Azərbaycan tatlarının dilinin materialları əsasında



Yüklə 64 Kb.
Pdf görüntüsü
səhifə67/85
tarix06.05.2018
ölçüsü64 Kb.
#42893
1   ...   63   64   65   66   67   68   69   70   ...   85

Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
qapaq,  qazan,  dopıı,  aşsüzən,  piti  qabı,  təndir,  sərpıış,  küp, 
bəqqa,  kasa,  saxsı  stəkan,  qəndqabı,  aftafa,  nimçə,  nehrə, 
çalğa,  badya,  xeyrə,  mətrət,  çıraq,  silbinc,  oxana,  lülə,  çolə 
qəv, 
çolə 
qınq  kiinq kınq
  tatların  məişətində  işlədilən 
əşyalardır.  Onların  adlarının  bir  qismi  ümumiran  mənşəli 
sözlərdir.  Bəzi  adlar  isə  Azərbaycan  dilindən  alınmadır.  Bəzi 
dulusçuluq terminləri  ilə bağlı təhlil verməyə  çalışaq.
Dığır-dığır 
-  
«nahamar», 
«kələkötür» 
mənasında 
dialektlərdə  işlənir.  Tat  ləhcəsində  bu  söz 
dığır-dığır//düyür- 
diiyiir
  variantlarında  geniş  işlənir.  Məs.:  Parçarə 
dığır-dığır 
məni  -   «Parçanı 
dığır-dığır
  etmə»  (Xaç.)  Dulusçuluqda  bəzi 
hallarda  qabların  səthinin  nahamar  şəkildə  tələb  olunmuşdur. 
Bəzi  qabların  spesifikasına  uyğun  olaraq,  onların  daxilində 
nahamarlıq  yaradılmışdır.  Məsələn,  yağ  çalmaq  üçün  istifadə 
olunan  nehrənin  daxilindən  xüsusi  düyünlər  qoyulurdu  ki,  bu 
da  yağalma  prosesini  sürətləndirmək  məqsədi  daşıyırdı. 
Nehrənin içi  kələ-kötür olur.
Bilmə//bülmə  -   «nəlbəki»  mənasında.  Məs.: 
Biilmə
  xurd 
bü.  «Nəlbəki  sındı».  (Ab.).
Şirəng «(səhəngdən balaca,  kuzədən böyük)  suqabı».
Qağla  «suqabı,  balaca  küpə».  Burada  qağ  qədəli  «kiçik» 
sözü ilə bağlıdır.
Ləçə  «sərnic».  Tat  dilində 

  «küp»,  deməkdir, 
-çə 
kiçiltmə bildirən  şəkilçidir.
Bəqqə -  «süd  sağmaq üçün saxsı  qab» (Q.).
Qohumluq terminləri.
Qohumluq  terminləri  ailənin  inkişaf  tarixi  və  nikah 
münasibətlərinin  formalaşması  prosesi  ilə  bağlıdır  (256,  11; 
301,  127).  Şübhəsiz ki,  qohumluq terminləri  müxtəlif xalqların 
etnik  mədəniyyətinin  tərkib  hissəsidir.  Dilin  qədim  leksik
186


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
laylarından  birini  təşkil  edən  və  əsas  lüğət  fonduna  daxil  olan 
qohumluq  terminlərinin  leksik-semantik xüsusiyyətlərinin  təd­
qiqi  bütövlükdə  müəyyən  dilin  daşıyıısı  olan  bu  və  ya  digər 
xalqın 
inkişaf 
tarixinin 
ayrı-ayrı 
cəhətlərini 
müəyyənləşdirməyə  imkan  verir.  Habelə,  konkret  bir  dilin 
qohumluq 
terminləri 
üzərində 
aparılan 
tarixi-etimoloji 
araşdırmalar  həmin  dilin  və  eləcə  də,  onun  aid  olduğu  dil 
qrupunun  ən  qədim  leksik  qatlarına  nüfuz  etməyə,  nəzəri 
ümumiləşdirmələr  aparmağa  şərait  yaradır.  Bu  mənada  tat 
dilində  qohumluq  terminlərinin  inkişafı  və  formalaşmasının 
araşdırılması  təkcə  İran  dilləri  konteksti  ilə  məhdudlaşmır. 
Tarix  boyunca  tatların  türkdilli  azərbayanlıların  əhatəsində  və 
bilavasitə  qonşuluğunda  yaşaması  onların  dilindəki  qohumluq 
terminlərinin  müxtəlif  təsirlərə  məruz  qalmasına  və  hibrid 
qohumluq terminlərinin işlənməsinə yol  açmışdır.
Qohumluq 
terminlərinin 
əksəriyyəti 
ümumiran 
mənşəlidir.  Mö  «ana»,  piyər  «ata», 
kük
  «oğul», 
kilə
  «qız», 
bur or
  «qardaş», 
xuvar
  «bacı», 
el
  «uşaq», 
zatı
  «arvad», 
zatı 
bur or
  «qardşarvadı», 
şöxuvar
  «baldız», 
şöburar
  «qayın», 
xiisiir
  «qayınana», 
xiisürmərd
  «qayınata», 
dumbor
  «kürəkən», 
xuvargil
  «bacılıq», 
bocanaq
  «bacanaq», 
yeznə
  «yeznə», 
həvii 
«günü», 
şiivər
 «ər» 
arus  əriis
 «gəlin hambocun «elti»« və  s.
Tat  dilində  qohumluq  terminləri  xarakterinə  görə  iki 
qrupa  ayrılır:  a)  qan  qohumluğu  ilə  bağlı  terminlər;  b)  nikah 
qohumluğu ilə bağlı terminlər.
Həmin qruplara aid bir neçə termini  nəzərdən keçirək.
a)  Qan  qohumluğu ilə bağlı terminlər.  Bu tipli terminlərin 
əsas  qismi  İran  dilləri  ilə  ümumilik  təşkil  edən  sözlərdən 
ibarətdir.  Müəyyən  hallarda  tat  dilinin  fonetik  quruluşuna 
uyğun  olaraq,  səs  əvəzlənmələri  müşahidə  edilir.  Aşağıdakı 
nümunələrə diqqət edək:
May//moy//mö  «ana».  Bu  söz  əksər  İran  dillərində
187


Gülsüm Hüseynova. 
Tat dilinin leksikası
madər/modər  (və  sonrakı  sonor  r  samitlərinin  düşməsi  talış,  tat  və  digər  İran 
dillərində də geniş yayılmışdır:  tal.  moe,  semn.  me və s.
Piyar/piyər  «ata».  Müqayisə  et:  fars,  pedər,  tal.  piə,  tac. 
dial,  padar,  semn.  pia  (<*pitar).  Bu  sözdə  də  intervokal 
pozisiyada  t/d  ~  у  əvəzlənməsi  özünü  göstərir.  Burada 
postpozisiya  mövqeyində  r  sonor  samiti  qorunmuşdur. 
Ümumiyyətlə,  tat  dilində,  talış  dilindən  fərqli  olaraq,  söz 
sonunda r samitinin düşməsinə az rast gəlinir.
Birar//buror//burvar  «qardaş».  Müq.  et:  fars,  bəradər,  tal. 
boə, tac.  barodar,  semn.  bere (<*bratar).
Xuvar//xuvər  «bacı».  Müq.  et:  fars,  xahər,  tal.  hova,  tac. 
xohar,  semn.  xuakar  (<*xväkar).  Sözdə  a  ~  u  əvəzlənməsi  tat 
dilinin Lahıc ləhcəsi üçün xüsusilə xarakterikdir (73,  9).
Söz  ortasında  к  samitinin  zəifləməsi  q/g-yə  keçməsi  və 
yerini  diftonq  səsə  verməsi  nəticəsində  v  samiti  törəmişdir: 
xvakar > xukar > xuğar > xuar > xuvar//xuvər və  s.
Tat  dilindəki  formaya  tacik  di al ektl ərində  də  rast  gəlmək 
olur (270,  210).
Duxtər  «qız»  (Q.,  Qon.  k.).  Müq.  et:  fars,  doxtər,  tal. 
kinə,  semn.  dot(a).  kürd, tac.  duxtar və  s.
Bundan  əlavə,  tat  dilində  «qız»  anlayışını  bildirmək üçün 
lahıc  ləhcəsində 
kilə
  sözündən  də  istifadə  olunur.  Məs.:  Ye 
siyə  sim  kilə,  isbi  ru  kilə,  Bıbərdan  avozgə  bə  Dəxər  mənə. 
«Bir qara göz,  ağ üzlü qız,  Aparır yenə də Daxara məni» və s.
Kuk//kük  «oğul»  (əksər  şivələrdə).  Həmin  leksem  onunla 
əlamətdardır  ki,  başqa  İran  dillərində  onun  analoquna  rast 
gəlmirik.
Həmin  terminlərdən  bir  sıra  mürəkkəb  terminlər 
yaranmışdır. 
Şaquli 
istiqamətdə 
sıralanan 
qohumluq 
terminlərində  kələ  «böyük»  sözündən  istifadə  olunur: 
kələmay//kələmoy//kələmö 
«nənə»; 
hərfən: 
böyük 
ana;
188


Yüklə 64 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə