Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə60/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   56   57   58   59   60   61   62   63   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
coğrafi  terminlər,  dini,  hərbi  terminlər  və  s.).  Qeyd  olunan 
cəhətlərin  hamısı  tat  dilinin  leksikasında  özünü  göstərir.  Tat 
dilinin  lüğət  tərkibində  bu  qəbildən  olan  terminlərin  işləkliyi 
olduqca  yüksəkdir.  Ona  görə  də  tat  dilinin  leksikasına  aid 
tədqiqat  işində  terminlərin  ayrıca  araşdırılması  lazım  gəlir. 
Konkret  bir  dilin  leksikasını  öyrənmək  prosesində  ən  etibarlı 
metod  həmin  leksikanı,  o  cümlədən,  terminoloji  leksikanı 
tematik qruplar üzrə tədqiq  etməyin vacibliyi  elmi  ədəbiyyatda 
göstərilir  (34,  80;  67,  186).  Tat  dilində  işlənən  terminlərin 
tematik  qruplar  üzrə  tədqiqi  məqsədəuyğundür.  Tat  dilinin 
lüğət tərkibinə  daxil  olan terminləri  aşağıdakı  qruplara bölmək 
olar:  1)  müxtəlif  sənət  sahələrinə  aid  terminlər;  2)  qohumluq 
terminlər;  3) dini terminlər;  4) tibb  terminləri;  5) iqtisadiyyatla 
bağlı  terminlər;  6)  bitkiçiliyə  aid  terminlər;  7)  heyvandarlığa 
aid  terminlər;  8)  coğrafi  terminlər;  9)  astronomiyaya  aid 
terminlər;  10)  etnoqrafiyaya  aid  terminlər;  11)  elmi-texniki 
tərəqqi,  mədəniyyətin  inkişafı  ilə birlikdə  dilin lüğət  fondunun 
ümumişlək  leksik  layına  keçmiş  müxtəlif  sahə  terminləri.  Bu 
qruplardan  bəzilərini  yarımqruplara  ayırmaq  mümkündür. 
Qeyd  olunan qrupları  ayrı-ayrılıqda nəzərdən keçirək.
H.Həsənov peşə-sənət leksikasını  belə təyin edir:  «Peşəsi, 
işi,  sənəti,  istehsalat  fəaliyyəti,  ixtisası  ilə  əlaqədar  birləşən 
kollektivin  nitqində  işlədilən  sözlərə  peşə-sənət  leksikası 
deyilir.  Bunlar  xüsusi  məfhum,  əmək  aləti  və  ya  məhsulunu, 
istehsalın  əmək  prosesini  ifadə  edir.  Ona  görə  də  onları  bəzən 
xüsusi  sözlər  və  ya  terminlər  adlandırırlar».  O,  peşə-sənət 
leksikasına  aid  olan  sözləri  aşağıdakı  şəkildə  qruplaşdırır 
(çörəkçilik,  meyvəçilik,  üzümçülük,  tərəvəzçilik,  quşçuluq, 
balıqçılıq,  atçılıq,  əkinçilik)  və  bu  leksikanın  terminlərdən 
fərqini  açmağa  çalışır.  Müəllif belə  hesab  edir  ki,  peşə-sənət 
leksikası  öz  tərkibinə  görə,  əsasən,  köhnə  peşə  və  xüsusi 
məşğuliyyətlə  əlaqədar  olan  arxaik  sözlərdir  (məsələn,
165


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
dənizçilikdə,  dülgərlikdə  və  s.).  «Peşə-sənət  leksikası  öz 
məzmununa  və  işlənmə  dairəsinə  görə  məhduddur.  Onun 
işlənmə  dairəsi  yeni  istehsal  proseslərinin  yaranması,  elm  və 
texnikanın  yeni  nailiyyətlərinin  istehsalata  tətbiqi  ilə  əlaqədar 
olaraq daralır»  (67,  186-187).
Sənət  ayrılıqda götürülmüş bir xalqa məxsus  deyil.  Bütün 
xalqlar müəyyən  sənət  sahələri  ilə  məşğul  olmuş və  hazırda da 
məşğul  olurlar.  Ona  görə  də  müxtəlif  sənət  və  peşəyə  aid 
sözlər  bütün  xalqların  dilində  işlənir.  Bu  baxımdan, 
Azərbaycan tatlarının  dilində də  sənət leksikası  geniş yer tutur. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  tat  dilinin  ayrı-ayrı 
ləhcələrində  müxtəlif  sənət  sahələrinə  məxsus  sözlərdən 
istifadə  olunur.  Bu,  ondan  irəli  gəlir ki,  sənət  sahələrinin  ərazi 
üzrə  yayılmasındakı  fərqlər  dilin  leksik  sisteminə  öz  təsirini 
göstərmişdir.  Məsələn,  Lahıc  ləhcəsində  misgərlik,  zərgərlik, 
eləcə  də,  dəmirçiliklə  bağlı  sözlər  böyük  toplu  təşkil  edirsə, 
Quba  və  Qonaqkənd  ləhcələrində,  Məlhəm,  Xızı  şivələrində 
toxuculuq,  dabbaqlıq,  Abşeron ləhcəsində zərgərlik  sənətlərinə 
məxsus  terminlər  çoxdur.  Əlbəttə,  belə  bir  cəhət  hər  hansı 
ləhcədə  başqa  sənət  sahələrinə  aid  terminlərin  olmadığını 
göstərmir.  Məsələn,  toxuculuq  terminləri  Lahıc  ləhcəsində  də 
az  deyil.  Qeyd  olunan  cəhət  odan  irəli  gəlir  ki,  müxtəlif 
ərazilərdə  yaşayan  adamlar  ayrı-ayrı  sənət  növləri  ilə  məşğul 
olmuşlar.  Sadəcə  bu  sənət  növlərindən  biri  və  ya  bir  neçəsi 
müəyyən  ərazidə  daha  geniş  yayıldığından,  həmin  sahəyə  aid 
terminlər  bu  ərazidə  çoxluğu  ilə  seçilir.  Tədqiqat  işində  tat 
dilinin  ümumi  terminoloji  mənzərəsi  öyrənildiyindən  sənət- 
peşə  leksikasını  ayrı-ayrı  ləhcələr  üzrə  bölməyə  deyil, 
terminoloji  vahidləri  vahid  bir  sistemdə  birləşdirməyə  ehtiyac 
yaranır.
Tat  dilində  işlənən  müxtəlif  sənət  sahələrinə  aid 
terminləri,  aşağıdakı  sahələrlə  bağlı  aid  olan  yarımqruplara
166


Gülsüm Hüseynova.  Tat dilinin leksikası
ayırmaq  olar:  1)  misgərlik;  2)  dəmirçilik;  3)  toxuculuq;  4) 
zərgərlik;  5)  dabbaqlıq;  6)  dulusçuluq.  Tat  dili  ilə  bağlı 
aparılmış  təhlil  və  araşdırmalar,  toplanmış  materiallardan 
aydın  olur  ki,  misgərlik  və  toxuculuğa  aid  terminlərin  sayı 
daha  çoxdur.  Ona  görə  də  bu  iki  yarımqrupa  aid  terminləri 
ayrıca,  digər  yarımqrupa  aid  terminləri  isə  bir  yerdə 
araşdırmaq  məqsədəuyğundur.  Onu  da  qeyd  edək  ki,  misgərlik 
və  dəmirçilik  bir-birindən  istifadə  olunan  materialın  növünə 
görə fərqlənən  sənət növləridir.  İnsanlar,  şübhəsiz ki,  müəyyən 
metallardan  daha  tez  istifadə  etmişlər.  Ümumiyyətlə,  metal 
emalı  ilə  bağlı  əsas  sənət  sahələri  dəmirçilik,  misgərlik, 
tənəkçilik  və  zərgərlikdir.  Mis  ilk  istifadə  olunmuş  metaldır. 
Qalay,  qurğuşun  və  başqa  metalların  mislə  qarışığından  tunc 
alınmışdır.  Tunc  dəmirdən  əvvəl  istifadə  edilmişdir.  Sonralar 
sənətkarlar  dəmir  əşyalar  düzəltməyə  üstünlük  vermişlər. 
Dəmir
  sözü  V  əsrə  aid  yazılı  abidələrdə  qeydə  alınmışdır: 
«Təmir  kapığka  təki  sülədim»  (118,  71).  Lakin  bəzək
əşyalarının,  eləcə  də,  ərzaq  saxlanması  və  yeməklə  bağlı 
əşyaların  dəmirdən  hazırlanmasına  üstünlük  verilməmişdir. 
Bu,  suyun təsiri ilə dəmirin paslanması  ilə əlaqədardır.
Azərbaycanda  dəmir  e.ə.  ikinci  minilliyin  axırları  birinci 
minilliyin  əvvəllərindən  istifadə  edilmişdir.  Ölkədə  arxeoloji 
qazıntılar  nəticəsində  Dəmir  dövrünə  aid  çoxlu  abidə  aşkara 
çıxarılmışdır (22,  400-401).
Misgərlik  və  dəmirçilik  sənətləri  ilə  məşğul  olanlar  hər 
iki 
sənət  növünə 
aid  məmulatları 
hazırlaya  bilirlər. 
Dəmirçilikdə  kənd  təsərrüfatında  istifadə  olunan  alətlərin 
hazırlanması  əsas  yeri  tutursa,  misgərlikdə  evdə  istifadə 
olunan  əşyalar,  silahlar  və  s.  daha  çox  düzəldilir.  Bu  sənət 
növləri  ilə  məşğul  olan  ustaların  istifadə  etdiyi  alətlər  də, 
əsasən  eynidir.  Məlumdur ki,  sənət  sahələrinin  diferensiasiyası 
onlara  aid  sözlərin  müxtəlif  sahələrə  aid  terminlər  sisteminə
167


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə