Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə73/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   69   70   71   72   73   74   75   76   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
götürən  adam»  mənasında  qeydə  alınmışdır.  Tat  dilinin 
Abşeron  ləhcəsində 
x ir a n
 
«almaq»  mənasında  işlənən  feldir. 
Belə  düşünmək  olar ki,  «Bəhərxır»  sözünün tərkibindəki  «xır» 
komponenti  məhz bu fellə bağlıdır.
Tatlarının  məşğul  olduğu  sahələrdən  biri  də  arıçılıqdır. 
Ona  görə  də  tat  dilində  arıçılıqla  bağlı  bir  sıra  leksik  vahidlər 
işlənir  ki,  onlar  terminoloji  səciyyə  daşıyır.  Məsələn: 
ə n g  
«arı», 
ə n g d o r
 
«arıçı», 
so y a ,  b ir in
 
«arı  səbəti», 
ş u m
 
«şan», 
d ə r ə m u m
 
«arının  səbətin  qapısını  mumla  örtməsi», 
ş a h
 
«ana 
arı», 
k ə lə s ə r
 
«erkək  arı», 
lə ş g ə r
 
«işçi  arı», 
v ə ç ə   ə n g
 
«arı 
balası»  (vecəsi), 
ə s s ə l
 
«bal», 
n iin e
 
«yuva», 
ş ə h ə k ii
 
«çarpaz 
ağac»  və  s.  Tat  dilinin  arıçılıq  terminlərindən  bir  neçəsini 
nəzərdən keçirək.
K ələsər. 
Tat  dilində  bu  söz  «işçi  arı»  mənasında  qeydə 
alınmışdır.  Dialekt və şivələrdə «işçi  arı»;  «təzə əkilmiş tənək» 
mənalarına rast gəlinir.
Vəcə. 
Tat  dilində  bu  söz  yeni  əmələ  gəlmiş  arı  ailəsi 
mənasında  işlənir.  İ.Tahirov  həmin  sözü  geniş  təhlil  etmişdir. 
O  göstərir  ki, 
v ə c ə
 
Quba  dialektində  (121,  233)  və  İsmayıllı 
rayonu  şivələrində  işlənir.  Bu  sözün  tat  dilindən  keçməsi 
ehtimal  olunur.  Məlumdur ki,  qədim İran dillərində  sözönü 
«v» 
səsini  saxlayan  dillərdən  biri  də  tat  dilidir.  Qədim  İran 
dillərində  sözönü 
«v»
  tarixi  inkişaf prosesində  fars,  tajik və  s. 
dillərində 
« b »
 
səsinə  keçmişdir  (264,  89).  Sözönü 
« v »
 
talış 
dilində  də  qalmışdır  (230,  228).  Əyanilik  xatirinə  bir  misala 
diqqət yetirək.
Haqqında danışdığımız 
v ə c ə
 
sözü  orta fars  dilində 
v a ç ç a ğ  
şəklində  işlənmişdir  (175,  85). 
V əcə
 
sözünün  müasir  fars 
dilində  qarşılığı 
b ə ç ç e -
dir.  Qanunauyğun  olaraq,  orta  fars 
dilindəki 
« v»
 
müasir  fars  dilində 
« b » -
yə  keçmişdir. 
Azərbaycan  dilində 
b e ç ə
 
«cavan  xoruz»  sözü  də  işlənir.  Bu 
fonetik və  semantik variantların tarixən bağlı  olmasına heç bir
202


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
şübhə  yoxdur.  Ancaq  bilmək  lazımdır  ki,  ədəbi  dil  və 
dialektlərin  yolu  heç  də  həmişə  bir-birinə  uyğun  gəlmir.  Belə 
ki,  ədəbi  dildə  səs  dəyişmələri  baş  verdiyi  hallarda  belə, 
dialektlərdə  köhnə  «format»  özünü  mühafizə  edə  bildir.  Lakin 
b -v
 
əvəzlənməsi  Quba  dialekti  üçün  və,  ümumiyyətlə,  şərq 
qrupu dialekt və  şivələri üçün xarakterik deyil.
Bu  hadisə,  əsasən,  qərb  və  qismən  şimal  qrupu  dialekt  və 
şivələrində aiddir (133,  86).  Doğrudan da,  Şəkidə və Göyçayda 
«yeni  əmələ gəlmiş  arı  ailəsi»  mənasında 
v e ç e
 
sözü işlənir (84, 
199;  141,  27).
Tat  dilində 
v ə c ə
 
«bala,  körpə»  deməkdir  (59,  103).  Quba 
dialektində  həmin  söz  daha  da  konkretləşərək,  «körpə  arı» 
anlamında  işlənir.  İsmayıllı  rayonu  şivələrində  isə 
v ə c ə
 
keçi 
balasına deyilir.  -  Bu gün 
v ə c ə lə r
 
yaxşı  otdadı  (137,  66-67).
Qeyd  etmək  lazımdır  ki,  İran  dillərində 
v ə ç ə
 
təzə 
pöhrələrə deyilir.  Bəzən kiçik uşaqlara «vəçə»  deyilir.  Məsələn 
talış  dilində:  In  əğılon  əçey 
v ə ç o n in
 
«Bu  uşaqlar  onun 
balalarıdır».  Talış  dilində 
v ə ç ə -x ıç ə
 
qoşa  sözu  də  işlədilir  ki, 
bu da «pöhrə -  budaq»,  «şax -  ğudaq» mənasındadır.
Oğuz  və  Qəbələ  rayonlarında  fındıq  kolunun  dibindən 
çıxmış  təzə  zoğlara 
b e ç ə
 
deyirlər.  Məhsul  bol  olsun  deyə 
beçələri  kəsirlər.  Beçələri  böyüyəndən  sonra  çıxarıb  əkmək 
olur.
C oğrafiya  və  astronom iya  ilə  bağlı  term inlər. 
Bu
qrupdan  olan  leksik  vahidlər  də  tat  dilində  müəyyən  qrup 
yaradır.  Onlardan bəzilərini nəzərdən keçirək.
Ç ırcır 
«şəlalə».  Tat  dilində 
ş ~ ç
 
əvəzlənməsi  baş 
vermişdir: 
ç ı r ç ı r - ç a r ç a r - ç a r ç a r a   (-a
 
şəkilçisi  tat  dilində 
adlardan  ad  düzəldən  şəkilçidir.  Məs: 
ç o x
 
«çax».  -   Çoxa 
«budaq», 
r u z
 
«gün»  ~ 
r u z a
 
«orucluq», 
d ə s t
 
«əl»  ~ 
d ə s tə  
«yeniyetmə  uşaq»  və  s.  (72,  67).  Burada  səstəqlidi  sözdən 
düzəltmə ad yaranmışdır.
203


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
C ıqqırığ 
(güclə çıxarılan)  (Lah., Məl.)  «səs».
D aracağ 
-  «keçid,  dağ keçidi»,  «gədik»,  «aşırım».
A dına 
«cümə  axşamı».  Azərbaycan  dili  dialekt  və 
şivələrində geniş işlənir.
Tousdum  
(Ab.)  «yay».  Bə 
to u s d u m
 
bağ  lap  pirvayı 
birənü.  «Yayda  ora lap  qiyamət  olur».  Müq.  et:  fars, 
tcıbestcm. 
«Yay»  mənası  tat  ləhcələrində 
h a m in   h o m in
 
sözünə  də 
məxsusdur.
Tat  dilində  təbiət  hadisələri  ilə  bağlı  terminlər  sırasına 
a h i- h a h a r   o h i  b o h o r
 
«bahar  suyu», 
ə v v ə lin   b a h a r   ə v v ə lin  
b o h o r
 
«ilk  bahar»,  tiri  kamon  «göy  qurşağı»  kimi  söz  və 
terminlər də daxildir.
Tat  dilində  təbiət  obyektlərinin  adlarını  bildirən  bir  çox 
sözlər  var  ki,  onların  əksəriyyəti  ümumiran  mənşəli  olub, 
coğrafiyaya aid terminoloji  leksika səciyyəsi  daşıyır.
Tat  dilinin  onom astik  leksikası.
Onomastik  vahidlər  alınma  ola  bildiyi  kimi,  onların 
tərkibində  alınma  sözlər  də  işlənə  bilir.  Alınma  onomastik 
vahidlər  və  alınma  sözlərin  köməyi  ilə  düzəlmiş  onomastik 
vahidlər bir-birindən fərqli  anlayışlardır.
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra 
ölkədə  ciddi  demokratik  dəyişikliklər  baş  vermişdir.  Həmin 
dəyişikliklər  ölkə  ərazisində  yaşayan  azsaylı  xalqlar  və  etnik 
qrupların  dili  və  mədəniyyətinə  münasibətdə  də  açıq-aşkar 
özünü göstərir.
Müasir  tat-müsəlmanlarının  əcdadları  İranda  yaşamışlar 
və  orada  indi  də  tatlar  yaşayır.  V.İ.Savina  müasir  dövrdə 
İranda  tatların  farslarla  qarışaraq,  assimilyasiyaya  uğradığını 
qeyd  etmişdir (276,  143).  Buna baxmayaraq,  ərazidə tat  adı  və 
tat  dili  ilə bağlı  onomastik vahidlər,  o  cümlədən toponimlər az
204


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə