Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə39/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   35   36   37   38   39   40   41   42   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
edilmiş,  danışılmış  və  ya  yazılmış  müəyyən  əhvalatla  bağlı 
olan kiçik həcmli  əsəri  bildirir.  Bunlardan  «qissə»  ədəbi  ənənə 
ilə əlaqədardır.
L oxşuı7/qabşur//qəm qal 
«qabyuyan parça»  (əslində ağac 
qabığından  hazırlanır); 
Oəloğ /vərə
  «qarğa»; 
Oırmac//tatari 
«şallaq»; 
Oıryov/ ləysən
 
«dəryaz»; 
Əkinçi gəri//rəncbəri
«əkinçilik»; 
Handalu//fufalı//futolu
  «əvəlik»; 
Paylimə/silim, 
siiliim
  «nərdivan»; 
Dalde/saye,  soye
  «kölgə»; 
Ustum/ kiləstun 
«ərsin»; 
Xavəndən/ malustən, 
molustan
 
«övkələmək»; 
Kiilüm  /işqəmbə
  «yelin»  (qarın); 
Luq  (İnqa)  ləhı
  «beşik, 
nənni»; 
Oartanqa /olıxçuluğ
 
«yüyən»; 
Sağımı  ustuxını 
«sümük»; 
Q əlqələpit/quşlüyə/şögərd
  «yarasa»; 
O il in  yer 
alması  qən o f
  «kartof»; 
Virizəviriz/döhədöh
 
«qaçaqaç»; 
Usta(n)//dicuni
  «ikicanlı,  hamilə».
A lınm a  sözlər  hesabına  yaranan  sinonim lər.
Bu  qrupa  daxil  olan  sinonim  sözlər  mənşəcə  müxtəlif 
dillərə  aiddir.  Bununla  belə,  həmin  sözlərin  əksəriyyətini 
Azərbaycan  dilindən  alınmalar  təşkil  edir.  Məsələn: 
Kəlah, 
kələli  diricd  pəzəvəng
  «böyük,  iri,  pəzəvəng».  Avesta  dilində 
bu  söz  «pəzə»  formasında  «yekəpər»  anlamında  qeydə 
alınmışdır; 
Hiijlə  xırda  dıqqılı
  «balaca,  xırda,  dıqqılı»; 
Xari, 
xori  zinıiıı
  «yer»; 
İshi/ı  sııhi
  «ağ»; 
bəyaz/ bəyoz
  «bəyaz»; 
Bica  hico  ııohəqq
  «yersiz,  nahaq»; 
Pay,  pö  qədəm
  «qədəm, 
ayaq»; 
Gözəl//güzəl//göyçek,  gııyçey,  Xıışhaxt  haxfavər:  Ouş 
daştən,  qıış  do sian  quş  vakandən
  «qulaq  asmaq»; 
dinləmiş 
saxtən
  «dinləmək»; 
Çənəni  çiləm
  «necə»; 
çiciir,  cıcıır
  «nə 
cür» və  s.
«Alınma 
sözün 
sinonim 
olması 
üçün 
sinonimlik 
əlamətlərini  kəsb  etməsi  zəruridir,  yəni,  ümumiləşdirici  bir 
əsas  məna  ilə  daxil  olduğu  cərgədəki  digər  sinonim  sözlərdən
115


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
müəyyən əlavə məna çalarlığı ilə fərqlənməlidir»  (39,  125).
Tat  dilində  dubletlər  də  müəyyən  qrup  təşkil  edir. 
Dubletlərin yaranmasında alınmalar xüsusi yer tutur.
Mənaca  eyni,  fonetik  tərkibcə  və  mənşəyinə  görə 
müxtəlif  olan  sözlər  dublet  və  variantların  əsas  bazasıdır. 
Eynimənalı  sözlər  o  zaman  dublet  və  ya  variant  kimi  işlədilir 
ki,  onlardan  biri  əsl  sözlə  mənaca  eyniləşir,  işlənmə  sahəsi 
daralır,  getdikcə işlədilmir.
Eynimənalı  sözlərin  bir  sıra  özünəməxsus  xüsusiyyətləri 
var.  Bunları  belə  qruplaşdırmaq  olar:  1)  eynimənalı  sözlər 
terminlə  əlaqədar  olduğu  üçün  nominativ  xarakterlidir;  2) 
eynimənalı  sözlər  məna və  üslubi  çalarlığa  malik  olmayıb,  bir 
üslubda  işlədilir;  3)  eynimənalı  sözlərin  fəaliyyəti  dilin 
sinxronik vəziyyəti ilə bağlıdır.
Variantlar 
təsadüfi 
olaraq 
deyil, 
dilin 
inkişaf 
qanunauyğunluqları 
ilə  əlaqədar  meydana  gəlir. 
Yeni 
mənaların,  növ  və  formaların  yaradılmasında  və  inkişafında 
onların xüsusi  rolu olur.
Variantlar,  əsasən,  eyni  sözlərə  paralel  şəkildə  işlənən 
şəkilçilər  artırıldıqda  əmələ  gəlir.  Variantlar  eyniköklü 
sözlərin  leksik-semantik  eyniliyi  münasibətinə  əsaslanır. 
Paralel  qrammatik vasitələrlə eyniköklü  sözlər variantlaşır.
Eyniköklü  sözləri  iki  qrupa  ayırmaq  olar:  1)  mənaca 
fərqli  olan  eyniköklü  sözlər;  2)  mənaca  eyni  olan  eyniköklü 
sözlər.
Mənaca  fərqli  olan  eyniköklü  sözlər bir  sözün  variantları 
kimi  yox,  ayrı-ayrı  müstəqil  sözlər  kimi  qəbul  edilir.  Onlar 
müxtəlif sözdüzəldici  şəkilçilərlə düzəlir.
Eyniköklü  sözlər o zaman müstəqil  sözə  çevrilir ki,  sözün 
variantları  arasında  leksik-semantik  eynilik  pozulur.  Eyniliyin 
pozulması  mənanın  dəyişməsinə  və  ya  variantlardan  birinin 
semantik  cəhətdən  diferensiallaşmasına  səbəb  olur.  Paralel
116


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
işlədilən sözlərdən biri  o birinin variantı  kimi  çıxış  edir.
Dubletlə  variant  arasında  ifadə  etdikləri  mənaların 
eyniliyi  baxımından  uyğunluq  olsa  da,  onları  eyniləşdirmək 
olmaz.  Variantlar  eyniköklü  sözlərdən,  dubletlər  isə,  əsasən, 
müxtəlifköklü  sözlərdən törəyir.
Dubletlər  eyni  anlayışı,  eyni  məfhumu  adlandıraraq, 
mənaca  fərqlənməsələr  də,  «bunlar  arasında  əsas  məna 
etibarilə  tam  eynilik  olsa  da,  üslubi  fərqin,  potensial  məna 
fərqinin olması  şübhəsizdir» (104,  54).
Forma  və  mənşəcə,  əsasən,  müxtəlif,  mətnə  görə  neytral, 
mənaca  bir-birinin  tam  eyni  kimi  işlədilən,  müxtəlif  şəraitdə 
məna  fərqi  yaranmadan  bir-birini  əvəz  edən,  işlədilmə  şəraiti 
məhdud  olan,  tam  emosional  və  ekspressiv xüsusiyətlərə malik 
olmayan  sözlər dublet adlanır.
Dubletlər forma və mənşəyi  müxtəlif olan  sözlərdir;  onlar 
mətnə  görə  neytral  olur,  çünki  mənaca  bir-birinin  tam  eyni 
olan  sözlərdir.  Buna  görə  də  müxtəlif  şəraitdə  (mətn,  nitq, 
situasiya)  məna  fərqi  yaratmır və  bir-birini  əvəz  edə  bilir  (34, 
79).
Dubletlər  nitqdə  təkrarlardan  qaçmağa  imkan  verir;  dildə 
onların  mövcudluğu  qanunauyğun  haldır.  Dilin  leksik  sistemi 
variantlar  arasındakı  münasibətləri  tənzimləyir.  Tat  dilinin 
Azərbaycan  dili  dialektləri  əhatəsində  fəaliyyət  göstərməsi  bu 
dildən  alınmaların  leksik  dubletlərin  içərisində  çoxluq  təşkil 
etməsini  şərtləndirir.  Azərbaycan  və  tat  dilləri  arasındakı 
əlaqələrin  müntəzəm  xarakter  daşıması  tat  dilində  yeni 
dubletlərin  meydana  çıxmasında  başlıca  rol  oynayır.  Belə  ki, 
tat  dilində  işlənən  dubletlərin  müəyyən  qismi  Azərbaycan 
dilindən hazır şəkildə alınmışdır.
1.  Azərbaycan  dilində  olduğu  kimi,  tat  dilində  də,  eyni 
və  ya  yaxın  mənalı  sözlər  qoşa  işlənir.  Bu  tipli  dubletlər  həm 
tat  sözləri,  həm  də  Azərbaycan  dilindən  alınmalar  hesabına
117


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə