Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə63/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   59   60   61   62   63   64   65   66   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
Ödrang -
 «ocağı  qarışdırmaq üçün  alət».  Əvvəli  icoğa ve 
ödrcmg
 qarış mini.  «Əvvəlcə ocağı 
odrangla
 qarışdırarsan».
Nö  -
  «nov,  isti  metalı  soyutmaq  üçün  qab».  Misgər  bə 
bürun 

 nohrabı.  «Misgər novu bayıra qoymuşdu».
Oırsa -
 «bərpa olunmuş,  lazımi  qəlibə salınmış mis».
Ökişi  -
  «tayqulp  mis  suqabı».  Bə  löyıc  bıraftəni  ye 
misgəri be man 
ökişi
 baxş  soxtabı.  «Lahıca gedəndə bir misgər 
mənə 
ökişi
 bağışlamışdı».  Bu  qabdan həm  misgərlikdə,  həm  də 
məişətdə istifadə olunur.
Danduna -
  «maşa».  Vər,  kəəbə,  gərdan 
dandıma
 vəşunda 
bədə  düş  dora  bəbiran.  «Boğaz,  alt,  boyun  hissələr  maşa  ilə 
cilalandıqdan  sonra qaynaq edilir».
Giilləbur  -
  «gülləkəsən  alət».  Bə  muzeymun  ə  tüfəng, 
tapançö,  xənşol,  qılınc bağir  ə tərəf silohsozhon rost  soxta birə 
giill əbur
  iş  histi.  «Muzeyimizdə  tüfəng,  tapança,  xənçəl, 
qılıncdan  başqa,  silahsazlar  tərəfindən  düzəldilmiş  gülləkəsən 
alət də var» və  s.
M əbrəd -
 «yeyə».
Rezbavokun
 
«yivaçan». 
Rezbavokuna
 
vəyi 
biyor. 
«Vintaçanı
  götür  gəl».  Bu,  yarımkalka  üsulu  ilə  düzəlmiş 
sözdür.  Onun  birinci  tərkib  hissəsi  rus  dilində  olduğu  kimi 
alınmışdır,  ikinci  tərkib  hissəsi  isə 
açan
  feli  sifətindən  kalka 
edilmişdir.  Azərbaycan  dilində «yivaçan»  sözü  olsa da,  danışıq 
dilində  rezbaaçan  işləkdir.  Söz  tat  dilinə  Azərbaycan  danışıq 
dilindən keçmişdir.
Qeyd  olunan terminlər misgərlikdə istifadə  olunan alət və 
avadanlığın  hamısını  əhatə  etmir.  Bəzi  terminlər bu  paraqrafın 
əvvəlində qeyd olunmuşdur.
M isgərlikdə  istifadə  istifad ə  olunan  texnoloji  proseslər 
və  üsulların  adları.
Misgərlik 
məmulatlarının 
hazırlanmasında 
müxtəlif 
texnoloji  proses  və  üsullardan  istifadə  olunur.  Həmin
174


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
üsullardan bəzilərini  bildirən terminləri  nəzərdən keçirək.
ОәПәә  doran
  «qalaylamaq».  «Qəlləə»  sözü  Azərbaycan 
dilində  işlənən 
qalay
  sözünün  müqavilidir,  mis  qab-qacağın 
üzərinə  təbəqə  qalay  çəkmək  (qalaylamaq)  prosesini  bildirir. 
Bu prosesdə  qalaydan istifadə  olunduğundan  söz birləşməsində 
qalay
  tərkib  hissəsindən  istifadə  olunmuşdur. 
Oalay
  həm  də 
kimya  terminidir. 
Doran
  tat  dilində  köməkçi  fel  olub, 
«vermək» deməkdir.
Mola doran
  «lehimləmək».  Bu proses məmulat hissələrini 
bir-birinə bərkitmək,  birləşdirməklə əlaqədardır.
Obiyə
  «lehimləmə».  Yuxarıdakı  terminin  ifadə  etdiyi 
prosesin  adıdır.  Lakin  prosesdə  istifadə  olunan  vasitələrə  görə 
bunlar  bir-birindən  fərqlənir.  Prosesin  nəticəsi  isə  eynidir. 
Yəni,  bu  proses  zamanı  da  məmulatın  hissələri  bir-birinə 
birləşdirilir.
Düş  doran 
«qaynaq  etmək».  Əzinhon  bədə  alınmış  birə 
in  duto  hissə  bə  həmin 
diiş  dora
  bəbiran.  «Bundan  sonra 
alınmış  bu  iki  hissə  bir-birinə  qaynaq  edilir».  «Düş  doran» 
lehimləmə  ilə  müqayisədə  daha  böyük  ölçülü  hissələrin  bir- 
birinə  birləşdirilməsi  prosesidir.  Proses  qızdırma və  döymə  ilə 
həyata keçirilir.
Traçka 
-   təqlidi  sözdən  əmələ  gəlib,  çəkiclə  son  işləmə 
üsuludur.
Tö 
-   misgərlikdə  metalın  qızdırılaraq,  dartılması 
prosesini  bildirir.  Bədə  bəstirə  şürə  bızərənund  və 
 
bıdorənund.  «Bundan  sonra güyümə  kimyəvi  tərkib  vurulur və 
dartılır».
N ügoni 
-   təmirolunma.  İn  qablıon 
niigoni
  san  boşı.  «Bu 
qablar  təmir  olunmalıdır».  Bu,  korlanmış  və  ya  müəyyən 
hissəsi  sınmış  məmulatın  bərpa  edilməsi  prosesinin,  işinin 
adını bildirir.
M isgərlik  m əm ulatlarının  adları.
175


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
M əcm əyi 
-   Əsasən,  də  sini  kimi  işlənir;  aşı  dəmə 
qoyarkən qazanın ağzını  örtmək üçün də istifadə edilir.
B axtəvər 
-   iki  qulplu  sərnic, 
ökışi
  «tayqulp  suqabı», 
sərdəf
  «samovarın  lüləyinin  dib  hissəsi», 
bəsti
  «güyüm, 
səhəng», 
vər
  «güyümün  boğaza  qədərki  hissəsi», 
gərdatı 
«güyümün  boğaz  hissəsi», 
kəəb
  «güyümün  alt  hissəsi», 
kiləstun  «ərsin»  və  s.  Bəsti  rost  soxtan  gərəyisə  bəstirə  vəri, 
bini,  gərdəni,  kəəbi  ə  həmin  cürö  bəbiran.  «Güyüm  düzəltmək 
gərəksə,  güyümün  boğazı,  dibi,  boynu,  altlığı  bir-birindən 
ayrılır» və  s.
Yuxarıda  göstərilən  məmulat  adlarından  bəziləri  müasir 
Azərbaycan dilində etnoqrafik termin kimi  işlənir.
B əsti 
«kiçik  küpə»  -   Bəzi  dialektlərdə,  məsələn, 
Qarabağ,  Cəbrayıl,  Füzuli  zonasında  işlənmişdir.  Qədimdə 
soyuqdəymə  zamanı  xalq  arasında  kürəyə  küpə  döşəmişlər. 
Hazırda yaşlı  nəsil bu üsuldan istifadə edir.
Satıl 
-   «Armudu  formada  ağzıgen  mis  qab».  Satıldan  su, 
süd və  s.  maddələri  saxlamaq üçün istifadə olunur.
L üleyin 
-   «Məişətdə  işlədilən  kiçik  ölçülü  mis  qab». 
Azərbaycan  dilində  bu  söz  eyni  şəkildə  işlənərək,  «əl-üz 
yümaq,  dəstəmaz  almaq  üçün  istifadə  olunan  «kiçik  ölçülü 
lüləkli  və  qulplu  gil-saxsı  su  qabı»  mənasında  işlənir  (129, 
88
) .
M isgərliklə  bağlı  digər  söz  və  term inlər. 
Bu terminoloji 
qrupda  misgərlikdə  istifadə  olunan  materialların  adını  bildirən 
sözlər  daha  çoxdur. 
Tənəkə
  zay  şəklində  «mis  məmulat»:  Mis 
həm 
tənəkə,
  həm  iş  qırsa  formeyi  bəbiran.  «Mis  həm  tənəkə, 
həm  də  əzik-üzük  formada  olur»; 
qırsa
  «misin  bərpa  olunmuş 
forması», 
şiirə
  «kimyəvi  maddə», 
tənə
  «misgərlikdə  istifadə 
olunan duz», 
pəstöyi
 «yarımfabrikat» deməkdir.
T oxuculuq  term inləri.
176


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə