Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə64/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   60   61   62   63   64   65   66   67   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Tat  məişətində  toxuculuq  xüsusi  yer  tutur.  Tatlar 
əkinçilik  və  heyvandarlıqla  məşğul  olurlar.  Qoyunçuluğun 
inkişafı  yundan  istifadəyə  geniş  imkanlar  açmış,  nəticədə 
toxuculuq,  eləcə  də,  xalçaçılıq  tatların  məişətində  geniş  yer 
tutmuşdur.  Tat  dilində  toxuculuq,  xalçaçılıq  sənəti  ilə  bağlı 
terminlər  müəyyən  bir  leksik  lay  təşkil  edir. 
Xinəçii
  «xalça 
dəzgahı»,  «hana», 
gilimi
  «saçaq», 
vərd
  «dəzgahda  ağac 
(çubuq)  hissə», 
həvə
  «xovlu  və  xovsuz  xalçalarda  arğacları  və 
çinləri  bir-birinin üzərində  oturtmaq üçün  istifadə  edilən  alət», 
xilil
 «mil», 
rıştarusmun
  «əyirilmiş  ip», 
çoşni
 «naxış»,  «çeşni», 
loça
 
«naxış 
növü», 
dəhi ştatı
 
«başlanğıc 
qoymaq», 
rusmunriştan
 
«əyricilik», 
şiinə
 
«daraq», 
şalabandbof 
«tumanbağı  toxuyan  dəzgah», 
qeytonbof
  «qaytantoxuyan 
dəzgah», 
taxtavəy
  «yunu  tel-tel  edən  alət», 
həllac
  «yun, 
pambıq  darayan»,  «həllac», 
nimər çi
  «keçəçi», 
duhungir 
«xalçaçılıq  aləti», 
arğac
  «bir  qayçı  toxunuş», 
əriş
  «xalça 
sarınan  ip», 
dnrozmım
  «əriş», 
çarxala,  kələf sə,  fıtroım 
«hananın  detalları», 
gəndumi
  hərfən:  «buğdayı»,  «buğda
şəklində  naxış», 
gilimi
  «kilimi», 
hərəmi
  «naxış  növü», 
kilim bof
  «kilim  toxuyan,  kilimçi», 
vər div or d
  «xalçada  olan 
çubuğun  hərəkətə  gətirilməsi», 
isbigül
  «ağgül  (naxış  adı)», 
«ispigül»  və  s.  terminlər  bu  laya  daxildir.  Qeyd  olunan 
terminlərin  əksəriyyəti xalçaçılığa aiddir.
Tat  dilində  toxumaq  prosesinin  müxtəlif cəhətlərini 
bofte 
sözü  və  onun  derivatları  ifadə  edir.  Toxuculuqda  istifadə 
olunan  terminlərdən  biri  də 
«bafta»
dır.  Şübhə  yoxdur  ki, 
termin 
boftan
  felindəndir. 
Bafta
  «güləbətin  və  ya  ipək 
saplardan  toxunan  qaytan»  deməkdir. 
Bafta
  sözünün  müxtəlif 
derivatları  vardır.  Bu  da  paltara  naxış  salmaqla  bağlı  sənətin 
yayılması  ilə bağlıdır.  Azərbaycan  dilində 
baftalamaq,  baftalı, 
baftaçı,  baftaçılıq
  kimi  sözlərin  əsasında  bu  söz  durur.
177


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Respublikamızın  müxtəlif  bölgələrində  yayılmış  «şərbaflıq» 
sənəti  də  bilavasitə  bafta  ilə  bağlıdır.  Azərbaycan  tatları 
şərbaflıq  sənəti  ilə  də  məşğul  olurlar.  Bu  sənət  sahəsi  ayrıca 
monoqrafik tədqiqat obyekti  olmuşdur (112,  192).
Palaz 
-   «Yundan  ya  pambıqdan  toxunma  enli,  uzun, 
qalın,  xovsuz  xalça  növüdür»  (ADİL  3,  476).  Türk  dilində 
palas
  fonetik  variantında  işlənib,  «keçi  qılından  toxunmuş 
qaba kilim»  kimi  izah  olunur.  Türk dilinin  di al ektl ərində 
palaz 
«köhnəlmiş  kilim,  keçə,  çul,  çuval»  mənalarında  qeydə 
alınmışdır  (325,  322).  Tat,  fars  və  talış  dillərində 
pəlos
  kimi 
işlənir.
Xalça  və  kilimlərə  salınan  naxışlar  təbiət  və  məişətdən 
götürülmüşdür.  Onların  adlarının  əsas  hissəsi  ümumişlək 
leksik  qata  məxsusdur.  Bu  cəhət  həm  tat,  həm  də  Azərbaycan 
dilində  özünü  göstərir.  «Xalça  toxuyanlar  əhatə  olunduqları 
təbiəti,  əşyaları  xalça  üzərinə  köçürdükləri  üçün  toxuduqları 
çeşni  adlarını  adi  ümumişlək  sözlərdən  yaratmışlar: 
aşıq, 
qayıq,  pişikqıynağı,  dəvəgöziı,  qoç,  tiilkii,  göl,  gül,  qıış,  tovuş 
qıışıı,  şirpəncəsi,  ay,  ulduz
,  çeşni  adları  bədən üzvləri,  heyvan, 
quş,  gül,  bitki,  səma  cisimləri  və  başqa  predmetlərin  adları 
əsasında  əmələ  gəlmişdir»  (2,  79).  Bu  cəhət  tat  dilində  də 
özünü  göstərir. 
Tuğ

tuğbaşı,  həmənkömənci
  naxış  adları  tat 
dilinin toxuculuq terminologiyasında işlənir.
Bununla  yanaşı,  bir  sıra  naxış  adları  tat  dilindən 
Azərbaycan  dilinə  keçmişdir.  Məsələn,  Azərbaycan  dilində 
«qəcələ»  adlı  naxış  növü  var  (2,  122).  Tat  şivələrində  bu  söz 
qəcələ  qəcələ
 
şəklində 
«sağsağan» 
mənasında 
işlənir. 
Azərbaycan  dilində  xalçaçılıq  termini  kimi  işlənən 
miicələr 
sözü  tat  dilindən  alınmadır. 
Micə//mücə//micə
  fonetik 
tərkiblərində  tat  şivələrində  işlənən  bu  söz  bir  çox  İran 
dillərində  «kirpik»  mənasında  işlənir, 
-lər
  isə  Azərbaycan 
dilinə  məxsus  cəmlik  bildirən  şəkilçidir.  Azərbaycan  dilində
178


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
«taxtamücə»  naxış  adı  işlənir  ki,  bu  sözün  2-ci  komponenti 
ümumiran mənşəlidir (2,  124).
Qeyd:  Bu  söz  mənşəcə  fars, 
miijgan,  miije
  sözləri  ilə 
bağlıdır. 
Miijə
 
sözü 
qeyri-terminoloji 
məqamda 
hələ 
M.Füzulinin  dilində  işlənmişdir: 
Miijəm
  sərçeşmələr  mənzil 
qılan aşuftə məcnundur».
Manca  «ip».  Kilvar  yaşayış  məntəqəsində  qeydə  alınmış 
bu  sözə  İran  dillərində,  eləcə  də,  tat  dilinin  digər  ləhcələrində 
təsadüf  edilməmişdir.  Misal: 
Mancara
  bastand  ə  qeişi,  güllü 
saxtənd vərva.  «İpi  kəmərindən  bağlayıb,  aşağı  buraxdılar»  və
s.
DağaıV/dəğər  -   Azərbaycan  dilinin  izahlı  lüğətində  bu 
söz  aşağıdakı  mənada işlənir:  1)  qaramal  dərisindən  hazırlanan 
torba;  2) keçmişdə üzərində qaytan toxumaq üçün içi  əski-üskü 
və  ya  yunlə  bərk  doldurulub  bağlanmış  meşin  yastıq.  İkinci 
məna toxuculuq leksikası ilə bağlıdır (13,  237).
Şalabandbof  -   «Tumanbağı  toxuyan  dəzgah».  Lahıc 
ləhcəsində  qeydə  alınmışdır.  Misal:  Zeynalabdin  be  man  bə 
muzey 
şalabandbofa
  ruşun  do.  «Zeynalabdin  mənə  muzeydə 
tumanbağı toxuyan dəzgahı göstərdi» və  s.
Göründüyü  kimi,  bu  mürəkkəb  söz  iki  tərkib  hissəsindən 
ibarətdir.  Birinci  tərəf 
şalaband
  «ip»  mənasında  olub,  başqa 
İran  dillərində  cüzi  səs  fərqi  ilə  həmin  mənada  işlənir. 
Məsələn,  talış  dilində 
şəlbend
 «bağlamaq  üçün  alt  paltarın  bel 
hissəsinə  keçirilən  ip»  mənasında  qeydə  alınmışdır  (225,  431). 
Sözün  ikinci  tərəfi 
bof
  «toxumaq»,  əksər  İran  dillərində 
müxtəlif fonetik variantlarda işlənir.
Çıqrığ.  «çarx»  (cəhrədə).  Tat  ləhcələrində  eyni  mənada 
cığrığ/cığreığ
 fonetik variantlarında qeydə  alınmışdır.
Vara  «bir tikişlik sap»;  tat dilindəki 
var dərən
  «əyirmək» 
sözündən olması  ehtimal  olunur.
Şubənd  «eni  bir  santimetrə  qədər olan,  yundan toxunmuş
179


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə