Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   54   55   56   57   58   59   60   61   ...   129

157 
 
1865-ci  ildə  Axundzadə  "Kəmalüddövlə  məktubları"  adlı  bədii-fəlsəfi 
əsərini  tamamlayır.  "Kəmalüddövlə  məktubları"nda  islam  ölkələrində  iqtisadi  və 
mədəni  tərəqqi  yolunda  buxova  çevrilən  fanatizmin  kökləri  açıqlanmış,  xalqı 
xoşbəxtliyə  aparan  yollar  göstərilmişdir.  Axundzadə  kapitalizm  dövründə  tərəqqi 
hərəkatının  banisi  və  başçısı  kimi  tarixin  yaddaşına  həkk  olunmuşdur.  O,  əsərini 
Mirzə  Yusif  xanla  birgə  fars  dilinə,  Adolf  Berje  ilə  birgə  rus  dilinə  tərcümə 
etmişdir. Lakin sağlığında bu əsər nəşr edilməmişdir. 
1858-ci  ildə  Axundzadə  xalqımızın  görkəmli  oğlu  Mirzə  Hüseyn 
Qayıbzadə  ilə  tanış  olur  və  dostlaşır.  Xalqımızın  bu  iki  ziyalısının  dostluğu  və 
birgə  fəaliyyəti  olduqca  məhsuldar  olmuşdur.  Onlar  arasında  böyük  yaş  fərqinə 
baxmayaraq bu iki ziyalımız Azərbaycan xalqının maariflənməsi sahəsində böyük 
işlər  görmüşdü.  Onlar  Tiflisdə  və  Qoridə  təhsil  alan  azərbaycanlı  tələbələrin 
Rusiya  hərbi  və  mülki  məktəblərinə  qəbul  olunmasına  çalışmış,  hər  vasitə  ilə  bu 
tələbələrin təhsillərini başa vurub Azərbaycana qayıtması sahəsində əməli fəaliyyət 
göstərmişlər.  Axundzadə  və  Qayıbzadənin  fəaliyyəti  sayəsində  1875-ci  ildə 
Tiflisdə kasıb müsəlman uşaqlar üçün ayrıca məktəb açılmışdır. 
1864-cü  ildə  Qafqaz  tarixini  araşdıran  Qafqaz  Arxeoqrafiya  Komissiyası 
təşkil  ediləndə  Axundzadə  və  Qayıbzadə  Azərbaycan  tarixinə  aid  olan  sənədləri 
toplamış,  onları  ərəb  və  fars  dillərindən  rus  dilinə  tərcümə  edərək  komissiyaya 
təqdim  etmişlər.  Onların  fəaliyyəti  sayəsində  komissiyanın  nəşr  etdirdiyi  sənədlər 
toplusunda  Azərbaycan  tarixindən  bəhs  edən  bir  çox  sənədlər  qorunub-
saxlanmışdır. Təsadüfi deyil ki, M.F.Axundzadə və M.H.Qayıbzadə xalqımızın ilk 
arxeoqrafları,  yəni  qədim  yazılı  tarixi  sənədləri  toplayıb  elmi  dövriyyəyə  daxil 
edən allimlər sayılırlar. 
1873-cü  ildə  artıq  Rusiyanın  bir  çox  orden  və  medalları  ilə  təltif  edilən 
Axundzadə  çar  ordusunun  polkovniki  rütbəsinə  layiq  görülmüşdür.  Lakin  dövlət 
vəzifəsində  çalışan  bu  şəxs  öz  həmvətənlərinə  dövlətin  onları  zülmətə  aparmasını 
göstərir,  onları  ayıq  olmağa  çağırırdı.  Onun  əsərlərində  dəfələrlə  işlədilən  "Şərq 
məzlumlarını  cəhalət  qaranlığından  elmin  işıqlarına  çıxarmaq",  "əsarətdə  və 
zindanda  olan  fikirləri  azad  etmək", "cəmiyyətdə  təfəkkür  sahiblərinə  yol  açmaq" 
kimi  ifadələri  çar  məmurlarını  qızışdırır,  Axundzadəyə  müxtəlif  maneələr 
törətməyə vadar edirdi. Onlar ömrünün sonuna yaxın onu hətta siyasi etibarsızlıqda 
günahlandırmış və elə bu adla da istefaya göndərmişdilər. 
Faktik  olaraq  Mirzə  Fətəli  Axundzadə  öz  qarşısına  olduqca  çətin  bir 
vəzifə  qoymuşdur.  O,  inzibati  cəhətdən  Rusiya  imperiyasına  tabe  olan,  rus 
təbəələri sayılan, lakin mənəvi cəhətdən Şərq düşüncə tərzinin təsirindən xilas ola 
bilməyən  həmvətənlərinin  inkişaf  yollarını  müəyyənləşdirməyi,  mədəni  tərəqqi 
proqramını  işləyib-hazırlamağı  qarşısına  məqsəd  qoymuşdu.  Bununla  o,  xalqını 
həm imperiya caynağından, həm də Şərq ətalətindən qoparacağına inanırdı. 


158 
 
"Mənim  məqsədim  islam  xalqlarını  sarsıdan  cəhaləti  aradan  qaldırmaq, 
elmləri, sənətləri inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması 
üçün  babalarımızın  malik  olduğu  şan  və  şöhrətinin  bərpa  edilməsi  üçün  ədalətə 
rəvac verməkdir" bu sözlər onun hansı mənsəbə qulluq etdiyini aydın göstərir. 
Mirzə  Fətəli  Axundzadə  1878-ci  ildə  Tiflisdə  vəfat  etmiş  və  müəllimi 
Mirzə Şəfi Vazehin qəbri yanında dəfn edilmişdir. 


159 
 
Şimali 
Azərbaycan 
XIX 
əsrin 
əvvəllərində 
Rusiya 
imperiyasının 
tərkibinə 
qatıldıqdan  sonra  çar  məmurları  zadəgan  ailələrini 
təqib 
edir,  onlarımüxtəlif  vasitələrlə  xalqın 
gözündən  salmağa  çalışırdılar.  Hətta  bir  ara 
zadəganların 
mülklərinin 
müadirə 
edilməsi 
haqqında  fərman  da  verilmişdi.  Lakin  xalqın  öz 
başbilənlərinə 
inamını 
görən 
və 
üsyan 
təhlükəsindən  qorxan  imperator  bu  fərmanı  ləğv 
edir.  Sonralar  Azərvaycanda  sovet  hakimiyyəti 
qurulanda da sovetlərin ilk addımları Azərbaycanın 
zadəgan 
ailələrinin 
nümayəndələrinin 
məhv 
edilməsi  oldu.  Beləliklə,  xalq  öz  ziyalılarını, 
sərkərdələrini, siyasətçilərini itirdi. Lakin qədirbilən 
xalqın yaddaşında bu ailələrin Azərbaycana verdiyi 
töhfələr həmişə yaşamışdır. Xalq tərəfindən sevilən, 
həmişə 
hörmətlə 
xatırlanan 
belə 
zadəgan 
ailələrindən  biri  də  Pənahəli  xan  Cavanşir  nəslidir. 
Bu  nəsildən  İbrahimxəlil  və  Mehdiqulu  xan  kimi 
siyasətçilərlə  yanaşı,  Xurşidbanu  Natəvan  kimi 
şairə və xeyriyyəçilər də çıxmışdır. 
Xurşidbanu  Natəvanın  adı  Azərbaycan  tarixində 
gözəl  şairə,  həmçinin  xeyriyyəçi,  Şuşa  şəhərinə 
içməli  su  xətti  çəkən  bir  insan  kimi  həmişə 
xatırlanacaqdır. 
    Xurşidbanu Natəvan 
         (1832-1897) 
Xurşidbanu 
Natəvan 
1832-ci  ildə  Qarabağın  mərkəzi  şəhəri,  tacı  Şuşada  zadəgan  ailəsində  anadan 
olmuşdur.  Babası  İbrahimxəlil  xan  ruslar  tərəfindən  öldürüldükdən  sonra 
ailəsindən  sağ  qalanlar  arasında  Mehdiqulu  xan  da  var  idi.  1826  -  1828-ci  illər 
Rusiya - İran müharibəsində Mehdiqulu xan ruslara qarşı vuruşmuş, onlara böyük 
itkilər  yetirmişdir.  Müharibə  qurtardıqda  Qarabağ  Rusiyanın  tərkib  hissəsi  elan 
edilmiş, Qarabağ əhalisi arasında böyük nüfuza malik olan Mehdiqulu xan Cənubi 
Azərbaycana  qayıtmaq  təklifi  almışdır.  Bu  dövrdə  o  artıq  anlamışdı  ki,  İranda 
hakimiyyətdə olan Qacarlar da Azərbaycana azadlıq vermək fikrində deyil. Odur ki 
öz  tərəfdaşları  ilə  bərabər  rusların  təklifini  qəbul  edir  və  Qarabağa  qayıdır.  Bu 
tədbirlə  imperiya  məmurları  onlara  qarşı  ola  biləcək  xalq  üsyanının  qarşısını  alır. 
Rusiya  imperatoru  I  Nikolay  Mehdiqulu  xanı  Qarabağ  xanı  kimi  tanımış,  onun 
hüquqlarını  təsdiqləmişdir.  Hətta  1838-ci  ildə  imperator  xüsusi  xatirə  medalı 
buraxdırmış  və  xana  daş-qaşlarla  bəzədilmiş  qızıl  qılınc  və  fəxri  bayraq 
bağışlamışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə