Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə66/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   62   63   64   65   66   67   68   69   ...   85

Gülsüm Hüseynova.  Tat dilinin leksikası
bu  sahələrə  aid  terminlər  də  tat  dilində  gen-bol  təmsil 
olunmuşdur.  Tat  dilində  bu  sahələrdən  hər  birinə  aid 
terminlərə  rast  gəlmək  olur.  Məsələn: 
piist
 «qoyun  dərisi», 
kər 
«mal  dərisi», 
ləysən
  «dəryaz», 
ahəşdun
  «əhəng  qabı», 
vəlcə 
«yarpaq», 
leşzan
  «leş  təmizləyən  alət», 
tülə
  «yunu  tökülmüş 
dəri» 
xiyəh
  «kürk»  kimi  sözlər  tat  dilində  dabbaqlıq  sənəti  ilə 
bağlı  işlənən  terminlərdir.  Dəri  emalı  və  dəridən  istifadə  ilə 
bağlı  bəzi  sənət  sahələri  yaranmışdır.  Bu  sahələrlə  məşğul 
olanların  peşəsini  bildirən  sözlər  də  sənət  leksikasına  daxildir. 
Məsələn: 
çəkmədüz
  «çəkməçi», 
çəkmə  +  diiz  (dııxlən  dııxdən 
«tikmək» 
felindən). 
Tat  dilində 
palandiiz
 
«palançı»,
«palantikən»  sözü də geniş işlənir.
Azərbaycan  tatlarının  məişətində  dulusçuluq  mühüm  yer 
tutmuşdur.  Dulusçuluq  məmulatı  rəngarəng  olub,  tatların 
məişətində  geniş  istifadə  olunur. 
Tat  dilində  işlənən 
dulusçuluq  leksikasını  aşağıdakı  tematik  qruplara  ayırmaq 
olar: 
1) 
dulusçuluq  sənəti 
növlərini 
bildirənlər; 
2)
dulusçuluqda 
istifadə  olunan  materialların 
adları; 
3)
dulusçuluqda istifadə olunan texnoloji  prosesləri bildirənlər;  4) 
dulusçuluqda  istifadə  olunan  alətlə  və  onların  hissələrinin 
adları;  5)  dulusçuluq  məmulatlarının  adları;  6)  dulusçuluqda 
tətbiq edilən bəzək və naxışların adları və  s.
Sənətin,  bu  sənətlə  məşğul  olan  şəxsin  adını  bildirən 
dulusçu,  dulusçuluq
  terminiərinnin  tat  dilinə  Azərbaycan 
dilindən  keçməsi  ehtimal  olunur.  Bu  sözlərə  artırılan 
çu- 
çu+luq
  şəkilçilərinin  Azərbaycan  dilindən  olması  da  bu  faktı 
təsdiqləyir.  Dulusçuluq  məmulatlarına tələbat  artdıqca,  onların 
müxtəlif  növlərinin  istehsalı  üzrə  ixtisaslaşma  getmişdir. 
Nəticədə,  bu  sahənin  qollarını  təşkil  edən  sənət  növləri 
formalaşmışdır.  Bu  növlərdən  biri  «lüləçilik»  adlanır.  Həmin 
sənətlə  məşğul  olan  şəxsi,  sənətkarı  «lüləçi»  adlandırmışlar. 
Lülə
  tat  dilində  «boru»  mənasındadır.  Dialektlərdə  «lülə»  sözü
183


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
işlənir. 
Beş  dənə  arşmmx  lülə  aldım;  Dağdan  suyu  lüləynən 
gətirdilər  -
  (Şəki).  Bakı  və  Salyan  dialektində  lül  sözü  üç 
mənada  işlənir.  Bunlardan  ikisinin 
lülə
  ilə  bağlılığı  aşkardır. 
Lül  -
  «dar».  Paltar  əynində  çox 
liil
  görünür  -   (Salyan). 
Liil  -  
«boru  şəklində».  İki  püt  lül  qəley  aldım  -   (Bakı)  (11,  s.  373). 
Talış  dilində uşaq beşiyində  sidiyin  axıb  getməsi  üçün  istifadə 
olunan  xüsusi  boru  şəkilli  əşya  «lülə»  adlanır.  Lülə  saxsıdan 
və 
ağacdan 
düzəldilir. 
Əvvəllər 
daha 
çox 
saxsıdan 
hazırlanmışdır.  Ümumiyyətlə, 
liil
  sözünün  boru  şəkilli  olmanı 
ifadə  etməsi  özünü  başqa  sözdə  də  göstərir.  Məsələn,  bu 
ünsürə 
liileyin  -
  «aftafa»  sözündə  də  rast  gəlirik.  Əsasən, 
Culfa,  İsmayıllı  şivələrində  qeydə  alınmışdır.  Lahıc  tatlarının 
dilində  bu  söz  eyni  fonetik  tərkibdə, 
eyni  mənada 
işlənməkdədir.  Məs.:  İn  lüleyin  ə  tərəf  Haci  Nağı  rost  soxta 
bire.  «Bu aftafa Hacı Nağı tərəfindən düzəldilmişdir» və  s.
Dulus  məmulatına  aşağıdakı  təsərrüfat  və  məişət  əşyaları 
daxildir.  Su  qabları:  səhəng,  bardaq,  cürdək,  şəhrəng,  kuzə, 
küp,  dolça,  qurqur,  sürahi,  tay qulp,  parç,  lüləyin,  fəşir,  aftafa; 
mətbəx  qabları:  qazança,  küvəc,  çölmək,  piti  dopusu,  aşsüzən, 
həlimdan;  çörək və çörəkbişirmə vasitələri:  təndir,  kiranə-kiyə, 
manqal,  sac,  kürə  (xörək  kürəsi,  zəfəran,  zərgər  kürələri); 
təsərrüfat  küpləri  (küp,  ləh,  küpə,  qalğa,  ximrə,  bəqqə,  bəsti, 
yağ küpəsi və  s.  (129,  54)
Dulusçuluq  ən  qədim  tat  xalq  sənətlərindən  biridir.  Bu 
sənət  gil-saxsı  məmulatı  istehsalı  ilə  əlaqədardır.  Bu  sənətlə 
bağlı  söz  və  terminlər,  əsasən,  İsmayıllı  və  Quba  rayonunda 
yaşayan  tatlardan  qeydə  alınmışdır.  Tat  dilində  aşağıdakı 
dulusçuluq  terminlərini  göstərmək  olar: 
isbihə  xak//siibiyə 
xak  ishiyə  xok
  «ağ  gil», 
kəbutəriyə  xak  kəbuiəriyə  xok 
«göyümtül-yaşıl  gil», 
hərfən: 
(«göyərçini 
gil») 
sırxa
xok  sıırxa  xak
  «qırmızı  torpaq», 
suvenirsaz  süvenirsoz 
«suvenir  düzəldən  usta», 
kuzəsaz/fkuzəsoz
  «kuzə  düzəldən
184


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
usta»  (tac. 
kiizaqar
  şəklində  işlənir)  (164,  8), 
girə
  «dulusçuluq 
üçün  nəzərdə  tutulan  gil».  Bu  söz  digər  İran  dillərindən  olan 
şuqnan  dilində 
jira y
,  ruşan  dilində 
ziray
  şəklində  işlənir  (312, 
236,  251).
Dulusçuların  istifadə  etdiyi  material,  əsasən,  xüsusi 
palçıq  növü  olmuşdur.  Bu  palçığa  qum  və  sair  də  qatılmışdır. 
İran  dillərində  palçıq  mənasında  «tül»  sözündən  istifadə 
olunur.  Dulusçuluqda  palçıq  hazırlamaqla  məşğul  olan  şəxsə 
tiılçi
 demişlər.
D ulusçuluqda 
istifad ə 
olunan 
istehsal-texnoloji 
proseslər. 
Mahiyyətcə 
bu 
proseslər 
artıq 
xammalın 
hazırlanması 
ilə 
deyil, 
məhz 
dulusçuluq  məmulatının 
hazırlanması  ilə  əlaqədardır.  Məmulatın  ilkin  hazırlanması 
zamanı  «ataş»  -   ataş  vənoran  «ocaq  qalamaq»  bir  çox 
qaynaqlarda  fars  dilindən  alınma  hesab  edilsə  də,  əslində, 
nostratik  söz  köklərindən  biridir  (98,  219). 
Piçənə  iisulu,  bad 
iisulu, piyə,  loğana
 kimi proseslərdən istifadə  edilmişdir.
Dulusçuluqda istifadə  olunan  əmək  alətləri  sırasına 
dulus 
çərxı,  qəlib,  çərx  çəx,  maha,  çəxıı  (bıçaq),  şonə  (daraq), 
karkar,  tranc, jin ə  kündə,  (alt  kinidə),  peııə  kiiııdə  (üst kiiııdə), 
ğəlbir,  kisə,  zola,  lok
 və  s.  daxildir.  Dulus  çarxları  öz forma və 
iş  prinsiplərinə  görə  mürəkkəb  olduğundan,  avadanlıq 
səciyyəsi  daşıyır və bu avadanlığın öz hissələri  də var.
Dulusçuluq  məmulatları  və  onların  hissələrinin  adları 
çoxluğu  ilə  seçilir.  S.Ağamaliyeva  dulusçuluq  məmulatlarını 
onların  funksional  təyinatına  görə  altı  qrupa  bölmüşdür:  1)  su 
qabları;  2)  yeməyin  hazırlanması  və  saxlanması  üçün  qablar; 
3)  süd  qabları;  4)  isitmə  və  işıqlandırma  əşyaları;  5)  digər 
məişət əşyaları;  6)  su təchizatı üçün məmulatlar.
Bölgü  dulusçuluqda  hazırlanan  məmulatların  istifadə 
sahələri  üzrə  aparılmışdır.  Dulusçuluqda  hazırlanan  qablar  -  
səhəng,  səhəııgçə,  bardaq,  qur qur,  sıırahı,  kuzə,  faşır,  duvaq,
185


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə