41
Nəqliyyat vasitəsi təmir edilərkən onun aqreqat və mexanizmləri tamamilə təzə, təmir
olunmuş və istismara yararlı detallardan yığılır. Bütün detalların texniki şərtlərə müvafiq gəl-
mələrini fərz etsək, təmirin keyfiyyəti yığılma texnologiyası və nizamlama işlərinin düzgün
aparılması ilə qiymətləndirilir.
Bundan başqa təmirin keyfiyyəti avtotəmir zavodu şəraitində hazırlanan bir çox hissələrin
(detalların) mexaniki xüsusiyyətlərinin texniki şərtlərdən kənar olmaları nəticəsində aşağı düşür.
Materialların tərkiblərinin, çəkilərinin, emal növlərinin düzgün seçilməsi təmirin
keyfiyyətinə xüsusi təsir göstərir. Aqreqat və mexanizmlərin yığılmasında araboşluqlar,
oturtmalar, musaidələr, gərilmələr texniki şərtlər əsasında seçildikdə, yüksək məhsuldarlığa
malik cihazlardan, qurğulardan, tərtibatlardan istifadə edildikdə təmirin keyfiyyəti yüksəlir.
Təmirin keyfiyyətinin yüksəlməsində istehsalat prosesində işlədilən yuyucu məhlulların və
mayelərin, detalların səthlərini təmizləmək üçün istifadə edilən təmizləmə üsullarının da təsiri
var.
Ümumiyyətlə, konstruktiv-texnoloji amillər nəqliyyat vasitəsinin istismar keyfiyyətlərinin
yüksəldilməsinə xidmət etməlidir. Məsələn, konstruktiv-texnoloji amillərin AN-nin texniki
vəziyyətinə təsirinə aid bir neçə misal göstərək.
Mühərrikin daim təkmilləşdirilməsinə baxmayaraq o, hal-hazırda avtomobilin ən az ömür
uzunluğuna malik aqreqatlarından biridir. Mühərrikin resursu avtomobilin əsaslı təmir
yürüşünün 60-70%-ni, onun işləmə qabiliyyətini saxlamaq üçün isə bütün xərclərin 20-22%-ni
təşkil edir. Mühərrikin normal işini təmin edən əsas elementlərdən biri yağlama siste-midir. Son
zamanlar bu sistemin təkmilbşdirilməsinə xüsusi fikir verilir. Məlum olduğu kimi yağlama
sisteminin düzgün müəyyən edilməsi nəinki detalların yeyilməsini azaldır, həm də birbşməbrdə
dinamiki qüwəbrin yaranmasının qarşısını alır. Buna görə yağlama sistemində işlədilən yağ
nasosları yüksək məhsuldarlığa hesablanır ki, bununla mühərrikin istənilən rejimində hissələrin
arasına yağın vurulması təmin edilir. Bu isə nasosun konstruksiyası ilə əlaqədardır. Dişli
çarxların ölçülərinin, dişbrin profıllərinin, araboşluqların düzgün təyin olunması yağ nasosunun
normal işləmə qabiliyyətini təmin edir. Yağlama sistemində olan yağın soyudulması üçün yağ
ventilyatoru, təkmilləşdirilmiş təmizləmə üçün narın və kobud süzgəclər və s. nəzərdə tutulur.
Mühərrik detallarının yeyilməsi onun temperatur rejimindən də asılıdır. Mühərrikin normal
tcmperatur rejimini saxlamaq üçün termostatdan istifadə edilir. Porşenlərin ömür uzunluğunu
artırmaq üçün onların işlək sahələrinə sürmə çəkilir. Son zamanlar porşen üzüklərinin üzərinə
xromdan nazik qat çəkilir, konus şəkilli xromlaşdırılraış polad üzüklərdən istifadə olunur,
dirsəkli valın boyunları üçün üçqat nazik içliklər işlədilir. Soyuq havalarda mühərrikin asan işə
salınmasını təmin etmək üçün fərdi işə salıcı qurğulardan, güclü starterlardan geniş istifadə
edilir.
İlişmə muftasının ömür uzunluğunu və etibarlığını yüksəltmək məqsədilə üzlüklər yüksək
keyfiyyətli antifriksion materiallardan hazırlanır. Ötürmələr qutusunda çəp və spiral dişli
çarxlardan, yastıqların məcburi yağlama sistemindən, ötürmələrin səlis və səssiz yerinə
yetirilməsi üçün sinxronizatorlardan istifadə edilir.
Kardan ötürməsinin işləmə müddətini uzatmaq üçün iynəvarı yastıqlar düzgün seçilməli,
yaxşı kipləşdirilməli, səmərəli yağlama aparılmalı, xaçvarı barmağın yığılma texnologiyası
texniki şərtlər əsasında yerinə yetirilməlidir.
Hərəkətin təhlükəsizliyini təmin etmək üçün tormoz sisteminin və sükan idarəsinin
təkmilləşdirilməsinə xüsusi fikir verilməlidir. Buna görə tormoz qəlibləri yüksək keyfiyyətli
friksion materiallardan istehsal edilir. Əks təqdirdə yüksək temperaturalarda (400-450°C)
sürtünmə azalır, tormozlama yolu artdığı üçün qəzaların əmələ gəlmə ehtimalı artır. Soyutmanı
yaxşılaşdırmaq üçün barabanların səthində qabırğalar düzəldilir, diskli tormozlar tətbiq edilir
vəsükan idarəsində hidrogücləndiricilər geniş istifadə edilir.
42
Mühazirə 15.
Nəqliyyat vasitələrinin etibarliliği
Etibarlılıq nəzəriyyəsi, riyazi aparatı və statistik üsulu
Texnikanın digər sahələrində olduğu kimi (xüsusən radiotexnikada və maşınqayırmada)
nəqliyyat vasitələrinin etibarlı işləməsi ilə də etibarlılıq nəzəriyyəsi məşğul olur. Ümumi halda
etibarlılıq nəzəriyyəsi maşın və mexanizmlərin köhnəlmə proseslərini nəzərdən keçirir, yəni
onların keyfiyyətlərinin zamana görə dəyişmə qanunauyğunluqlarını öyrənir. Tamamilə saz olan
hər hansı bir maşın müxtəlif səbəblərə görə istifadə edilmədikdə belə o, müəyyən müddət
keçdikdən sonra öz işləmə qabiliyyətini bir qədər itirir.
İstismar olunan maşın və mexanizmlərin işləmə qabiliyyətinin itirilməsinin əsas səbəbi
yüklərin təsirindən detalların materiallarında daxili gərginliklərin (yorğunluq həddinin) artması
nəticəsində onların dağılmaları, yeyilmə proseslərinin təsirindən birləşmələrdəki araboşluqların
dəyişməsi, dinamiki və zərbəli qüvvələrin təsirindən birləşmələrdə səslərin və döyüntülərin
yaranması, temperaturun yüksəlməsi nəticəsində bəzi detalların iş əsnasında bir-birinə pərçim
olunması və s. amillərdir. Bu xüsusiyyətlər nəqliyyatın işində də müşahidə olunur.
Nəqliyyat vasitəsinin məhsuldarlığından maksimum istifadə etmək və daşımaların maya
dəyərini aşağı salmaq üçün nəqliyyat prosesində hərəkət tərkibinin işləmə qabiliyyəti texniki
istismarın tələb etdiyi səviyyədə olmalıdır, yəni onun konstruksiyasında nəzərdə tutulmuş texniki
vəziyyət müxtəlif üsullarla qorunub saxlanmalıdır ki, bu üsullardan biri də etibarlılıq
nəzəriyyəsinin nəqliyyat sistemində tətbiq edilməsidir. Bu nəzəriyyə aşağıdakıları nəzərdən
keçirir:
1. Etibarlılığın kəmiyyət xarakteristikalarının təyin olunma üsullarını öyrənir.
2. İstismar zamanı obyektə (bizim misalda avtomobilə, aqreqata, mexanizmə, detala) təsir edən
amillərin fiziki mahiyyətini araşdırır.
3. Etibarlılığını yüksəldilməsi məqsədi ilə müxtəlif təyinatlı konstruktiv, istehsalat və
istismar tədbirlərini həyata keçirir.
4. Etibarlılığın tələb edilən səviyyədə saxlanılması üçün mövcud olan istismar üsullarını
təkmilləşdirir və s.
Etibarlılıq nəzəriyyəsindən istifadə edərək texniki istismarın bir çox praktiki məsələləri
asanlıqla həll edilir. Belə ki, bu nəzəriyyə vasitəsilə detalların və aqreqatların resursu təyin edilir,
imtinaların baş vermə səbəbləri öyrənilir, ehtiyat hissələrinin tələb olunan miqdarı planlaşdırılır,
texniki qulluqlar və təmirlər arası yürüşlər hesablanır, həmçinin korreksiya edilir vəs.
Aydındır ki, istehsal edilən nəqliyyat vasitələrinin keyfiyyətləri eyni olmadığı kimi
istismar olunan zaman onların texniki vəziyyətinə təsir edən amillər də həddindən çoxdur və
müxtəlif xarakter daşıyırlar. Bu cür qarşılıqlı əlaqəni analitik şəkildə ifadə etmək heç cür
mümkün deyil. Buna görə hərəkət tərkibinin texniki vəziyyətinin dəyişmə proseslərini nəzərdən
keçirərkən etibarlılıq nəzəriyyəsində riyazi aparat kimi ehtimal nəzəriyyəsindən və kəmiyyət
xarakteristikalarını təyin etmək üçün isə statistik üsuldan istifadə edilir.
Baş verən təsadüfü hadisələrin dəyişmə qanunauyğunluqlarını öyrənən riyazi elmə
ehtimal nəzəriyyəsi deyilir. Ehtimal nəzəriyyəsi elə hadisələri öyrənir ki, onlar zamanın bu və ya
digər anında (müşahidədə, təcrübədə) müxtəlif formada dəyişir ki, bunu əvvəlcədən müəyyən
etmək mümkün deyil. Lakin tədqiqatlar göstərir ki, müşahidə (sınaq) üçün götürülən
elementlərin miqdarını artırdıqca müəyyən qanunauyğunluq əldə edilir. Bununla bir çox
məsələləri tələb olunan dəqiqliklə həll etmək mümkündür.
Hər hansı bir sistem kimi nəqliyyat vasitəsinin də etibarlılığını qiymətləndirmək üçün
onun texniki vəziyyətinin dəyişmə qanunauyğunluğu haqqında statistik məlumatlar olmalıdır.
Bir sistem kimi hərəkət tərkibinin etibarlılığını lazımi dəqiqliklə təyin etmək üçün alınan statistik
məlumatlar dolğun olmalı və fasiləsiz olaraq əldə edilməlidir.
Statistik məlumatlar müxtəlif üsullarla əldə edilir. Hazırda bu məlumatlar ən çox aşağıdakı
iki üsuldan biri ilə alınır:
1. Real istismar şəraitində işlədilən elementlərdən alınan statistik məlumatlar.
2. Xüsusi sınaqların aparılması nəticəsində alınan statistik məlumatlar.