Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   47   48   49   50   51   52   53   54   ...   129

138 
 
Mirzə  Şəfi  Vazeh  göstərirdi  ki,  insan  dünyanın  varlığını  dərk  etmək 
qabiliyyətindədir  və  təbiətin  sirlərini  öyrənə  bilər.  Fatalizmə  qarşı  çıxan  Vazeh 
zahidliyi,  tərki-dünyalığı  inkar  edir,  hər  bir  insanın  cəmiyyətdə  yaşayıb  ona  xeyir 
verməsinin  vacibliyini  bildirirdi.  Bununla  belə,  Vazeh  cənnət  və  cəhənnəm 
haqqında  islami  təsəvvürləri  uydurma  hesab  edir,  onlar  haqqında  bilikləri  kəskin 
tənqid edirdi. 
Mirzə Şəfi Vazeh "insan zülmə tabedir" fikrinə qəti etirazını bildirirdi. O 
hesab edirdi ki, imkan daxilində hər kəs zülmə, zülmkarlığa müqavimət göstərməli, 
onlara qarşı mübarizə aparmalıdır. Vazeh öz dövrünü qabaqlayaraq qadın azadlığı 
və  zəkasına  hörmət  tələb  edirdi.  O  öz  fəlsəfi  şeirlərində  insanları  gerçəkliyin 
gözəlliklərini  qiymətləndirməyə,  xoşbəxt  həyata,  şəxsiyyətin  azadlığı  uğrunda 
mübarizəyə səsləyirdi. 
Mirzə  Şəfi  Vazeh  daha  çox  lirik  şair  kimi  tanınır.  O  öz  şeirlərini 
Azərbaycan  və  fars  dillərində  yazmışdır.  Vazehin  şeirlərində  insan  gözəlliyi  ilə 
bərabər, dünya nemətləri tərənnüm olunur, məhəbbət ən güclü hisslərdən biri kimi 
önə çəkilir. Əsərlərində gözəlliyi tərənnüm edən şair onları ayrı-ayrı məcmuələrdə 
çap  etdirmiş,  sonra  isə  əlyazmalarını  bir  yerə  toplayaraq  alman  dostu  Fridrix 
Bodenştedtə  hədiyyə  vermişdir.  Almaniyaya  qayıdan  F.Bodenştedt  həmin  şeirləri 
almancaya  çevirərək  1850-ci  ildə  başqa  Şərq  şairlərinin  əsərləri  ilə  birlikdə 
"Şərqdə  min  bir  gün"  adlı  topluda  çap  etdirmişdir.  Vazehin  şeirlərinin 
populyarlığını görən Bodenştedt onun şeirlərindən ibarət məcmuəni alman dilində 
1851-ci  ildə  "Mirzə  Şəfinin  şərqiləri"  adlı  kitabında  nəşr  etdirmişdr.  Bu  şeirlər 
tezliklə ingilis, italyan, Norveç, İsveç, holland, danimarka, polyak, çex, yəhudi, rus 
və  s.  dillərə  tərcümə  edilmişdir.  Görkəmli  rus  bəstəkarı  A.Q.Rubinşteyn  Vazehin 
şeirlərinə  musiqi  bəstələmişdir.  Demək  olar  ki,  bütün  Avropa  Vazehin  şeirlərinin 
gözəlliyindən danışr, lakin onların müəllifini tanımırdı. 
Mirzə  Şəfi  Vazehin  şeirlərinin  Avropada  şöhrət  qazandığını  görən 
F.Bodenştedt  1875-ci  ildə  özünü  onların  müəllifi  elan  etmişdir.  O  bildirirdi  ki, 
"Mirzə  Şəfi"  onun  təxəllüsüdür,  əslində  isə  bu  adda  insan  yoxdur.  Təsadüfən 
hansısa  bir  şərqşünas  onların  əsl  Vazehin  əsərlərindən  oğurlanmasını  görməsin 
deyə,  Bodenştedt  çap  edilmiş  məcmuələrdə  bir  çox  şeirlərin  məzmununu  təhrif 
etmiş və ya onlara əlavələr etmişdir. 
Mirzə  Şəfi  Vazeh  1852-ci  ildə  Tiflisdə  vəfat  edib  və  orada  dəfn  edilib. 
Sonrakı  illərdə  müxtəlif  səbəblərdən  onun  əsərləri  itirilmiş,  ədəbi  irsinin  yalnız 
cüzi  bir  hissəsi  bizim  dövrədək  gəlib  çatmışdır.  Azərbaycan  alimlərinin  gərgin 
əməyi nəticəsində onların bir qismini üzə çıxarmaq mümkün olmuşdur. 
Vazehin  əsərlərini  özününküləşdirmiş  F.Bodenştedtin  cinayətinin  üstü 
uzun illər açılmamış, şeirlərin əsl müəllifinin kimliyi müəyyən edilməmişdir. 1964-
cü  ildə  arxivlərdə  Mirzə  Şəfi  Vazehin  farsca  2  qəzəli  və  "Məktubun  intizarında" 


139 
 
adlı  poeması  tapılmışdır.  Bu  əsərlər,  eləcə  də  onun  daha  sonra  aşkarlanan  digər 
əsərləri  Vazehin  bədii  üslubunu  müəyyən  etməyə  imkan  vermişdir.  Sadə 
tutuşdurma  göstərmişdir ki,  F.Bodenştedtin  öz  adına  çıxdığı şeirlər  əslində  Mirzə 
Şəfi  Vazeh  tərəfindən  yazılıb.  Azərbaycan  alimlərinin  gərgin  əməyi  nəticəsində 
Vazehin hansı şeirlərinin oğurlanması, onların hansı dəyişikliklərə və təhrifə məruz 
qalması müəyyən edilmişdir. 
Azərbaycan  Respublikası  XX  əsrin  sonlarında  müstəqillik  qazandıqdan 
sonra  dünya  ölkələri  ilə  müxtəlif  sahələrdə,  o  cümlədən  mədəniyyət  sahəsində 
əməkdaşlıq  etməyə  başlamışdır.  Dünya  muzeylərində  qorunan  Azərbaycan 
ustalarının  əl  əməyinin  nəticəsi  olan  eksponatlar,  rəssamların  çəkdiyi  miniatürlər 
aşkarlanıb,  onların  vətəninin  məhz  Azərbaycan  olması  sübuta  yetirilib.  Belə 
əsərlərdən  bəzilərinin,  misal  üçün,  "Kitabi-Dədə  Qorqud"  dastanının  üzü 
köçürülərək Azərbaycana gətirilib. 
Almaniya  şərqşünasları  ilə  yaradılan  əməkdaşlıq  F.Bodenştedt 
məsələsində son nöqtəni qoymağa imkan verib. Belə ki, Azərbaycana gəlmiş alman 
alimləri  burada  saxlanılan  Mirzə  Şəfi  Vazehin  əsərlərini  tədqiq  etdikdən  sonra 
onun  əsl  müəllif  olmasını,  F.Bodenştedtin  isə  onun  şeirlərini  öz  adına  çıxmasını 
təsdiqləmişlər. 
 


140 
 
Şimali 
Azərbaycan 
Rusiyanın  tərkibinə  qatılandan  sonra 
azərbaycanlılar 
imperiyanın 
vətəndaşları hesab olumağa başladılar. 
Zadəgan 
nəsillərinin 
bir 
çox 
nümayəndələri 
Rusiya 
ordusu 
sıralarına  yazılır  və  məmnuniyyətlə 
qəbul 
edilirdilər: 
imperiya 
azərbaycanlıların 
döyüşkən 
xalq 
olduğunu  bilirdi.  Rusiya  ordusunda 
sıravidən 
general 
rütbəsinədək 
yüksələn ilk azərbaycanlı İsmayıl bəy 
Qutqaşınlı olmuşdur. 
İsmayıl 
bəy 
Qutqaşınlı 
Azərbaycan 
tarixinə 
ilk 
realist 
əsərlərdən  birinin  müəllifi,  yazıçı, 
görkəmli ictimai  və  hərbi xadim kimi 
daxil olmuşdur. 
 
İsmayıl bəy Qutqaşınlı 
      (1808-1861) 
 
İsmayıl bəy Qutqaşınlı 1808-
ci ildə Şəki xanlığının Qutqaşın sultanlığında zadəgan ailəsində anadan olmuşdur. 
Onun atası Nəsrullah Sultan Şəki xanının vassalı, sonuncu Qutqaşın sultanı idi. Bu 
təlatümlü dövrdə - 1813-cü ildə Gülüstan müqaviləsi ilə Şimali Azərbaycan Rusiya 
imperiyasının tərkibinə qatılmışdır. 
Şimali  Azərbaycan  Rusiyanın  tərkibinə  qatılandan  sonra  azərbaycanlılar 
imperiyanın  vətəndaşları  hesab  olunmağa  başladılar.  Zadəgan  nəsillərinin  bir  çox 
nümayəndələri Rusiya ordusu sıralarına yazılır və məmnuniyyətlə qəbul edilirdilər: 
imperiya 
azərbaycanlıların 
döyüşkən  xalq  olduqlarını  bilirdi.  Sonralar 
Azərbaycanda güclü üsyanlar və geniş xalq hərəkatı ilə üzləşən çarizm 1867-ci ildə 
azərbaycanlıları  hərbi  xidmətə  götürməyi  qadağan  etməli  oldu.  Bununla  belə, 
zadəgan  ailələrinin  nümayəndələri  hərbi  məktəblərə  daxil  olmaq  hüququnu 
saxlamışdılar. Belə ki, bir çox azərbaycanlı Rusiya ordusunda general rütbəsinədək 
yüksəlmişdir.  Onların  sırasında  Ehsan  xan  Kəlbalı  xan  oğlu  Naxçıvanski  (1770  - 
1843); Cəfərqulu ağa Mirzə Məhəmməd xan oğlu Bakıxanov (1795 - 1867); İsrafil 
bəy  Mustafa  bəy  oğlu  Yadigarov  (1815  -  1885);  Kəlbalı  xan  Ehsan  xan  oğlu 
Naxçıvanski  (1824  -  1883);  Fərəc  bəy  Ağarza  bəy  oğlu  Ağayev  (1811  -  1891); 
Abdulla  ağa  Mirzə  Məhəmməd  xan  oğlu  Bakıxanov  (1824  -  1878);  İsmayıl  xan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə