Ümumi halda
keyfiyyət
dedikdə, təyinatına müvafiq verilmiş funksiyanı yerinə
yetirmək üçün konstruksiyanın yararlılıq dərəcəsini qiymətləndirən xüsusiyyətlərin cəmi başa
düşülür. Nəqliyyat vasitəsi istismar prosesində iştirak edərkən onun texniki imkanlarından nə
dərəcədə səmərəli istifadə edilməsi texniki göstəricilərlə təyin edilir. İstismar əsnasında meydana
çıxan və hərəkət tərkibinin texniki imkanlarını (işləmə qabiliyyətini) müəyyən edən texniki
göstəricilərə
istismar keyfiyyətləri
deyilir.
Nəqliyyat vasitələrinin istismar keyfiyyətləri konstruksiyanın layihələndirilməsi zamanı
nəzərdə tutulur, istehsal prosesində (zavodda hazırlandıqda) isə təmin edilir. Mövcud olan bütün
nəqliyyat vasitələri üçün əsas istismar keyfiyyətləri aşağıdakılardır:
1. Dinamikliyi və yanacaq qənaətliliyi;
2. Hərəkətin təhlükəsizliyi;
3. Nəqliyyatın dəyanətliyi və keçiriciliyi;
4. Yük götürmə qabiliyyəti və tutumu;
5. Etibarlılığı və ömür uzunluğu;
6. İmtinasızlığı və rahatlığı;
7. Məhsuldarlığı və təmirə yararlılığı.
|