Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə49/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   45   46   47   48   49   50   51   52   ...   117
texniki istismar
2021-2022 Yaz Kollokviumların keçirilməsi qaydaları SON
Mühərrik  yağları.

  Yağların  mühərrikin  texniki  vəziyyətinin  dəyişməsinə  təsir  edən  əsas 

göstəriciləri  bunlardır:  özlülük,  yeyilməyə  qarşı  davamlılığı,  korroziya  xüsusiyyətləri,  kimyəvi 

sabitliyi, mexaniki qarışıqların və suyun olmaması. 

    Yağların  özlülüyü  əsasən  onların  kimyəvi  tərkibindən  asılıdır.  Yağların  özlülüyünü 

yaxşılaşdırmaq  üçün  xüsusi  aşqarlardan  istifadə  edilir.  Özlülük  temperaturdan  asılı  olaraq 

dəyişir.  Buna  görə  çox  vaxt  özlülüyün  temperaturdan  asılı  olaraq  dəyişmə  qanunauyğunluğunu 

müəyyən etmək üçün 



özlülük-temperatur xarakteristikaları

 tərtib edilir.  

    Kiçik özlülüyə malik yağların bir sıra üstün cəhətləri var: yaxşı istilik ötürmə qabiliyyətinə 

malikdir, araboşluğu kiçik olan birləşmələrə sərbəst daxil ola bilir, mühərrikin işə salma anındakı 

yeyilmələrini  azaldır,  sürtünməyə  sərf  olunan  gücü  aşağı  salır.  Bunlarla  yanaşı  bu  yağlar 

üzüklərin  arasından  yanma  kamerasına  keçərək  itkilərə  səbəb  olur,  yağlama  sisteminin 

magistralında təzyiqi aşağı salır və s. 

    Yüksək  özlülüyə  malik  yağlar  silindrlərdə  porşen  üzüklərinin  kipliyini  artırır,  yanma 

kamerasından  karterə  keçən  qazların  qarşısını  alır,  yağın  sərfini  azaldır  (bununla  qurumun 

miqdarı aşağı düşür), kipləşmə yerlərindən sızmırlar. 

   Bu xüsusiyyətləri nəzər alaraq yağların özlülüyü elə normalaşır ki, hissələr arasında həmişə 

mayeli  sürtünmə  təmin  edilmiş  olsun.  Mühərrik  yağları  üçün  standartda  kinematik  özlülük 

(100°C-də  sSt  ilə)  və  özlülüyün  indeksi  normalaşdırılır.  Bundan  başqa  yağlar  üçün  dinamik  və 

şərti özlülüklər də təyin edilir. 

    Mühərrik  yağlarının  yeyilməyə  qarşı  davamlılığı  yağlanılan  səthlərin  üzərində  nazik  yağ 

qatının  əmələ  gəlməsi  ilə  xarakterizə  edilir.  Yaranan  yağ  qatının  qalınlığı  elə  olmalıdır  ki, 

sürtünmədə iştirak edən  detalların  səthləri arasında xarici  sürtünmə  getməsin.  Bu sürtünmə yağ 

layları arasındakı daxili sürtünmə ilə (ona bəzən hidrodinamik sürtünmə də deyilir) əvəz edilsin. 

Yağların  yeyilməyə  qarşı  davamlılığını  yüksəltmək  üçün  onlara  yağlama  xüsusiyyətlərini 

yaxşılaşdıran aşqarlar qarışdırılır. 

   Yağların  korroziya  xüsusiyyətləri  onların  içərisində  suda  həll  olunan  və  üzvü  turşuların, 

həmçinin  qələvilərin  miqdarı  ilə  qiymətləndirilir.  Detalların  üzərində  korroziyanın  yaranma 

səbəblərindən biri də yağın tərkibində suyun olmasıdır. Mühərrik detalları içərisində korroziyaya 

ən  çox  məruz  qalan  qurğuşunlu  tuncdan  hazırlanmış  (dizel  mühərriklərində)  yastıqlardır. 

Korroziyanın qarşısını  müəyyən  qədər almaq üçün  yağlara  çox  funksiyalı  aşqarlar daxil  edirlər. 

Oksidləşdirici  amillərin  təsirindən  yağların  öz  fıziki-kimyəvi  xüsusiyyətlərinin  uzun  müddət 

saxlaya  bilmə  qabiliyyətinə  onların  kimyəvi  sabitliyi  deyilir.  Mühərrik  uzun  müddət  işlədikdə 

onun  detallarının  üzərində  qurum,  lak  birlşmələri,  karterdə  isə  çöküntülər  yığılır.  Bu  zərərli 

birləşmələr yağın oksidləşməsi (karterdəki havanın oksigeni təsirindən) nəticəsində yaranır. 

Aparılan tədqiqatlar  göstərir ki,  porşenin  dib hissəsində  əmələ  gələn qurumun qalınlığı  sərf 

olunan  yağın  miqdarından  asılı  deyil,  ancaq  mühərrikin  istilik  rejimindən  asılıdır.  Mühərrikin 

temperaturu  artdıqca  qurumun  qalınlığı  azalır.  Yağın  keyfiyyəti  və  sərfi  qurumun  yaranma 

sürətinə  təsir  edir  (mühərrikin  ilk  işləmə  müddətində).  Qurumun  qalınlığı  müəyyən  qiymətə 

çatdıqdan  sonra  sabit  qalır.  Qurumun  yaranma  sürətinə  həmçinin  yanacağın  keyfiyyəti  və  işçi 

qarışığının tərkibi də böyük təsir göstərir. 

     Lak birləşmələri əsasən porşen və onun üzüklərindəki nazik yağ təbəqəsinin oksidləşməsi 

nəticəsində yaranır. Bu səbəbdən üzüklər porşen kanallarında (qanovlarında) pərçimlənir, işləmə 

qabiliyyətini  itirir,  mühərrikdə  kompressiya  aşağı  düşür,  yanacaq  sərfi  artır,  işlənmiş  qazlar 

karterə keçir, yağm köhnəlmə prosesi sürətlənir və s. 



35 

 

    Mühərrikin  normal  işləməsinə  aşağı  temperaturlarda  əmələ  gələn  çöküntülər  də  təsir 



edirlər.  Çöküntülərin  təsirindən  süzgəclər  tutulur,  yağ  qəbuledicinin  toru  işləmə  qabiliyyətini 

itirir. Bu zərərli proseslərin təsirindən hissələrə və xüsusən yastıqlara yağ vurulmadığından onlar 

sürətlə yeyilərək sıradan çıxır. 

   Mühərrik  yağlarında  mexaniki  qarışıqların  olması  hissələr  arasında  mayeli  sürtünməni 

pozduğu  üçün  (abraziv  yeyilmənin  hesabına)  detalların  yeyilmə  şiddəti  artır,  suyun  olması  isə 

korroziyanın və aşağı temperaturlarda buz kristallarının əmələ gəlməsinə səbəb olur. 




Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə