Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə68/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   64   65   66   67   68   69   70   71   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
kələbaba//kələbab 
«baba», 
hərfən: 
böyük 
baba, 
kələ
buror//kələ  burvar  «böyük  qardaş»;  kələmi  «böyük  əmi» 
(valideynlərin  əmisi);  kələ  dayı//kələ  doyi  «valideynlərin 
dayısı» və  s.
Maraqlıdır  ki,  türk  dilində  də  bu  sistem  özünü  göstərir: 
büyük anne «nənə»,  büyük baba «baba».  Bir sıra başqa dillərdə 
müşahidə  edilən  bu  halı,  görünür,  tipoloji  oxşarlıq  kimi  qəbul 
etmək lazım gəlir.
Digər 
sözlərin 
birləşməsindən 
yaranan 
mürəkkəb 
qohumluq  terminləri:  ku  əmi//kü  əmi  «əmioğlu»,  kile  əmi 
«əmiqızı»,  ku  bibi//kü  bibi  «bibioğlu»,  kile  bibi  «bibiqızı», 
kile  xalə//kile  xola  «xalaqızı»,  ku  dayi//kü  doyi  «dayıoğlu», 
kile dayı//doyi  «dayıqızı» və  s.
Qan  qohumluğu  ilə  bağlı  düzəltmə  terminlərə  çox  az 
təsadüf  edilir:  xuvarle//xuvarlə,  xuvargil  «bacılıq»,  duxtərlə 
«qızcığaz»,  duxtərgəri  «ögey qız» və  s.
Qan  qohumluğu  ilə  bağlı  terminlərin  içərisində  ərəb  və 
türk  mənşəli  sözlər  də  müəyyən  yer  tutur.  Türk  (Azərbaycan) 
mənşəli  terminlər:  dayı//doyi  «dayı»,  bibi  «bibi»,  qədəş  (Dəv.) 
«qohum» və  s.
Oədəş
  sözü 
kadaş
  şəklində  «qan  qohumu»  və  «qardaş» 
mənalarında  qədim  türk  yazılı  abidələrində  qeydə  alınmışdır 
(193,  401-402).
Bu  sözlər  daha  çox  mürəkkəb  qohumluq  terminlərinin 
tərkibində  işlədilir.  Qeyd  edək  ki,  həmin  terminlər  türk  dilləri 
ilə tarixi  əlaqəsi  olan bir sıra İran  dillərinə də keçmişdir.  Tacik 
ədəbi  dilində  və  dialektlərində  oça  «ana»,  tağo//tağoyi  «dayı», 
apa 
«böyük 
bacı», 
aka 
«böyük 
qardaş», 
qaysanqul//qayınsingil//qaysangəl 
«baldız», 
yanga//yana 
(yıngə)  «ərin  qardaşı»,  «qardaşarvadı»  və  s.  türkizmlər  geniş 
şəkildə yayılmışdır (270,  210;  285,  106).
R.Şükürov  Azərbaycan  kürdlərinin  dilində  bütöv  şəkildə
189


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Azərbaycan  dilindən  alınmış  əmioğlu,  dayıoğlu,  xalaqızı, 
mamaoğlu,  bibioğlu  mürəkkəb  qohumluq  terminlərinin  geniş 
işlənmə tezliyinə malik olduğunu qeyd  edir (135,  96).
Tat  dilində  dayı//doyi  terminləri  ilə  yanaşı,  xolu  «dayı» 
termini  də işlənməkdədir.
Qan  qohumluğu  bildirən  terminlər  içərisində  bir  neçə 
ərəb  mənşəli  terminə  rast  gəlinir:  əmu //əmi  «əmi»,  xalə //xola 
«xala» və  s.
Son dövrlərdə, xüsusilə də,  gənc nəslin  şifahi  nitqində rus 
dilindən  alınma  ata  və  anaya  müraciət  formaları  olan 
papa
  və 
mama
 terminləri  də işlənməkdədir.
b) Nikah qohumluğu ilə bağlı terminlər.  Bu tipli terminlər 
nikaha  girdikdən  sonra  ər  və  arvadın  müvafiq  surətdə  yaxın 
qan  qohumları  ilə  münasibətlərini  ifadə  edir.  Həmin 
terminlərin  içərisində  İran  mənşəli  sadə  terminlər  üstünlük 
təşkil  edir: 
dumar//dumbar//dumbor
  «kürəkən».  Müq.  et:  fars, 
damad, 
tal. 
zomo, 
İran 
tat. 
zoma, 
semn. 
zoma; 
şoxuvar/ Zşöxııvar
 
«baldız», 
şöhirar  şöhııror  şöhıırvar 
«qayın», 
xiisurZZxüşür
 «qayınana»  (tac.  xusur) və  s.
Fars  dilində  olduğu  kimi,  tat  dilində  də  «gəlin»  anlayışı 
ərəb mənşəli 
arus//əriis
 termini ilə ifadə edilir.
Müəyyən  hallarda  nikah  qohumluğu  təsviri  yolla, 
mürəkkəb  sözlər  vasitəsilə  ifadə  edilir. 
xıısmmdrdZZxüsürmdrd 
«qayınata», 
zanbirarZZzanburorZZzənburvar
  «qardaşarvadı», 
zatı  əmi/Zzən  əmi/Zzamu
  «əmiarvadı», 
zan  dayı  zaıı  doyi 
«dayıarvadı» və  s.
Nigah  qohumluğu  bildirən  terminlər  arasında  həvü 
«günü»  sözü xüsusi  maraq  doğurur.  Bu  söz talış  dilində 
əvısue 
şəklində  işlənir.  Fars  dilində  havu,  kürd  dilində 
hevi,  heviye 
terminləri  daha çox işləkdir.
Qeyd  olunanlardan  əlavə,  tat  dilində  bilavasitə  qohumluq 
terminlərinə  aid  olmayan,  lakin  «insan»  anlayışı  ilə  bağlı  olan
190


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
pirzən
  «qarı», 
pirm ərd
  «qoca  kişi», 
aval  el
  «övlad», 
elgəri 
«oğulluq,  oğulluğa  götürülmüş  uşaq», 
aval lit  cili
  «uşaqlı», 
ayalgəri
  «övladlığa  götürülmüş  uşaq»  və  s.  ifadə  formalarına 
da rast gəlirik.
Qohumluq 
terminlərinin 
dildə 
işlənməsi 
müxtəlif 
müraciət  formalarının  yaranmasına  şərait  yaradır.  Müraciət 
forması  kimi  bəzən  tat  dilində  mövcud  olan  qohumluq 
terminlərindən,  bəzən  fərqli  sözlərdən  istifadə  edilir.  Bu  cəhət 
qohumluq  terminlərini  kommunikativ  vəzifəsindən  irəli  gəlir. 
Buna  görə  də  qohumluq  terminləri  dildə  iki  formada  özünü 
göstərir:  vokativ  (bilavasitə  qohuma müraciət  forması  kimi) və 
qohum  barəsində  bəhs  edərkən  (ümumi  şəkildə).  Tat  dilində 
vokativ  məqamda  qohumlara  müraciət  olunduqda  kişi  və 
qadınlar üçün fərqli  sözlərdən istifadə olunur.  Müəyən hallarda 
kişilərə  və  qadınlara  müraciət  formalarında  mürəkkəb  sözlərin 
ilk  komponenti  (səciyyələndirir  söz)  eyni  olur.  Məsələn:  əssəl 
«bal»,  kələ  «böyük»,  bircə  «bircə»,  disti  «dostu»  və  s.  sözlər 
ünsiyyət prosesinə əzizləmə,  nəvaziş çaları verir.
Tat  dilində  kişilərə  və  qadınlara  məxsus  aşağıdakı 
müraciət  formaları  geniş  yayılmışdır.  Kişilərə  aid: 
kələmi 
«böyük  əmi», 
kələ  dayi//doyi
  «böyük  dayı», 
əssəl  əmi
  «bal 
əmi», 
kələ  baba  babo
 «böyük baba».
Qadınlara  aid: 
cılxıs
  «qızılgıl», 
əssəl  bibi
  «bal  bibi», 
bircə  xola
  «bircə  xala», 
bircə  bibi
  «bircə  bibi», 
hildisti
  (<«hil 
+  dostu»), 
xoııdisti  dosti
  (<«xandostu»), 
lumidisti
  («lumu» 
dostu), 
ətirdisti
  (<«ətirdostu»), 
bircəbodom
  (<«bircəbadam») 
və  s.  (73,  53).
Göründüyü  kimi,  tat  dilində  qadınlara  müraciətlə  zamanı 
istifadə  edilən  vokativ  formalarda  ətir,  rayihə,  dad  və  s.  -lə 
assosiasiya  yaradan  adlarından  istifadə  edilir,  kişilərə  aid 
müraciət  formalarında  isə,  hörmət,  nəzakət,  ailədə  böyük- 
kiçiklik münasibətlərinin nəzərə alınması  əsas yer tutur.
191


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə