Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə69/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   65   66   67   68   69   70   71   72   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Qohumluq  terminlərinin  əksəriyyəti  ümumxalq  dilinin 
leksikasını  təşkil  edən  sözlərdir.  Bəzi  hallarda  Azərbaycan, 
ərəb  və  rus  dillərindən  alınmış  söz  və  terminlərə  də  təsadüf 
olunur.  Mö  «ana»,  piyər «ata»,  nənə  «nənə»,  baba «baba»,  kük 
«oğul»,  kilə  «qız»,  xuvar  «bacı»,  buror  «qardaş»,  el  «uşaq», 
zan  «arvad»,  zan  buror  «qardşarvadı»,  şöxuvar  «baldız», 
şöburar  «qayın»,  xüsür  «qayınana»,  xüsürmərd  «qayınata», 
dumbor  «kürəkən»,  əmi,  dayi,  xala,  bibi,  xuvargil  «bacılıq», 
bocanaq  «bacanaq»,  yeznə  «yeznə»,  küdoyi  «dayıoğlu»,  küəmi 
«əmioğlu»,  kile  dayi  «dayıqızı»,  kübibi  «bibioğlu»,  nəveəmi 
«əminəvəsi»,  nəvedoyi  «dayı  nəvəsi»,  həvü «günü»,  şüvər «ər» 
və  s.
Tat  dilinin  Lahıc  ləhcəsində  uşaq  leksikonunda  «dayı» 
mənasında 
dodo
  sözü  işlənir.  Məs.:  Mehdi  dodo  hər  sol  və 
Loyic umoranbi.  «Mehdi  dayı  hər il Lahıca gəlirdi».
Digər  İran  dillərindən  talış  dilində  bu  söz  daha  geniş 
işlənir.  Talış  dilində 
dodo
  sözü  «böyük bacı»  əsas  mənasından 
əlavə  anaya,  analığa  və  s.  müraciət  zamanı  işlədilən  söz  kimi 
də qeyd olunur (225,  235).
Digər  tat  ləhcələrində 
dodo
  sözünə  rast  gəlinir.  Bu  söz 
tacik  dilində  müəyyən  fonetik  dyişikliklə  mürəkkəb  qohumluq 
terminlərinin yaranmasına xidmət edir.  Məs: 
dodarran
  «qayın» 
(arvadın  qardaşı), 
darsur
  «qayın»  (ərin  qardaşı)  və  s.  (270, 
209).
Tat 
dilinin 
Lahıc 
ləhcəsində 
xuvargil
 
«bacılıq» 
mənasında  işlənir.  İran  dillərində  bu  söz 
xorxənda
  şəklində 
qeydə  alınmışdır  (227,  391-392).  Əfqan  dilində  «bacı» 
mənasında 
xor
 işlənir (180,  53).
Tat  dilində  qohumluq  terminlərinin  bir  qismi  ərəb 
mənşəlidir: 
ami//amu//əmi 
«əmi», 
xalə//xolla 
«xala»,
arus//ərüs  «gəlin»,  aruslə//ərüslə  gəlinə  əzizləmə  mənasında 
müraciət, 
arusəmi/Zərüsəmi
  «əmiarvadı»  (əsasən  Abşeron
192


Gülsüm Hüseynova.  Tat dilinin leksikası
tatlarının  dilində).  Məs.:  Arusəmi  medsestrə  kar  bəsaxtən 
«Əmimarvadı tibb bacısı işləyir» və  s.
B acanağ//bacanəğ 
«bacanaq».  Bütün  tat  ləhcələri  üçün 
xarakterikdir.  Bu  söz,  Azərbaycan  dilində  olduğu  kimi, 
bacıların  ərlərinin  bir-birinə  müraciət  formasıdır.  Müasir 
Azərbaycan  dilində 
bacanaq
  (dial, 
bacanax  bacanağ)
  «bacı» 
sözünə  uyğun  gəlir.  Ə.Dəmirçizadə 
-anaq
  və  ya 
-naq 
şəkilçilərini  müqayisə  edir  (38,  44-45).  Türk  dilində  bu  sözə 
bacınak
 şəklində rast gəlinir (259,  152).
D adaşi 
«ata»,  «dadaş»  mənasında  tat  dilinin  Lahıc 
ləhcəsində  qeydə  alınmışdır.  Məs: 
Dadaşiman
 hər sol  in yərərə 
koşta bısoxtanbi.  «Atam  (dadaşım)  hər il  buraları  əkdirirdi» və 
s.
Dadaş 
-   Bu  söz  dialektlərdə,  o  cümlədən,  Ordubad 
dialektində  «böyük  qardaş»,  Yardımlı  şivəsində  «dayı» 
mənasında  geniş  işlənir.  Tat  dilində  bu  söz  «ata»  anlamında 
işlənir.  Tat  dilinin Lahıc ləhcəsində  «dadaşi»  forması  da qeydə 
alınmışdır.  Talış  dilində  «böyük  qardaş»  mənasında işlənir.  Bu 
mənada 
Azərbaycan 
dilində 
də 
qeydə 
alınır. 
C.Məmmədquluzadənin  «Ölülər»  əsərində  Nazlı  qardaşı 
İsgəndərə «dadaş» deyə müraciət edir və  s.
Dadaş
  termini  Azərbaycan  dilində  kiçik bacı  və  qardaşın 
böyük qardaşa müraciəti  kimi  də işlənir (190,  17).
Dam ad 
-   (Ab.,  Q.,  Xaç.,  Lah.)  / 
dömöd
  «kürəkən». 
Umruz  damad  və  xuneyni  amarabü.  «Bu  gün  kürəkən  evimizə 
gəlmişdi»  (Ab.). 
Damad
 sözü fars mənşəlidir.
Bu  söz  Qazı  Bürhanəddinin  dilində  (29,  472),  Quba 
rayonu  şivəsində  (12,  119),  müasir  türk  dilində  (89,  126)eyni 
mənada qeydə  alınmışdır.
Tat  dilində  m ü xtəlif sahələrə  aid  term inlər.
193


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Tat  dilində  tatların  məişəti,  yaşayışı,  həyat  tərzi, 
məşğuliyyət,  eləcə  də,  onların  ətraf  aləmlə  təması  ilə  bağlı 
olaraq  müxtəlif  sahələrə  aid  terminlər  yaranmış  və  bu 
terminlər  bu  gün  də  işlənir.  Təbabət,  hərb,  kənd  təsərrüfatı, 
heyvandarlıq,  zoologiya,  botanika,  iqtisadiyyat,  astronomiya 
və  s.  bu terminlərin mənbəyini və mövzusunu təşkil  edir.  Qeyd 
olunan  sahələrə  aid  terminoloji 
leksika  sistem  səciyyəsi 
daşımır  və  onların  müəyyən  bir  sistemə  salınması  çətindir. 
Çünki  bu  terminlər  tat  danışıq  dilində  işlənən  ümumişlək 
leksik qatda yer almış terminləri  əhatə  edir.
Tat  dilinin  terminoloji  leksikasında  təbabət  terminləri 
(məs.: 
sərədər
  «başağrısı», 
işqəməburi
  «qarınağrısı», 
vor
  «yel 
xəstəliyi», 
hinoğ
  «inaq», 
çilk
  «irin,  çirk», 
qısır
  (ib.), 
rıığaıımii 
«vazelin», 
siııəgiri
  «astma», 
çıx
  «öskürək», 
qəııçiir
  «sətəlcəm» 
və  s.),  astronomiya  və  coğrafiya  terminləri  (məs.: 
xok 
«torpaq», 
xor i
 «yer», 
afto
 «günəş», 
kiiləxır
 «bulud», 
m oh
 «ay», 
rııkərə
  «çay», 
vor  xəzri
  «şimal  küləyi», 
giləvor
  «qərb  küləyi», 
vorış
  «yağış», 
vərf
 «qar», 
ınıhıır
  «göl»,  «nohur», 
kiih
  «dağ», 
dih
  «kənd», 
zəvəra
  «yoxuş», 
sərbəııiişvə
  «eniş», 
pişin 
«günorta», 
rıız
  «gün», 

  «gecə», 
şəııgiım
  «axşam», 
rah
  «yol», 
zıımııstıııı
  «qış», 
homiıı
  «yay», 
poriz
  «payız», 
vassol
  «yaz», 
dişəııbi
  «bazar  ertəsi», 
səşəııbi
  «çərşənbə  axşamı», 
çorşəııbi 
«çərşənbə», 
şoriııə
  «cümə  axşamı», 
oriııə
  «cümə», 
şəııbi 
«şənbə», 
yekşəııbi
  «bazar  günü», 
səbət
  «saat», 
daqqa 
«dəqiqə», 
səboh
  «səhər», 
havo
  «hava», 
batdoğ
  «batdaq», 
vor 
«yel», 
zilindir  zimilərz
  «zəlzələ», 
birəq
  «şimşək»  və  s.), 
zoologiya  terminləri  (məs.: 
səg
  «it», 
pişig
  «pişik», 
yəvər 
«düyə», 
lari
  «xoruz», 
gomiş
  «camış», 
qııç
  «qoç», 
həştərxoıı 
dan.  «həştərxan»,  «hinduşka», 
vələııd
  «hörümçək», 
qııloııça 
«qulun», 
xııg
  «donuz», 
girg
  «qurd,  canavar», 
xər
  «eşşək», 
xərgiiş
  «dövşan», 
mor
  «ilan», 
gir gir ə
  «vəhşi  göyərçin», 
xırs 
«ayı», 
pısgiri
  «cırcırama», 
pilpilək
  «kəpənək», 
jiiji
  «kirpi»,
194


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə