Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə64/129
tarix14.03.2018
ölçüsü2,8 Kb.
#31427
1   ...   60   61   62   63   64   65   66   67   ...   129

171 
 
müharibəsinin  başlanması  ilə  əlaqədar  Zərdabiyə  siyasi  məqalələr  çap  etmək 
qadağan olunur. 
1877-ci  ilin  sentyabrında  "Əkinçi"  qəzeti  çar  hökuməti  tərəfindən  tam 
bağlandıqdan sonra  Zərdabi bir müddət işsiz  qalır, lakin H.Z.Tağıyevin  təklifı ilə 
"Kaspi" qəzetinə redaktor vəzifəsinə qəbul olunur. O, Bakıda nəşr edilən "Həyat", 
"Dəbistan",  "Kaspi",  Tiflisdə  nəşr  edilən  "Obzor",  "Novoye  obozreniye", 
Peterburqda  nəşr  edilən  "Zemledelçeskaya  qazeta"  kimi  mətbuat  orqanlarında 
məqalələr  çap  etdirir.  Sosial  və  maarifyönlü  məqalələrində  Həsən  bəy  elm  və 
təhsilin  həyatla  sıx  əlaqəsindən  danışır,  geniş  ictimaiyyətə  elmin  nailiyyətləri 
barədə  mütəmadi  xəbər  verilməsinin  vacibliyini  göstərirdi.  Azərbaycanın  bir  çox 
şəhər  və  kəndlərini  gəzən  Həsən  bəy  maarifin  ehtiyacları  üçün  vəsait  toplamaqla 
məşğul  olan  xeyriyyə  cəmiyyətlərinin  təşkili  sahəsində  böyük  işlər  görürdü. 
"Əkinçi"  qəzetinin  çapının  bərpasına  icazə  verilməsə  də,  onun  işini  "Ziya", 
"Ziyayi-Qafqaziyyə", "Kəşkül" qəzetləri davam etdirirdi. 
XIX  əsrin  70-ci  illərinədək  Rusiya  hökuməti  əyalətlərdə  əsasən  rus 
məktəblərinin açılmasına üstünlük verirdi. Lakin Azərbaycan ziyalılarının çoxsaylı 
müraciət  və  tələbləri,  nəhayət,  eşidildi  və  1874-cü  ildən  başlayaraq  xalq 
məktəbləri,  80-ci  illərdən  etibarən  rus-azərbaycan  məktəbləri  açılmağa  başlandı. 
İbtidai  kənd  məktəbləri  olan  xalq  məktəbləri  kəndli  uşaqlarına  təhsil  verilməsi 
prosesində böyük rol oynadı. Artıq 1900-cü ildə 173 belə məktəbdə 12 min şagird 
oxuyurdu ki, onların arasından da 2300-dən çox qız uşağı var idi. Rus-azərbaycan 
məktəbləri isə  şəhərlərdə açılır və orta təbəqənin  uşaqları üçün  nəzərdə tutulurdu. 
1900-cü ildə 23 belə məktəbdə 837 şagird oxuyurdu. 
Daim çar məmurlarının təqibi ilə üzləşən Həsən bəy Zərdabi Bakını tərk 
edib  Zərdaba  köçməli  olur  və  1896-cı  ilədək  orada  yaşayır.  Burada  o,  yeni  bitki 
sortlarının  yaradılması  ilə  məşğul  olur,  bu  sahədə  müəyyən  nailiyyətlər  də  əldə 
edir.  Hətta  1889-cu  ildə  Zaqafqaziya  kənd  təsərrüfatı  və  sənaye  sərgisində  xüsusi 
medala və fəxri diploma layiq görülmüşdür. 
Qeyd  edək  ki,  Həsən  bəy  Zərdabi  1907-ci  ildə  Bakı  şəhərində  vəfat  
etmişdir.  
 


172 
 


173 
 
Azərbaycanlı  sərkərdələr  arasında  Hüseyn  xan 
Naxçıvanski xüsusi yer tutur. Tam süvari general rütbəsinə 
layiq  görülmüş  yeganə  azərbaycanlı  zabit  Hüseyn  xan 
Naxçıvanskinin  adı  çox  sürətli  süvari  reydləri  ilə 
məşhurlaşmışdır.  İmperiyanın  hərbi  orden  və  medallarına, 
o cümlədən ən yüksək “Müqəddəs Georgi” ordeninin 4-cü 
və  3-cü  dərəcələrinə,  dövlət  təltif  nişanları  sırasında  ən 
yüksək  ordenlərdən  “Aleksandr  Nevski”  ordeninə  layiq 
görülən,  imperator  ailəsi  ilə qohum olan  Hüseyn  xan  rus-
yapon  və  I  Dünya  müharibələrinin  qəhrəmanıdır.  Onun 
tabeliyi altında gələcəkdə məşhur fin marşalı Karl Qustov 
Monnerheym,  məşhur  Polşa  sərkərdəsi  general  Anders 
vuruşmuş,  Qafqaz  müsəlmanlarından  təşkil  edilən  və 
“Vəhşi  diviziya”  adı  ilə  tanınan  süvari  hissə  fəaliyyət 
göstərmişdir.  Şöhrəti  bütün  Rusiyanı  dolaşan  A.Brusilov, 
Y.Barsukov,  M.Draqomirov,  Y.Alekseyev  kimi  generallar 
onun  ordu  heyətindəki,  müharibədəki  döyüş  xidmətlərini 
yüksək qiymətləndirmişlər. 
Azərbaycan  tarixinə  Hüseyn  xan  Naxçıvanski  görkəmli 
hərbi xadim kimi daxil olmuşdur.
 
Hüseyn xan Naxçıvanski 
         (1863-1919) 
 
Hüseyn  xan  Naxçıvanski  1863-cü  il  iyunun  28-də  zadəgan  ailəsində 
anadan  olub.  Atası  Kəlbalı  xan  oğlunu  hərbçi  görmək  istədiyindən  Hüseyn  xanı 
1876-cı  ildə  imperatorun  himayəsində  olan  və  Rusiyanın  ən  mötəbər  zadəgan 
nəsillərinin  oğullarının  təhsil  aldığı  Peterburqdakı  Paj  korpusuna  oxumağa 
göndərir.  İmperator  II  Aleksandr  Hüseynin  atasının  rus  ordusunun  generalı, 
"Müqəddəs Georgi" ordeninin kavaleri olmasını nəzərə alaraq oğlanın bu məktəbdə 
oxumağına etiraz etmir. 
Hüseyn  xan  Paj  korpusunu  1883-cü  ildə  əla  qiymətlərlə  bitirir  və 
Peterburqda  yerləşən  1-ci  qvardiya  süvari  diviziyasının  leyb-qvardiya  süvari 
alayına  təyinat  alır.  1898-ci  ilə  qədər  alayda  xidmət  edən  rotmistr  Hüseyn  xan 
eskadron  komandiri  vəzifəsində  Qafqaz  hərbi  dairəsinə  göndərilir.  Şimali 
Qafqazda  süvari  hissələrdə  xidmətdə  olan  Naxçıvanskiyə  1903-cü  ildə  polkovnik 
rütbəsi verilir. 
1904-cü  ildə  rus  -  yapon  müharibəsinə  Naxçıvanski  2-ci  Dağıstan  süvari 
alayının  komandiri  vəzifəsində  yollanmışdı.  Alayda  bir  çox  azərbaycanlı  xidmət 
edirdi:  podyasavul  şahzadə  Feyzulla  Mirzə  Qacar,  ştabs-kapitan  Gəray  bəy 
Vəkilov, xorunji Əbdürrəhman Qurbanov, xorunji Cəmaləddin Musayev və b. çox 
keçmir  ki,  alayın  sürətli  süvari  reydləri  haqqında  bütün  cəbhələrdə  danışmağa 
başlayırlar,  Hüseyn  xan  isə  bacarıqlı  süvari  komandiri  kimi  tanınır.  Landun-Qou 
döyüşü onu daha da məşhurlaşdırır. Həmin döyüş səhnəsi rəssam V.Mazurovskinin 


174 
 
rəsmində  öz  əksini  tapmışdır  (hazırda  Moskvadakı  Rusiya  Dövlət  Müzeyində 
saxlanılır). 
Rusiya  ordusunda  Hüseyn  xan  daha  çox  "Xan  Naxıçevanski"  kimi 
tanınmışdır.  Rus-yapon  müharibəsi  qurtardıqdan  sonra  polkovnik  Hüseyn  xan 
leyb-qvardiya  süvari  hissələrinə  təyinat  alır,  1906-cı  ilin  əvvəlində  isə  Tiflisdə 
yerləşən  17-ci  Nijeqorod  draqun  alayının  komandiri  təyin  olunur.  İmperator  öz 
oğlunu  da  bu  alayın  döyüşçüsü  sıralarına  göndərmişdi.  Alayın  döyüş  hazırlığının 
yüksək  səviyyədə  olmasına  görə  Hüseyn  xana  fligel-adyutant  vəzifəsi  verilir.  Bu 
vəzifə  imperatorun  şəxsi  yavərlərinə  verilirdi.  Daha  sonra  fligel-adyutant 
polkovnik Hüseyn xan Naxçıvanski leyb-qvardiya süvari alayının komandiri təyin 
edilir. 
1907-ci ildə Hüseyn xanın rütbəsi artırılır: o, general-mayor olur. I Dünya 
müharibəsi  ərəfəsində  Hüseyn  xan  2-ci  süvari  diviziyasının  komandiri  təyin 
edilmiş, ona general-leytenant rütbəsi verilmişdi. 
Müharibə  başlananda  o,  üç  qvardiya  süvari  diviziyadan  ibarət  süvari 
birləşmənin  komandanı  təyin  olunur.  Qafqaz  müsəlmanlarından  təşkil  edilmiş  və 
"Vəhşi  diviziya"  kimi  tanınan  diviziya  və  polyaklardan  təşkil  olunmuş  süvari 
diviziya  da  ona  tabe  edilir.  Hüseyn  xanın  rəhbərliyi  altında  alay  komandiri  Karl 
Qustav  Mannerheym  (gələcəkdə  məşhur  fin  marşalı),  polyak  diviziyasının 
komandiri Anders (gələcəkdə məşhur Polşa sərkərdəsi) və başqaları vuruşurdu. O, 
1914-cü  ilin  avqustunda  Şərqi  Prussiyaya  yürüşdə  iştirak  etmişdir.  Məşhur 
Qumbinen döyüşləri, Kraupişken şəhərinin ətrafında gedən döyüşlərdə, Samsonov 

 
Rennekampfın  korpuslarının  mühasirədən  çıxarılmasında  Hüseyn  xanın 
süvarilərinin çox böyük rolu olmuşdur. Şöhrəti bütün Rusiyanı dolaşan A.Brusilov, 
Y.Barsukov,  M.Draqomirov,  Y.Alekseyev  kimi  generallar  onun  müharibədəki 
döyüş xidmətlərini yüksək qiymətləndirmişlər. 
Hüseyn xan Naxçıvanskini müasirləri sərt, nüfuzlu bir general kimi təsvir 
edirlər.  K.Adaridi  yazırdı:  "Xan  Naxçıvanskinin  ali  hərbi  təhsili  olmasa  da, 
rəhbərliyin  əmrlərini  həmişə  dəqiqliklə  yerinə  yetirən  igid  şəxsiyyət  olmuşdur. 
Bilavasitə özünə tabe olan diviziya komandirlərinə sərbəstlik verdiyinə görə həmin 
komandirlər  öz  hərbi  hissələri  üçün  yaxşı  döyüş  şəraiti  yaradırdılar.  Onun 
tabeliyində  olan  ən  yaxşı  döyüşkən  qvardiya  alayları  özlərinə  xüsusi  qayğı  və 
münasibət  tələb  etdiklərindən  general  Xan  Naxçıvanskiyə  bu  qvardiyalara 
komandanlıq  etmək  o  qədər  də  asan  deyildi.  General  Xan  Naxçıvanski  qabiliyyəi 
hesabına  şəxsi  mənafe  güdmədən  süvari  birləşmələrinə  məharətlə  komandanlıq 
edirdi". Hüseyn xanın sərkərdəlik qabiliyyətini Karl Mannerheym "Memuarlarım" 
kitabında əks etdirmişdir. 
I  Dünya  müharibəsi  cəbhələrində  göstərdiyi  sərkərdəlik  məharətinə  görə 
Hüseyn  xan  Naxçıvanskiyə  1916-cı  ildə  tam  süvari  qoşun  generalı  rütbəsi  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə