 
təşkil  edir.  Klassik  Şərq  şerini  dərindən  bilən  qəzəl,  müxəmməs,  müstəzad  və  s. 
formalarda  əsərlər  yazmışdır.  Onun  poeziyasın  mövzusu  dünyəvi  məhəbbət, 
gözəllərin vəsfidir. O, insanı mənəvi və fiziki cəhətdən kamil, harmonik inkişafda 
görmək istəyir, bunu öz şeirlərində vurğulayırdı. 
Klassik üslubda yazmağına baxn Vaqif şifahi xalq ədəbiyyatı, aşıq şeri ilə 
çox bağlı olmuşdur. Onun yazdığı təcnis və  qoşmalar milli poeziyanı zənginləşdir 
Vaqif öz lirikasında klassik poeziyanı xalq şerinin ən yaxşı ənənələrini üzvi şəkildə 
birləşdirməyə  nail  olmuşdur.  Dünyəvi  ideallar  şairi  olan  Vaqifin  əsərlərində 
nikbinlik,  həyatsevərlik  çox  vaxt  önə  çəkilir,  onu  poeziyasının  ümdə 
xüsusiyyətlərini təşkil edir.  
Vaqifin "Bir gözəl ki şirin ola binadan”, "Sərasər bir yerə yığılsa xublar", 
"Açıq başda əgər olsa bir dilbər", "Bulut zülflü, ay qabaqlı  gözəlin", "Bir zaman 
havada  qanad saxlayın", "Kür qırağının  əcəb seyrənhagı  var", "Sevdiyim, ləblərin 
yaquta bənzər və s. qoşmaları, "Bax" rədifli qəzəli XVII Azərbaycan poeziyasının 
ən  gözəl  nümunələridir.  Lirik  şeirlərdən  başqa,  Vaqif  sosial  yönümlü  şeirlər  də 
yazırdı.  Onun  "Bayram  oldu,  heç  bilmirəm  neyləyim"  qoşması  zəhmətkeş  sadə 
insanların  üzləşdiyi  problemdən  xəbər  verir,  "Görmədim"  müxəmməsi  ictimai 
ədalətsizliyə,  bərabərsizliyə  qarşı  yönəldilmişdir.  Vaqif  şerinin  realizmi 
Azərbaycan poeziyasının inkişafına güclü təsir  göstərmişdir. 
Vaqifin  poeziyası  Azərbaycan  ədəbi  dilinin  inkişafında  da  xüsusi  rol 
oynamışdır.  O,  öz  əsərlərində  sadə  xalq  dilini  ədəbi-bədii  dil  səviyyəsinə 
qaldırmışdır. Təsadüfi deyil ki, onun bir çox şeirlərinə aşıqlar musiqi bəstələmişlər. 
Azərbaycanın  görkəmli  dövlət  xadimi  şairi  Vaqifin  adı  bütün  Qafqaza 
yayılmış,  onun  əsərləri  tərcümə  edilərək  dillər  əzbəri  olmuşdu.  Avropa 
şərqşünasları  onun  şeirləri  ilə  ilk  dəfə  1856-cı  ildə  "Məcmueyi-divani-  Vaqif  və 
digər  müasirin"  kitabı  vasitəsilə  tanış  olmuşlar  ki,  bu  kitabda  Vaqifin  seçilən 
əsərləri çap edilmişdir . 
 
 
 
 
 
 
 
 


130 
 
İlk  Azərbaycan  maarifçilərindən 
olan  Abbasqulu  ağa  Bakıxanov  özünün  
məşhur  “Gülüstani  –  İrəm”  əsərində 
yazırdı:  “Mal  və  dövlət  hər  halda    puç 
olacaq, 
ixtiyar 
və 
iqtidar 
əldən 
gedəcəkdir...Şəxsi  ləyaqət  olmadan  nəsəb 
və  sülalə    şərafəti  qürbətdə  naməlum, 
vətəndə  məzəmmətə  məruzdur.  Bunlara 
təkyə  etmək  mənasızdır.  Etibar    ediləcək 
və arxalanacaq  bir dövlət  varsa,  o da  hər 
halda    elm  və  ədəbdən  ibarətdir”. 
A.Bakıxanov  bütün  elmi  və  ədəbi 
yaradıcılığının 
əsas 
qayəsi 
xalqı 
maarifləndirmək olmuşdur.  
Azərbaycan 
tarixinə 
Abbasqulu  ağa 
Bakıxanov 
görkəmli 
maarifpərvər, 
Azərbaycan 
tarixşünaslığının 
elmi 
əsaslarını  qoymuş  şəxs,  filosof,  alim, 
jurnalist, filoloq, astronomiya və coğrafiya 
kitablarının  müəllifi  və  şair    kimi  daxil 
olmuşdur. 
 Abbasqulu ağa Bakıxanov  
    (1794-1847) 
Abbasqulu  ağa  Bakıxanov 
1794-cü  ildə  Bakının  Xilə  (indiki 
Əmircan)  kəndində  zadəgan  ailəsində  anadan  olub.  Atası  Bakı  xanı  II  Mirzə 
Məhəmməd onun ən yüksəksəviyyəli təhsil alması üçün hər cür şərait yaratmışdır, 
Abbasqulu fars və ərəb dillərini, klassik Şərq ədəbiyyatını, ilahiyyatı, Azərbaycan 
tarixini dərindən öyrənmişdir. 
1820-ci ildə Abbasqulu Əlahiddə Qafqaz Korpusunda hərbi qulluğa qəbul 
edilmiş  və  rus  dilini  öyrənməyə  başlamışdır.  Nəticədə  hərbi  tərcüməçi  kimi 
fəaliyyətə  başlayan  Abbasqulu  1822-ci  ildə  Qafqazdakı  rus  qoşunlarının  baş 
komandanının  dəftərxanasına  Şərq  dilləri  tərcüməçisi  təyin  olunmuşdur. 
Bakıxanov  1826  -  1828-ci  illərdə  Rusiya  -İran,  1828  -  1829-cu  illər  Rusiya  - 
Osmanlı  müharibəsində  iştirak  etmişdir.  O,  1828-ci  ildə  Türkmənçayda  aparılan 
sülh danışıqlarının da canlı şahidi olmuşdur. 
Abbasqulu  ağa  Bakıxanov  görkəmli  Azərbaycan  ziyalıları  Mirzə  Şəfi 
Vazeh,  İsmayıl  bəy  Qutqaşınlı,  Mirzə  Fətəli  Axundov,  rus  yazıçılarından 
A.S.Qribəyedov,  A.S.Puşkin,  A.A.Bestujev-Marlinski,  V.K.Küxelbeker,  gürcü 
yazıçılardan  A.Çavçavadze,  Q.Orbeliani,  N.Barataşvili,  polyak  şair  T.L.Zablotski 
və başqaları ilə yaxın tanış olmuş və bu onun dünyagörüşünə təsirsiz qalmamışdır. 


131 
 
Bakıxanovun ən məşhur əsəri 1841-ci ildə yazdığı "Gülüstani-İrəm" tarixi 
əsəridir.  Əsər  Azərbaycan  tarixşünaslığının  inkişafında  böyük  rol  oynamışdır. 
Burada Azərbaycan tarixinin qədim zamanlardan 1813-cü ilədək olan dövrü əhatə 
olunmuşdur.  Əsərin  yazılması  prosesində  Bakıxanov  çoxlu  tarixi  sənəd  toplamış, 
tarixi  mənbələrdən  istifadə  etmişdir.  Əsərdə  Azərbaycan  xalqının  formalaşması, 
Azərbaycanda  dövlətçilik  ənənələrinin  inkişafı,  xalqın  xarici  işğalçılara  qarşı 
mübarizəsi  qələmə  alınmışdır.  Burada  həmçinin  Azərbaycan  dilçiliyi, 
etnoqrafiyası, toponimikası, numizmatika məsələləri ilə bağlı bir çox məqamlar da 
əksini  tapmışdır.  "Gülüstani-İrəm"  əsəri  Azərbaycan  tarixşünaslığında  yeni 
mərhələnin başlanğıcı oldu. Belə ki, əvvəllər yazılmış tarixi əsərlər bu və ya digər 
tarixi  şəxslərə  həsr  olunduğundan  onların  fəaliyyətini  vəsf  edir,  real  tarixi 
hadisələrə  qərəzli  münasibət  göstərilirdi.  Bakıxanov  isə  əsərini  dünya 
tarixşünaslığında  qəbul  olunmuş  qaydalara  uyğun  tərtib  etməklə  faktik  olaraq 
bütöv bir xalqın - Azərbaycan xalqının tarixini yazmağa çalışmışdır. 1844-cü ildə 
Bakıxanov əsəri rus dilinə tərcümə etmişdir. Lakin sağlığında nəşr edilməyən əsər 
ilk dəfə 1926-cı ildə işıq üzü görmüşdür. 
Əsərlərini "Qüdsi" təxəllüsü ilə yazan Bakıxanovun dini, fəlsəfi və əxlaqi 
baxışları  "Riyaz  ül-qüds",  "Təhzib  ül-əxlaq",  "Kitabi-nəsayeh",  "Eynül-mizan" 
əsərlərində,  həmçinin  "Mişkat  ül-ənvar"  poemasında  şərh  olunmuşdur.  O, 
əsərlərində islam dininin əsas ehkamlarını müdafiə etmişdir. Onun fikrincə, varlığı 
"zəruri"  olan  Allah  və  varlığı  "mümkün"  olan  gerçək  dünya  mövcuddur  ki, 
"mümkün  varlıq"  "zəruri  varlıq"dan  yaranmışdır.  Bakıxanova  görə,  yaranma  və 
məhvolma  yalnız  gerçək  dünyaya  aiddir,  çünki  hərəkət  "mümkün  varlığ"ın 
ayrılmaz sifətidir. O həmçinin hesab edirdi ki, bütün cisimlər dörd ünsürün - hava, 
od, torpaq və suyun qatışığından ibarətdir. 
Bakıxanovun  etik  təsəvvürlərinə  qədim  Şərq  və  yunan  filosoflarının 
əsərləri böyük təsir göstərmişdir. Bakıxanov məntiqi düşüncəni əqlin meyarı hesab 
etmiş, onun idrakda oynadığı rolu qabartmışdır. O həmçinin anlayış, mühakimə və 
əqli nəticənin müxtəlif novlərini, məntiqin iki hissəsi olan təsəvvür və təsdiqi təhlil 
etmişdir. Bir çox Şərq məntiqçilərindən fərqli olaraq Bakıxanov idrak formalarının 
məzmunca da həqiqətə uyğunluğunu tələb etmişdir. Etikanı "monəviyyat fəlsəfəsi" 
hesab  edən  Bakıxanov  əsas  diqqətini  müsbət  əxlaqi  keyfiyyətlərin  şərhinə 
yetirmişdir.  Bakıxanova  görə,  gözəl  əxlaq  işdə  və  hərəkətdə  orta  həddi 
gözləməkdir.  Onun  fikrincə,  on  yüksək  əxlaq  nəzəriyyəsi  islam  əxlaq 
nəzəriyyəsidir. 
Bakıxanov hesab edirdi ki, insanların təlim-tərbiyəsində onların ətrafında 
olanların  təcrübə  və  biliyi,  həmçinin  həmin  şəxsin  əmək  fəaliyyəti  böyük  rol 
oynayır.  Bakıxanov  əsərlərində  davranış,  danışıq  və  ünsiyyət  qaydaları  haqqında 
da ətraflı məlumat vermişdir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə