162
Lirik
və
satirik
Azərbaycan
şerini
zənginləşdirmiş, yaradıcılığı ilə Azərbaycan şerinin
inkişafına təsir göstərmiş, öz dövrünün məşhur
şairlərindən olan Seyid Əzim Şirvani bir çox əsərlərin
müəllifidir. Onun yazdığı satirik şerlər dövrün
Azərbaycan cəmiyyətinə xas olan mənfi cəhətləri
qamçılayır. Onların bədii təsir qüvvəsi o dərəcədə
böyük idi ki, insanlar şerləri əzbər öyrənirdilər. Klassik
Azərbaycan poeziyası və XIX əsrin I yarısında ədəbi
məktəb
halında
formalaşan
tənqidi
realizm
ənənələrindən bəhrələnən Seyid Əzim təkcə şair kimi
deyil, maarifpərvər ziyalı, yeni üsulla tədris prosesini
quran, məktəbi öz hesabına açan, Azərbaycan tarixi və
Azərbaycan ədəbiyyatı tarixinə aid, həmçinin milli
ruhda yazılmış dərslik tərtib edən şəxsiyyət kimi xalqın
yaddaşında qalmışdır.
Azərbaycan tarixinə Seyid Əzim Şirvani görkəmli şair
və maarif xadimi, üsuli-cədid məktəblərindən birinin
yaradıcısı, Azərbaycan ədəbiyyatı tarixində yazılmış
sonuncu təzkirənin müəllifi kimi daxil olmuşdur.
Bir insanın böyük bir problemin aradan qaldırılmasında çətinlik çəkməsini
vurğulayan şairə hökumətin diqqətini problemə cəlb etməyə çalışır. Hökuməti pul
buraxmağa vadar etmək məqsədi ilə Natəvan kanalın layihəsinin çəkilməsi və
işlərin ilkin mərhələsinin xərclərini öz boynuna götürür. Lakin son nəticədə
məmurların etinasızlığından, Azərbaycana ögey münasibətdən bu kanal çəkilib
başa çatdırılmır.
Xurşidbanu Natəvan 1897-ci ildə Şuşada vəfat etmiş, Ağdamda "İmarət"
qəbiristanlığında dəfn olunmuşdur. Hal-hazırda Şuşa da, Ağdam da, şairə dəfn
olunmuş qəbiristanlıq da düşmən tapdağı altındadır.
Seyid Əzim Şirvani
(1833-1888)
Seyid Əzim Şirvani
1835-ci ildə Şamaxıda anadan olmuşdur. 7 yaşında ikən atası Seyid Məhəmməd
vəfat etmiş və Seyid Əzim ana tərəfdən babası Molla Hüseynin yanına, Dağıstanın
Yaqsay kəndinə getmişdir. Bu dövrdə Cənubi Dağıstan Azərbaycanla sıx əlaqədə
olmuş, bir çox Azərbaycan ziyalıları orada fəaliyyət göstərmiş, dağıstanlı uşaqlar
Azərbaycan təhsil ocaqlarında savada yiyələnmişlər. Dağıstanda yaşayan hər bir
xalqın öz fərqli dili olmuşdur. Onlar bir-birləri ilə ünsiyyət vasitəsi kimi isə
Azərbaycan dilindən istifadə etmişlər. Bu cəhətə Qafqazda olmuş rus şairi M.Y.
Lermontov da diqqət yetirmiş və Qafqazda işlədilən Azərbaycan dilini Avropada
ünsiyyət vasitəsi kimi işlədilən fransız dili ilə müqayisə etmişdir.