Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə62/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   58   59   60   61   62   63   64   65   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
məmulatın  dar  hissəsində  iş  görmək  üçün  alət», 
coz
  «qayçı 
növü», 
daranoy
 
«ling 
növü», 
noyliilə
 
«ling 
növü», 
damdamundan
  «körük  basmaq», 
mola  dor an
  «lehimləmək», 
abiyə
  «lehimləmə  növü», 

  «isti  metalı  soyutmaq  üçün  su 
doldurulmuş  hovuz  və  ya  qab», 
niigoni
  «təmirolunma», 
 
«misgərlikdə  metalın  qızdırılıb  soyudulması  prosesi», 
tənəkə 
«misin  lay  forması», 
xəzinəliyə  qeyçi
  «xəzinəli  qayçı», 
bəsti 
«güyüm», 
vəri
  «güyümün  boğaza  qədərki  hissəsi», 
bin,  kəəb 
«güyümün  alt  hissəsi», 
danduna
  «metalı  cilalamaq  məqsədilə 
tutmaq  üçün  dişli  alət», 
«maşa»,  diiş  doran
  «qaynaq  etmək», 
gom
  «qaynaq  növü», 
pəstöyi
 
«yarımfabrikat»  və  s.  belə 
terminlərdir.
Ayrı-ayrı  xalqlar arasında iqtisadi,  ictimai-siyasi  və  digər 
əlaqələrdə  dil  əhəmiyyətli  rol  oynamışdır.  İqtisadi  əlaqələr bir 
xalqa  məxsus  əşya  və  məmulatların  başqa  xalqın  məişətində 
yer  almasına  şərait  yaratmışdırsa,  dil  əlaqələri  prosesində 
sənətlə  bağlı  terminlərin  bir  dildən  digərinə  keçməsi  hadisəsi 
baş  vermişdir.  Ona  görə  də  tat  dilində  işlənən  misgərlik 
terminlərinin  bir  qismi  alınma  terminlərdir.  Bu  terminlər 
Azərbaycan  dilindən  və  ya  Azərbaycan  dili  vasitəsi  ilə 
alınmışdır.  Ümumiyyətlə,  tat  dilinin  terminoloji  leksikasını  üç 
qrupa  ayırmaq  olar:  1)  mənşəcə tat  dilinə  məxsus terminlər;  2) 
ümumiran  mənşəli  terminlər;  3)  alınma  terminlər.  Belə  bölgü 
bütün  sənət  növlərinə  aid  termionologiya  üçün  eyni 
olduğundan  başqa  sahələrə  aid  terminlərdən  bahs  edərkən 
terminlərin  mənşəcə  növlərə  bölgüsünü  təkrar  aparmağa 
ehtiyac  qalmır və  terminlərin  mənşəcə  növləri  haqqında  sonda 
qısa məlumat verməklə kifayətlənirik.
Misgərlik  terminləri  tat  dilində  işlənən  terminlərin  bir 
hissəsidir.  Məlumdur ki, terminlərlə ümumişlək sözlər arasında 
əsas  fərqlərdən  biri  leksik  vahidin  dildə  işləkliyidir. 
Terminlərin  bəziləri  dildə,  daha  doğrusu,  ünsiyyət  prosesində
171


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
az  işlənirsə,  digərlərinə  nitqdə  tez-tez  rast  gəlmək  olur.  Bu  da 
daha  çox  bu  və  ya  digər  əşyanı  bildirən  adla  bağlı  olur. 
Məsələn,  misgərlərin  hazırladıqları  əşyaların  müəyyən  hissəsi 
əhalinin  məişətində  istifadə  olunduğundan,  onların  adları 
danışıqda  çox  işləkdir.  Lakin  misgərlik  alətləri  haqqında 
məlumat  daha  çox  bu  sahə  ilə  məşğul  olanlara  aid  olduğundan 
bu  sözlər  onların  dilində  və  ya  nitqində  üzə  çıxır.  «Linqvistik 
təhlil  və  araşdırma  prosesində  mühüm  funksionallıq  kəsb  edən 
terminoloji  leksikanın  işlənmə  və  mənimsənilmə  texnikasının 
öyrənilməsi  gündəlik  tələbat  və  zəruri  ehtiyacdan  doğur.  Özü 
də  bu,  terminlərin  hamısına  aid  məsələ  deyildir.  Məlumdur ki, 
terminlərin,  o  cümlədən  dilçilik  terminlərinin  əhəmiyyətli  bir 
hissəsi  ümumişlək  xarakterə  malik  olduğundan, 
onlar 
sintaqmatik  mövqe  etibarı  ilə  sərbəst  funksiya  daşıyırlar»  (30, 
233).  Ə.Cavadovun  bu  fikri  müxtəlif  sənət  sahələrinə  aid 
leksikanın  işlədilməsində  də  özünü  doğruldur.  Bu  cəhət 
misgərlik  terminlərinin  işlənməsində  də  müşahidə  olunur. 
Azərbaycan  tatlarının  dilində  işlənən  misgərlik  terminlərinin 
başqa  bir  qisminə  aid  nümunələri  nəzərdən  keçirək.  Onu  da 
qeyd  edək ki,  misgərliklə bağlı  söz və terminlər,  əsasən,  Lahıc 
ləhcəsinə  aiddir.  Bu  da  yuxarıda  qeyd  etdiyimiz  kimi, 
misgərliyin  Lahıcda  daha  çox  inkişaf  etməsi  və  yayılması  ilə 
bağlıdır.
Misgərlikdə  istifadə  olunan  terminləri  üç  əsas  qrupda 
birləşdirmək  olar:  1)  misgərlikdə  istifadə  olunan  alət  və 
vasitələrin  adları;  2)  misgərlikdə  istifadə  olunan  texnoloji 
proseslərin  və  üsulların  adları;  3)  misgərlik  məmulatlarının 
adları;  4) misgərliklə bağlı  digər söz və terminlər.
M isgərlikdə  istifadə  olunan  alət  və  vasitələrin   adları. 
Bu  sənət  sahəsində  bir  sıra  alət  və  avadanlıqlardan  istifadə 
olunur.  Qeyd  olunduğu  kimi,  onlardan  bəzilərinin  müxtəlif 
növləri  var.  Aşağıda  misgərlikdə  istifadə  olunan  alətlərin
172


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
adları,  onların  istifadə  məqsədləri  və  bu  terminlərin  cümlədə 
işlənməsinə aid misallar verilmişdir:
Lahıc 
misgərləri
  iri  çəkiclərə  «tapun»  deyirlər.  İri 
çəkiclərdən  metalı  döymək  üçün  istifadə  olunur,  onlarla 
misgərlikdə  ən  ağır işləri  görürlər.  Müq.  et:  Azərb.  dial, 
tapan 
keçmişdə  üstü  torpaqla  örtülmüş  damların  yağışdan  qabaq 
döyülüb bərkidilməsi üçün ağac alət.
Korsii
  «ağzı  dördbucaqlı  şəklində  çəkic».  Nəzər 
kor sür ə 
nayoft.  «Nəzər çəkici tapmadı» və  s.
Xoraduhun  -
  «çəkic  növü».  İn 
xoradnknn
  an  Haci 
Nağiyı.  «Bu çəkic Hacı Nağınındır» və  s.
Nəri  -
  «qalın  metalı  dartıb  uzatmaq  üçün  alət».  Ve 
nəri 
materiala bəkəşirəni  duroz  bısoxtəni.  «Nəri  ilə  materialı  çəkib 
uzadırsan» və  s.
Lözani  -   (lö
  «dodaq», 
zər ən
  «vurmaq»  felindən).  «Metal 
məmulatın  ensiz  hissəsində  iş  görmək  üçün  alət».  Bəstirə 
gərdənirə  ve 
lözani
  rost  bısoxtənund.  «Güyümün  boğaz 
hissəsini bu alətlə düzəldirlər».
Daranoy -
 «ling növü».  Bə misgəri  ən  qe kor fıdoşta bira 
oləthon  yeki  iş 
daranoyi.
  «Misgərlikdə  ən  çox  işlədilən 
alətlərdən biri  də 
daranoydnr»«
 və  s.
Oolannx  -
  «mıx  düzəltmək  üçün  alət».  Be 
mi sm or
  rost 
soxtan 
qolam lx
  istifodə  bısoxtənim.  «Mismar  düzəltməkdən 
ötrü qolamıxdan istifadə edirik» və  s.
Mıxkəş  -
  «kəlbətin».  Fəzail 
nnxkəşə
  vəyift  ki,  kihnə 
mixhona
  vakanı  ə  divor.  «Fəzail  kəlbətini  götürdü  ki,  köhnə 
mıxları  divardan  çıxarsın». 
Mıxkəş
  sözü  iki  tərkib  hissəsindən 
ibarətdir: 
mıx+kəş
  «çəkmək».  Bu  sözdüzələtmə  modeli  İran 
dillərində geniş yayılmışdır.
Zmqavod  -
  «mıxın  başını  girdələmək  üçün  alət».  Bərə 
zmqavod
  lozim  na  san  boşı.  «Burada  zınqavod  lazım 
olmayacaq».
173


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə